Qələmsiz yazılanlar
Status-esselər
Mənim Balaxanım nənəm bəy qızı idi. Yaşı 100-ə yaxınlaşırdı.
Son bir ayacan
özündəydi, yaddaşı
yerindəydi. Keçmişdən danışmağı çox
sevərdi. Acılar çəksə
də, ailə üzvləri, qardaşı
"kulak" adıyla güllələnsə
də, çox vaxt Sovetin namını
verməzdi, "Qayda-qanun
gətirmişdilər" - deyərdi.
Bir dəfə
nəslin bir qolunun tarixini yarım saatın içində elə dolğun, o qədər zəngin bilgilərlə danışdı ki, heyrətə gəldim. Dedim, nənə, bunu heç Markes belə danışa bilməzdi. Adı 80 il öncənin
hadisəsində epizodik
keçən bir qadının sonrakı taleyinin necə olduğu beynimdə ilişib qaldı. Soruşdum, nənə, bəs, o Alxaslıdakı qız necə oldu? Bəlkə də, sualımda nənəmi bir az sınamaq, hadisələr
düyünü içində
onu çaşdırmaq,
yaddaşına hardasa
şübhə ilə
yanaşmaq mərəzi
də var idi. Amma cavab məni
yenə heyrətləndirdi.
Anındaca reaksiya verdi, "Sonralar
o, Sumqayıta köçdü.
O oxuyan məşhur qızlar var ha, bax, onun törəmələridir"
- dedi. Balaxanım nənə yaddaşı və zəngin bilgisi ilə məni mat qoymuşdu.
Üç gün öncə itirdik onu. Ruhu şad olsun!
İndi-indi hiss edirəm ki,
mənim hələ ona verilməmiş nə qədər suallarım qaldı...
... Hərdən "google-map"da Laçının Ağoğlan
kəndində hər
daşına can qoyub
ucaltdığı, mənim
də doğulduğum,
uşaqlıq xatirələrimi
yaşadan evini tapırdım, uçurulmuş
damına, sökülmüş
divarlarına baxıb
kədərlənirdim. Xalalarım, "Nənəyə göstərmə,
pis olar, evini elə görməsin"- deyirdilər.
İndi ruhu yəqin o doğma yerlərdə dolaşır. Və
Allah bilir, nələr
çəkdiyini...
***
Şuşa şəhər 1 saylı
tam orta məktəb indi Yasamalda, müasir, geniş binada yerləşir. Məktəbin əsası 1830-cu ildə
qoyulub. Burada məktəbin məzunu,
böyük fikir adamı Əhməd bəy Ağaoğlunun 150
illik yubiley tədbirinə qatılmışdıq.
Əhməd bəydən, Şuşadan
danışırdıq. Boğazımda düyünlənən
qəhər, gözümdə
topalanan yaş, hüzn və acı tədbir boyu çəkilmədi...
***
Novruzəlini niyə qınayırıq
ki?! İnformasiya texnologiyalarının sürətli inkişafı
hamımızı Novruzəliyə
çevirir. Məsələn,
"myGov" (www.my.gov.az) portalında
kabinet aça bilməyən vətəndaş
da müasir Novruzəli olacaq! :)
***
Mənəm-mənəmlik, özünəvurğunluq ətrafdakılarda
qıcıq yaradır. Amma əgər doğurdan da, " mən"dirsə, üstəlik,
dilçəyi də
varsa, sakit, təmkinlə qarşılamağa
alışmalıyıq...
***
Yaddaşlarda qalmağa çalışırsan. O da bir nəsildən sonra itir...
***
Süfrədə başda oturanın
əli hər yerə çatmır...
***
Siz o bulaqlardan
su içdinizmi?!
***
Görək kim qabağa düşəcək?!
:)
***
Səviyyəli tərif hamıya xoş gəlir.
**
Suyun şırıltısı
və titrəyişi
gözəldir. Amma xlor iyi olmasaydı...
***
Deyir, hər
kəs yanındakı
qədərdir. Həm də yadındakı...
***
Hamı
nankor deyil ki!
***
Heç nəyin dadı-duzu qalmayıb.
***
Getmək həmişə mümkün
olmur. Qaçmaq isə hər an mümkündür!
***
Sosial şəbəkə
istifadəçiləri də
bir növü şəkər xəstələri
kimidir. Gündə azı iki dəfə insulinə - təzə xəbərə
ehtiyac yaranır.
Olmayanda şəkər qalxır.
Hələ şoka düşmək
ehtimalı da var.
Xəbər xəstələri... :)
***
Qılıq sınanmış siyasətdir!
***
Heç bir dəyər gözümdən qaça
bilməz. Qaçıbsa,
dəyər deyil!..
***
Həyat
qəribəliklərlə doludur...
***
21-ci əsrdə qafiyəpərdazlığa
aludə olanlara mərhəmət hissiylə
baxmaq lazımdır...
***
Məmləkət kənddən bilinir...
***
Görəsən, 75 yaşında oruc tutmağa başlamaq hansı mənəvi-psixoloji-dini
ehtiyacdan doğur? - Haqqa qayıtmaq, ölüm qorxusu, dəbə uymaq?..
***
Bu qalınlıqda da
kitab olar?!
***
Gün qızmamış
soyunanlar gözə gələr. :)
***
Sosial şəbəkədə o qədər
fərqli - səy, düşük və sarsaq fikirlərə rast gəlirsən ki, "fərqli fikir" anlayışı
da gözdən düşür...
***
Bu uzunluqda tədbir
olmaz ki. Adamlar bezir...
***
Səhər hamıya açılır...
***
Mən Sizi görməliyəmmi?! Niyə?!
***
Bəs qalanları neyləsin?..
***
Hamısı eyni cür havalanır...
***
Elə adamlardan
elə hərəkət
görürsən ki,
doğurdan da, əlin üzündə qalır.
***
Minnətdarlıq duyğusu olmayan adamdan heç nə gözləməyə
dəyməz.
***
Özünün özünə gözü
dəydi.
***
Təzə Ayı görən oldumu?!
***
Pul düşgünlüyünə,
hərisliyinə mənəviyyatsızlıq
demək olarmı?
Yoxsa indi adı başqadır?..
***
Beynim aydınlanır və bəzi sözlərinin mənasını indi-indi
anlayıram...
***
Mərhəmət və rəhm duyğusu yoxa çıxıb. Qəddar olmaq üstünlüyə
çevrilib. Laqeydlik və
etinasızlıq isə
daimi bədbinliyə rəvac verir.
***
Diqqəti cəlb eləmək
asan iş deyil. Bir az istedad, bir az zəhmət
gərəkdir. Bir az özün,
bir az da
fərqli olmalısan...
***
Gözləyirsənsə, arzulayırsan. Arzulayırsansa, gəncsən.
***
Gözəl və ağıllı
Qadın həmişə
Allahlıq iddiasında
olur! Bəzən gizlətsə də...
***
Tut da gözümdən düşdü.
***
Onunla işin
olmasın. O, bu dəqiqə göylə gedir...
***
Daima uğursuzluq
barədə düşündünsə,
ondan yaxa qurtara bilməyəcəksən.
***
Hələ yetişməmişik, kalıq. Nə yeriyə bilirik, nə yeyə, nə də...
***
Biz irəli getmədik ki... Biz geri getdik...
***
Kədərin, dərdin böyüklüyü
ilə indi kimi təəccübləndirmək
olar ki?!
***
Səndə nə sirlər
yatır!
***
40-cı fənd yadına düşmədi...
***
Zahir müvəqqətidir.
***
Qadınlar xəfif müqavimət
göstərir, kişilər
isə elliklə bəyənir, alqışlayırdılar...
***
Adam acizliyinə ağlayır...
***
Birləşdirici adam gedir, soyuqluq və ayrılıq başlayır.
***
Zaman şahidləri seyrəltdikcə,
günahkarın mələk
donu parlaqlaşırdı...
***
Telefon çox
ağıllıdır. Üstündə olmayanda da nə
qədər hərəkət
elədiyini qeydə alır.
***
Zaman hiss olunmur.
***
Səhər bir təklifə "ok" deyib, axşam "heç vaxt" deməyə bir səbəb olmalıdır.
***
Heç kimi günahlandırmayın. Günah hamıdadır!
***
Bəlkə, ora daha maraqlıdır? Niyə qorxursan?
***
Hara tələsirsən ki?!
***
Dəyərlərin alt-üst edilməsi ümidsizlik və məyusluq yaradır. "Sən heç kimsən" ovqatında isə əlin heç nəyə yatmır.
***
Hamı məşğuldur. Darıxan yoxdur.
***
Ağciyəri rentgen edən həkim dedi ki, siqareti atmalısan. Dedim, çalışıb azaldaram. Dedi, azaltmaq yox, atmaq lazımdır. Heç üstündən 2 saat keçməmişdi, köşkdən 3 qutu siqaret aldım - həm də həkimin sözlərini satıcıya deyə-deyə...
***
Məndən narazılığınız yoxdur ki?!
***
Şair srağagün 500-dən çox kitab imzalayıb!..
***
Səhər 7-də qadın həbsxanasında zəng çalınır...
***
Guya siqaret çəkməyəndə nə olacaq ki?!
***
Aran rayonlarının da yay ayları üçün öz
xatirəsi var - gün
əyilən kimi ağcaqanadlar
daraşır adama... :)
Rəşad MƏCİD
525-ci qəzet.- 2019.- 15 iyun.- S.11.