Tərəddüdlə bağlı dəqiqləşdirmələr  

 

 

 

"İlahi, mən bu daşı götürüm, götürməyim?"

Musa Yaqub

İnsan daim ziddiyət içində yaşayan varlıqdır. Dünyada heç bir canlı bu qədər çox düşünmür. Zəkanın məhz insana verilməsi, onun şüurlu yaradılması milyard illər sonra ağır bir yükə çevriləcəkdi. qoç, yoxsa qara qoç? İşıq gələn tərəf, yoxsa qaranlıq, it hürən? Yaşanan bütün hadisələrin sonu iki seçimdə bitir; ya xoşbəxt olacaqdılar, ya da bədbəxt. Məsələ bu ziddiyətlərin doğurduğu tərəddüd hissidir. Seçim edərkən keçirdiyimiz o mübhəm həyəcan. Bütün mövcudiyyətimizdən qopub ya keçmişə, ya gələcəyə özümüzü atmağımız. Düşünürük, daha əvvəl necə olmuşdu, ya sonra olacaq? Müasir insanın xarakteristikalarını saysaq, öz ulularından ilə fərqləndiyinə baxsaq, şübhəsiz, getdikcə lakonikləşən, hisslərdən arınmaqda olan texnikanın hakim olduğu dünyada onun gün boyu keçirdiyi tərəddüd hissini ilk sırada qeyd edəcəyik. İçimizdə yaşadığımız, özümüzlə daim mübahisədə olan hisslər qarmaşasında nəyi seçsək, peşman olacağıq. Bu peşmanlığı çəkməmək üçün nələrdən imtina etmədik?

Bir dəfə köşkün yanında qəzet oxuyan bir nəfərdən eşitmişdim:

"Dünyada peşman olmayacağım bircə saniyə üçün övladlarımdan da imtina edərdim..."

Heç vaxt o insanın nələr yaşadığı haqqında düşünməmişəm. İndi də düşünməyəcəyəm. Gözlərimi yumub üz cizgilərini yadıma salmağa çalışsam da, unutduğumla razılaşmalıyam. Ancaq yadımdadır ki, o cümləni eşidəndə gülümsəmişdim. Bəlkə də modern insanın nəhayət ki özünəaidliyini dərk etməsinə, münasibətlər əsrinin bitməsinə, ya da peşmanlıqdan qurtulmaq cəhdlərinə. Adamların bir-birinə dözdüyü bu zamanda kimisə anlamaq çox çətindir, yəqin məni başa düşəcəksiniz. Mən o zaman həmin ifadəni siqaret tüstüsünə bürüyüb havaya üfürən kəsi anlamaq istəməmişdim. İndi isə yazı masasının yanında anlaşılmaq üçün növbəyə durub. Biz həmişə ya keçmiş zamanda, ya da gələcək zamanda məyus oluruq, indiki zamanda isə tərəddüd keçiririk. Bu dünyada gördüyüm yeganə insan o idi ki, həm keçmişinə, həm gələcəyinə görə narahat idi. Keçmiş üçün narahat olmaq... Kimsə sənin nömrəni yığacaq və sənə xatırlamadığın bir yanlışını deyəcək, buna görə vicdan əzabı çəkəcəksən. Qarşına gözlərindən tanıyacağın bir nəfər çıxacaq və yenə peşmanlığa qapılacaqsan. Beləcə dəyişən heçyoxdur.

Tərəddüd fiziki cəhətdən yorucudur, mənəvi cəhətdən dağıdıcı. Peşmanlıq tərəddüdün dəyişməyən nəticəsidir. Ziddiyyət, bu peşmanlıqdan öncə yaşadığımız xoşbəxlikdir. İnkişaf o qədər sürətlidir ki, biz informasiya selinin altında qalırıq. Ötən əsrdə kitablar və filmlər asudə vaxtını keçirmək üçün idisə, bu gün kinokitab sənayesi ağır informasiya qaynağı, analiz mənbəyinə çevrilib. Bədii ədəbiyyat öz yerini marketinqmotivasiya, şəxsi inkişaf kitablarına verməsi bunun nümunəsidir. "Netflix" bu gün dünyanın ən yaxşı bədii nümunələrini serial edirkitab dövrünü görüntü, foto erası əvəzləyir. Bu isə gərgin, qeyri-müəyyən, təsadüfi hisslər yaradır. "Yüz ilin tənhalığı"nı təsəvvürümüzdə yaşatmaqla onun içindəki kimi özümü təsəvvür etmək arasındakı fərqi anlayırıq. Real həyata qayıdanda bu fərq bizə aydın olur. Hadisələrə reaksiyamızdan tutmuş insanlarla ünsiyyətimizə qədər dəyişiklik, bərpa olunmayan deformasiya baş verir.

Ədəbiyyat və digərləri (sənət maştabında) bədii, sentimantal nümunələr yaratdıqca uduzur. Ona görə yox ki, onların sənət kimi həlli və qiyməti zəif olur, ona görə ki, müasir insanın hisslərinə uduzurlar. Hər kəsin problem fırtınasında qaldığı zaman yeni bir "kədərli fraqment" antipatiya yaratmaqdan başqa heçetmir.

Müəllifin öz inandığı ideologiyaya, öz inandığı dəyərlərə oxucunun da, izləyicinin də inanmasını istəməyi fəlakətdir. Bu günün insanı yeddi yaşından öz sərhədlərini müəyyən edir. Nə edəcəyini, kim olacağını bilir. Bu gün uşaqlar "böyüyəndə polis olacam" demirlər. Ya da bugünkü gəncliyə "Allaha inanırsan?" sualı da verilmir. Müəllif öz intellekti ilə oxucuya uduzursa, o, maraqlı olmayacaquğursuzluq qaçınılmazdır.

Nə istədiyindən əmin olanbu əminlikdən narahatlıq keçirən insan növünün meydana gəldiyi və meqabaytlara qarışdığı bir zəmanənin mətnini yazmaq, kinosunu çəkmək asan deyil. Onlar kimi olmalısan. Ya da onlar sənin kimi olmalıdırlar. Ötən əsrdə Amerika studiyalarının çəkdiyi filmlər ikinci seçimi dəyərləndirirdilər. İzləyici özünü "Terminator" kimi hiss edirdi, ya da "Xaç atası" kimi. Bu gün isə izləyiciyə seçim qoyulur ki, obraz hansı üsulla öldürülsün, polis hansı maşının arxasınca getsin... Kortasarın ötən əsrdə yazdığı "Xana-xana oyunu" romanı bu gün filmlərə, seriallara dolayı, ya da birbaşa təsir edir.

Avanqard insan modeli yoxdur bu gün, bu, dəqiqdir. Bu günün insanı daha üst səviyyədədir, bəlkə üstşüurlu insandır elə. Sənət ona çatmaq istəyir. Kinolar, romanlar, fotoqrafiya insanla ayaq uydurmağa çalışır. Bütün səylər alıcını təəccübləndirməkdir. Sənət dünyası bu cür fədakarlıq edərkən insanlar baxdıqları, oxuduqları nümunəni seçməkdə əmin deyillər. Niyə?! Çünki çeşidlənən "art" dünyasına qədəm qoymuşuq.

Bayaqdan danışdıqlarımızın məcrası insan hisslərindən getdikcə uzaqlaşmaqdadır. Tərəddüd bir az da budur bəlkə. yazacağını bilməmək. Necə rəftar edəcəyini bilməmək. Dostoyevskinin çox gözəl bir cümləsi var:

"İnsan əvvəl-axır peşman olur; ya etmədiklərinə görə, ya da etdiklərinə görə..."

Yuxarıdakıları yazıb-yazmamaq arasında qaldığım kimi.

Bütün hallarda əgər sənətin mərkəzində insan onun hissləri dayanıbsa, həmişə bu mövzular aktualdır.

 

 

Rəvan CAVİD

 

525-ci qəzet.- 2019.- 1 iyun.- S.16.