İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR

 

 

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək!

(Əvvəli ötən şənbə sayımızda)

"ODLU YURD" ÇIXARKƏN

A.Ergün Çinar

XIX yüz ilin başlarında Azərbaycanı istilaya başlayan ruslar, yüz ilin ilk çərəyində Azərbaycan güneyi İran-Qacar dövlətində qalmaq üzrə feilən ikiyə ayırmışlardı. Zəif Azərbaycan xanlıqlarının müqavimətlərini qolayca alt edən Çarlıq Rusiyası mövcud durumu Osmanlı dövləti ilə yapdığı Ədirnə anlaşması (1829) və İranla yapdığı Türkmənçay anlaşması (1828) ilə rəsmləşdirdi və İrəvan və Naxçıvan xanlıqları da daxil olmaq üzrə Azərbaycan Araz nəhri ilə Talış dağları sınır olmaq üzrə ikiyə ayrıldı.

Çarlıq idarəsi bu tarixdən etibarən İrana rus kolonizasyonunu təmin üçün çeşidli tədbirlərə baş vurdu. Özəlliklə Qarabağa köçürülən İran erməniləri ilə bu məntəqənin etnik tərkibi dəyişdirildi. Yüz il boyunca yapılan dəmir yolları, limanlar, Bakı neftinin Avropa sərmayəsinin yardımı ilə işlətməyə başlaması ilə Azərbaycanda modern anlamda bir tacir sinfi ortaya çıxdı. Genişlənən təhsil müəssisələri vasitəsilə də batılı fikirlər yayılmağa, ədəbiyyat, sənət və mətbuat sahəsində fikirlər gəlişməyə, ədəbiyyat, sənət və basın sahəsində özünü göstərməyə başladı.

Azərbaycanda çıxan ilk türk qəzetəsi Həsən bəy Zərdabi tərəfindən 1875-1877 illər arasında yayınlanan "Əkinçi" qəzetəsidir. "Əkinçi" çarlıq idarəsincə qapadıldıqdan sonra Hacı Səid Əfəndi Ünsizadə yaxşı qeyrət etdikdən sonra "Ziya" ("Ziyayi-Qafqasiyə") ünvanlı qəzet Tiflisdə nəşr edilməyə başladı. 1879-1884 illəri arasında çıxan qəzetə Azərbaycan aydınlarını tətmin etməsə də yazarları arasında S.Ə.Şirvani, N.Vəzirov, S.Vəlibəyov kimi önəmli aydınlara da təsadüf olunmaqdadır. Yenə Tiflisdə 1883-1891 illəri arasında 123 sayı çıxan "Kəşkül" də ehtiyatlı dilinə, "siyasətdən" uzaq durmasına baxmayaraq digər Azərbaycan mətbuat orqanları kimi qapadılmaqdan qurtaramamışdı. 1905 inqilabı öncəsində çıxan son türk qəzetə "Şərqi-Rus" qəzetəsi olub M.Şaxtaxtinskinin redaktorluğu altında 1905 ilinə qədər davam etmişdir. 1906 ilində nəşrə başlayan və 1931 ilinə qədər Cəlil Məmmədquluzadə tərəfindən nəşr olunan mizah ağırlıqlı "Molla Nəsrəddin" məcmuəsi sadəcə Azərbaycan üçün degil, İr həyatını anlamaq üçün də mühüm bir dərgidir. "Molla Nəsrəddin" sahib ola gəldigi din qarşıtı təvrini sovet idarəsində çox qaba bir hala gətirəcək əski təsirini qeyb etmişdir.

1905 rus inqilabına qədər Azərbaycan mətbuat həyatı ağır senzor şərtləri qəzetələrin sıxca qapadılması daima ehtiyatlı bir lisan qullanması kibi səbəblərlə çox verimli olmamışdır. Qəzetə çıxarmaq üçün yapılan pək çox təşəbbüs isə Çarlıq idarəsincə qəbul görməmişdir. Çarlıq Rusyanın Yaponiya ilə yapılan savaşdan məğlub olaraq çıxması ilə 1905 ilindən etibarən Rusya Azərbaycan türklərinə nisbi bir mədəni sərbəstlik vermək zorunda qaldı. Qəzetə çıxarmaq, xeyriyə cəmiyyətləri qurmaq, okul açmaq kibi xüsuslarda bəlli ölçülərdə qolaylıqlar sağlanmağa başlandı. 1905 sonrası çıxan "Həyat", "İrşad", "Tərəqqi" və "Füyuzat" kibi qəzetə və məcmuələrdə nisbi hürriyət havasında daha dolğun və daha qəlitəli yazılar görülməyə başlandı. Bu mətbuat orqanlarında özəlliklə İran inqilabı və jöntürk hərəkatı ilə ilgili çox sayda yazı və yoruma yer verildiyi görülməkdədir. İstanbul türkcəsinin və Osmanlı imlasının hakim olduğu Azərbaycan mətbuatı sıx-sıx Osmanlı elm və fikir həyatından və ədəbiyyatından bəhs edərək iqtibaslarda bulunurdu. Tağıyev kibi bir petrol zəngini xeyirsevərcə dəstəklənən Azərbaycan mətbuatında Əhməd Kəmal Bəy kibi önəmli bir isim də boy göstərmiş, müəllim Cövdət Bəy kibi önəmli bir egitimçi də Tağıyevin dəvətilə Bakıya gəlib Azərbaycan maarifinə hizmət etmişdi.

1905 Rus inqilabından Azərbaycan Xalq Cümhuriyətinin yıxıldığı 1920 tarixinə qədər Azərbaycan mədəniyyət və ədəbiyatında Osmanlı təsiri belirgin bir şəkildə hiss edilmişdir. XIX yüz ilin 2-ci yarısından etibarən artan rus nüfuzu və tənəzzülə uğrayan şiə-fars mədəniyətinin 1905 rus inqilabı sonrasında təbii bir nüfuzedici gücü olan Osmanlı-Türk mədəniyyətilə yarışmayacaqları görülüyordu.

Ekim (oktyabr) 1917 Rus inqilabının Azərbaycan tarixində önəmli bir dönüm nöqtəsi olmuşdur. İxtilal sonrası təsis edilən Qurucu Məclisin 1918 ocağında (yanvarında) bolşeviklərcə dağıdılması Rusiyada parlamentar bir demokratisinin qurula biləcəginə olan ümidləri söndürmüş və Qafqas xalqlarında bağımsızlıq fikrini alovlandırmışdı. 28 Mayıs 1918-də elan edilən və 27 nisan 1920-dəki rus işğalına qədər yaxlaşıq 2 il sürən bağımsızlıq dönəmində Azərbaycanda siyasi, iqtisadi və mədəni sahələrdə önəmli atılımlar yapılmış, Türkiyədən öyrətmənlər və dərs kitabları gətirərək, İstanbul türkcəsi yayğınlaşdırılmışdır. Bolşevik işğalından sonra isə Müsavat Partiyası mənsublarına yönəlik təqiblər başlamış, çox sayda müsavatçı və aydın tutuqlanmışdır. Pək çox Azərbaycan ziyalıları mövcud durum dolayısı ilə başda Türkiyə olmaq üzərə İran, Almanya, Fransa və Finlandiya kibi ölkələrə sıxınmışlardır. Azərbaycan mühacirləri Azərbaycan içində II Dünya Savaşına qədər sürən və zaman-zaman silahlı üsyan və müqavimətə dönüşən mücadiləyi Azərbaycan dışında mətbuat və siyasət sahəsində icra etməyə başlamışlardır.

Azərbaycan istilası vaxtı və daha sonra Azərbaycandan qaçmağa müvəffəq olan müsavatçılar başda İstanbul olmaq üzərə müxtəlif mərkəzlərdə toplanmağa və mücadiləyə başladılar. İstanbulda bulunan müsavatçılar Məhəmməd Əmin Rəsulzadənin də aralarına qatılmasını mütəaqib Azərbaycan davasının mühacirətdəki ilk dərgisi olan "Yeni Qafqasya" çıxarmağa başladılar. "Yeni Qafqasya" türk qamuoynunda böyük ilgi gördü. Türk Ocaqları bütün şöbələri naminə dərgiyə əbunə oldu. Dərgi İran, Misir, Hindistan, Afqanistan kibi Şərq ölkələrində də ilgi ilə qarşılanarkən Azərbaycandakı Sovet mətbuat orqanlarında isə ağır tənqidlərə və qaralamalara məruz qalmışdır. "Yeni Qafqasya" Sovet Rusiyasının basqısı ilə 1927 ilində baqanlar qurumu qərarı ilə müzur nəşriyatda bulunduğu gərəkçəsilə qapadılmışdır. "Yeni Qafqasya"nın qapadılmasından çox qısa bir sürə sonra "Azəri Türk" dərgisi yayınlanmağa başladı. 1 şubat (fevral) 1928-dən 1 mart 1931-ə qədər toplam 32 sayı yayımlanan dərgi "Yeni Qafqasya"nın davamıdır.

"Odlu Yurd" dərgisi isə "Azəri Türk"ün yayınını davam edərkən başlamışdır. "Odlu Yurd"u Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala 1929-1931 illəri arasında 31 sayı çıxarılmışdır.

"Odlu Yurd" zəngin yazar kadrosu və geniş bir fəxri müxbir dəstəsilə başda Türkiyə, Azərbaycan və İran olmaq üzərə çox etkili olmuşdur. Dərgi mövcud yasağa rəğmən qaçaq yollarla Azərbaycana daxil olmuşdur. "Odlu Yurd" və digər mühacir dərgiləri haqqında komunist Azərbaycan mətbuatında ağır və atəşli tənqidlər yapılmasının bir səbəbi də bu durumdur. "Odlu Yurd" İranda anti-türk pəhləvi rejimini kəndincə haqlı sayıla biləcək səbəblərlə açıqca tənqid etməkdən çəkinməsinə rəğmən İrana girişi yasaqlanmışdır.

"Odlu Yurd"da Azərbaycan istiqlal mücadiləsi tarixi, Müsavat Partisi, Azərbaycanın içində bulunduğu mövcud durum, Azərbaycan mühacirləri və fəaliyətləri, Azərbaycanda icra olunan kollektifləşdirmə hərəkatı, Azərbaycan petrolu, dünya siyasəti içində Azərbaycanın vəziyəti, Azərbaycan tarixi, Azərbaycanda maarif həyatı, Azərbaycan və Rusya basınından iqtibaslar, İran, Türkmənistan, Əfğanıstan və Qafqasya xəbərləri, kitab və qəzetə tanıtımları kibi mövzularda ağırlıqla yer verilmiş pək çox ölkəyə yayılmış bulunan Azırbaycan kolonisi ilə ilgili xəbərlər yanında Dərgi Türk siyasi həyatı ilə ilgili yorum və xəbər verməkdən genelliklə qaçınmamışsa da, zaman-zaman Türk mətbuatından iqtibaslar yaparaq Mustafa Kamal Paşa və devrimləri dəstəkləyən hərarətli bir dil qullanmışdır.

"Odlu Yurd" böyük bir gücə qarşı cidi bir himayə görməkdən çox sıxıntılı və zor bir yayın hıyatı sürmüşdür. Bu durumla bağlantılı olaraq da dərgidə müstəcar isimlər və rümuzlara (rəmzlərə) sıxca raslanılmaqdadır. Dərginin 2 ana yazarından biri olan M.Ə.Rəsulzadənin M.Əmin, Azəri, Mirzə Balanın Daşdəmir, Kamal, M.B.Məhəmmədzadə kibi müstəcarlar isimlər qullandığı görülməkdədir.

Mühacir Azərbaycan mətbuatı Türkiyə kamu oyununda da etkili olmuşdur. M.Ə.Rəsulzadə, Mirzə Bala, Abdullah Battal (Taymas), Mir Yəqub, Əhməd Cəfər oğlu Mustafa Çokayoğlu, Məhməd Ağaoğlu, Şəfi Bəy Rüstəmli, Nağı Keykurun, Hüseyin Baykura, Hilal Münşi kibi zəngin və qəlitəli bir yazar kadrosu olan mühacir Azərbaycan mətbuatı məaləsəf Sovet Rusyanın Türkiyəyə qarşı yapdığı ağır təzyiqlər nəticəsində çox uzun ömürlü olamamış və sıx-sıx qapatılmışdır. Eyni aqibətə "Odlu Yurd" da uğramış və 31 sayından sonra tətil edilmişdir. Bu tarixdən sonra yurd dışına qoyulan Müsavat nəşriyatı zaman-zaman Türkiyəyə giriş yasaqlarına məruz qalmış və özəlliklə Türkiyədəki oxuyucu kütləsinə uluşamamaqdan dolayı ciddi maddi sıxıntılara uğramışdır.

1923-də "Yeni Qafqasya" ilə İstanbulda başlayan və Avropanın müxtəlif şəhərlərində davam edən Azərbaycan mühacir mətbuatı, kəndisi ilə eyni sırada yürüyən qardaş Türkistan, İdil-Ural və Krım mətbuatı ilə birlikdə Türk ürfanına Sovet Rusya məhkumu millətlərin tarixinin araşdırılması və öyrənilməsi üçün misilsiz bir xəzinə buraxmışdır. Bu fədakar insanlar hər zaman təqdirlə və şükranla anılacaqlardır. Nə acıdır ki sadəcə dərgi və qəzetələrlə deyil yayınlanan çox sayda kitab, broşur, bəyannamə və s. ilə müəzzəm bir yekuna ulaşan bu zəngin müqtəsabat təkrar mədəniyət həyatımıza qazandırılmamışdır. Gündən-günə uzaqlaşdığımız bu böyük mizas təkrar mədəni həyatımıza qazandırılmalı və yeni çalışmalara ilham qaynaqlığı etməlidir.

"Odlu Yurd" yayına hazırlanarkən tibqibasını yapılması üçün bilgisayar ortamına axtarılaraq mümkün olduğunca təmizlənmişdir. Bu konuda əməyini əsirgəməyən sayın Musa Sarıqayaya təşəkkür edirəm. Tibqibasının sonuna eklənən indeksin istifadəyi kolaylaşdıracağı aşikardır. Yolumuza bir digər "M.Ə.Dərgisi" olan "Bildiriş" ilə davam edəcəyiz. Oxucuların göstərəcəyi ilgi və həssasiyatın bu yola davam etmək üçün əlzəm olduğunu söyləməyə bilməm lüzum varmı? Son olaraq böylə bir yükü də yüksəlmədən qəbul etdiyi üçün Məhməd Varış Bəyə Türk ürfanı adına təşəkkür etmənin bir vacibə olduğunu söyləməliyəm.

A.Ərgün Çinar

"Məhəmməd Əmin Rəsulzadənin doğumunun 130 ili xatirəsinə"

"Odlu Yurd" (1929-1931), cild I, Kitab evi, İstanbul, 2014

"QAFQASYA DAĞLILARI"

Qafqasya Dağlılar firqəsinin fikirlərini nəşr etmək üzərə Parisdə çıxmaqda olan "Qafqasya Dağlıları" məcmuəsinin kanuni-sani (yanvar) - şubat (fevral) nüsxəsi intişar eyləmişdir.

Bu nüsxə əksəriyətlə polemik məqalələrə həsr edilmişdir. "Dağlılardakı ayrılma hərəkatı və onun mənşələri" ünvanlı məqalədə keçənlərdə Milyukovun qəzetəsində "Qafqasyalılar İttihadı" namına bəyanatda bulunaraq Qafqasya separatizminin əsassız olduğundan bəhs edən zata cavabən yazılan müfəssəl məqalədə Qafqasyadakı milli hərəkatların əsaslı və ciddi olduğu əsaslı surətdə isbat və Qafqasya Dağlılar firqəsinin ideolojisi şöyləcə təsbit olunuyor:

"Rusya ilə nə lisan, nə adət, nə irq, nə hars, nə də əqrəbalıq bağları ilə bağlı olmayan biz qafqasyalılar toprağımızın məhsulatına bizzat malik olmaq istəriz. Bizim bu adilanə arzumuz "biz sizi qüvvətlə ram edəriz!" seyhasına məruz qalıyor. Biz bunu bərayi məlumat işidir, fəqət bununla bərabər qafqasyalıların adilanə istəklərinə hizmətdən geri qalmıyoruz".

Şamilin qeyb etdiyi davayı hanki qüvvətlə şimdi siz qazanacaqsınız? sualına məcmuə atidəki sətirlərlə cavab veriyor:

"Avropa şərqindəki millətlərin böyük inqilabı hala davam etməkdədir. Moskva ilə Qafqasya arasında dərin bir uçurum açılmışdır. Rusya ilə Qafqasyayı tutan yeganə bağ komunist firqəsidir. Bunun xaricindəki digər bütün bağlar çoxdan qopmuşdur. Moskva Qafqasyadan alıyor, fəqət müqabilində oraya bir şey vermiyor. Gələcək fırtınalarda isə bu bağ - Komunist firqəsi dəxi sabun köpüyü kibi bir ləhzədə partlıyacaqdır".

Bundan başqa mühərrir milli vəhdəti formula edən münəvvər zümrə ilə, Cenevrədəki Cəmiyyəti Əqvam mövcudiyətini də mühüm birər qüvvət kibi tələqqi ediyor.

Məcmuənin tədqiqinə görə Milyukovun qəzetəsində Qafqasya istiqlal hərəkatını şübhəli görən "Qafqasya İttihadı"nın 2-3 osetinlə bir inquş və 2-də dəmiryolçu ermənidən ibarət imiş.

"Rus imperyalizminin könüllüləri" ünvanlı məqalə erməni Kuqasov tərəfindən Parisdə rusca olaraq nəşr edilən "Vozrojdeniye" qəzetəsinə bir cavab təşkil etməkdədir.

Bu məqalə aşağıdakı cümlə ilə bitiyor:

"Bütün Qafqas Şimalını soyuk və zülmətilə qəti əlaqə etmiş günəşlə işıqlanan Ağ Dənizə doğru üz çevirmiş, Avropa mədəniyət, hürriyət və səadətinə doğru istiqamət almışdır. Bu andan etibarən Qafqas sadə coğrafi deyil, eyni zamanda siyasi bir fikir məfhumudur. Qafqasya istiqlalı günün məsələsidir. Bu hadisənin böyüklüyü qarşısında beynəlmiləl yağma, əsarət və qırbac idarəsinin gönüllü ajanlarına düşən vəzifə ancaq susmaqdır".

Rusya millətlərindəki ayrılma hərəkatına qarşı düşmənanə vəziyət alan rus siyasilərindən birisi də sabiq müvəqqəti hökumət rəisi bulunan Kerenskidir. Kerenskinin Parisdə nəşr etməkdə olduğu "Dni"də yazdığı bir məqaləsinə cavabən digər bir məqaləsində "Qafqasya Dağlıları"nın, yəni Kerenskinin "Rusyanın daha ziyadə parçalanmasını İngiltərə kəndisi üçün müzurr və qeyri-məqbul görüyor", deyə yazdığını istihza etdikdən sonra:

"Xayır əfəndilər, sizin bilməm nərədə isə eşitdiyiniz böyük "imperyalist" dövlətlərin "dur!" demələri milli həyat dərinliyindən gələn bir istəyi durduramaz!

Bu istək isə - milli istiqlala doğru getməkdən və istər qızıl, istərsə bəyaz olsun Moskvaya qarşı ittihad etməkdən ibarətdir".

Bu məqalələrdən maəda (başqa) məcmuədə "Rusyanın Ermənistan siyasəti", "Türküstanda beynəlmiləl münasibət" və sairə kibi məqalələr vardır.

"Odlu Yurd", Nisan (aprel) 1929, ¹2

DİQQƏT EDİLƏCƏK BİR İXTİFAL (MƏRASİM)

24 həziranda İstanbul milli istiqlal uğrunda mücadilə edənlərin diqqətlərini bilxassə cəlb edəcək bir ixtifalə şahid oldu. Lehistan əskəri heyəti tərəfindən Hələbdən alınaraq, Lehistana götürülən lehli (polyaq) Murad Paşanın kəmiklərini təşyi üçün Sirkəci stansyonunda səmimi bir ixtifal tərtib edildi.

Murad Paşanın Türk və Leh bayraqlarına sarılı bulunan tabutu üzərinə Türk ordusu, Lehistan, Macarıstan, Fransız, Misir səfarətləri ilə digərləri naminə birər çələng qoyulmuşdu.

Tabut Lehistan Rəisi Cümhuruna məxsus salon-vaqona qoyulmadan əvvəl Lehistan səfiri Müsyo Olşevski, Türk Ordusu naminə Emin paşa və sairləri tərəfindən nitqlər irad edilmişdir.

Leh səfirinin gözəl və mənidar nitqindən atidəki cümləyi alıyoruz:

"... Vətənini tərkə icbar edilən bu qəhrəman Türkiyə toprağında müsafirpərvərliyə nail olmuş və bu məmləkətdə təqdir edildiyindən kəndisinə yüksək bir əskəri rütbə tövcih edilmişdir. Bundan dolayı Türkiyə toprağına hörmətlər...".

Emin Paşanın nitqindən daha atidəki sətrləri qeyd ediyoruz:

"Ana vətənindən cüda olaraq ölən bu müqəddəs ölüyü milli bir istiqlal qəhrəmanı olaraq təbcil edərkən Türk ordusunda bir Türk kibi hizmət və böyük rütbələr qazanan əziz Fəriqimizin ifa etmiş olduğu iyi hizmətlərini Türkiyə Cümhuriyəti Ordusu naminə təqdirən bir daha təzkər etməyi vəzifə biliriz".

Macarıstan səfiri ilə Lehistan əskəri heyəti naminə dəxi birər nitq söyləndikdən sonra böyük tabutu möhtəvi (aparan) tren Türk əskəri qitəsinin təzim mərasiminin ifasından sonra hərəkət eyləmişdir.

Lehistan mültəcisi möhdəti Murad Paşanın əsil ismi general Bemdir. Lehistan tarixində pək mühüm bir rol oynayan bu general bütün həyatını mücadilə içərisində keçirmişdir.

Rusya, Avstriya və Almaniya tərəfindən təqsim edilən Lehistan, bir aralıq Napalyon tərəfindən qurtarılmışdı. O zaman Bem, yüzbaşı rütbəsində bulunmuş və lehli legionunda böyük yararlıqlar göstərmişdir.

1830 sənəsində Lehistanın Rusyaya qarşı qiyam etdiyi zaman Bem bu qanlı mücadilədə böyük qəhrəmanlıqlar göstərmiş və general rütbəsini almışdır.

İstiqlal hərəkatı əqim (nəticəsiz) qaldıqdan sonra hürriyətpərvər general vətənindən uzaqlaşmağa məcbur olmuşsa da, Vətəni üçün çalışmaqdan xali qalmamışdır.

1848 sənəsində istiqlal mücadiləsinə atılan Macar qüvvətlərinin başına keçərək, Macarıstan istixlasını təminə müvəffəq olmuş, fəqət Rusyanın Avstriya yardımına göndərdiyi 200 min kişilik ordu ilə pək qəhrəmananə hərb etdikdən sonra Türkiyəyə iltica eyləmiş, Avstriya və Rusyanın müdaxilələrinə baxmayaraq Türkiyə tərəfindən himayə görmüşdür. General Bem Türkiyədə islamiyəti qəbul ilə Murad Paşa ismini almış və Türk əskəri hizmətinə alınaraq orduda böyük rütbələr qazanmış və nəhayət Hələb Valeliyində ikən vəfat etmişdir.

Böyük istiqlal mücahidi şimdi mütəşəkkir vətəndaşları tərəfindən hür və müstəqil Lehistana götürülüyor. Nə Məsud ölü!... Nə Məsud Vətən!...

"Odlu Yurd", temmuz (iyul) 1929, ¹5

ONUNCU İLDƏ!..

(Azərbaycan "Çeka"sının ildönümü münasibətilə)

1929 mayın 20-də Azərbaycan "Çeka"sının təşəkkülündən 9 il keçdiyi üçün "Çeka"nın indiki rəisi Novruz Rzayev bu münasibətlə Bakıda türkcə nəşr olunan "Komunist" qəzetəsində (¹ 114) "Doqquz illik fəaliyyət" haqqında uzun bir məqalə yazmışdır. Rzayev məqaləsində "Çeka"nın tarixi təşəkkülündən bu vaxta qədər Azərbaycan daxilində "Müsavat" firqəsinin gizli surətdə çalışan təşkilatı ilə vaqe olan mücadiləsindən, "Müsavat" firqəsinin 1922 sənəsindən 1929 sənəsinə qədər "əskiyi (köhnəni) iadə və komunist diktatorluğunu yıxmaq" üçün göstərdiyi inaddan bəhslə bilxassə 1928 sənəsi üzərində duruyor, diyor ki:

"1928 sənəsində Azərbaycan Fövqəladə Komisyonu - "Çeka" "Müsavat" firqəsinin yeni mərkəzini (?) kəza və Bakı şöbələrini, əskəri və terror qrup və təşkilatlarını kəşf və təsviyə etdi (?)".

"Kəşf və təsviyə olunan (yəni Sibiryaya sürülən, qətl olunan və s.) "Müsavat" v.s. kontrrevolisyon təşkilatları hüdud xaricində olan əksi-inqilab idarə və təşkilatları ilə münasibətdə bulunmuş, onlardan yardım və direktiv almışlardı..."

Fəqət bolşeviklərin "Çeka" mütəxəssislərinə məxsus raporlarında bir lisan vardır. Daima "Masavat" aradan qaldırıldı, "gömüldü" deyən və böylə deməyə alışqan olan, "Müsavat"ın əbədi olaraq məhv edildiyini iddia edən çekistlər bu dəfə yalnız "təsviyə" təbirilə iktifa ediyor, eyni zamanda böyük bir qorxu içərisində bulunduğuna bir əlamət olaraq diyor ki: "Məhəmməd Əmin Rəsulzadələr, Sovetlər İttifaqını içərisindən dağıtmaq istiyorlar. Şübhə yoxdur ki, bu təşəbbüslər nəticəsiz qalacaqdır. Çünki proletar diktatorluğunun lazımı orqanları ("Çeka", Qızıl Ordu) Sovet hökumətini sarsıtmaq istəyən hər təşkilatın kökünü vaxtlı-vaqtında yandırmaqdadır".

"Azərbaycan çekistləri, Azərbaycan "Çeka"sı 10 ilinə daxil olarkən kəndi sıralarını bir qat daha möhkəmlədəcək və fəaliyətini artıracaqdır".

İstilanın 10-cu ilində və "Çeka" fəaliyətinin 10 ildən bəri 10 minlərlə milliyətçini imha (məhv) və dəfələrlə "Müsavat"ı kəşf "təsviyə" və "ilğa" eylədikdən sonra, yenə "sıralarını möhkəmlətmək" ehtiyacını hiss eyləməsi, "Müsavat" və müsavatçı adı qarşısında Azərbaycan komunistlərinin nə böyük bir qorxu duyduqlarını göstərməkdədir. Bu əndişə müsavatizmin və bu təbirin ifadə etdiyi Azərbaycan İstiqlalçılığının nə dərin bir kökə malik olduğuna dəlil ola bilir.

9 ildən bəri qətiyən sönmədiyini, getdikcə alovlandığını və Sovet hökumətindən ötrü, harsı, ədəbi, iqtisadi, ictimai-siyasi və əskəri cəbhələrdə böyük bir təhlükə təşkil eyləməyə başladığını, gəncliyin bilxassə məktəbli və darülfünunların, hətta komsomolların belə, bu dərin milli hərəkatda iştirak etdiklərini, həbslərin, sürgünlərin, qətllətin Milli Hərəkatda iştirak etdiklərini, həbsləri, sürgünləri, qətlləri sövq və idarə edən "Müsavat"ın kəndi fəaliyətini durdurmadığını rəsmi "Çeka" reporlarından öyrəniyoruz. Öyrəniyoruz ki, Rzayevin təbirilə "ümumi Rusya "Çeka"sının direktiv və rəhbərliyi ilə" Rusyanın istila və imperyalizmi ilə mücadilə edən və Azərbaycanın istiqlal və qurtuluşu üçün "Çeka"nın qanlı bodrumlarında canlarını sevə-sevə verən Azərbaycanın həqiqi övladını imhayə məmur bulunan Azərbaycan "Çeka"sı, qanlı və vəhşi fəaliyətinin 10-cu ilində bu qüvvətli və şanlı Milli Hərəkata qarşı daha hızlı bir surətdə mücadilə yürütmək məcburiyətini hiss edir.

"Çeka"nın bu "daha qüvvətlənmək" ehtiyacı, bizim daha ziyadə qüvvətli olduğumuzdan iləri gəlir. Bu da Sovet rejimi və bolşevik hakimiyyətinin zəifliyini, milli istiqlal hərəkatının canlılığını və təbii bir xalq hərəkatı olduğunu göstərməkdədir.

Bu, istiqlal hərəkatının və rus istilası ilə olan mücadilənin davam eyləməkdə olduğuna şəhadət edər. Göstərir ki verdiymiz minlərcə qurbanlar üzərinə yeni qurbanlar əlavə etmək qarşısındayız.

"Çeka"nın bu 9 sənəlik vəhşətini xatırlarkən vermiş olduğumuz böyük istiqlal qurbanlarının müqəddəs xatirələri önündə diz çökəlim! Onlara, o Pirilərə, Məhəmməd Bağırlara, Dadaşlara, Ağa Kərim və Ağa Səlimlərə minlərcə rəhmətlər göndərəlim. Verdiyimiz qurbanların və verəcəyimiz yeni şəhidlərin izlərilə o böyük istiqlal qayəsinə doğru yürütməkdə davam edəlim. Sıralarımızdan Rəhimlərin, Əli Yusiflərin, Nəsrullah və Əbülfəzlərin Məhəmməd Həsən və Vahabların buzlu cəhənnəmlərə göndərilməsi, Piri, Dadaş və Qasımların qanlı bodrumlarda şəhadəti əzmimizi sarsıtmasın, biz yeni qurbanlar verəcəyimizdən qətiyən qorxmuyalım. Yalnız verəcəyimiz və verdiyimiz qurbanlardır ki, bizi hürriyət və istiqlala qovuşduracaqdır.

Böyük ölülərimizin, "Çeka"larda uğrunda can verdikləri müqəddəs Azərbaycan istiqlalına, yenə böyük ölülərimizin mübarək vücudlarına basaraq iləriləməliyiz.

Zalım və vəhşi "Çeka"nın varlığına olan nifrət və lənətlərimizi yalnız bu surətdə izhar edəlim! İstiqlal mücadiləsindəki inadlarımızla...!

M.B.Məmmədzadə

"Odlu Yurd", temmuz (iyul) 1929, ¹5

"MÜSAVATÇI" KOMSOMOLLAR

Martın 6-da (1929) Bakıda Azərbaycan Komunist Firqəsinin ümumi qurultayı açılmış. Qurultayda Azərbaycan Komunist Firqəsi katibi-ümumisi Əli Heydər Qarayev 2 gün davam edən bir rapor vermişdir. Bakıda çıxan "Komunist" qəzetəsi ilə Tiflisdə nəşr olunan "Zarya Vostoka" qəzetələri 7, 8, 9, 10 mart tarixli nüsxələrində Qarayevin raporunu təfsilatı ilə dərc ediyorlar. Məzkur raporun "Zarya Vostoka"nın 10 mart tarixli və 2024 nömrəli nüsxəsində dərc olunan və Azərbaycan gənc komunistlər təşkilatına aid qismində Qarayev demişdir ki:

"Azərbaycanda 178.000 gənc komunist və 70 min namizəd vardır. Fəqət bu komunist gənclər ideoloji cəhətdən nə haldadırlar? Bu yaxın günlərdə gizli bir "Müsavat" təşkilatı kəşf olunmuşdu. Məzkur "Müsavat" təşkilatının əza (üzv) və aktiv təşkilatçılarının gənc komunistlərdən ibarət olduğu meydana çıxmışdır. Bu surətlə görüyoruz ki komunist gənclik ufaq (kiçik) burjua nüfuzuna düşmüşdür.

Azərbaycan gənc komunist təşkilatı içərisində "Müsavat" kəşfi şimdi 2-ci vaqeədir. 1-cisi 1928 sənəsi avqustunda vaqe olmuşdu.

"Odlu Yurd", nisan 1929, ¹ 2

 

Milli bayrağımıza!

Türküstan yelləri öpüb alnını,

Söylüyor dərdini sana bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən,

Ərmağan yolla, sən, yara bayrağım!

 

***

 

Gedərkən Turana, çıxdın qarşıma,

Kölgən dövlət quşu, qondu başıma.

İzn ver, gözümdə coşan yaşıma,

Dinlətsin dərdini aha, bayrağım!

 

***

 

Qayı Xan soyundan aldığın rəngi,

Qucamış Elxanla müsəlman bəgi.

Elxanın övladı dinin dirəgi,

Gətirdin könlümə səfa bayrağım!

 

***

 

Köksümdə tufanlar gəldim iləri,

Öpüm kölgən düşən mübarək yeri.

Allahın yıldızı o gözəl pəri,

Sığınmış qoynunda aya, bayrağım!

Cavad

Bir Turan yolçusu diyor ki:

Çox dolaşdım əski Şərqin ölü hissiz yurdunu,

Sübh olmuşdu,

fəqət yenə bir oyanıq görmədim.

Anlamazdı kimsə onun o şübhəli dərdini,

Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim.

 

                             ---------

 

Dedilər ki, öksüz Şərqin xəzan görmüş bağında,

Yeni başdan qızıl güllər, yasəmənlər açacaq.

Bu qaranlıq gecələrin ıssız, tutqun çağında,

Almas yıldız doğacaq da üfüqə yıldız saçacaq.

 

                             ---------

 

Dedilər, Azərbaycan türklərinin elində,

Əski atəş yeni başdan alovlanmış, coşmuşdur.

Vəhşi Qafqas dağlarının o bükülməz belində,

Bir Türk oğlu taleyinin arxasınca koşmuşdur.

 

                            ---------

 

Əvət, əvət bu gün Şərqə kəbə olan bu ölkə,

Yenə bir gün atəşilə-alovuyla yanacaq.

Bütün Turan oğuz nəsli, hətta bütün Şərq bəlkə,

Yenə onu təqdis ilə ziyarətgah sanacaq.

 

                            ---------

 

Ey Türk oğlu, səni tanrın Şərqə hadi göndərdi,

Yatmış yurdu qardaş kibi titrət, qaldır, oyandır.

Yeni, məsud bir həyata dəvət elə hər fərdi,

Ürəyində sönməyəcək bir təbii od yandır...

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 8 iyun.- S.20-21.