Kitabxana və klubların idarə olunması ilə bağlı yeni layihə hazırlanıb

 

Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

 

Nazir kitabxana və klubların idarə olunması istiqamətində keçirilən islahatlara toxunaraq vurğulayıb ki, bu qəbildən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı yeni layihə hazırlanıb.

 

Ə.Qarayev bədii təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı məlumat verərək qeyd edib ki, bu yaxınlarda Nazirliyin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulub:

 

"Nəticədə 120 nəfərdən çox müəllim müvafiq təhsil ocaqlarında işə qəbul edilib".

 

 

Mədəniyyət.- 2019.- 27 iyul. S. 9.