Gənc Tamaşaçılar Teatrında
"Qızıl balıq"ın premyerası olub
Gənc Tamaşaçılar Teatrında
Pərvinin "Qızıl
balıq "(A.S.Puşkinin
"Balıqçı və
balığın nağılı"
əsərinin motivləri
əsasında) pyesi əsasında hazırlanmış
eyniadlı tamaşanın
premyerası olub.
Teatrdan bildirilib
ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı
Telman Şıxıyevə,
kostyumların dizaynı
Reyhan Aslanovaya aiddir. Tamaşada əsas rolları Əməkdar artistlər Elnur Hüseynov, Zemfira Əbdülsəmədova,
aktyorlar Ədalət Əbdülsəmədov, Nuriyə
Əliyeva, Asya Atakişiyeva, İlahə
Əmirxanova, İmran
Qurbanov, Nuranə Hüseynova, Könül Əbilova, Xaliq Bəkirov və Nurlan Süleymanlı canlandırıblar.
Böyük rus ədibi A.S.Puşkinin 220 illik yubileyinə həsr olunmuş səhnə əsəri balacaların marağına səbəb
olub. Quruluşçu rejissor
Elşad Rəhimzadə
tamaşadan öncə
balacalara və onların valideynlərinə
müraciət edib:
"Əziz valideynlər,
uşaqlar. İnanırıq
gördüyümüz iş
sizlərin ürəyinizcə
olacaq. Xüsusən valideynlər ona
fikir verməlidirlər
ki, mərhəməti,
gözü toxluğu
tərənnüm edən
bu klassik əsər gənc nəslin tərbiyə olunmasında xüsusi əhəmiyyətə malikdir.
Ona görə də balacaları teatra gətirmək, bu cür əsərlərlə
tanış etmək
son dərəcə mühümdür".
Şən rəqslərlə, su
aləmini ifadə edən musiqi nömrələri
ilə müşayiət olunan səhnə
əsərini balacalar sevgi
ilə qarşılayıblar.
525-ci qəzet.- 2019.- 5 iyun.- S.13.