Qarabağmilli rəqs qrupu İsveçdə çıxış edib

 

 

İsveçin paytaxtı Stokholm şəhərində müxtəlif ölkələrin mədəniyyətlərinin nümayiş olunduğu beynəlxalq tədbir keçirilib. Ölkəmizi tədbirdə İsveç-Azərbaycan Dərnəyinin (SAF) nəzdində fəaliyyət göstərən “Qarabağmilli rəqs qrupu təmsil edib.

Yerli ictimaiyyətin mədəni istirahəti üçün təşkil olunan tədbirdə İsveçdə yaşayıb fəaliyyət göstərən müxtəlif xalqların nümayəndələri öz ölkələrinin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri, rəqs və mətbəxini nümayiş etdiriblər.

Tədbirdə uşaqlardan ibarət “Qarabağmilli rəqs qrupumuzun çıxışı maraqla izlənilib.

SAF-ın fəalları yerli ictimaiyyət nümayəndələrinə ölkəmiz barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.

 

525-ci qəzet.- 2019.- 19 iyun.- S.12.