Şuşa məktəbində Əhməd
bəy Ağaoğlunun 150 illik
yubileyi keçirildi
Əhməd bəy Ağaoğlu Azərbaycanın ictimai-siyasi
fikir tarixində islahatçı, ictimai xadim, siyasətçi, filosof, sosioloq, jurnalistika nəzəriyyəçisi,
fəal publisist, tərcüməçi, yazıçı,
ədəbiyyatşünas-tənqidçi,
şərqşünas, teoloq-inlamşünas
kimi tanınır.
Prezident
İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi
haqqında 10 aprel
2019-cu il tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq Bakının Yasamal rayonunda yerləşən 189 yaşlı
1 nömrəli Şuşa
orta məktəbində
böyük publisist, alim Əhməd bəy Ağaoğlunun 150
illik yubileyi ilə bağlı tədbir keçirildi. Mətbuat Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə
reallaşan tədbirdə
Milli Məclisin deputatları, Mətbuat Şurasının əməkdaşları
və BDU-nun Jurnalistika
fakültəsinin professor, müəllim,
tələbə heyəti,
ziyalılar, Şuşa
Rayon İcra İctimaiyyəti
və Əhməd bəy Ağaoğlu nəslinin nümayəndələri
iştirak etdilər.
Tədbir iştirakçıları dahi
Üzeyir Hacıbəylinin
"Koroğlu" uvertürasının
sədaları altında
qarşılandılar. 8 yaşlı
şagirdin "Turacı"
(bu adı Qarabağ xanı İbrahim xan qoyub) rəqsi, Şuşa Rəsm Qalerayasının (rəssam
Rövşən Bayramov)
təqdim etdiyi Şuşanın rəsm əsərlərindən, həmçinin,
şagirdlərin əl
işlərindən ibarət
sərgi şuşalıların
Azərbaycan mədəniyyətini
bu gün də fəxrlə təmsil etdiklərini bir daha təsdiqlədi.
Tədbir
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının
ifasında ədəbi-bədii
kompozisiya və Emin Məmmədlinin ifasında "Ey vətən" mahnısı
ilə başladı.
Şuşa Rayon İcra Hakimiyyəti
başçısının müavini Vüsalə Fətəliyeva tədbiri
açıq elan edib. BDU-nun
Jurnalistika fakültəsinin
mətbuat tarixi və ideoloji iş kafedrasının professoru Nəsiman Yaqublu məruzə ilə çıxış
etdi. O, Əhməd Ağaoğlunu öz fəaliyyəti ilə bütün Türk və İslam dünyasında ilk dəfə
Avropaçılıq hərəkatının
əsasını qoymuş
və müasir Avropa liberal dəyərlərini
ictimai-siyasi mühitə
gətirmiş bir şəxsiyyət kimi təqdim etdi. Əhməd bəyin publisistikasını
yüksək qiymətləndirən
tədqiqatçı-alimin fikrincə, Əhməd bəy Ağaoğlunun əsərlərinin külliyatının
toplanıb, çap edilməsi onun 150 illik yubileyində görüləcək ən
böyük işlərdən
biri olar.
Azərbaycan Dövlət İdarəçilik
Akademiyasının professoru,
siyasi elmlər doktoru Elçin Əhmədov çıxışında
qeyd etdi ki, XIX-XX əsrdə Əhməd bəy Ağaoğlu kimi mütəfəkirlərin yetişməsində
o vaxtkı mühitin də mühüm rolu olub. "Mühüm faktdır ki, Əhməd bəy Ağaoğlu Şuşada anadan olub. Şuşada təhsil alan
şəxsiyyətlərimiz kifayət qədərdir. Biz onların hər
biri ilə fəxr edirik. İnanırıq ki, torpaqlarımız
ən yaxın gələcəkdə azad
olacaq və biz növbəti yubiley tədbirlərini orada keçirəcəyik".
Qaçqınların və Məcburi Köçkünlərin
İşi üzrə
Dövlət Komitəsinin
sədri Rövşən
Rzayev vurğuladı ki, müstəqilliyimizi qoruyub saxlamaq, firəvan gələcəyimizi
təmin etmək üçün Əhməd
bəy kimi şəxsiyyətlərin qoyduqları irslərdən
bəhrələnmək, onların
yazıları ilə
tanış olmaq olduqca vacibdir.
Sonra söz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistikanın
nəzəriyyəsi və
təcrübəsi kafedrasının
müdiri, professor, filologiya
elmləri doktoru Cahangir Məmmədliyə
verildi. O, uzun müddət Atatürkün
müşaviri kimi çalışan Əhməd
bəyin zəngin publisistikasından danışaraq
nəzərə çatdırdı
ki, həmin məqalələrin hər
birində dövrün
ən mühüm problemləri, ictimai-siyasi hadisələri qeyd olunub. BDU-nun mətbuat
tarixi kafedrasının
əməkdaşlarının Əhməd bəy Ağaoğlunun irsini araşdırdığını söyləyən professorun
fikrincə, bu, həm də tarixi həqiqətlərin
ortaya qoyulması, Şuşanın və digər işğal altında olan torpaqlarmızın azad edilməsi baxımından
əhəmiyyətlidir.
Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov çıxış
edərək bildirdi ki, Əhməd Ağaoğlunun 150 illik yubileyinin Şuşa
məktəbində keçirilməsi
heç də təsadüfi deyil. Ona görə ki, Əhməd bəy məhz həmin məktəbdə oxuyub, təhsil alıb. "Biz xüsusi bir günə yığışmışıq.
Bu cür tədbirlərin
keçirilməsi vacibdir.
Beləliklə, həm də
yetişməkdə olan
gənc nəsil öz tarixi şəxsiyyətlərini tanıyır"
- deyə Əflatun Amaşov əlavə etdi.
BDU-nun Jurnalistika
fakültəsinin televiziya
və radio jurnalistikası
kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli çıxışı zamanı
dedi ki, Şuşa təkcə Azərbaycanın musiqi beşiyi kimi tanınmır. Şuşa həm də
görkəmli dövlət
və siyasət xadimləri, diplomatları,
müxtəlif peşə
sahəsində məşhur
olan insanları ilə tanınır.
Onlardan biri də elə
Əhməd bəy Ağayevdir. Professor onu da nəzərə
çatdırıb ki,
Əhməd bəy əsl vətəndaş jurnalist idi.
Şuşa rayon İcra Hakimiyyətinin
başçısı Bayram
Səfərov Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri Əhməd bəy Ağaoğlunun 150
illik yubileyinin keçirilməsi haqqında
10 aprel 2019-cu il tarixli Sərəncamının
əhəmiyyətindən danışdı və arzu etdi ki,
növbəti yubiley tədbirləri məhz Şuşada keçirilsin.
Onun sözlərinə görə,
bu, bizim Əhməd bəy Ağaoğluna qarşısında
vəzifə borcumuzdur.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Əhməd bəy Ağaoğlunun şəxsiyyətindən
söz açdı və vurğuladı ki, indi olduğu
kimi yaşadığı
dövrdə də ona böyük ehtiram, hörmət var idi. Bunu Əhməd
bəyin şəxsiyyəti
ilə əlaqələndirən
baş redaktor üzünü gənclərə
tutaraq onlara tövsiyə edib ki, Əhməd bəy Ağaoğlunu həm də bir şəxsiyyət kimi öyrənsinlər.
Daha sonra BDU-nun jurnalistika fakültəsinin professorları
- Qulu Məhərrəmli,
Alxan Məmmədov, mətbuat tarixi kafedrasının dissertantı
Rüxsarə Məmmədova
çıxış edərək
Əhməd bəy Ağaoğlunun yaradıcılığının
ayrı-ayrı məqamlarına
toxundular. Əhməd bəy Ağaoğlu
nəslinin nümayəndəsi
Rövşən Ağayev
Əhməd xatirəsini
yad etdiklərinə görə tədbir təşkilatçılarına və qonaqlara minnətdarlıq etdi.
Sonda mətbuat
tarixi kafedrasının
dosenti, tədbirin təşkilatçılarından biri olan Aygün
Əzimova qeyd etdi ki, Əhməd
bəy Ağaoğlunun
adı orta məktəb dərsliklərinə
salınmalı, dahi publisist haqqında şagirdlərə məlumat
verilməlidir.
"Bu məktəbdə Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli,
Əbdürrəhim bəy
Haqverdiyev, Haşım
bəy Vəzirov kimi şəxsiyyətlər
yetişib. Əhməd bəy Ağaoğlu
da onlardan biridir. Gün gələcək biz növbəti yubileyləri
Qarabağda, Şuşada
qeyd edəcəyik"
- deyə natiq əlavə etdi.
Çıxışının sonunda bir daha
mərasimin əhəmiyyətini
qeyd edən Aygün xanım qonaqlara öz təşəkkürü bildirdi.
Kənan NOVRUZOV
525-ci qəzet.- 2019.- 1 iyun.- S.11.