MƏNİM BİR SUALIM VAR

 

Zaman hara qaçır, niyə darıxır,

Yer sağa fırlanır, su sola axır,

O, hansı sevgidən yer kürəsini

Barmağı ucunda fırlayır, baxır,

Bütün kainatı məntiqlə qurur,

Axırda hər şeyi yandırır, yaxır?

Unudub, yenidən başlamaq üçün???

Onsuz da yenidən başlayır hər gün!

Haçan çözüləcək bu qəliz düyün?

 

31.05.2019

YAŞA, ÜRƏYİN NECƏ İSTƏYİR...

 

Bahar çağı

Gözəl lalə idin

Bitdin taxıl zəmisində

Yeyilmədin,

Öyülmədin,

Geyilmədin...

olsun boynun, boğazın,

Ədan, nazın

Daş-qaşla bəzənib,

Brilyant da - daşdır - parıldayır!

fərqi gözündə yaş parıldayır.

Boynunda - daş-qaş parıldayır,

Sən taxıl zəmisində alaq oldun.

Məhəbbət meydanında daş-qalaq oldun.

Bir oğlanın

Ürəyində yerin boş qaldı

Arxanca baxan bir gözün kökündə qış,

Kirpiyində yağış qaldı.

 

Fikrət QOCA

 

 

525-ci qəzet.- 2019.- 1 iyun.- S.17.