Xalq şairi Fikrət Qocanın oxucularla görüşü oldu  

 

 

İyunun 12-də Bakı Kitab Mərkəzində Xalq şairi Fikrət Qoca ilə görüş keçirilib.

Görüş çərçivəsində, Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının maliyyə dəstəyi ilə çap olunan, gənc müəlliflər İlkin Şükürbəyli Nəsimi Faiqoğlunun "Qətl edilmiş uşaqlar" kitabının təqdimatı keçirilib.

Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq görüşün mərkəzin reallaşdırdığı "Yazıçı ilə dialoq" layihəsi çərçivəsində gerçəkləşdiyini bildirib.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi Fikrət Qocanın həyat yaradıcılıq yolundan söz açıb.

Bildirib ki, şairin şeirlərində vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olan Fikrət Qoca həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri var. "Ölüm ayrılıq deyil", "Hələlik, - qiyamətədək" povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Şeirlərinə çoxlu sayda musiqi bəstələnib.

Yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu o deməkdir ki, onun yaradıcılığında ənənə novatorluq ayrıca çalarlar ilə üzə çıxır. Fikrət Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.

F.Qoca ilə uzun illərin dostluğundan söz açan AYB-nin sədri, Xalq yazıçısı Anar onun poeziyasının özünəməxsusluğundan danışıb: "Cəmiyyətimizin, dünyamızın elə ağrılı problemləri yoxdur ki, Fikrət o problemə öz yaradıcılığında toxunmasın. O, yenə cavanlığında olduğu kimi dərin hisslərlə, hərarətlə, məhəbbətlə, yumorla yazır. Onun öz yaradıcılığında toxunduğu beynəlxalq mövzularının Azərbaycan ədəbiyyatında xüsusi yeri var. O, hər yazısında səmimidir. Bu səmimiyyət onu ilk şeirlərindən bu günə kimi oxuculara sevdirib".

Xalq şairi Nəriman Həsənzadə, filologiya elmləri doktoru Gülxani Pənah, AYB-in katibi Rəşad Məcid başqaları çıxış edərək qələm dostları Fikrət Qocanın bənzərsiz yaradıcılıq yolundan söz açıblar. Bildirilib ki, Fikrət Qoca çoxşaxəli yaradıcılıq axtarışları ilə hər zaman oxucuların görüşünə bir-birindən maraqlı əsərlərlə gəlib. R.Məcid şairin "Risk" şeirini səsləndirib.

"Qətl edilmiş uşaqlar" kitabının böyük əhəmiyyət daşıdığını bildirən natiqlər söyləyiblər ki, nəşrə "Ön söz"ü Fikrət Qoca yazıb.

Qarabağ müharibəsi zamanı ölkəmizin üzləşdiyi problemlərdən Azərbaycan torpaqlarında ermənilərin törətdiyi cinayətlərdən söz açan natiqlər uşaqların yaşadığı acınacaqlı taledən danışıblar. Vurğulanıb ki, münaqişə zamanı işğalçı dövlət tərəfindən əsas hədəflərdən biri elə dinc əhali uşaqlar olub.

Bildirilib ki, yeni nəşr hər sətrindən qan daman sənədlər toplusudur. Kitabın səhifələrindən şəhid olmuş, itkin düşmüş uşaqların, hələ dil açmamış həyatına son qoyulan körpələrin məhv edilmiş taleyi boylanır. Bu körpələrin, yeniyetmə uşaqların həyatını məhv edən isə dünya qarşısında özünü soyqırımına məruz qalmış xalq kimi tanıdan, yalandan göz yaşları tökən Ermənistan hakimiyyəti ermənilərin faşist xislətli havadarlarıdır.

Qeyd olunub ki, kitab müharibə qurbanları ilə bağlı məsələlərin ermənilər tərəfindən humanitar normaların pozulması faktlarının öyrənilməsində böyük əhəmiyyət daşıyır.

Sonra Fikrət Qoca fikir düşüncələrini bölüşüb, "Ön söz" yazdığı kitabın əhəmiyyətindən danışıb. Deyib ki, bu kitab qisas üçün deyil, yaddaş üçündür. Xalq şairi bildirib ki, kitab Azərbaycan dili ilə yanaşı, ingilis, fransız alman dillərində hazırlanıb. Kitabın tərcüməsinə Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdullanın diqqət göstərdiyi onun təşəbbüsü ilə ADU tələbələrinin bu işi öhdələrinə götürdükləri minətdarlıqla vurğulanıb.

Sonda şair iştirakçıların suallarını cavablandırıb. Görüş diskussiya şəklində davam edib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 14 iyun.- S.10.