İLK
CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ
DÜŞÜNCƏLƏR
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, onlarla və bu
günümüzlə fəxr edək!
(Əvvəli
ötən şənbə sayımızda)
SOVET
MƏTBUATINDA AZƏRBAYCAN MƏSƏLƏLƏRİ
Elektrikləşmə
Sovet Cümhuriyətləri İttihadına daxil olan Mavərayi-Qafqas
Sosyalist cümhuriyətlərindən hər cəhətcə,
1-ci mövqei işğal edən cümhuriyət, bolşeviklərin
kəndi etirafınca da şübhəsiz Azərbaycandır. Mavərayi-Qafqas
büdcəsinin həmən 100-də 60-70-ni Azərbaycan
ödəməkdə olduğu kibi, neft kibi ən
mühüm sərvəti Rusiyaya "hədiyə" olaraq
peşkeş çekən də Azərbaycandır. Buna müqabil Azərbaycan nə almışdır?
Azərbaycana, kəndi kisəsindən olsa belə,
nə kibi bir "mərhəmət" göstərilmişdir?
Sovet hökumətinin açmış olduğu "səfər"lərdən
biri də "elektrikləşmə" səfəridir. Vaxtilə
Leninin meydana atgdığı bu şüara iqtisad və sənayecə
ilk sırayı işğal edən Azərbaycanda qətiyən
əhəmiyət verilməmişdir. "Bakinski
Raboçi" qəzetəsinin 27-nci (1689) nömrəsində
S.Naumov nam bir rus bu məsələyə təhsis etdigi məqaləsində
diyor ki:
"17 Martda Azərbaycanın baş iqtisad
şurası, dövlət elektrik tresti ilə Azərbaycan mərkəzi
hidroelektrik stansyonu projesi tərtib etmək xüsusunda bir
müqavilə bağlamışdır. İxtilalın 9-cu ilində,
Sosyalist Sovet Cümhuriyətləri İttihadını
elektrikləşdirmə xüsusunda bu qədər bəhs
edildikdən sonra, elektrikləşdirmə xüsusunda, yanacaq
qıtlığı ilə bərabər bu qədər
iş görülmüş ikən umuma məlum olan bir
şeyi təkrar etmək, elektrikləşdirmənin
faydasını isbata qalxışmaq mənasızdır. Fəqət bir şeyi göstərmək faydadan
xali degildir ki, o da Azərbaycanın bu vaxtadək elektrikləşdirmə
işində heç bir görmədiyi və bu yolda əksər
sovet cümhuriyətlərindən geridə bulunduğudur.
Su qüvvəti nöqteyi-nəzərindən,
Gürcüstan və Ermənistandan daha az
sərvətə malik deyil ikən və sənaye iqtidar və
imkanı ilə bu cümhuriyətlərə hər cəhətdən
üstün ikən, Azərbaycan nədənsə, bu vaxta qədər
ittifaqın birinci növbədə elektrikləşdirmə
planına daxil edilməmişdir. Halı-hazırda
Mavərayi-Qafqazda 6 ədəd hidro stansyon inşa edilməkdədir.
Fəqət bunlardan yalnız 1-si olsun Azərbaycan hissəsinə
düşmüyor..." Bunu da unutmamalıdır ki,
yapılan stansyonlar kamilən Azərbaycan hesabına inşa
olunmaqdadır...
"Yeni
Qafqasiya", 15 avqust 1926, ¹19
15 EYLUL
MÜNASİBƏTİLƏ
Bir qaç gün əvvəl Türkiyə 9 eylul
gününü təsid eylədi. 9 eylul böyük
Türkiyə üçün nə isə, 15 eylul də
kiçik Türkiyə üçün odur.
Gözəl İzmirin yunanilər tərəfindən
işğalı üzərinə həyəcana gələn
Anadolu da istiqlal hərəkatı başlamış, sonra bu hərəkat
dastanı bir hərb şəklinə girmiş, nəhayət
şəhərin düşmən əlindən təkrar
xilası üzərinə yeni Türkiyənin zəfəri təkmil
olunmuşdur.
Bakı da İzmirə bənzər, ticari və
coğrafi bənzəyişlərindən sərfi-nəzər,
siyasi müqəddərat etibarı ilə də bu iki Türk
şəhəri yekdigərinə bənzərlər. İzmir kibi Bakı da
Türk düşməni xunxar dəstələr tərəfindən
işğal altına alınmış olduğu kibi burada da
minləırcə məsum türk əhalisi
çoluğuna-çocuğuna, qadınına, ixtiyarına
baxılmayaraq qılıncdan keçirilmiş xanimanlar
söndürülmüş, məmurələr viran
olmuşdur.
İzmir faciəsi Anadolu hərəkatında nə kibi
bir təsir yapmışsa, Bakı faciəsi də Azərbaycan
hərəkatı üzərində o dərəcədə
müəssir olmuşdur. Nitəkim onun 15 eylulda
düşməndən xilası dəxi, 9 eylul xilası qədər
yeni Türk tarixində mühüm bir gün olmuşdur.
Bu iki şəhərin qurtuluşunda cərəyan edən
hadisələrin təfərrüatında belə simvolik bəzi
şəbahətlər (oxşarlıqlar) vardır. Bakı
istixlasına qoşan qardaş Türk ordusundan, şəhərə
ilk daxil olan müttəfiq Türk qitəatının (dəstəsinin)
başında Mürsəl Paşa duruyordu. Nə təsadüf ki, eyni Mürsəl Paşa,
İzmirə girən qəhrəman Türk qitəatının
başında bulunmuşdur.
Bakı xilasına vaxtilə Türk əfkari-ümumiyəsinin
verdiyi mənanın nədən ibarət olduğu qismi məxsusimizdə
mündəric məqalə və vəsiqələrdən
aşikardır. Bizcə Bakı bu qədər əlaqəyə
dəyər mühüm bir nöqtədir. Türk
birliyi kibi sırf mənəvi məfhumlarından sərfi-nəzər,
Yaxın Şərqin ümumi rus təhlükəsinə
qarşı ciddi tədbirlər almaq zərurətini ehmal etməyən
durbin Türk siyasətçiləri nöqteyi-nəzərindən
baxılsa, Bakının bir rus şəhəri deyil, müstəqil
Azərbaycan Cümhuriyətinin paytaxtı qalmasının nə
qədər maddi və həyati bir məsələ olduğu
dəxi bütün qüvvətilə aşikar olur.
Yazıq ki 9 eylul xatirəsi bizə bila-şərt və
qeyd dünyalar dolusu sevinc və nəşə verdiyi halda 15
eylul həm nəşə həm də hüzün veriyor. Nəşələniyoruz
çünki bu gün 2 qardaş milləti müştərək
düşmənə qarşı böyük qayə
uğrunda omuz-omuza vuruşan, irqi və harsi birliklərini
axıtdıqları qanlar ilə təkrar yoğuran buluyoruz.
Hüzünləniyoruz çünki
qardaşlıq, Türklük və Azərbaycan istiqlalı
yolunda canlarını fəda edən böyük şəhidlərin
əldə etdikləri əsər təkrar təhlükəyə
uğramış, Bakının Çəmbərəkənd
məzarlığındakı şəhidlər məzarı
müstövlilər (işğalçılar) tərəfindən
mənsi (yaddan çıxmış) və mətruq (tərk
edilmiş) buraqmaya məhkum olmuşdur.
Əvət, Bakı təkrar işğal edilmişdir. Bakıyı
mütəaqib bütün Azərbaycan dəxi istila edilmiş,
Qızıl rus çizmələri məmləkətin
bütün müqəddəratını çeynəmişdir.
Bu məşum hadisənin nə surətlə vüqu
bulduğunu burada təkrar edəcək deyiliz. "Yeni
Qafqasiya" oxucuları bunu bilməz deyildirlər. Fəqət mübəccəl 15 eylul tarixini
xatırladığımız bu gündə, duyduğumuz
acı hüznün münfərid şəxslərə məxsus
bir təsir olmadığını qeyd edə bilməklə
də dəruni bir sevinc hiss edirik. 15 eylul xatirəsi
hürriyət və istiqlal həsrəti ilə getdikcə
daha ziyadə tutuşan Azərbaycan xalqının bil-cümlə
təbəqələrində, ələlxüsus istiqbal nəsli
ünvanını daşımağa bihəqqin layiq olan
mübariz Azərbaycan gəncliyində, yılmaq bilməyən
bir cəladət, sönmək bilməyən bir hərarətlə
pək böyük bir kin və intiqam hissini
qırbaçlıyor. Bu hisslərdir ki "Çeka" məzaliminə
baxmayaraq o, böyük mücadiləsinə davam ediyor, mənfələrə
sürülüyor, həbslərə atılıyor, edam
olunuyor, min bir türlü təzyiqata məruz qalıyorsa da
"15 eylul" xatirəsini layiq olduğu şan və şərəf
ilə təkrar yaşatmaq əzmindən dönmüyor.
Daha sərih söyləyəlim. Azərbaycanı
istila edən yabançı işğal qüvvətini məmləkətdən
qovmaq üçün var qüvvət və əzm ilə
hazırlaşıyor.
Yaşasın
bu əzim, yaşasın 15 eylul!
Baş məqalə
"Yeni
Qafqasiya", 15 eylul 1927, ¹24
BU GÜN
(15 SENTYABR 1918) HAQQINDA TÜRKİYƏ MƏTBUATI
Bu, böyük günün əzəməti və
tarixi əhəmiyəti müvacihəsində (üzbəüz
dayanmada) fikrim 1918 eylulunda Bakının zəbti münasibətilə
İstanbul mətbuatının nəşriyatını
xatırlıyor.
Önümdə bulunan koleksiyonları (komplektləri)
araşdırıram. "Tanin" qəzetəsinin baş məqaləsində
bu sətirləri oxuyuram:
"Qafqasiya aləmi üçün pək
mühüm olan Bakının zəbti, bütün cahanı əlaqədar
edən sülh dəvəti ilə eyni zamana təsadüf
etdiyi üçün layiq olduğu əhəmiyətlə tələqqi
edilmədi. Halbuki, Bakının bu dəfəki
işğalı, yalnız Rusya və Qafqasiya məsələləri
etibarilə deyil, bütün Türk və Müsəlman aləmi
üçün də böyük bir əhəmiyətə
haizdir".
"Cənubi Qafqasiyada təşəkkül edən
dövlətlər arasında irqən və dinən bizim ən
ziyadə əlaqədar olduğumuz Azərbaycan hökumətinin
bu müvəffəqiyəti, bittəbii Türkiyədə də
ciddi və səmimi bir məsruriyətlə (sevinclə) tələqqi
edilmişdir".
"Azərbaycan hökumətinin Bakının zəbti
ilə qazandığı müzəffəriyət Cənubi
Qafqas Türklük və Müsəlmanlıq aləmi
üçün həyatı pək böyük bir həmlə
mahiyətinə haizdir".
"Bu qədər mütəyəmmin nəticələr
ümid etdirən bu fəthi təbcil edərkən bu
uğurda canlarını bəzl edərcəsinə fədakarlıq
göstərən azərbaycanlı
qardaşlarımızı da səmimən təbrik eyləriz".
Möhtərəm
"Vaxt" qəzetəsi işbu məsud hadisəyi
anladırkən atidəki sətirləri yazmışdır:
"Dün
şəhərimizdə pək məsərrətli (sevincli)
bir xəbər intişar etdi. Bu xəbərə görə Bakı şəhəri
Azərbaycan qüvvətləri tərəfindən
işğal edilmişdir".
"Bakının zəbt edilməsi qonşumuz Azərbaycan
üçün böyük bir müvəffəqiyətdir. Məmləkətin
inkişafı üçün lazım olan iqtisadi məmbələr
şəhərin zəbti surətilə əldə edildiyi
kibi gənc hökumət, təbii paytaxtına da
qovuşmuşdur. Bakı, tarixi
binaları, müəssisələri, əhalisi etibarilə hər
şeydən əvvəl bir Türk şəhəridir və
bir Türk hökumətinin əlində bulunması
lazımdır".
"İqdam"
qəzetəsi Bakının ümumi mənzərəsini
göstərən bir xəritə dərci ilə bərabər
nəşr etdiyi məqalədə rəfiqlərinin fikirlərinə
aşağıdakı nöqteyi-nəzərlə iltihaq
ediyor:
"Aldığımız
xəbərə görə son günlərdə gərək
dost və gərək düşmən mətbuatını
xeyli işğal edən Bakı şəhəri düşmənin
əlindən təthir edilmişdir".
"Bakı azərbaycanlıların idi. Azərbaycan yədi-ədayə
(düşmən əlinə) keçən şəhərini
qurtarmaq üzrə Türkiyədən müavinət tələb
etmişdi".
"Bakının süqutu xəbəri bizim
üçün böyük bir zəfəri mütəzammindir".
"Axşam"
qəzetəsi də böylə yazıyordu:
"Bir şəhərin bir millətə mərbutiyətini
əvvəla tarixi, sonra əksəriyət nüfusu
nöqteyi-nəzərindən milliyəti, abidələri,
xatirələri, coğrafi və iqtisadi lüzum və mərbutiyyəti
ilaxir şeylərlə anlaşılır.
100 sənə
əvvəl cəbr və qüvvətlə alınaraq Rusyaya
ilhaq edilmiş, bütün əhalisi müsəlman, abidələri
müsəlman, 90 min kilometr murəbbei bir cümhuriyətin
yeganə paytaxtı ola biləcək bir şəhərin
Rusiyaya aid olmasını, petrol quyularının həqqi
inşası ilə təzmin etmək bolşeviklərin milliyət
əsasları ilə nasıl qabili-təlif ola bilir? Əsasən petrol quyularının ixtilalçı
bolşeviklərdən asılı sahibləri olan Müsəlman
Türklərə keçməsi dünyayı bu istehsalatdan
heç bir surətlə məhrum buraxmaz. Azərbaycan əskərləri Bakıyı maddətən
aldı, fəqət görülüyor ki, hənuz mənən
vermək istəmiyorlar. (Brest-Litovsk Müahidəsi
zeylinə işarə). Bu mənəvi haləsini
də təmin etmək bir vəzifədir. Türkiyəlilər heç olmazsa Şimal
hüdudlarını atidə ruslara qarşı əmin bir surətlə
təhkim edəməzlər, orada inləyən din və irq
qardaşlarına mənən, irfanən, iqtisadən
yardım edəməzlərsə bu hərbdəki fədakarlıqlarının
mənası bir az güclüklə anlaşılır".
Ən hərarətli hissiyatı "Tərcümanı-Həqiqət"
qəzetəsində buluyoruz. Almaniyanın
Bakını Ruslara tərki haqqındakı müvafiqətini
tənqidlə yazılan bu məqalədə müttəfiqimiz
bizi bu tənəkə qaza satdı deniliyordu.
Kamal
"Yeni
Qafqasiya", 15 eylul 1927, ¹24
İKİNCİ-ÜÇÜNCÜ
QAFİLƏ
Mərkəzi-həqqə
(Bürcə) atsalar da bizi
Kürreyi-əzzi
partladar çıxarız!
Namiq Kamal
Azərbaycanda qızıl terror vəhşətini icrada
davam ediyor.
Əvət, ana vətənin yaşıl
dağlarına, məğrur şahkarlarına (şah əsərlərinə)
son bir vida baxışı fırladaraq məchullar iqliminin
qaranlıq üfüqləri arxasında qeyb olan qəhrəmanlar
əziz bir sevgilidən ayrıldılar. Alınlarını
saran şərəf haləsi (işıqlı dairə)
onlara girdikləri vəhşi gecələrdə sönməz
bir nur gətirəcək. Bu nur
istiqbalın vəəd-kar sinəsində kəndilərini bəkləyən
istiqlal pərisinin yollarını aydınladacaqdır. Ölümün qəzəb çöhrəsinə
gülən, qarşılarına çıxan maneələri
məfkurə qüvvətilə devirərək irəliləyən
2-ci qafilə bir əsir sürüsü degildir. Bu qafilə, müvəqqəti bir hakimiyət afyonu
(tiryəki) ilə bəsirətləri uyuşan düşmənin
beyninə əsaslı zərbəyi endirəcək bir fədayi
kütləsidir. Buzlu tunduralara,
"Çeka" zindanlarına gedənlər əzilməyə
getmiyorlar, bəlkə əzdirməməyə qoşuyorlar.
Sovetləri o ilahi səvlətdi ki, məfkurənin
həqiqətə qəlbini istifdam eylər.
Üçüncü
qafilənin can fəda əfradını da, qollarından
yaxalanaraq sürüklənən məhkumlara bənzətmək
qəliz bir xətadır. Onlar hər
dürlü təhlükənin uğuldadığı atəş
və qan saçan silahların çəlikdən bir maneə
vücuda gətirdigi sipərlərə atılan əskərlərdir.
Bir ordunun mühakiməyə lüzum görmədən
itaət edən nəfərləri müəzzəm bir
makinanın çarxıdır. Bu fədailərin
hər biri isə bizzat bir ordudur. Nəfər
zabitinin əmrinə itaət edər. Bu
dilavərlər (qəhrəmanlar) məfkurənin
komandasını dinliyorlar. Ayaqlarını
toprağa bassalar da başları səmadadır.
Onlar tarixin ənud (inadcıl) bazusunu (əzəmətini)
bükməyə, qədərin istiqamətini dəgişdirməyə
qalxışan devlərdir.
Arxalarında buraxdıqları Vətən, tək bir qəlb
halında onlar üçün çarpıyor, tək bir nəzər
halında bu günün həqiqətini titrədən
addımlarını təqib ediyor. Bu qafilələr geridə
qalan yaşlı gözləri güldürəcək, enən
bayrağı əsil mövqeinə çəkəcək dəqiqəyi
yaxınlaşdırmaq əməliylə uzaqlaşıyorlar.
Onlar əsir bir yurdu qurtarmaq üçün
hür istiqbala qoşuyorlar. Onlar
yarının həqiqətini fəthə çıxan
müzəffərlərdir. Matəmlərə
əlbəttə qapanmamaq, durmamaq, yürümək mükəddərdir.
Varsın bolşevik həyuləsi (əcaibi)
Qafqasiya dağlarının üzərinə çökərək
ulasın, varsın Moskvalı haydutlar ovurtlarımdan sızan
qanlı vulkanın xumarilə sayaqlasınlar, mövüd
ölkə bizimdir. Haqq Azərbaycanındır. Və zəfər ancaq xalqa aiddir. "Yeni
Qafqasiya"nın təşkil eylədigi
iman cəbhəsinə qafalarını çarpanlar onun
çelik səddi dibinə yıxılacaqlardır. Tədhiş (hədis danışma), təhdid bu mənəvi
qüdrət müvacehəsində nə səfil bir siyasət
və nə aciz bir vasitədir.
Azərbaycanın hür ruhlu çocuklarını
ölümlə qorxutmağa yeltenənlər aldanıyorlar. Biz zatən
müqəddəs mövcudiyət uğrunda ölümü
istəyənləriz. Fəqət
ölüm kəndisini istixfaf (saymazlıq) edənlərə
gəlirsə pəncəsi altında əzilən bir məxluqu
degil, üzərinə atılaraq qayəsini yaradan xalqı
bulacaqdır.
Solovkiyə,
zülüm və təxrib diyarına getdikləri sırada məmləkət
eşqinin kökslərini şişirən həyacanı ilə
milil marş söyləyənlər, dizləri dibində
sürüklənən bolşevik nəxvətindən
(öyünməsindən) işkəncə, edam
kəlimələrindən çəkinməmişlərdir.
Mindikləri avtomobillərdən üç rəngli
bayrağı açanlar, ətrafında qımıldayan məzlum
tayfalara rəğmən analarına, bacılarına,
arqadaşlarına imanlarının gur sıdası ilə
cavab vermişlərdir!:
"Düşmən
saldırsa da dörd koldan bizə
Qorxmayın
qurtuluş pək mühal - deyə
Biz də
gəliyoruz o yoldan sizə
İstiqlal, İstiqlal, İstiqlal deyə".
Mazinin əmaqında (keçilmiş yerlərdə) həşəmətli
eskizlər yapan, istiqbalın qapılara çarpan bu xitab
cavabını, getdikcə yaklaşan böyük günün
ülvi vəlvələsində bulacaqdır.
Kamal
"Yeni
Qafqasiya", 31 temmus (iyul) 1927, ¹21
ERMƏNİ
HEYƏTİ MÜRƏXXƏSƏSİ HAQQINDA
Ta
ibtidadan bəri Parisdə müvazi olaraq 2 erməni heyəti
mövcud idi. Türkiyə erməniləri heyəti
ilə Qafqasiya (Erivan) erməniləri heyəti. Versal sülh konferansı əsnasında bu heyətlərin
2-də bərabər çalışıyordu. Bir aralıq bunlar hətta birləşdilərdi.
Fəqət sonra əsaslı bir taqım
ixtilaflardan dolayı təkrar ayrıldılar. Türkiyə
erməniləri heyəti riyasətində Misirli Poqas Nubar
Paşa, daha sonra sabiq Osmanlı xariciyə nazirlərindən Qabriel Noradonkyan duruyordu. Bu heyətə əza (üzv) olaraq Türkiyə
ermənilərindən və kəza sabiq Osmanlı nazirlərindən
Sinanyan ilə Qafqasiyada məruf erməni xadimlərindən
Papacanov daxil idilər. Lozan Konferansı ilə
bolşeviklərin Fransa tərəfindən təsdiqini
mütəaqib erməni qəzetələri vasitəsilə kəndini
lüzumsuz bir müəssisə sifətilə münfəsix
(ləğv olunmuş) deyə elan edən erməni heyəti
iştə bu heyətdir. Qafqasiya erməniləri
heyəti mürəxxəsəsi isə (Axaronyan, Xatisyan və
sairə) hala mövcuddur.
"Yeni
Qafqasiya", 16 nisan 1925, ¹14
AZƏRBAYCAN
BÜDCƏSİ
"Azərbaycan Ali İqtisad Şurasının əxbarı"
nam bolşevik qəzetəsində 1924 sənəsi büdcəsinə
aid təfsilat vardır. Hesabı verilən sənədə Azərbaycan
büdcəsinin varidat qismi 3 milyon 377 min 385 rublə ikən məsarif
qismi 5 milyon 564 min 546 rublə göstərilmişdir ki,
büdcənin 2 milyon 187 min 142 rublə bir açıqla
qapandığını ifadə edər.
1925 sənəsinə aid tənzim olunan büdcənin
isə gəliri ilə çıxarı bər vəshi-ati qərarlaşdırılmışdır. Çıxar 7 milyon 200 min
rublə, gəlir 3 milyon 155 min 133 rublə, açıq: 4
milyon 44 min 767 rublə.
Bu açıqlar nasıl qapanıyor? Məzkur məqalədə
bu sualın cavabı verilməmişdir. Yəqin ki,
"xilaskar Moskva lütf ediyor?" deyə oxucularda böylə
bir fikir hasil ola bilir? Fəqət nə gəzər...
Qızıl Moskva böylə ziyanlı işə
heç girişərmi? Eyni nüsxədə
mündəric digər məqalədə bu sualın
cavabını bulursunuz. Musyo Zire 1924-cü il Azərbaycan vergilərinə ai nəşr
eylədigi məqalədə aksiz vergisindən (ki əksəriyətlə
petroldan alınıyor) 5 milyon, 125 yüz min, 434 rublə hasil
olduğunu zikr ediyor. Buna eyni sənənin büdcəsində
göstərilən 3 milyon 377 yüz min, 385 rubləlik
vari-datı da əlavə edərsiniz 1924 sənəsiin
varidat fəsli 8 milyon 502 yüz min 817 rubləyə qədər
qabarır ki bu halda büdcədə açıq deyil 3
milyona qərib bir zaid (artım) olur. Şu 5
qusur milyonun Azərbaycan büdcəsi varidat fəslində
göstərilməsi petrol işinin Moskva idarəsində
olduğuna nəzərən, Sovetlər İttihadı
müştərək büdcəsinə girmiş
olduğundan iləri gəliyor. Demək ki
yalnız bu fəsildən Azərbaycan Rusyaya sənəvi 3
milyon şu qədər miqdarında bir xaraç veriyor.
"Yeni
Qafqasiya", 16 nisan 1924, ¹14
ÇÖHRƏMİZ
O sizə
yabançı olmasa gərək!
"Odlu
Yurd" - bu iki söz türkcə kəlmənin "Azərbaycan"ın
müqabili olduğunu söyləyərsək, məsələ
yarı-yarıya anlaşılmış olur.
Yarı-yarıya
deyirik, çünki hal-hazırda bir deyil, iki Azərbaycan
vardır... Rus istilasına pərdəlik rolunu oynayan
"Qızıl Azərbaycan" ilə qəlbində
hürriyyət və istiqlalın sönməz odunu
daşıyan milli Azərbaycan!
"Odlu
Yurd" - milli Azərbaycan fikrinin mürəvvici olaraq intişar edir. Bu intişar
ilə o, özündən əvvəl "Yeni Qafqasiya"
ilə "Azəri Türk" məcmuələri tərəfindən
gedilmiş ideal yolunu boylamaq əzmindədir.
Qızıl
istilanın, tökdüyü məsum qanlarla söndürmək
istədiyi bu ideal, bu müqəddəs od,
Azərbaycan topraqları altında səqli bulunan oda bənzər!
Gah yanar
bir dağ, gah parlayan bir su, çox kərə atəşdən
bir sütun və daima bəyaz şölələrlə
tütən bir nur halında həyata sıcaqlıq və
işıq verən bir maddi atəş kibi "Od Yurdu" gənclərinin
iztirabla çırpan qəlblərini sıcaqlığı
ilə parladan və işığı ilə parladan bu mənəvi
atəş dəxi qarartılamaz və söndürələməz
bir atəşdir: hürriyyət və istiqlal atəşi!
Məcmuəmizin başında Azərbaycanın əski-yeni
məadi (işarəsi) çox bulunan işıq və
odlarını göstərən lövhədə bu, hər
tərəfə nur saçan bir ulduz şəklində
göstərilmişdir. Səkkiz guşəli ulduz, milli Azərbaycan
ulduzudur.
Bu ulduz
hilalı ilə birlikdə mavi, qırmızı və
yaşıl rənglər üzərinə gəlincə
milli Azərbaycan bayrağını təşkil edər!
Milli Azərbaycan
bayrağı - işdə bizim çöhrəmiz!
***
Duyuşumuzu
nəql üçün bu sətirlər kafi gəlsə belə,
anlayışımızı ifadə üçün
fikrimizin dəxi aydınlaşdırılması lüzumunu
hiss edirik:
Milliyyət və istiqlal davası əsrin ən qüvvətli
və ən hakim bir şüarıdır. Başda
Cümhuriyyət Türkiyəsi olmaq üzrə bütün
Şərq bu böyük yola girmiş - yürüyor. Bu şanlı tarix qafiləsinin ilk
yolçularından biri də Azərbaycan türkləridir.
Bu türklər 1918-də öz
istiqlallarını elan eyləmiş və 2 qüsur sənə
müstəqil həyatla yaşadıqdan sonra yalanların ən
böyügünü irtikab edən qəsib bir qüvvət
tərəfindən təkrar istila altına
alınmışlardır. Milli Azərbaycan
bu gün işdə bu istilanı başından atmaq və
çalınmış istiqlalını geriyə almaq qayəsilə
çalışır və o ümidlə yaşayır.
İstiqlal,
işdə Azərbaycan milliyyətçilərini məşğul
edən ən aktual bir məsələ!
Milli Azərbaycan
hərəkatının müdafiə etdigi istiqlal tezisini
tamamilə anlaya bilmək üçün müxtəlif
zamanlarda müxtəlif mənalar ifadə edilən bu kəlməyi
bir az daha izah etməliyiz:
Sözün aktual mənasilə istiqlal, şübhəsiz,
başlı-başına bir qayədir. Fəqət
bizim üçün bu qayə kəndisindən ayrılmaz
digər şüarlardakı ülvi mənaları içərisinə
almadıqca bir qayə olamaz. Sözün
demokratik mənasilə, "İstiqlal milli hakimiyət
xaricində var degildir. Milli hakimiyət isə
ancaq xalq naminə və xalq vasitəsilə icra olunur. Bunu təmin edən sistem də hürriyət əsasları
üzərinə qurulan demokrasi sistemidir. Bu
mənada, müstəqil millət demək, xalq hakimiyətinə
dayanan milli dövlət deməkdir".
Milli
dövlət - iştə müstəqil olan hər millət
idarəsinin alması zəruri bulunan bir şəkil: kəndi
kəndinə bir qayə olmaqla bərabər, bu şəkil,
bizim nəzərimizdə, xalqın həqiqi
ehtiyaclarını gördügü zamandır ki olğundur. Demokratik hökumət, dövlət təşəkkülündə
qayeyi təşkil edən fərdi hürriyəti böyük
ölçüdə təmin etməklə bərabər, bu
hürriyətin cəmiyətdəki istehsal qüvvələrini
müşkülləşdirəcək dərəcədə
həddini keçməsinə təhəmmül edəməz.
Dünki liberalların mütləq surətdə
müdafiə etdikləri nəzəriyyə ekonomi politikin son
sözü olaraq qəbul olunamaz, nitəkim daha ziyadə
yarınki deyəcəgimiz sosyalist-kollektivistlərin müdafiə
etdikləri komuna nəzəriyyələri də əsri
hökumət məfhumu ilə doğru gəlməz. Əsri demokrat hökumətin vəzifəsi cəmiyyəti
tüfeyli zümrələrin şərrindən qorumaq surətilə
fərdləri himayəsinə almaq və müstəhsil
siniflərə hörmətlə də cəmiyyət
şirarəsini (nizam-intizamını) veqayə etməkdən
ibarətdir. Bu vəzifə isə ancaq
ictimai soludarizm və siyasi radikalizm sistemini tətbiqlə
gözəl ifa olunur.
Əsri dövlət quruluşundan məqsəd iqtisadi və
mədəni rifahdır. Bizim kibi, harsı və ictimai inkişaf nəticəsində
milli şüurunu dərk və əsri metodlarla müstəqil
bir dövlət halına gəlmək niyətilə cəhd
edən millətlər üçün bilxassə
mühümdür. Bu gün
"Avropa" sifətilə anılan bəşəri mədəniyyəti
almaq, orta zaman mədəniyyətindən ayrılaraq əsri
mədəniyyətə girmək hərəkatında bulunan
Şərq millətləri üçün həyati bir zərurət
hökmündədir. Milli Azərbaycan, bu zərurəti
çoxdan duymuş və anlamış cəmiyyətlərdəndir.
Fəqət o, bəşəri mədəniyyəti alırkən
bu mədəniyyətə, milli harsını işləmək
surətilə, bir şey də vermək istər:
Azəri türk harsının Avropayı bir üsul ilə
təzhibini alqışlarkən, biz, bir tərəfdən
xalq, digər tərəfdən də fənnilə səmimi
bir irtibat və ünsiyətdən ayrılmamasını istəriz.
Bizcə, demokratik bir milliyyətçilikdən ibarət
olan bu metodla əsrin mükəmməl texnikini xalqın əsirlərdən
bəri bəslədigi ən səmimi duyğu və
ehtiyaclarını tətmin üçün
qullanmalıdır.
Milli Azərbaycan, mədəniyyət bəhsində müasir cahanla rabitəsini qaviləşdirməklə bərabər, milli hars xüsusunda da bütün Türk dünyasilə olan əqrəbalığını ehmal etmək istəməz. Bu onun üçün eyni zamanda siyasi bir əhəmiyyətə dəxi haizdir. Qızıl bolşevizm kisvəsindəki rus harsına qarşı milli mövcudiyyət və istiqlalının şu surətlə daha qüvvətlə müdafiə edilə biləcəyi mühəqqəq degilmidir?!
Hökumətin mədəni və harsı funksiyonunu qəbul etməklə bərabər ictimai funksiyonunu da qeyd etdik. Biz milli davanın yalnız ümumin faidəsinə yarar ictimai islahat əsaslarının həyatə keçirilməsilə qüvvətlənəcəyini və həqiqi istiqlalın ancaq şu surətlə paydar olacağına qaneyiz. Komunistlərin müzurr təlimatlarına və müfrid ümdələrinə qarşı mücadilə etdigimiz kibi, əsrin icab etdigi şeylərə qiymət verməyən geri görüşlərə də üsyan edəriz.
Sinif təhəqqümlərinin (hakim olmalarının) hər növünü rədd ilə ictimai sülh və milli təsanüd əsasını tərvic eyləriz.
Əksəriyyətlə rus məktəblərində höküm sürən utopi və anarşizmdən qaçar, müvazinə və etidalları ilə mumtaz Avropa mütəfəkkirlərinə qoşarız!..
***
Məfkurəmiz zamanın ən əsri fikirlərindən mülhəm bir mənzumə halındadır. Taktikimizdə dəxi real və metodik olmaq istəriz. Xəyalə bilxassə bu sahədə yer vermək niyətində deyiliz. Dünki həqiqətlərə nəzərən Rusyanın dillərdə dastan olan qorxunc "xəyalından" diksinmədiyimiz kibi, onunla say müqadisəsinə qalxınca kəndi başına çox kiçik bir rəqəm təşkil edən Azərbaycanın bu "gövdəyə" tək başına qarşı qoya biləcəyini təsəvvür etmək "xəyalından" da uzağız.
Hesabımız tam başqadır: bir kərə yarınki Rusya dünkü Rusya degildir. 140 milyon!... Əvət bu doğrudur; fəqət bu qorxunc rəqəm bölünməz bir rəqəm deyildir. İşbu məcmui təşkil edən rəqəmdə 30 milyon Ukrayna, 13 milyon Türkistan, 12 milyon da Qafqasiya vardır. Xalis rus ünsürü 80 milyonu belə bulmaz. Ümumi hərb nəticəsində Avropada doğan yeni millətlərlə hali-hazırda müşahidə olunan milli cərəyanlara baxılır və Rusyadakı milli təşəkkül və hərəkatlar tədqiq olunursa, Rusyanın cahan tarixində Avstriya və Osmanlı imperatorluqlarının düçar olduğu aqibətə giriftar olmayacağına höküm etmək üçün məqul bir səbəb yoxdur.
Kəndi istiqlallarının geri alınması yolunda hər türlü həqiqi imkanları istifadə etmək zərurətində olan azərbaycanlıların əhəmiyyət verdikləri, təfsilatına pəkdə lüzum görmədiyimiz, siyasi imkanlardan birisini burada bilxassə qeyd etmək istəriz ki, o da Qafqasiya Konfederasyonundan ibarətdir. Haiz olduğu coğrafi, qövmi və bilxassə iqtisadi əhəmiyyətilə, Azərbaycanın da daxil olduğu müstəqil bir Qafqasiya Konfederasyonunun Yaxın Şərqdə pək mühüm bir sulhusəlah amili olacağı bədihidir. Bu bədahətin hər yerdən ziyadə Qafqasiyanın qonşuları olub Rusya imperyalizmindən ən ziyadə zərbələr yemiş bulunan Türkiyə ilə İranda anlaşılacağı aşikardır.
İştə, ana xətləri ilə çöhrəmiz! Milli hakimiyyəti uğrunda çarpışan, çalınmış istiqlalını geriyə almaq üçün çalışan bir millətin çöhrəsi!
Bu çöhrə eyni zamanda Türkdür və Türkiyədir. Bunun üçün də o, ərz etdiyi irtisamların (baxışların) səmimiyyətlə anlaşılacağına əmindir. Ona bu əhəmiyyəti verən tarixdir. Həm kəndi tarixi, həm də Türkiyə Cümhuriyyətinin tarixidir!...
"Odlu Yurd", 1 mart 1929, ¹1
(İlk nömrənin baş məqaləsi - Ş.H.)
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2019.- 1 iyun.- S.20-21.