Həqiqi hisslərin poetik
təzahürləri
Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəyin "Karvan"
poema-pritçası həcmcə
o qədər böyük
olmasa da, ideya-məzmunca çox ciddi mətləblərdən
söhbət açır.
Azərbaycan xalqının keçən
əsrin 80-ci illərinin
sonu, 90-cı illərinin
əvvəllərində düşdüyü
acınacaqlı şərait,
millətin tarixi taleyində baş verən təbəddülatlar,
gələcəyə inamın
itməsi təhlükəsi
təsvir edilir.
Xalqın
keçmişdən gələcəyə
gedən həyat karvanı dayanır... Lakin karvan başçısının
gəlişi ilə bütün maneələr
aradan qaldırılır,
o, yenidən yoluna davam edir. Və poeziyanın simvolik dili belə bir fəlsəfi həqiqəti anladır ki, öz həqiqi
lideri olmayan, yaxud ondan məhrum
edilmiş cəmiyyət
tarixin bir mərhələsindən digərinə
əzmli addımlarla keçə bilməz, başçısız millətin
başına yüz qəzavü-qədər gələr.
Xalqın ruhundan qopan, təbiətinə, xarakterinə
bələd olan (və onun taleyi
üçün tarixi
məsuliyyət daşıyan!) Lider yenidən
zühur edir, başçısız (və
başsız!) qalmış,
ümidini itirmiş karvan Öndərin arxasınca inamla gələcəyə yol alır.
"Karvan" poemasının
əsas ideyası bundan ibarətdir ki, tarixin müxtəlif
dövrlərində, mərhələlərində
xalqın inkişaf (həyat!) yoluna hər cür gözlənilməz maneələr
çıxa bilər,
ona görə də milli ictimai
şüur belə böhranlı məqamlarda
hərcayı fikirlərə
düşməməli, gəlişi
gözəl təkliflərə
uymamalı, cəmiyyət
milli iradənin bilavasitə ifadəsi olan Şəxsiyyətin ətrafında birləşməlidir.
Yusif Həsənbəyin
"İnanmışıq, inanırıq" şeiri
ideya-məzmunca "Karvan"
poema-pritçasının davamıdır. Lakin poemadan fərqli
olaraq şeirdə elə ilk misralardan Heydər Əliyev iradəsinin təntənəsi,
bu iradəyə ümumxalq inamı, etibarı tərənnüm
edilir. İnzibati tədbirlərlə deyil, öz təsirli, enerjili sözü ilə xalqı ayağa qaldırıb mütəşəkkil
bir ordu kimi irəli aparan, ölkəni məhv olmaq təhlükəsindən qurtarıb
iqtisadi, siyasi, mədəni inkişaf yoluna çıxaran Komandanın mükəmməl
obrazı yaradılır.
Şair əmindir ki, Ulu Öndərin yüksəklərə ucaltdığı
bayraq gec-tez Qarabağda - Xankəndində
də dalğalanacaq.
"Bakıya gəmi gəlir" şeiri Ümummilli Liderin xatirəsinin, xilaskarı olduğu məmləkətində
- Azərbaycanda nə
qədər əziz tutulduğunu, onun böyük şəxsiyyətinə
ümummilli hörmət,
ehtiram və sevgini səmimi bir dillə təqdim edir... "Gözləyirdik nə zamandı - "Qara şəhər"də
ağ liman çıraqbandı. O ki
bütün dənizlərə
Şah, sultandı. O ki bütün gəmilərə komandandı,
Flaqmandı... Meydanı ümman
olanın Limanı - Azərbaycandı!"
Heç şübhəsiz, bu cür misralar yalnız həqiqi hisslərin, həyəcanların,
qürurun məhsuludur.
Və həmin
hisslər, həyəcanlar,
qürur özünü
"Ömür cala"
şeirində də bütün aydınlığı
ilə nümayiş etdirir.
Nizami Cəfərov
Akademik, Milli
Məclisin deputatı
525-ci qəzet.- 2019.- 14 iyun.- S.13.