Tanınmış gəncəli rəssam
vəfat etdi
QALİB
BAĞIROV MÜASİR AZƏRBAYCANDA ÇİNİ
İNCƏSƏNƏTİNİN BANİLƏRİNDƏN
İDİ
Rəssamlar İttifaqının Gəncə
Bölməsinin rəhbəri,
Əməkdar rəssam,
Azərbaycanda çini
üzərində miniatür
sənətinin yaradıcılarından
olan Qalib Bağırov ürək tutmasından 74 yaşında
vəfat edib.
Qalib İsgəndər oğlu
Bağırov 1945-ci il may ayının
9-da Gəncə şəhərində
anadan olub, buradakı 1 nömrəli
məktəbdə orta
təhsilini başa vurduqdan sonra, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbində oxuyub,
1971-ci ildə isə S.Q.Stroqanov adına Moskva Dövlət Sənaye-İncəsənət Akademiyasını bitirib. Elə həmin illərdən Gəncədə fəaliyyətə
başlayan Çini Qablar Zavodunda baş rəssam kimi çalışaraq, Azərbaycan müasir çini incəsənətinin
yaranmasına böyük
töhfə verib.
1996-cı ildə zavodun fəaliyyəti dayandırıldıdan sonra
Qalib Bağırov Gəncədəki "Çökək
hamam" Kompleksində
Tətbiqi Sənət
Mərkəzi yaradaraq,
burada Azərbaycan çini sənətinin ən nəfis nümunələrini qoruyub
saxlaya bilib. Həmin nümunələrin əksəriyyətinin
müəllifi elə
Q.Bağırovdur.
Əməkdar rəssam, həmçinin,
Gəncədə yerləşən
Azərbaycan Texnologiya
Universitetində rəssamlıq
və dizayn üzrə pedaqoji fəaliyyət də göstərirdi. Qalib Bağırov uzun
illər idi ki, Azərbaycan Rəssamlar İttifağının
Gəncə Bölməsinə
də rəhbərlik
edirdi.
Bugünlərdə rəssamın yeni kitabının təqdimatı
keçirilməli idi.
Zakir MURADOV
Gəncə
525-ci qəzet.- 2019.- 8 iyun.- S.12.