Ekzistensializm etüdləri  

 

TƏRİFƏ GƏLMƏYƏN FƏLSƏFİ CƏRƏYAN

 

 

 

Mifoloji düşüncədən loqosa keçid fəlsəfənin əsasını qoydu, bu proses nəticəsində Miletli Fales suyu mifoloji düşüncədən ayırıb, müşahidələrinə əsaslanaraq onun ilk arxe (yaradılışın başlanğıc maddəsi) olması fikrini irəli sürdü, adını ilk filosof kimi fəlsəfə tarixinə yazdı Milet məktəbinin əsasını qoydu. Onun ardınca bu məktəbin üzvləri olan Anaksimandr arxenin apeyron (qeyri-müəyyənlik, hüdudsuqluq), Anaksimen isə hava olması fikri ilə çıxış etdi.

Faleslə başlayan fəlsəfə günümüzə qədər böyük yol qət edib. Bu dövr ərzində bir çox fəlsəfi cərəyan təşəkkül tapıb, öz məktəbini formalaşdırıb, incəsənətə, ədəbiyyata təsirini göstərib digər yeni yaranan cərəyanların təsiri ilə öz nüfuzunu, gücünü itirib. Amma bu cərəyanlar içərisində çətin ki, hansısa biri ekzistensializm qədər müzakirələrə, mübahisələrə, fikirayrılıqlarına səbəb olsun, istər XX, istərsə , XXI əsr ədəbiyyatına, rəsm sənətinə, musiqisinə ciddi təsir göstərsin öz nüfuzunu qoruya bilsin. Bəs bu qalmaqallı ekzistensializm cərəyanı nədir, nəyi ifadə edir?

Bu suala indiyə qədər müxtəlif cavablar verilib bunların heç biri səhv deyil, amma bu cərəyanın mahiyyətini tam açmır. Bu suala verilən cavablar içərisində fransız filosofları Qabriel Marselin "ekzistensializm azadlıqdır", Pol Folkuyenin "cəfəngiyyatdır", Simona Veylin "böhrandır, depressiyadır", Emmanuel Munenin "ümidsizlikdir", Jülyen Bendanın "irrosianalizmdir", Oktavi Hamelinin "ürək bulanmasıdır", Jan Andre Valın "üsyandır", italiyalı filosof Antonio Banfinin "pessimistlikdir" kimi fikirləri diqqəti cəlb edir. Göründüyü kimi, bu fikirlər ekzistensializmin mahiyyətini tam olaraq izah etmir, sadəcə onun müxtəlif tərəflərinə işarə edir.

Bu suala ekzistensializmin ən məşhur nümayəndəsi, fransız filosof Jan-Pol Sartr belə cavab verirdi: "Bunu cavablamaqdan asan heç yoxdu. Əgər fəlsəfi terminlərlə ifadə etsək, deyə bilərik ki, hər nəsnənin həm mahiyyəti, həm varlığı var. Mahiyyət, davamlı xüsusiyyətlərin cəmidir. Varlıq isə dünyada aktiv formada mövcud olmağı bildirir. Bir çox insan mahiyyətin varlıqdan əvvəl gəldiyinə inanır. Əgər kimsə ev tikmək istəyirsə, hansı formada ev tikəcəyini əvvəlcədən müəyyənləşdirməlidir. Bax burada mahiyyət varlıqdan əvvəl gəlir. Bu düşüncənin kökü isə dinə dayanır. İnsanı tanrının yaratdığına inanan şəxslər düşünürlər ki, tanrı, onları özündəki insan düşüncəsinə görə yaradıb. İnancsız insanlar isə düşünür ki, nəsnə, ancaq özünə uyğun gəldiyi zaman mövcud olur. Necə ki, XVIII əsrdə hər kəsin sidq ürəkdən inandığı bir fikir vardı: Bütün insanların ortaq cəhəti var ki, bu da "insan təbiəti" adlanır". Bu fikir "insan təbiəti" ifadəsini deyilərkən nəyin nəzərdə tutulduğunu ona hansı yollarla çatıldığını açmır. Elə bu yerdə ekzistensializm önə çıxır bu fikirlərin əksini iddia edir: İnsanda (sadəcə insanda) varlıq (mövcudluq) mahiyyətdən əvvəl gəlir. Yəni əvvəlcə insan var olur, sonra ona nələrsə olur, onda nələrsə baş verir o, öz mahiyyətini yaradır. Belə ki, bir insan dünyaya gələrək, əzab çəkərək, mübarizə apararaq özünü müəyyənləşdirir. Bu yol həmişə hər kəsə açıqdır. Ekzistensializm, bu özünü müəyyənləşdirmə prosesidir".

"Bundan asan heç yoxdur" deməsinə baxmayaraq, gördüyünüz kimi, Sartr da ekzistensializmin tərifini verməkdə çətinlik çəkir, onun vacib əsas xüsusiyyətini açıqlamaqla kifayətlənir.

Doğru-düzgün cavab verilmədiyinə görə, bu sual, meydana belə bir fikir çıxardır: Bəlkə ekzistensializmə tərif verilə bilməz. Bəzi filosof fəlsəfə tarixçiləri bu fikri şərh edərkən həqiqətən onun tərifi olmadığı vurğulayırlar. Alman filosof Fritz Heynmann bu fikir qarşısında belə deyirdi: "Bəli, ekzistensializm cərəyanı tərif edilə bilməz. Buna səbəb isə ekzistensializm sözünü əhatə edən tək mahiyyət, dəyişikliyə məruz qalmayan fəlsəfə yoxdur. Bu söz, aralarında dərin uçurumlar olan müxtəlif fəlsəfələrə işarədir". Fritzin sözləri ilə razılaşmaq olduqca çətindir. Sadəcə F.Heynmann bir şeyi unudurdu ki, ekzistensializmin vahid, əsl tərifini vermək olar, sadəcə bu hər kəs tərəfindən bir cür başa düşüləcəkdi. Necə ki, bu indi baş verir.

Yuxarıda Sartrın qeyd etdiyimiz fikrindən (Belə ki, bir insan dünyaya gələrək, əzab çəkərək, mübarizə apararaq özünü müəyyənləşdirir) yola çıxaraq bəzi fəlsəfə tarixçiləri ekzistensializmin tərifinin fərddən-fərdə dəyişdiyini qeyd edir. Yəni insanlar çəkdikləri əzaba, apardıqları mübarizəyə görə özünü müəyyən edirsə, insanın mövcudluğuna xitab edən ekzistensializmin tərifi fərddən-fərdə dəyişməlidir.

"Ekzistensializmin tarixçəsi" kitabının müəllifi Jan Andre Valın ekzistensializmə verdiyi tərif bəlkə də onun mahiyyətini daha aydın şəkildə ifadə edir. Bu tərif ekzistensializm cərəyanını oxumağa yeni başlayanlar üçün ilkin fikrin formalaşmasında olduqca əhəmiyyətlidir: "Ekzistensializm sözü müəyyən bir düşüncə formasını, xüsusi davranışı, ruhi cərəyanı özündə ehtiva edir. Qısa şəkildə desək, ekzistensializm, müəyyən bir iqlimiortaq havanı ifadə edir.

"Ekzistensializm nədir" sualına yuxarıda cavablarını təqdim etdiyim şəxsiyyətlər məsələyə dini inanc qatmadan, birbaşa insanın iradəsindən çıxış edərək fikir irəli sürən filosoflar idi. Məsələyə bir də digər tərəfdən, ekzistensializm fəlsəfi cərəyanının banisi hesab edilən Sorn Kyerkeqorun da (bəzən bu cərəyanın yaranması Kyerkeqordan da əvvələ aid edilir, buna başqa bir yazıda toxunacam) gözü ilə baxmaq lazımdır. Ekzistensializmin dini (xristian) qoluna mənsub Kyerkeqor bu cərəyanı belə şərh etmişdi: "İnsan üçün bir şey daha vacib olmalıdır - özünü hər zaman sadəcə tanrının qarşısında mövcud hesab etmək". Bu fikir göründüyü kimi, ekzistensializminolduğunu izah etmir. Sadəcə hər şeyi tanrıya bağlayır və bu fikri qəbul edib-etməməsini inanc kimi fərdin öhdəsinə buraxır.

Ekzistensializminolduğuna onun ən məşhur üzvlərinin belə cavab verə bilməməsi, səsləndirdikləri oxşar fikirlərin onun mahiyyətini tam açmaması meydana bir sual çıxarır: Nə üçün ekzistensializmə tərifə gəlmir?

Burada diqqət etməli olduğumuz məsələ, ekzistensializm haqqında məlumat almağa çalışdığımız aydınların həqiqətən ekzistensialist olub-olmadıqlarıdır. Belə ki, ekzistensializmfenomenologiya iç-içədir, yuxarıda adları çəkilən, eyni zamanda, burada qeyd etmədiyim bu cərəyana aid edilən filosofların bir qismi ya ekzistensialistdir, ya da fenomenoloqdur. Hətta bəziləri, məsələn Alber Kamü kimi, bu iki cərəyandan heç birində yer almır, amma onlardan birinə aid edilir. Levinas kimi bir çoxları isə hər iki cərəyana mənsub olsalar da, sonradan fikir dəyişdirmişdilər. Qeyd etdiyim nüas yuxarıdakı suala verəcəyim cavab ola bilər, yəni filosoflar suala ya tam ekzistensialist, ya da Martin Haydegger kimi, fenomenoloq baxış bucağından yanaşırdılar.

Britaniyalı yazar Sara Beykvel "Ekzistensialistlər kafesi" əsərində bu cərəyanı özünəməxsus şəkildə şərh edir: "Ekzistensialistlər (və ya ekzistensializm) fərdi, konkret insan varlığı ilə maraqlanır. İnsani mövcudluğu, digər şeylərin var olma formasından fərqləndirə bilir. Belə desək, insandan başqa varolan hər şey elə olduğu kimidir, təkcə insan, hər an olmaq istədiyi kimi ola bilər. Bu, onların azadlığıdır. Seçimlərimi özüm edirəmsə, deməli, etdiklərimə görə də özüm məsuliyyət daşıyıram".

S.Beykvel burada fərdin azadlığı məsələsinə toxunmaqla ekzistensializmin daha bir tərəfini ön plana çıxarır. Belə ki, bu fəlsəfi cərəyan insan azadlığı məsələsində olduqca həssasdır və ona böyük əhəmiyyət verir. Azadlıq məsələsi ekzistensializmin əsas xətlərindən biridir. Ekzistensializmin bir mahiyyəti də Jan-Pol Sartrın dediyi "İnsan azadlığa məhkumdur" fikri ilə eynilik təşkil edir.

Ekzistensializmin qeyd edilən müxtəlif tərəflərini, onun haqqında verilən bir çox tərifi, bu cərəyana mənsub olan filosofların əsərlərini oxuduqdan sonraMartin Haydeggerin "İnsanın mahiyyəti mövcudluğundadır" fikrinə əsaslanaraq gəldiyim nəticə, başqa cür desək, "ekzistensializm nədir?" sualına verəcəyim cavab belədir: "Ekzistensializm, insanın (varlığın) özünü müəyyənləşdirmə, varolma yolunda apardığı mübarizələrdən əldə etdiyi təcrübənin, insanın təbiəti haqqında fikrə sahib olmaq, onu şərh etmək üçün tək vasitə olduğu düşüncəsinə əsaslanan fəlsəfə cərəyanıdır".

Ekzistensializmin banisinin kim olması və yaranma səbəbləri isə artıq başqa mövzudur.

 

Taleh EMİNOĞLU

 

 

525-ci qəzet.- 2019.- 15 iyun.- S.18.