Paytaxt təhsili 2018-2019-cu tədris ilində...
RƏŞAD
TAĞIYEV: "TƏHSİL MÜƏSSİSƏLƏRİNİN
FƏALİYYƏTİNİN MÜASİR TƏLƏBLƏR
SƏVİYYƏSİNƏ YÜKSƏLDİLMƏSİ
VƏ TƏDRİS OCAQLARININ MADDİ-TEXNİKİ BAZASININ GÜCLƏNDİRİLMƏSİ
İSTİQAMƏTİNDƏ SƏMƏRƏLİ
İŞLƏR GÖRÜLÜB"
2018-2019-cu
tədris ili
ümumi təhsil sahəsində müəyyənləşdirilmiş
prioritet fəaliyyət
istiqamətlərinə uyğun
olaraq, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi
(BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə
səmərəli fəaliyyət
istiqaməti seçilib.
Təhsil müəssisələrinin fəaliyyətinin
müasir tələblər
səviyyəsinə yüksəldilməsi
və tədris ocaqlarının maddi-texniki
bazasının gücləndirilməsi
istiqamətində səmərəli
işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını
təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı
şərtləndirən dəyişikliklərə
nail olmaq məqsədilə
bütün potensial imkanlar səfərbər edilib.
Birinci sinfə qəbul üzrə 45 minədək
sorğu yerləşdirilib
Bakı
Şəhəri üzrə
Təhsil İdarəsinin
müdiri Rəşad
Tağıyev deyir ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət
göstərir. Bu məktəblərdə ümumilikdə
424 118 şagird təhsil
alır.
BŞTİ-nin tabeliyindəki
ümumi təhsil məktəblərinin I siniflərini
45 616, IX siniflərini 28 993, XI siniflərini 19 786, XII siniflərini
isə (əyani-qiyabi
tam orta məktəb və qiyabi sinifləri) 655 nəfər
başa vurur. İdarənin tabeliyindəki ümumi təhsil məktəblərində
27 563 müəllim çalışır.
Onun sözlərinə
görə, birinci sinfə qəbul üzrə 45 minədək
sorğu yerləşdirilib.
Bakı şəhərinin ümumi
təhsil məktəblərinin
və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. 2019-2020-ci tədris
ili üçün
paytaxtın ümumi təhsil məktəbləri
üzrə I sinfə
44 875 uşaq üçün
sorğu yerləşdirilib.
Onlardan 41 430-u ümumi
təhsil məktəblərini,
3 445-i isə lisey və gimnaziyaları seçib: "2019-2020-ci tədris
ilində ümumi təhsil müəssisələrinin
tədris digər dildə aparılan bölmələrində I sinfə
qəbul uşaqların
şifahi nitq bacarıqlarının qiymətləndirilməsi
vasitəsilə aparılıb.
Qeyd edim ki, tədris
digər dildə aparılan bölmə üzrə uşaqların
şifahi nitq bacarıqlarının qiymətləndirilməsi
ilə bağlı müsahibə valideyn və ya qanuni
nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən
ibarət komissiya tərəfindən həyata
keçirilib. Müsahibə komissiyaları paytaxtın
12 inzibati rayonu üzrə 9 mərkəzdə
fəaliyyət göstərib".
264 məktəbdə 919 məktəbəhazırlıq
qrupu
BŞTİ müdirinin dediyinə görə, İdarənin tabeliyindəki
264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq
qrupu fəaliyyət göstərib. Həftədə
4 gün fəaliyyət
göstərən məktəbəhazırlıq
qruplarında 23 840 uşaq
məşğələlərə cəlb olunub: "Məlumat üçün
bildirim ki, paytaxtdakı ümumi təhsil müəssisələrində
"Sağlam təhsil-sağlam
millət" layihəsinin
tətbiqi genişləndirilib.
Təhsil Nazirliyi tərəfindən həyata
keçirilən layihə
çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsinin
168 sinfində "Sağlam
təhsil" sinifləri
fəaliyyət göstərib.
Həmçinin, cari tədris
ilində paytaxtdakı
15 məktəbdə 21 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.
164 məktəbdə 360 təmayül
sinfi təşkil olunub
R.Tağiyev qeyd edib ki,
2018-2019-cu tədris ilində
ümumi təhsilin
tam orta təhsil səviyyəsində təmayülləşmənin
miqyası genişlənib. BŞTİ-nin tabeliyindəki 164 məktəbdə 360 təmayül
sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq
təsdiq edilib: "Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində
52 şagird inklüziv
təhsilə cəlb
edilib. Həmçinin, "2018-2024-cü illərdə
Azərbaycan Respublikasında
sağlamlıq imkanları
məhdud şəxslər
üçün inklüziv
təhsilin inkişafı
üzrə Dövlət
Proqramı"na əsasən,
çoxsaylı işlər
görülüb, bu sahədə müəllimlərin
üzərinə düşən
vəzifələr müəyyənləşdirilib".
İşə qəbul üzrə
1350 vakansiya təqdim olunub
Onun sözlərinə əsasən,
Təhsil Nazirliyi tərəfindən keçirilən
müəllimlərin işə
qəbulu və yerdəyişməsi müsabiqəsinə
BŞTİ tərəfindən 2018-2019-cu
dərs ili üçün 1350 vakansiya
təqdim olunub. Təhsil Nazirliyi tərəfindən keçirilən
müəllimlərin işə
qəbulu müsabiqəsi
və müddətli əmək müqaviləsi
əsasında çalışan
müəllimlər üçün
Təhsil Nazirliyi tərəfindən təşkil
edilmiş müsahibələrin
nəticəsində 790 nəfər
daimi əsaslarla işə qəbul olunub: "2018-2019-cu tədris
ilində ümumi təhsil müəssisələrində
müddətsiz müqavilə
ilə işləyən
müəllimlərin iş
yerinin dəyişdirilməsi
prosesi nəticəsində
265 müəllim iş
yerini dəyişib.
2018-2019-cu tədris ili üçün müəllimlərin işə
qəbulu müsabiqəsinin
müddətli müqavilə
ilə işə qəbul üzrə elektron yerləşdirmə
prosesi nəticəsində
1210 namizəd müddətli
müqavilə ilə
işə qəbul üçün göndərilib.
2019-cu ilin aprel
ayında Təhsil Nazirliyi tərəfindən
təşkil edilən
daimiləşmə prosesində
müddətli müqavilə
ilə çalışan
269 müəllimin 2019-2020-ci dərs ilindən etibarən müddətsiz
əmək müqaviləsi
ilə işə qəbuluna razılıq verilib. BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın
yaş həddinə çatmış 1572 işçidən
995 nəfər ilə
dərs ilinin sonunadək müddətli
müqavilənin bağlanması
məqsədəuyğun hesab
edilib. Bunlardan 492 nəfəri əvvəlki
illərdə, 503 nəfəri
isə cari tədris ili ərzində çalışmanın
yaş həddinə çatmış şəxslər
olub".
400 nəfərin müxtəlif
vəzifələrə işə
qəbulu həyata keçirilib
2018-2019-cu
tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə
BŞTİ-nin tabeliyindəki
ümumi təhsil müəssisələrində 61 nəfər təlim-tərbiyə
işləri üzrə
direktor müavini vəzifəsinə, 25 nəfər
tərbiyə işləri
üzrə direktor müavini (təşkilatçı)
vəzifəsinə, 30 nəfər
psixoloq vəzifəsinə,
29 nəfər kitabxanaçı
vəzifəsinə, 16 nəfər
gənclərin çağırışaqədərki
hərbi hazırlığı
üzrə rəhbər
vəzifəsinə, 44 nəfər
uşaq birliyi təşkilatı rəhbəri
vəzifəsinə, 190 nəfər
laborant vəzifəsinə,
5 nəfər BŞTİ-nin
nəzdində fəaliyyət
göstərən Təlimə
Dəstək Mərkəzinə
işə qəbul olunub: "Ümumilikdə,
400 nəfərin işə
qəbulu həyata keçirilib. Qeyd edilən vəzifələrə
növbəti işə
qəbul müsabiqəsi
2019-cu ilin yanvar ayında elan edilib. Hazırda sonuncu (müsahibə) mərhələsinin təşkilinə
hazırlıq işləri
görülən yeni
müsabiqənin test imtahanı
mərhələsinin nəticələrinə
əsasən, imtahanda
iştirak edən 1
655 namizəddən 555 nəfəri
keçid balından yüksək nəticə
göstərib. İmtahanların nəticələrinə və
mövcud olan vakansiyalara uyğun olaraq keçid balları müəyyənləşdirilib.
Müəyyən edilmiş
keçid ballarına
əsasən, təlim-tərbiyə
işləri üzrə
direktor müavini vəzifəsinə işə
qəbul üzrə
106, tərbiyə işləri
üzrə direktor müavini (təşkilatçı)
vəzifəsinə işə
qəbul üzrə
54, gənclərin çağırışaqədərki
hazırlığı rəhbəri
vəzifəsinə işə
qəbul üzrə
21, psixoloq vəzifəsinə
işə qəbul üzrə 40, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə
işə qəbul üzrə 54, laborant vəzifəsinə işə
qəbul üzrə
248, kitabxanaçı vəzifəsinə
işə qəbul üzrə 32 namizəd növbəti mərhələdə
iştirak etmək hüququ qazanıb: "Məktəb direktorlarının
işə qəbulu üzrə keçirilən
müsabiqə nəticəsində
BŞTİ-nin tabeliyindəki
təhsil müəssisələrinə
2018-2019-cu tədris ili
ərzində 33 nəfər
direktor vəzifəsinə
işə qəbul edilib".
Paytaxtda
13 məktəb əsaslı
təmir olunub, 6 yeni məktəb binası inşa edilib
R.Tağıyev bildirib ki, 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində
BŞTİ-nin tabeliyində
fəaliyyət göstərən
13 məktəbdə əsaslı
təmir işləri
aparılıb. Bundan əlavə, mövcud
olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb.
Eləcə də, 224 təhsil
müəssisəsində cari
təmir və mühəndis kommunikasiya işləri aparılıb.
2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 3 məktəb
üçün köhnə
korpusların sökülərək
yeni bina və korpusların tikintisinə inşasına
başlanılıb.
50 minə yaxın müraciət daxil olub
2018-2019-cu
tədris ili ərzində BŞTİ-nin
Vətəndaşların Qəbulu
Mərkəzinə 50 minə yaxın müraciət daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə
daxil olmuş müraciətlərin əksəriyyəti
dərhal cavablandırılıb
və operativ həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 000-dən çox zəng qəbul edilib: "Vətəndaşların Qəbulu
Mərkəzinə isə
bu dövrdə 16minə
yaxın vətəndaş
müraciəti daxil olub. 1 800-ə yaxınvətəndaş
sorğularına uyğun
olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna
yazılıb. 15 000-ə
yaxın sənəd qəbul olunub və qeydiyyata alınıb. Həmçinin, 2 430 elektron müraciətə
baxılıb. Bakının 12 inzibati rayonu üzrə keçirilmiş
səyyar qəbullar vasitəsilə müəllim
və valideynlərin müraciətləri dinlənilib.
Səyyar qəbullarda müəllim
və valideynlərin müraciətləri dinlənilib,
qaldırılan bir sıra müraciətlər
operativ şəkildə
cavablandırılıb, digər
məsələlərin həlli
ilə bağlı müvafiq tədbirlərin
icrasına başlanılıb".
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 15 iyun.- S.9.