İvan Draçın xatirəsinə   

 

 

 

Məşhur Ukrayna şairi İvan Draçın ölüm xəbərini eşidəndə sarsıldım. Onunla dostluğumun qədim tarixi var. Keçən əsrin altmışıncı illərindən başlayan dostluğumuz davam edirdi.

İvan Draçın ilk kitabı Kiyevdə, ikinci kitabı isə Azərbaycanda mənim tərcüməmdə çap olunmuşdu. Bu kitabın maraqlı tarixi var. O vaxtlar milli şairlərin Moskvada rus dilində kitabı çıxmamış şairin başqa dillərdə kitabı çıxa bilməzdi, buna qanunla qadağa qoyulmuşdu. İ.Draçın kitabı ana dilindən sonra mənim təşəbbüsümlə Bakıda "Könlümün harayı" adı ilə çap olundu. İ.Draçın ikinci kitabı "Günəşdə bucaq" adı ilə Bakıda çap edilib.

İvan Draç Azərbaycan şeiri ilə maraqlanırdı. Onunla söhbətlərində Rəsul Rza yaradıcılığına xüsusi hörməti olduğunu deyirdi.

Azərbaycan mövzusunda "Qobustan rəsmi" adlı şeir yazmışdı. Şeir mənim tərcüməmdə çap olunub.

Allahdan ona rəhmət diləyirəm, ruhu şad olsun!

 

 

 

Abbas ABDULLA

 

525-ci qəzet.- 2019.- 5 iyun.- S.17.