“Nəsimi qəzəl müsabiqəsi” başa çatdı
Bakı
şəhəri 5 nömrəli
tam orta məktəbdə
“Məktəblinin dostu”
layihəsi çərçivəsində
keçirilən böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr edilmiş “Nəsimi qəzəl müsabiqəsi”nin final mərhələsinə
yekun vurulub.
Təhsil naziri Ceyhun Bayramov
bu ilin fevral
ayında böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər
Planını təsdiq
edib.
Tədbirlər Planına əsasən,
2019-cu il ərzində
ali təhsil müəssisələrində İmadəddin Nəsiminin
650 illik yubileyinəhəsr
olunmuş elm konfrans, simpozium və seminarların keçirilib,
dahi şairin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların
nəticələrinin elmi
jurnallarda dərc olunması nəzərdə
tutulur. Həmçinin təhsil müəssisələrində
İmadəddin Nəsiminin
bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan
ibarət sərgilər
də təşkil olunacaq.
Bununla yanaşı, peşə,
orta-ixtisas və məktəbdənkənar təhsil
müəssisələrində İmadəddin Nəsiminin
həyat və yaradıcılığına həsr
olunmuş ədəbi-bədii
gecələr və
müsabiqələr keçirilib.
Tədbirdə “525-ci qəzet”in baş
redaktoru, Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcid, Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin
müdir müavini Cahangir Hacıyev, Diksiya Akademiyasının rəhbəri Cəlalə
Nəzəroğlu iştirak
edib.
Müsabiqədə “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblər arasından finala vəsiqə qazanmış
8 komanda çıxış
edib.
Məktəblilər şairin qəzəllərindən
nümunələr ifa
ediblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
162 nömrəli tam orta məktəb və 166 nömrəli məktəb-lisey
eyni xal toplayaraq III yeri, 211 nömrəli tam orta məktəb II, 276 nömrəli
tam orta məktəbin
şagirdlərindən ibarət
komanda isə I yeri tutub.
EDUGrata Təhsil
Mərkəzinin sponsorluğu
ilə qalib komandalara diplom və hədiyyələr
təqdim olunub.
Tədbirdə çıxış edən
qonaqlar qalib komandaları təbrik edib, şagirdlərə dərslərində və
gələcək fəaliyyətlərində
uğurlar arzulayıblar.
Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri
Nəsiminin əsərləri
ilə tanış
etmək, Nəsimi poeziyasını sevdirmək,
onların bədii yaradıcılıq bacarıqlarını
aşkara çıxarmaq
və bu yöndə istiqamətləndirməkdən
ibarətdir.
Məlumat üçün bildirək
ki, “Məktəblinin dostu” Təhsil Nazirliyinin layihəsidir və 2016-cı ilin dekabr ayından fəaliyyət göstərir. Təhsil
Nazirliyi təhsilin idarəedilməsinin təkmilləşdirilməsi,
valideynlərin ümumi
təhsil müəssisələrinin
həyatında daha yaxından iştirakı məqsədilə “Məktəblinin
dostu” pilot layihəsinə
start verib.Layihə Bakı
şəhərindəki 35 ümumi təhsil müəssisəsində tətbiq
olunur.
Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün
təhlükəsiz mühit
yaratmaq, fövqəladə
hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək,
mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin
kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. “Məktəblinin
dostu” şagirdlərin
həyatında fəal
iştirak edərək
onları ruhlandıracaq,
məktəblilər arasında
ahəngdar ab-hava yaradacaq ki, bu
da şagirdlərin istedadlarının aşkarlanmasına
yardımçı olur.
Eləcə də bu layihə müxtəlif yaş qrupundan məktəblilərin öz
aralarında əlaqə
saxlmasına, asudə
zamanlarında müxtəlif
tədbirlər təşkil
etməsinə, onların
həm fiziki, həm də mənəvi-psixoloji inkişafına
xidmət edir.
S.QARAYEVA
525-ci qəzet.- 2019.-12 iyun.- S.8.