"Molla Nəsrəddin"in əks-sədası: mübahisələr və həqiqətlər

 

 

Dövrünün tanınmış jurnalisti Hüseyn Minasazov XX əsrin əvvəllərində Tiflisdə rus dilində nəşr olunan "Zaqafqaziya" qəzetində dərc etdirdiyi "Müzakirə" adlı yazısında mübahisə və etiraz doğuran bir əhvalatı oxuculara çatdırıb.

 

Yazıda bildirilirdi ki, 23 may 1907-ci ildə Tiflis məscidinin vaizi Mirbağır Mirheydərzadə  "Müsəlman qadınının şəriətə görə örtüksüz gəzməyə hüququ varmı" mövzusunda geniş məruzə edib, "Molla Nəsrəddin" jurnalının əməkdaşı Ömər Faiq Nemanzadənin  cavab nitqinə maneçilik törətsə , buna müvəffəq olmayıb. Söz almağa fürsət qazanan Ö.Nemanzadə isə öz məntiqli əsaslandırılmış çıxışı ilə orada iştirak edən müsəlmanlara böyük təsir bağışlamışdır. M.Mirheydərzadə məscidə toplaşanları "Molla Nəsrəddin" jurnalını boykot etməyə çağırıb.

M.Mirheydərzadənin H.Minasazova verdiyi cavaba keçməzdən əvvəl onu diqqətə çatdırmaq istəyirik ki, bu xoşagəlməz mübahisənin ortaya çıxmasının səbəbi C.Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının 1907-ci il 20-ci nömrəsində "Erməni müsəlman övrətləri" adlı felyetonunun "İdarədən" ünvanlı "Zövci-axər" sərlövhəli yazının dərc edilməsi idi. Bu yazıların çapından üç  gün sonra H.Minasazovun yazdığı kimi dindarların Tiflis məscidində böyük bir yığıncağı keçirilmiş, gərgin müzakirələr aparılmışdır. Müzakirələrdə daha çox fəallıq edən M.Mirheydərzadə Ö.F.Nemanzadə olmuşdu.

Bundan başqa, M.Mirheydərzadə "Tazə həyat" qəzetinin 1907-ci il 27, 29, 30 may tarixli 40, 41 42-ci nömrələrində çap etdirdiyi "Cavab" adlı irihəcmli məqaləsində "Molla Nəsrəddin"də dərc olunan "Zövci-axər" yazısı "Erməni müsəlman övrətləri" adlı felyetonunda söylənilənləri bəyənməmiş, bu barədə Quran müxtəlif dini ədəbiyyatdan sitatlar gətirməklə öz fikirlərini əsaslandırmağa çalışmışdı.

M.Mirheydərzadə C.Məmmədquluzadənin zövci-axər məsələsinə münasibətinə toxunaraq yazır: "Zövci-axər barəsində yazdığın mətləb ki, guya bir firəng səndən bu barədə sual edib səni. Ondan inkar edib bir belə məsələnin islam dinində Quranda olmamaqlığını ona söyləmisən cümlə müsəlmanlara da tövsiyə edirsən ki, bu məsələnin üstünü açmayıb gizlətsinlər. Sizin bu sözünüzdən anlamaq olmur ki, siz görən hər böylə məsələnin şəriətdə, Quranda olmağında şəkkiniz var yainki məsələnin olmağını bilib onun biməna müxalif hikmət mədəniyyətliyinə görə istehzayanə inkar edirsiniz. Hərgah əsl hikmətin olmağından şəkk edirsənsə, heç şübhə edib özgələri şübhəyə salmayınız. Əsl bu məsələnin hökmü Qurani-şərifdə sureyi-Bəqərədə böylə nəs vazeh buyurulmuşdur ki, onda heç bir kəs şübhə ya inkar edə bilməz".

Sonra müəllif "Bəqərə" surəsinin 229-cu ayəsinə "Təfsiri-Məcməül-bəyan" kitabına istinad edərək vurğulayır ki, təlaqa aid ayə nazil olmamışdan qabaq "vəhşi insaniyyətsiz kişilər övrətindən heç bir zad üstə rəncidə olub fourən ona təlaq verib beş gündən sonra genə rücu edirdilər ta qədər ki, keyfləri istəyirdi. Çoxusu məhz övrətə əziyyət azar etmək üçün rücu edib qoymurdular ki, biçarə övrət bundan yaxasını qurtarmışkən başqa kişiyə ərə getsin... Ona binaən haman moriddə bu ayeyi-şərifə nazil olub bu təlaq verib rücu etmək üçün bir hədd bir qərar müəyyən etdi övrətləri bir dərəcəyə qədər kişilərin bu cür zülm əsarətindən xilas etdi".

M.Mirheydərzadənin C.Məmmədquluzadənin "Erməni müsəlman övrətləri" felyetonuna münasibəti özünəməxsusluğu ilə seçilir. C.Məmmədquluzadə həmin felyetonda Qurani-şərifin "Nur"  surəsinin 31-ci, "Əhzab" surəsinin isə 59-cu ayələrinə əsaslanaraq belə qənaətə gəlir ki: "Bu ayələrin heç birində bir xırda da əmr olunmur ki, arvadlar üzlərini qapasınlar. Birinci ayənin ("Nur" 31-ci ayə - F.X.) ən sərih mənası budur: naməhrəm məhəllərə, naməhrəm hallara baxmayınız, övrətlərinizi (ərəbcəsinə diqqət ediniz) örtünüz, təbii zinətlərinizi, yəni bədəninizin zinət təşkil olan içəri məhəllərini aşkar etməyiniz, amma əl, üz kimi zahir zinətlərinizi aşkar ediniz.

Budur birinci ayənin əsl ruhu, əsl mənası! İkinci, üçüncü ayələrdə ("Nur" 31-ci ayə, "Əhzab" 59-cu ayə - F.X.) üz qapatmağa dair bir tük qədəri işarə yoxdur".

C.Məmmədquluzadə bu fikrinin kimlərdəsə etiraz doğuracağını nəzərə alaraq din alimlərinə müraciət edir: "Hansı alim üz açmağı Quran ayəsi ilə haram bilirsə, buyursun, ən mükəmməl dəlillərlə cavab verməyə hazırıq, Amma indidən burasını deyirik ki, "qayırma hədislərlə" bizim işimiz yoxdur".

M.Mirheydərzadə bunun cavabında yazır: "Alimin borcudur ki... öz bildiyini izhar etsin. Ona görə ki, mən "Molla Nəsrəddin"in yazdıqlarını müxalifi-şərri-Məhəmmədi bilib ədillə ayat mocibincə ona cavab verməyi həqqi-şəriəti izhar etməyi özümə vacib bilib bu sözləri yazmağa mübadirət etdim". O, Quranın "Əzhab" surəsinin 59-cu, "Nur" surəsinin 60-cı ayələrinə "Məcməül-bəhreyn", "Qamus", "Əxtər", "Təfsiri-Məcməül-bəyan" kitablarına istinad edərək bu mənbələrdə qadınların üz əllərinin açıq saxlamasına aid heç bir hökmün olmadığını bildirir.

"Nur" surəsinin 31-ci ayəsinin məzmunu budur ki, qadınlar təbii zinətlərini örtməlidirlər, zahirdə olan zinətlərindən savayı.

"Vəla yübdinə zinətəhünnə illa mazəhərə minha" (zahirdə olan zinətlərindən savayı) hökmünün üzərində dayanan M.Mirheydərzadə yazır ki, ""Molla Nəsrəddin" onu "Vəla yübdinə zinətəhünnə illa mazəhərə   minha" - F.X.) təfsir edir üzüaçıq olmağın cəvazinə" (qadağan olmamasına - F.X.).

M.Mirheydərzadə bu təfsiri düzgün hesab etmir. Onun fikrincə, zinəti-zahiri deyərkən qadınların üst libasları başa düşülməlidir: "Çadirşəbin özü bir zinətdir. Gərək çadirşəb bir ayrı şey ilə gizlənəydi, o ayrı şey yenə zinət olub ehtiyacı olacaq idi bir ayrı şey ilə gizlədilməyə. Burdan lazım gələcək idi osr hürrə. Onda gərək övrətlər dustaq kimi olduqları evlərindən heç bir qədəm dışarı çıxmayaydılar. Allah təala bu osr hərəci götürməkdən ötrü zinəti-zahirini ki, ibarət olsun övrətlərin üst libaslarından əllərindən ki, bəzən əcnəbi yanında alış-veriş üçün çıxartmaq lazım olar, əcnəbilərə göstərməkdən mane etmədi, çünki dediyimiz kimi hərgah zinəti-zahiriyyəni ki, ibarət olsun üst libaslardan göstərməyi haram etsə idi, övrətlər üçün dolanmaq qeyri-mümkün idi".

M.Mirheydərzadə məqaləsinin sonunda C.Məmmədquluzadəni məzəmmət edir: "Siz füqəhadan üləmayi-təfsirdən olmaya-olmaya... bu cür müstəhziyanə əhkami-şərri barəsində danışmağınız çox eyib qəbihdir... Sizə heç yaraşmaz ki, dörd yüz milyon bir millətin Quran şəriətinə o şəriətin hafiz mübəyyini olan müctəhid üləmalara iztehza tohin edəsiniz. Qərəz, səhviniz çox böyükdür".

Məqalənin bir yerində M.Mirheydərzadə C.Məmmədquluzadəyə müraciət edərək "tövsiyə edirəm ki, bu işinizdən üzr istəyib gələcəkdə dəxi bu cür işlərin ətrafına dolanmayasınız", -  yazır.

"Molla Nəsrəddin" jurnalının nəşri qadağan olunduğu üçün C.Məmmədquluzadənin cavabı 25 gün ləngiyir. Jurnal yenidən nəşrə başlayan kimi 23-cü nömrədə (1907) onun "Hicab məsələsi və cavabımız" adlı geniş bir məqaləsi dərc edilir.  Məqalənin bir yerində qeyd olunur: "Üz və əllərin açılmağında üləma ixtilaf edib... Bizə "Tazə həyat" sütunlarında uzun-uzadı etiraz yazanlar zəhmət çəkib üz açmağın haramlığına şəhadət verən dəlilləri yazıblar. Məsələ, madam ki, ixtilaflıdır, əlbət haramlığına dair də dəlillər çox olacaq, caizliyinə də".

Bu cavab təkcə M.Mirheydərzadəyə yox, "Tazə həyat"da "Erməni və müsəlman övrətləri" felyetonuna etiraz edən digər müəlliflərə də aid idi. C.Məmmədquluzadə cavabında nə M.Mirheydərzadə, nə də başqa müəlliflərin adlarını çəkir.

C.Məmmədquluzadə onu ittiham edənlərə müraciətən qətiyyətlə yazır. "Mən heç vaxt damdandüşmə deməmişəm ki, haşa, hicab yoxdur. Bu söz mən Molla Nəsrəddin barəsində sırf böhtandır. Mən demişəm və genə də deyirəm ki, arvadların üz və əllərindən savayı cəmi bədəni "övrət"dir... Biz üz və əllərin göstərməyin caiz olmağını özümüzdən demirik, bəlkə məşhur üləmanın aşağıdakı ibarələrindən qanırıq".

Sonra C.Məmmədquluzadə tanınmış üləmadan olan Şeyx Tusi, Şeyx Yusif Böhrani, Şeyx Küleyni, Seyid Sahibi-Riyaz, Əllamey-fəxr Razi, Qazi Beyzavi, Fazili-hindi və digərlərinin "Nəhayə", "Tibyan", "Şərhi-kəbir", "Hədayiq", "Təfsiri-kəbir", "Təfsiri-ibn-Səud", "Təfsiri-Qazi", "Təfsiri-Cəlalin", "Təfsiri-Safi" ,"Kitabi-İxtiyar", "Müntəqi-Fitva", "Kəşfül-lisam", "Məbsud", "Mötəbər", "İslah", "Came", "Müntəha" kimi kitab və təfsirlərində "Vəla yübdinə zinətəhünnə illa mazəhərə   minha"da üz və əllərin nəzərdə tutulmasına aid fikirlərini ifadə edən sözlərindən səhifələrini göstərməklə 20-dək nümunəni diqqətə çatdırır və beləliklə də "Müsəlman və erməni övrətləri" felyetonunda hicab məsələsinə aid yazdıqlarına haqq qazandırır.

Həm C.Məmmədquluzadə, həm də M.Mirheydərzadə mövzu ilə bağlı öz fikirlərini ifadə edərkən etik normadan kənara çıxmamağa çalışsalar da, bəzi məqamlarda buna riayət edə bilməmişlər. Məsələn, M.Mirheydərzadə yazır: "Sizin vəzifəniz ancaq politikaya, siyasətə, iqtisada, ədəbiyyati-ürfiyyəyə dair bəhs etməkdir, ondan ki, hər elmin, hər fənnin bir sahibi vardır. Təbib mühəndislik, dərzi dəmirçilik edə bilməz. Sizi bu barədə bəndə artıq günahkar bilib izhari-nifrət edirəm... Siz bu yazınız ilə bütün qəzetçiləri və azaditələbləri camaat nəzərində çirkləndirib etibardan salırsınız".

C.Məmmədquluzadənin cavabındakı ifadələr isə daha sərtdir: "Ey nadan mollaların sözünə qulaq asıb məndən bir neçə günlüyə üz çevirən camaat!... Mən Molla Nəsrəddinə inanmayıb, sizi bu günlərə, bu həqarətlərə salan bir para ruhani dərisindəki qurdların sözünə aldanırsınız".

(Ardı var)

 

 Fərman XƏLİLOV

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru

 

525-ci qəzet.- 2019.- 8 iyun.- S.18.