"Türk
dünyasında milli mücadilə və
ədəbiyyat" mövzulu simpozium
İyunun
13-də Azərbaycan Milli
Elmlər Akademiyasının
Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
TİKA, Bakı Yunus Emre İnstitutu, Türk Dil Qurumu
və KÜNİB-in birgə
təşkilatçılığı ilə "Türk dünyasında milli mücadilə və ədəbiyyat" mövzusunda
simpozium keçirilib.
Simpoziumu
giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli açaraq Türkiyə ilə Azərbaycan arasında qardaşlıq
və dostluq münasibətlərinin inkişafından
danışıb. Akademik İsa
Həbibbəyli bu cür tədbirlərin təşkilini ölkələrimiz
arasındakı milli mücadilə tarixinə bir töhfə kimi qiymətləndirib.
Həm Türkiyə Cümhuriyyətinin
qurulmasında, həm
Azərbaycan Xalq Cümhuriyyətinin xilasında
soydaşlarımızın birgə mübarizəsini
yüksək qiymətləndirib.
Azərbaycanda fəalliyyət göstərən
Türkiyə qurumları
ilə Ədəbiyyat
İnstitutu arasında
keçirilən bu cür tədbirlərin xüsusi əhəmiyyətindən
bəhs edib.
Daha sonra Bakı Yunus Emre İnstitutunun direktoru Cihan Özdemir Milli mücadilənin 100 illiyinə
töhfə olaraq belə bir tədbirin
keçirilməsi üçün
təşkilatçılara təşəkkür edib. Bu işdə ilk tərəfdaş
kimi Elmlər Akademiyasını seçdiklərini
bildirib. O vurğulayıb
ki, İsa Həbibbəyli hər zaman qardaşlıq məsələsini yalnız
sözdə deyil, əməldə göstərən
millət vəkili, akademik və bir ziyalıdır.
TİKA-nın Bakı
proqram koordinatoru Teoman Tiryaki də təşkilatçılara
və iştirakçılara
təşəkkür edərək
bu cür birgə fəaliyyətin önəmindən bəhs
edib.
Türk Dil Qurumu başqan
yardımcısı Feyzi
Ersoyda hər zaman bu tərz
toplantıların dəstəklənməsindən
qürur duyduğunu bildirib. O qeyd edib ki, biz elə bir millətik ki, çin, alman, monqol və
başqa xalqların tarixi türk tarixindən bəhs edilmədən yazıla bilməz. Böyük millətlərin hafizələri də böyük olur, ona görə də bir tariximizi
unutmamalıyıq.
KÜNİB başqanı Ramazan Korkmaz çıxışında deyib
ki, türklər ingilisləri yenincəyə
qədər biz onları
yenilməz bir ilah zənn edirdik. Ancaq biz onları Çanaqqalada
sulara gömdük.
Bu da ingilis
mifini dağıtdı
və türkün xilaskarlıq missiyasını
sübut etdi. İndi də Türkiyə və Azərbaycan münasibətlərini sadəcə
iki dövlətin əməkdaşlığı deyil, bütün dünyadakı məzlum insanların ümid yeri kimi səciyyələndirib.
Həmçinin söyləyib ki,
o zaman Bakının xilası üçün
gəlib şəhid olmuşduq, indi gəlib Bakının inkişafına şahid olub sevinirik.
Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsinin müdiri,
professor Bədirxan Əhmədov
simpoziumda "Azərbaycan
poeziyasında milli istiqlal mücadiləsi"
mövzusunda məruzə
ilə çıxış
edib. O bildirib ki, milli mücadilə həm Azərbaycan, həm də Türkiyə ədəbiyyatında
geniş əks olunub. Bir məsələyə də xüsusi diqqət etmək lazımdır ki, mətbuatın o qədər
də hakim olmadığı
bir dönəmdə ədəbiyyat, xüsusən
də poeziya mücadilədə çox
böyük rol oynayıb. Bu işdə o zamankı gənc şairlərdən
M.Ə.Yurdaqul, Ə.Cavad,
C.Cabbarlı, Ümmulgülsüm,
A.Şaiq daha fəal idilər. Onlar həmçinin, Qafqaz islam
ordusuna çoxlu milli ruhlu şeirlər
həsr ediblər.
Bolqarıstan Şumnu Kültür Evi başqanı Nurten Remzi çıxışında
Azərbaycan ilə Türkiyənin ortaq gələnəklərindən danışıb. Çıxışının sonunda qeyd edib ki, kaş
ki, bu toplantını
Bolqarıstana apara biləydim.
Daha sonra simpoziuma məruzə ilə qatılan iştirakçılarının bölmə iclaslarında
məruzələri dinlənilib.
Şəhla ASLAN
525-ci qəzet.- 2019.- 14 iyun.- S.10.