“Ernest Heminquey:
yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib
Ədəbiyyat İnstitutunda bu mövzuda elmi ssesiya keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
amerikan yazıçısı
Ernest Heminqueyə həsr
olunmuş “Ernest Heminquey:
yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü
ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli açaraq Ernest Heminqueyin yaradıcılığı haqqında
hərtərəfli şəkildə
bəhs edərək onun əsərlərinin dünya ədəbi xəzinəsində öz
yeri olduğunu qeyd edib. Akademik XX əsr
dünya nəsrinin görkəmli yaradıcılarından
biri olan Ernest Heminqueyin “Qoca və dəniz” əsərini II Dünya müharibəsindən sonra
bəşəriyyəti sülhə
çağıran ən
yaxşı əsərlərdən
biri kimi nümunə göstərib.
O, Heminqueyin Azərbaycanda
da çox sevildiyini, əsərlərinin
tərcümə olunaraq
dəfələrlə çap
olunduğunu diqqətə
çatdırıb. Həmçinin vurğulayıb ki, onun Naxçıvan Dövlət Universitetinin rektoru olduğu vaxtlardaErnest Heminqueyin həyat və yaradıcılığına aid dissertasiya müdafiə olunb, görkəmli yazıçıya həsr
edilmiş konfrans keçirilib.
Daha sonra
ABŞ Səfirliyinin Mətbuat
şöbəsinin müdiri
Natan Cons çıxış
edərək Amerika yazıçısının həyat
və yaradıcılığından
danışıb. O, Ədəbiyyat
İnstitutuna təşkilatçılığa
görə minnətdarlığını
bildirib.
Sessiyada
Dünya ədəbiyyatı
və komparativistika şöbəsinin müdiri,
professor Gülər Abdullabəyli
“Ernest Heminqueyin əsərləri
Avropa dillərində”,
Dünya ədəbiyyatı
və komparativistika şöbəsinin böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şükufə Vəliyeva
“Ernest Heminqueyin əsərlərinin
strukturu və Amerikan taleyi”, filologiya elmləri doktoru, dosent Səkinəxanım Vəliyeva
“Azərbaycan filoloji və ədəbi mühitində Ernest Heminquey
yaradıcılığı” mövzusunda məruzələrlə
çıxış ediblər.
Tədbirə Naxçıvan Dövlət
Universiteti də video-konfrans vasitəsilə qatılıb. NDU-da fəaliyyət göstərən
Ernest Heminquey Mərkəzinin
direktoru, filologiya üzrə fəlsəfə
doktoru, dosent Xumar Məmmədovanın
“Ernest Heminquey Mərkəzinin
fəaliyyəti” adlı
məruzəsini video-konfrans
vasitəsilə sessiya
iştikakçıları da dinləyib.
Tədbirdə nasir, publisist, Hemenqueyin əsərlərini
dilimizə tərcümə
edən Nəriman Əbdülrəhmanlı çıxış
edərək yazıçı
ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edək
ki, tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti də təmsil olunub.
525-ci qəzet.- 2019.- 14 iyun.- S.10.