Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi"
məsnəvisi və daha dörd qəzəli
XIII əsrin sonlarında yaşayan və Həsənoğlu təxəllüsü ilə şeir yazan İzzəddin Əsfərayininin də XIII əsrin məşhur şairlərindən biri olduğu ədəbiyyat tariximizə məlumdur.
O,
türkcə şeirlərini "Həsənoğlu",
farsca şeirlərini isə "Puri-Həsən" təxəllüsüylə
yazıb. XV əsr təzkirəçisi
Dövlətşah Səmərqəndi, Həsənoğlunun,
Şeyx Cəmalüddin Əhməd Zakirin müridi
olduğunu və təsəvvüf əhli olduğunu
yazıb. Səmərqəndinin
yazdığına əsasən, şeirlərindən ibarət
divanı da Azərbaycanda çox məşhur imiş
(Devletşah-II, 1977: 275).
Həsənoğlu, Xorasan ətrafında Əsfərayində
dünyaya gəlib və burada böyüyüb boya-başa
çatıb.
Bəzi araşdırmaçılar Xorasanın Azərbaycan
coğrafiyasına aid olmadığına görə, Həsənoğlunun
da Azərbaycan şairi olaraq qəbul edilməsinin bir az düzgün olmadığını qeyd ediblər.
Yaddan çıxarılmamalıdır ki, o
vaxtlar Xorasanda, Azərbaycanda və Diyarı-Rum deyilən
Anadoluda eyni dilin danışıldığı tarixi mənbələrdə
sabitdir.
Bu səbəblə Həsənoğlunun Azərbaycan
coğrafiyasında danışılan Qərbi Oğuz
türkcəsi ilə yazması təbiidir.
Digər
tərəfdən, aşağıda da işarə edəcəyim
kimi onun yeni tapılan 740 səhifəlik "Kitabi-Sirətin-Nəbi"
adlı məsnəvisinin dili bugün Azərbaycanda
danışılan dildir və bu əsər Oğuz türkcəsinin
XIII yüzildəki əvəzsiz abidəsidir. Yaddan
çıxarılmamalıdır ki, Mövlana Cəlaləddini
Rumi kimi bir şəxsiyyətimiz əsərlərini fars dilində yazarkən onun
çağdaşı olan Həsənoğlu öz ana dilində
yazıb.
Həsənoğlu, mənə görə, Güney Azərbaycanda
yaşayıb və bu bölgədəki dil mədəniyyətinə
görkəmli bir alim və ədəbiyyatçı kimi yiyələnib. Digər tərəfdən
ana dili türkcə qədər ərəb və fars dillərini
də mükəmməl bildiyi bu əsərdə
özünü göstərir."Kitabi-Sirətin-Nəbi"
adlı məsnəvidə işlətdiyi
"qul-qaravaş", "ahıl" kimi Azərbaycan
türkcəsinə məxsus sözlər, "getdügi, gəldügi,
bildügi, tüfəng, əjdəha, gəvdə, sevmişəm,
bazuvi, bular, olar, çığırmaq, bişürərdilər,
ucundan, tullağıl, səhravü, taptağıl" kimi
yüzlərlə ifadə onun yaşadığı
coğrafiyanı və dil mühitini çox gözəl və
aydın şəkildə bizə göstərir. Digər tərəfdən, yaddan
çıxarılmamalıdır ki, XIII əsr Azərbaycan
türkcəsinin Anadolu türkcəsindən ayrılmağa
başladığı yüzillikdir və bunu Həsənoğlunun
əsərlərində aydın müşahidə edirik.
Azərbaycan türkcəsinin ilkin qədəmləri
bu çağda başlayıb və XVI yüzillikdə
başa çatıb.
İzzəddin
Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi" adlı
məsnəvisini İlhan Şimşək adlı əziz bir
dostum vasitəsilə əldə etdim və onun üzərində
işləyib latın əlifbasına
köçürdüm. Əsər elmi
yığıncaqlarda etdiyim məruzələrimdə də
işarə etdiyim kimi, 367 vərəqdən ibarətdir.
Məsnəvi tərzində yazılan və son
illərədək haqqında heç bir məlumat olmayan bu əsəri
transfonoliterasiya edərkən məsnəvinin içərisində
öncə iki qəzələ rast gəldim və həmin
iki şeiri daha öncə ədəbiyyat aləminə təqdim
etdim. Bu qərara yetişməmdə dosent
həmkarlarım Səadət Şıxıyeva, Elmira Məmmədova-Kəkəç
və Zəminə Rüstəmbəylinin qəti fikirlərinin
olduğunu da bildirməliyəm. İlhan
Şimşəklə birlikdə bu alim dostlarıma və həmkarlarıma
səmimi-qəlbdən təkrar təşəkkür edirəm.
"Siyər" və ya "sirət" lüğətlərdə
"rəftar, hərəkət, həyat tərzi, vəziyyət,
əxlaq" şəklində mənalandırılıb.
"Siyər"
və ya "sirət" adı zaman ərzində sadəcə
olaraq Hz.Məhəmməd Peyğəmbərin həyatı və
bu məqsədlə yazılan əsərlərin adına çevrilib. Həsənoğlunun
"Kitabi-Sirətin-Nəbi" adlı bu çox dəyərli
əsəri, adından da göründüyü kimi, peyğəmbərimiz
Hz.Məhəmmədə ithaf edilib. Əsər
dil, üslub, ideya və məzmun özəllikləri
yönündən hərtərəfli
araşdırılmağa möhtacdır.
Məsnəvi
"cütlük, iki-iki" anlamına gələn "məsna"
sözündən törədilib və ilk dəfə fars ədəbiyyatında işlədilib və
ilkin örnəkləri də fars ədəbiyyatında
yaradılıb. Ərəb ədəbiyyatında
"müzdəvic" və ya "rəcəz" vəzni
ilə yazıldığından "urcuzə" kimi yad
edilən şeirlər məsnəvilərin ilkin örnəkləri
kimi qəbul edilir.
Məsnəvilərdə üç əsas xüsusiyyət
vardır. Bunlardan ilki vəzndə birlikdir və bir məsnəvidə
iki vəzndən istifadə edildiyinə rastlanmayıb. Sənainin
"Hədiqətül-həqaiq", Sədi Şirazinin
"Bustan", Mövlana Cəlaləddini Ruminin "Məsnəvi",
Firdovsinin "Şahnamə", Nizami Gəncəvinin
"Xosrov və Şirin" adlı məsnəvilərini
buna örnək kimi göstərə bilərik. İkinci xüsusiyyət isə vəznlərin məsnəvinin
mövzusuna və anlamına uyğun seçilməsidir.
Həmasətlə bağlı məsnəvilər
ümumiyyətlə "fəulun/fəulun/fəulun/fəul"
vəznində yazılıb. Firdovsinin
"Şahnamə", Nizaminin "Məxzənül-əsrar"
məsnəviləri buna örnəkdir. Üçüncü
özəllik isə məsnəvilərin içində qəzəl
və qəsidələrin olmamasıdır. Məsnəvilərdə mövzuların müxtəlif
olması onların vəznində hər hansı dəyişikliyin
olmasına şərait yaratmır. Sədi
Şirazinin "Bustan" adlı əsərindəki
mövzular müxtəlifdir, ancaq vəzn pozulmayıb. Ancaq bəzi məsnəvilərə qəzəl və
qəsidələr daxil edilib. Bunun ilk
örnəyi Əyyuqi tərəfindən həyata
keçirilib. Onun "Vərqa və
Gülşah" adlı məsnəvisi buna örnəkdir.
Əyyuqinin gətirdiyi bu yeniliyin təsirilə XIII əsr
şairi Əmir Xosrov Dəhləvi "Qıranüs-sədeyn"
adlı məsnəvisinə həm qəzəl, həm də
qəsidə əlavə edib. Əmir Xosrov digər
tərəfdən səkkiz bölmədən ibarət olan
"Nuh sipehr" adlı məsnəvisinin hər fəslini fərqli
bir vəznlə yazıb. Xosrovdan sonra
Übeyd Zəkani də "Üşşaqnamə"
adlı məsnəvisində ayrıca qəzəl də təqdim
edib. Ancaq bu qəzəllər məsnəvinin
vəznindədir. Həsənoğlu da bu
gələnəkdən geri qalmayıb və "Kitabi-Sirətin-Nəbi"
adlı məsnəvisinin müxtəlif yerlərində təqdim
edilən hekayələrin ruhuna uyğun qəzəllər də
daxil edib.
Əlyazmadan
məlum olduğuna görə, Həsənoğlu bu məsnəvini
yazarkən əsas mənbə kimi Əbül Həsən əl-Bəkri
əl-Kasasinin "Sirətin-nəbi" adlı əsərindən
istifadə edib, bunu da aşağıdakı beyit kimi bir
neçə yerdə dilə gətirib:
"Əbülhəsən
Bəkri rəvayət eylədi
Ol ki işbu sirəti ol söylədi".
Həsənoğlunun
ana dilində məlum olan üç şeiri barədə
araşdırmalarda çox bəhs olunduğu
üçün burada yalnız həmin qəzəllərin mətlə
beytlərini xatırlatmaq istəyirəm:
"Apardı
könlümü bir xoş qəməryüz cənfəza
dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə
şahid? Şahidi-sərvər".
"Necəsən, gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim".
"Əcəb
bilsəm məni şeyda qılan kim?!
Bana bu
eşq odun peyda qılan kim?!"
Həsənoğlunun qəzəl
yaradıcılığının daha üç örnəyi
aşağıda xatırlatdığımız "Əlhəmdülillah",
"Əlindən", "Qandasın" rədifli qəzəllərdir.
"Tamam
oldu kitab əlhəmdülillah
Açıldı
hər niqəb əlhəmdülillah"...
"Nigara
eşqünün fəryad əlindən,
Ki, qalmaz
hicrünün azad əlindən" ...
"Ey yigitlər sərvəri, sərvi-rəvanım,
qandasın?
Gəl ki, yolunda rəvan oldı rəvanım,
qandasın?"
Bunlar quruluş yönündən qəzəldir və mətnin
poetik haşiyələrindən bir neçəsini təşkil
edir. Aşağıda isə təqdim etdiyim qəzəllərlə
birlikdə Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi"
adlı əsərindən 7 qəzəli aşkar etdim.
Yeni aşkar etdiyim üç qəzəlin
mövzuları isə sırasıyla belədir.
Hz.Məhəmməd gənclik illərindədir və
adı "Məhəmmədül əmin" kimi
çıxıbdır. Onun yalan danışdığını, düzlükdən
güzəştə getdiyini və s. bir şəxs belə
görməmişdir. Kafirlərin tamamı ona
düşmən idi, ancaq o, bunları vecinə də
almırdı. əmiləri də
bütpərəst idi. Bir gün Kəbəni ziyarətə
gedir, əbu Cəhl onu gördükdə deyir ki: "Bu qədər
gözəl oğlansan, sən gözəllikdə və ləyaqətdə
insan cahanda yoxdur, geydiyin libaslar isə sənə layiq deyil. Gəl mənə nökər ol, sənə ən
gözəl libasları alım, mal verim". Peyğəmbər
də ona: "Tanrı kimə nəyi layiq bilsə, onu verər"
deyə cavab verir və əmisi əbu Talibin evinə gedir. əbu Cəhlin ona dediyi sözləri söylədikdən
sonra "Əmi, atamdan bir şey qalıbsa ver gedib onunla
özümə paltar alım" deyir. O da and içir ki,
heç nə qalmayıb. əmiləri
Abbas, Həmzə, əbu Ləhəb və əbu Talib də
onun Lat adlı bütə pərəstiş etməsini şərt
qoşurlar ki, özünə pul versinlər. O da "Ruzunu
verən Allahdır" deyib əlinə orağı alıb
gedib ot biçir ki, gətirib satsın və
onunla özünə geyim-keçim alsın. əbdülmüttəlibin
bir qulu onu ot biçərkən gördükdə Peyğəmbərin
ayağına özünü salıb: "Ya seyyid, bu işi
sən görmə, mən onu edərəm" deyə
yalvarır. Hz.Məhəmməd də onun bu hərəkətindən
razı qalır.
O vaxtlar Məkkədə
Xüveylid adlı şəxsin Xədicə adlı varlı
bir qızı vardır, həddən artıq varlı,
gözəl və ləyaqətli biridir. Xədicənin
Meysərə adlı bir də qulu vardır və
hazırlaşırlar ki, o Xədicənin dəvələrinə
malları yükləyib ticarət üçün uzaq
diyarlara getsin. əbu Talib bunu eşidir və Hz.Məhəmmədin
də gedəcək karvanda onlara kömək olmasını təklif
etmək üçün Həmzə, Zübeyr və Abbasla
birlikdə Xədicənin evinə gedirlər, onları
qarşılayan qaravaşa məsələni deyirlər ki,
xanımına çatdırsın. Hz.Xədicə
onların söhbətini eşidir və o saat onları
içəri qəbul edir, altlarına döşəklər
saldırır, canü könüldən qonaqlarına izzət-hörmət
edir. Xədicənin əmisi Varqa da daha
öncə Hz.Məhəmmədin adını çəkib və
haqqında Xədicəyə danışıbmış.
Əmisi Varqanın dediklərindən sonra Xədicə
Hz.Məhəmmədə bir könüldən min
könülə vurulub. Əbu Talib gəlişlərinin
səbəbini açaraq deyir: Eşitdik ki, karvanınız
yaxın vaxtda yola düşəcək, özünüz
üçün əmin bir insan axtarırsınız, bizdə
elə biri var, yəqin adını eşidibsiniz, xalq ona Məhəmmədül
Əmin deyir, mənim qardaşımın oğludur. Xədicə cavabən deyir ki, siz oturun, özü gəlsin.
Xədicənin qulu ilə Peyğəmbərin əmisi
Abbas gedirlər onun ardınca. Ot
çalıb qayıdanları görürlər və Məhəmmədi
onlardan sorduqda onlar Hira dağına getdiyini söyləyirlər.
Abbas ilə qul dağa üz tuturlar və
İbrahim Xəlil peyğəmbərin qəbrinin olduğu
yerə çatdıqda görürlər ki Peyğəmbər
ordaca yatıb, bir ilan ağzında bir yarpaqla ona yelpik
çalır. Abbas oxla ilanı vurmaq istədikdə ilan
dağa dönüb üzünü Abbasa çevirir,
Abbasın qorxudan az qala ödü
yarılır və qaçıb gizlənir.
Yaranan haray-həşirdən Peyğəmbər
oyanır və onlara deyir ki, o, ilan deyil, özünü
qoruyan mələkdir. Əmisi və Xədicənin qulu onun
ardınca gəlmələrinin səbəbini ona deyirlər və
durub üz tuturlar Xədicənin evinə. Karvan məsələsini danışırlar və
haqq-hesab barədə razılığa gəlirlər. Onsuz da Xədicə xanım hər bir şeyi Hz.Məhəmməd
üçün qurban verməyə hazırdır. Qulu Meysərəni Peyğəmbərə
tapşırır və onun əmrinə tabe olduğunu
söyləyir, hazırlanmış cürbəcür yeməkləri
şadlıqla yeyirlər, hamı bu işdən məmnun
qalır. Xədicə durub yeni libaslar gətirib
Hz.Məhəmmədə verir. Səhərisi
dəvələri yükləyirlər və hər bir dəvə
gəlib Peyğəmbərin ayağına üzünü
sürtür, orda olanlar da başda Xədicə olmaqla
bunları görürlər. Karvan yola
düzəlir, Hz.Həmzə, Zübeyr və Abbas da Hz.Məhəmmədlə
birlikdə bu səfərə çıxır. O tərəfdən
əbu Cəhl və adamları. Hz.Xədicə
isə Hz.Məhəmmədi gördükdən sonra ona
duyduğu sevgidən birtəhər olsa da, özünü
itirmir. Karvanın mənzilinə sarı getdiyində bəzi
olaylar olur və hər birində Hz.Məhəmməd
möcüzələr göstərir, neçə yəhudi
din adamı, alim, keşiş onun axır zaman Peyğəmbəri
olduğunu başa düşür və müsəlman
olurlar, ancaq əbu Cəhl isə kafirlikdən güzəştə
getmir və hər bir möcüzəni cadu kimi qələmə
verir.
Karvan öz mənzilinə çatır, Hz.Məhəmməd
ticarət işlərini görüb qurtarır,
artıqlamasıyla qazanc əldə etdikdən sonra geri
dönürlər. Hələ şəhərə
çatmamış Hz.Xədicənin gözündəki pərdəni
Tanrı götürür, Müəlla qapısından
içi mələklər və hurilərlə dolu bir nur
endiyini görür, özündən gedir. Qul-qaravaşları üzünə gül suyu səpib
onu oyadırlar. Oyandıqda da Babi-Müəlla
tərəfdən bir nur endiyini və bütün cahanı
doldurduğunu, bunun sirrini də bilmədiyini, onun yuxumu, yoxsa
ayrı bir şeymi olduğunu sual edir. Yanındakılar
isə onun gördüyünü görmədiklərini
söyləyirlər. Ertəsi gün
karvan gəlib çatır, Xədicəyə muştuluq
verirlər. Meysərə adlı qulu da
yolda başlarına gələnləri və şahidi
olduğu şeyləri ona danışır, Hz.Məhəmməd
evə daxil olur.
Həsənoğlu
Hz.Xədicənin Peyğəmbərə duyduğu məhəbbəti
onun diliylə qəzəldə aşağıdaki kimi dilə
gətirib:
Didi, ya Rəbb,
bu mələkmi, ya ki bir insanmıdur,
Yaxud insan
surətində bu əcəb bir canmıdurə!
Gözləri
yağma qılur könüllər ilin sərbəsər,
Kirpigi cana batar oqlar urur, Sənanmudurə!
Kimsə
bilməz ləblərinin rəngini kim, nicədir,
Fəhm
edilməz qanmıdır ya qana bənzər canmıdırə!
Haq
yaratmadı daxı bunun gibi adəm vəli
Cümlə
aləm xalqına bu bir əcəb sultanmıdurə!
Gözlərinün
dərdi dolmış idi dərtlü bağrımı
Kirpigimdən
dökülən yaşlarmıdur, ya qanmıdurə!
"Kitabi-Sirətin-Nəbi"nin Zatil-Batil adlı hissəsində əsəd
və kafir Qays ilə olan cəngdə Allahın Aslanı Hz.əlinin
qəhrəmanlıqları aşağıdakı kimi dilə
gətirilib:
Bəni əbəs elindən gedən bir ərəb
yolda gedərkən min nəfərdən ibarət
süvarı dəstəsi görür, hara getdiklərini
sorur, onlar da əsəd bin Üveyləm yurduna getməkdə
olduqlarını söyləyir. Çünki onlar Hz.Məhəmmədin
üstünə, Mədinəyə hücum çəkmək
istəyirmiş. ərəbin
sözlərini dinləyən Peyğəmbərə Cəbrayıl
xəbər gətirərək onun düz dediyini söyləyir.
Peyğəmbər də əshabına əmr
edir ki, səhərisi gün Dəhnə elinə gediləcəkdir.
Peyğəmbər öz yerinə Mədinədə Saəd
ibn Ubbadəni qoyub yola düşürlər. Gecə bir yerdə
qaldıqlarında Saəd bin Ubbadə ağlayıb zar
qılır ki, Peyğəmbər onu niyə səfərə
aparmadı. Cəbrayıl gəlib Peyğəmbərə məsələni
və Saəd Ubbadəni məyus etməməsi haqda
Allahın buyruğunu çatdırır, o da ardınca adam yollayıb Saəd Ubbadəni gətirdir. Səhərisi yola düşüb Zatül-Batildə
kafirlərin ordusunu görüb düşərgə
salırlar. İki ordu üz-üzə
dayanır və vuruşma başlayır. Bir
neçə gün döyüş olur, axşam olduqda hər
ordu öz tərəfinə çəkilib dincəlir, səhər
olduqda təkrar vuruşma başlayır. Əsəd bin
Üveyləmin rəhbəri olduğu ordudan Qalib adlı bir
kafir döyüş meydanına çıxır, bir
neçə müsəlmanı şəhid etdikdən sonra
qürrələnir və özünü mədh edərək
şeir oxuyub Hz.Əlini döyüş üçün tələb
edir. Peyğəmbər də İbrahim Peyğəmbərin
oğlu İsmayıla, Adəm peyğəmbərin oğlu
Şitə oxuduğu duanı oxuyaraq Hz.Əlini cəng
meydanına yollayıb deyir ki; "Yürü meydana var. Cənnətin
fələkləri açıldı, mələklər sənin
cənginə seyrə çıxdılar". Meydana
çıxdıqda təpədən dırnağa kimi zirehə
bürünmüş və min pəhləvana bərabər
olan Qalib adlı döyüşçü gəlib
Hz.Əlinin qarşısında dayanaraq bu şeiri oxuyur:
Pəhlüvanların
cihanın yazsalar,
Cümləsi içində sərdəftər bənəm.
Heybətimdən
div-ifritlər qaçar
Kim qılan aslanları əbtər bənəm.
Baş kəsici
qan dökici çoqdürür
Qamusından
illa kim bətdər bənəm.
Qalib bu şeiri oxuyaraq cövlan edir və girib meydana
dönə-dönə Hz.Əlini tələb edir. Hz.Əli də
Allahın "Aslanım" dediyi bir pəhləvandır.
Onunla bağlı olaraq, "La fəta illa
Əli, la seyfə illa Zülfüqar", yəni
"dünyaya Əli kimi ər, zülfüqar kimi
qılınc gəlməyib" sözləri dilə gətirilib.
Qalib Hz.Əlini məğlub edəcəyini
fikirləşir və qürrələnir. Hz.Əli ona
şeirlə cavab vererek özünü
yığışdırmasını bu sözlərlə
başa salmağa çalışır:
Şahi-mərdan
didi şiri-yəzdanam,
Kim günəşdən dünyada əzhər bənəm.
Ey ləin,
ögmə səni, həddüni bil,
Kim, cihanda bibədəl bir ər bənəm.
Mancılığ
ilə havaya atılan
Xeybəri dutub yıqan Heydər bənəm.
Ulu ləşkərlər
basıcı, qırıcı,
Sarp qoşunlar bozucı səf-dər bənəm.
Mirhab ilə
əntəri iki biçən
Ol ki cəngi toldı dəftərlər bənəm.
Padişahlar
heybətimdən ditrəşür
Kim əcaib işlərə məzhər bənəm.
İbn əmmi-Mustafayam,
Şiri-Haq bənəm,
Sarp hisarlar alıcı sərvər bənəm.
Adımı
sormaq nə hacətdir bənüm,
Kim günəşdən rövşənü əzhər
bənəm.
Döyüş başlayır və Qalib sürətlə
hücum çəkib Hz.Əliyə dəhşətli bir zərbə
endirir. Hz.Əli onun qılıncını qalxanı ilə
qarşılayır və qalxanına heç nə olmur.
Hz.Əli Qalibə işarə edir ki,
döyüşü buraxsın və müsəlman olsun,
ancaq o, xam xəyallara düşüb və Hz.Əlini məğlub
edəcəyini güman edir. Allahın
Aslanı üzəngiyə qalxıb Qalibə elə bir zərbə
endirir ki, başına qaldırdığı qalxanını
yaran Zülfüqar təpəsindən köksünə kimi
ikiyə bölür. Sonra da "Dünən
məni meydana səsləyən kafir əsvəd bin Üveyləm,
hardasan" deyərək onu səsləyir. Min pəhləvana
bədəl döyüşçüsünün Allahın
Aslanının əlində zəlil və zəbun olub cəhənnəmə
vasil olduğunu görən əsvəd qan beyninə
vurmuşcasına atına minib əlinə cidasını
alaraq Hz.Əliyə hücum çəkərək deyir:
Didi, əsvəd
kim, bu şiri-nər bənəm.
Kim, ərəbdə yalınuz bir ər bənəm.
Nicə-nicə
pəhlüvanlar qırmışam,
Kim,
bugün dillərdə üş əzbər bənəm"
Və döyüş başlayır. Bir müddət
döyüşdükdən sonra Hz.Əlinin zərbiylə
qalxanı ikiyə bölünən əsvəd Allahın
Aslanının gücünə mat qalır. Ona deyir, ya əli,
bir az dayan bu saat gəlirəm və gedib
xüsusi qalxanını götürüb meydana
qayıdır. Əsvədin götürdüyü qalxan xas
poladdandır, üstünə də beş
qat xam dəvə gönü çəkilib. Qayıdıb gəldikdə;
Məğrur
olma, ya əli, dur qalqanı,
Qılıcun kəsdisə fəxr etmə anı.
Üş
yaqın qaldı ki qəvmün-qardaşın
Ağlıyasər
sənün içün yoldaşın...
- deyərək həm özünü
öyür, həm də Hz. Əlini döyüşdə məğlub
edəcəyini xəyal edir. Hz.Əli də ona:
Şahi-mərdan
didi, hərzə söyləmə,
Ey qaçıcı var yalan laf eyləmə.
Nən
var ərlikdən gətürgil ey ləin,
Kim ölümün
bəlki gəlmişdir yaqınə!
- sözlərini dedikdən sonra elə bir zərbə
endirir ki, Zülfüqar qalxanını yarıb
başından buduna, Həsənoğlunun diliylə desək,
xiyar kimi ikiyə biçir və canını cəhənnəmə
yollayır.
İzzəddin Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi"
adlı məsnəvisi Azərbaycan və ümumtürk ədəbiyyatı
üçün misilsiz bir əsər olmaqla yanaşı,
dilimiz və mədəniyətimiz üçün tarixi bir
töhfədir. Bu əsərin çap olunmasından
sonra ədəbiyyat və dil tariximizin XIII yüzillə
bağlı bilgiləri dəyişəcəkdir. Onun
indiyə kimi tapılan 5 qəzəlinə əlavə olaraq
bizim bu əsərdə tapıb ədəbiyat
dünyamıza təqdim etdiyimiz 7 qəzəli aydın
göstərir ki, özündən sonra gələn, başda
İmadəddin Nəsimi olmaqla, bir çox şairə təsir
etmişdir. Nizami ilə Mövlananın fars dilində
yazmasına baxmayaraq, onun türkcənin qaranlıq
çağı dediyimiz XIII əsrdə "Kitabi-Sirətin-Nəbi"
adlı nəhəng əsərini türkcə yazması
öz kökünə, dilinə və mədəniyyətinə
vurğunluğunu da büruzə verir. Bu
faktlarla yanaşı, Anadoluda Hz.Əli cəngnamələrinin
özülünü qoyan şəxsin də Həsənoğlu
olduğu aydınlaşır. Tanrı məkanını
cənnət eləsin.
Həsənoğlunun
"Kitabi-Sirətin-Nəbi" məsnəvisi və daha
dörd qəzəli
Yazar
Oxunub: 58
dəfə
a -
A +
20.06.19 14:23
Seyfəddin
ALTAYLI
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, Bakı Avrasiya
Universitetinin müəllimi
XIII əsrin sonlarında yaşayan və Həsənoğlu
təxəllüsü ilə şeir yazan İzzəddin
Əsfərayininin də XIII əsrin məşhur şairlərindən
biri olduğu ədəbiyyat tariximizə məlumdur.
O, türkcə
şeirlərini "Həsənoğlu", farsca şeirlərini
isə "Puri-Həsən" təxəllüsüylə
yazıb. XV əsr təzkirəçisi
Dövlətşah Səmərqəndi, Həsənoğlunun,
Şeyx Cəmalüddin Əhməd Zakirin müridi
olduğunu və təsəvvüf əhli olduğunu
yazıb. Səmərqəndinin
yazdığına əsasən, şeirlərindən ibarət
divanı da Azərbaycanda çox məşhur imiş
(Devletşah-II, 1977: 275).
Həsənoğlu, Xorasan ətrafında Əsfərayində
dünyaya gəlib və burada böyüyüb boya-başa
çatıb.
Bəzi araşdırmaçılar Xorasanın Azərbaycan
coğrafiyasına aid olmadığına görə, Həsənoğlunun
da Azərbaycan şairi olaraq qəbul edilməsinin bir az düzgün olmadığını qeyd
ediblər. Yaddan
çıxarılmamalıdır ki, o vaxtlar Xorasanda, Azərbaycanda
və Diyarı-Rum deyilən Anadoluda eyni dilin
danışıldığı tarixi mənbələrdə
sabitdir.
Bu səbəblə Həsənoğlunun Azərbaycan
coğrafiyasında danışılan Qərbi Oğuz
türkcəsi ilə yazması təbiidir.
Digər
tərəfdən, aşağıda da işarə edəcəyim
kimi onun yeni tapılan 740 səhifəlik "Kitabi-Sirətin-Nəbi"
adlı məsnəvisinin dili bugün Azərbaycanda
danışılan dildir və bu əsər Oğuz türkcəsinin
XIII yüzildəki əvəzsiz abidəsidir. Yaddan
çıxarılmamalıdır ki, Mövlana Cəlaləddini
Rumi kimi bir şəxsiyyətimiz əsərlərini fars dilində yazarkən onun
çağdaşı olan Həsənoğlu öz ana dilində
yazıb.
Həsənoğlu, mənə görə, Güney Azərbaycanda
yaşayıb və bu bölgədəki dil mədəniyyətinə
görkəmli bir alim və ədəbiyyatçı kimi yiyələnib. Digər tərəfdən
ana dili türkcə qədər ərəb və fars dillərini
də mükəmməl bildiyi bu əsərdə
özünü göstərir."Kitabi-Sirətin-Nəbi"
adlı məsnəvidə işlətdiyi
"qul-qaravaş", "ahıl" kimi Azərbaycan
türkcəsinə məxsus sözlər, "getdügi, gəldügi,
bildügi, tüfəng, əjdəha, gəvdə, sevmişəm,
bazuvi, bular, olar, çığırmaq, bişürərdilər,
ucundan, tullağıl, səhravü, taptağıl" kimi
yüzlərlə ifadə onun yaşadığı
coğrafiyanı və dil mühitini çox gözəl və
aydın şəkildə bizə göstərir. Digər tərəfdən, yaddan
çıxarılmamalıdır ki, XIII əsr Azərbaycan
türkcəsinin Anadolu türkcəsindən ayrılmağa
başladığı yüzillikdir və bunu Həsənoğlunun
əsərlərində aydın müşahidə edirik.
Azərbaycan türkcəsinin ilkin qədəmləri
bu çağda başlayıb və XVI yüzillikdə
başa çatıb.
İzzəddin
Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi" adlı
məsnəvisini İlhan Şimşək adlı əziz bir
dostum vasitəsilə əldə etdim və onun üzərində
işləyib latın əlifbasına
köçürdüm. Əsər elmi
yığıncaqlarda etdiyim məruzələrimdə də
işarə etdiyim kimi, 367 vərəqdən ibarətdir.
Məsnəvi tərzində yazılan və son
illərədək haqqında heç bir məlumat olmayan bu əsəri
transfonoliterasiya edərkən məsnəvinin içərisində
öncə iki qəzələ rast gəldim və həmin
iki şeiri daha öncə ədəbiyyat aləminə təqdim
etdim. Bu qərara yetişməmdə dosent
həmkarlarım Səadət Şıxıyeva, Elmira Məmmədova-Kəkəç
və Zəminə Rüstəmbəylinin qəti fikirlərinin
olduğunu da bildirməliyəm. İlhan
Şimşəklə birlikdə bu alim dostlarıma və həmkarlarıma
səmimi-qəlbdən təkrar təşəkkür edirəm.
"Siyər" və ya "sirət" lüğətlərdə
"rəftar, hərəkət, həyat tərzi, vəziyyət,
əxlaq" şəklində mənalandırılıb.
"Siyər"
və ya "sirət" adı zaman ərzində sadəcə
olaraq Hz.Məhəmməd Peyğəmbərin həyatı və
bu məqsədlə yazılan əsərlərin adına çevrilib. Həsənoğlunun
"Kitabi-Sirətin-Nəbi" adlı bu çox dəyərli
əsəri, adından da göründüyü kimi, peyğəmbərimiz
Hz.Məhəmmədə ithaf edilib. Əsər
dil, üslub, ideya və məzmun özəllikləri
yönündən hərtərəfli
araşdırılmağa möhtacdır.
Məsnəvi
"cütlük, iki-iki" anlamına gələn "məsna"
sözündən törədilib və ilk dəfə fars ədəbiyyatında işlədilib və
ilkin örnəkləri də fars ədəbiyyatında
yaradılıb. Ərəb ədəbiyyatında
"müzdəvic" və ya "rəcəz" vəzni
ilə yazıldığından "urcuzə" kimi yad
edilən şeirlər məsnəvilərin ilkin örnəkləri
kimi qəbul edilir.
Məsnəvilərdə üç əsas xüsusiyyət
vardır. Bunlardan ilki vəzndə birlikdir və bir məsnəvidə
iki vəzndən istifadə edildiyinə rastlanmayıb. Sənainin
"Hədiqətül-həqaiq", Sədi Şirazinin
"Bustan", Mövlana Cəlaləddini Ruminin "Məsnəvi",
Firdovsinin "Şahnamə", Nizami Gəncəvinin
"Xosrov və Şirin" adlı məsnəvilərini
buna örnək kimi göstərə bilərik. İkinci xüsusiyyət isə vəznlərin məsnəvinin
mövzusuna və anlamına uyğun seçilməsidir.
Həmasətlə bağlı məsnəvilər
ümumiyyətlə "fəulun/fəulun/fəulun/fəul"
vəznində yazılıb. Firdovsinin
"Şahnamə", Nizaminin "Məxzənül-əsrar"
məsnəviləri buna örnəkdir. Üçüncü
özəllik isə məsnəvilərin içində qəzəl
və qəsidələrin olmamasıdır. Məsnəvilərdə mövzuların müxtəlif
olması onların vəznində hər hansı dəyişikliyin
olmasına şərait yaratmır. Sədi
Şirazinin "Bustan" adlı əsərindəki
mövzular müxtəlifdir, ancaq vəzn pozulmayıb. Ancaq bəzi məsnəvilərə qəzəl və
qəsidələr daxil edilib. Bunun ilk
örnəyi Əyyuqi tərəfindən həyata
keçirilib. Onun "Vərqa və
Gülşah" adlı məsnəvisi buna örnəkdir.
Əyyuqinin gətirdiyi bu yeniliyin təsirilə XIII əsr
şairi Əmir Xosrov Dəhləvi "Qıranüs-sədeyn"
adlı məsnəvisinə həm qəzəl, həm də
qəsidə əlavə edib. Əmir Xosrov digər
tərəfdən səkkiz bölmədən ibarət olan
"Nuh sipehr" adlı məsnəvisinin hər fəslini fərqli
bir vəznlə yazıb. Xosrovdan sonra
Übeyd Zəkani də "Üşşaqnamə"
adlı məsnəvisində ayrıca qəzəl də təqdim
edib. Ancaq bu qəzəllər məsnəvinin
vəznindədir. Həsənoğlu da bu
gələnəkdən geri qalmayıb və "Kitabi-Sirətin-Nəbi"
adlı məsnəvisinin müxtəlif yerlərində təqdim
edilən hekayələrin ruhuna uyğun qəzəllər də
daxil edib.
Əlyazmadan
məlum olduğuna görə, Həsənoğlu bu məsnəvini
yazarkən əsas mənbə kimi Əbül Həsən əl-Bəkri
əl-Kasasinin "Sirətin-nəbi" adlı əsərindən
istifadə edib, bunu da aşağıdakı beyit kimi bir
neçə yerdə dilə gətirib:
"Əbülhəsən
Bəkri rəvayət eylədi
Ol ki işbu sirəti ol söylədi".
Həsənoğlunun
ana dilində məlum olan üç şeiri barədə
araşdırmalarda çox bəhs olunduğu
üçün burada yalnız həmin qəzəllərin mətlə
beytlərini xatırlatmaq istəyirəm:
"Apardı
könlümü bir xoş qəməryüz cənfəza
dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə
şahid? Şahidi-sərvər".
"Necəsən, gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim".
"Əcəb
bilsəm məni şeyda qılan kim?!
Bana bu
eşq odun peyda qılan kim?!"
Həsənoğlunun qəzəl
yaradıcılığının daha üç örnəyi
aşağıda xatırlatdığımız "Əlhəmdülillah",
"Əlindən", "Qandasın" rədifli qəzəllərdir.
"Tamam
oldu kitab əlhəmdülillah
Açıldı
hər niqəb əlhəmdülillah"...
"Nigara
eşqünün fəryad əlindən,
Ki, qalmaz
hicrünün azad əlindən" ...
"Ey yigitlər sərvəri, sərvi-rəvanım,
qandasın?
Gəl ki, yolunda rəvan oldı rəvanım,
qandasın?"
Bunlar quruluş yönündən qəzəldir və mətnin
poetik haşiyələrindən bir neçəsini təşkil
edir. Aşağıda isə təqdim etdiyim qəzəllərlə
birlikdə Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi"
adlı əsərindən 7 qəzəli aşkar etdim.
Yeni aşkar etdiyim üç qəzəlin
mövzuları isə sırasıyla belədir.
Hz.Məhəmməd gənclik illərindədir və
adı "Məhəmmədül əmin" kimi
çıxıbdır. Onun yalan danışdığını, düzlükdən
güzəştə getdiyini və s. bir şəxs belə
görməmişdir. Kafirlərin tamamı ona
düşmən idi, ancaq o, bunları vecinə də
almırdı. əmiləri də
bütpərəst idi. Bir gün Kəbəni ziyarətə
gedir, əbu Cəhl onu gördükdə deyir ki: "Bu qədər
gözəl oğlansan, sən gözəllikdə və ləyaqətdə
insan cahanda yoxdur, geydiyin libaslar isə sənə layiq deyil. Gəl mənə nökər ol, sənə ən
gözəl libasları alım, mal verim". Peyğəmbər
də ona: "Tanrı kimə nəyi layiq bilsə, onu verər"
deyə cavab verir və əmisi əbu Talibin evinə gedir. əbu Cəhlin ona dediyi sözləri söylədikdən
sonra "Əmi, atamdan bir şey qalıbsa ver gedib onunla
özümə paltar alım" deyir. O da and içir ki,
heç nə qalmayıb. əmiləri Abbas,
Həmzə, əbu Ləhəb və əbu Talib də onun
Lat adlı bütə pərəstiş etməsini şərt
qoşurlar ki, özünə pul versinlər. O da "Ruzunu
verən Allahdır" deyib əlinə orağı alıb
gedib ot biçir ki, gətirib satsın və
onunla özünə geyim-keçim alsın. əbdülmüttəlibin
bir qulu onu ot biçərkən gördükdə Peyğəmbərin
ayağına özünü salıb: "Ya seyyid, bu işi
sən görmə, mən onu edərəm" deyə
yalvarır. Hz.Məhəmməd də onun bu hərəkətindən
razı qalır.
O vaxtlar Məkkədə
Xüveylid adlı şəxsin Xədicə adlı varlı
bir qızı vardır, həddən artıq varlı,
gözəl və ləyaqətli biridir. Xədicənin
Meysərə adlı bir də qulu vardır və
hazırlaşırlar ki, o Xədicənin dəvələrinə
malları yükləyib ticarət üçün uzaq
diyarlara getsin. əbu Talib bunu eşidir və Hz.Məhəmmədin
də gedəcək karvanda onlara kömək olmasını təklif
etmək üçün Həmzə, Zübeyr və Abbasla
birlikdə Xədicənin evinə gedirlər, onları
qarşılayan qaravaşa məsələni deyirlər ki,
xanımına çatdırsın. Hz.Xədicə
onların söhbətini eşidir və o saat onları
içəri qəbul edir, altlarına döşəklər
saldırır, canü könüldən qonaqlarına izzət-hörmət
edir. Xədicənin əmisi Varqa da daha
öncə Hz.Məhəmmədin adını çəkib və
haqqında Xədicəyə danışıbmış.
Əmisi Varqanın dediklərindən sonra Xədicə
Hz.Məhəmmədə bir könüldən min
könülə vurulub. Əbu Talib gəlişlərinin
səbəbini açaraq deyir: Eşitdik ki, karvanınız
yaxın vaxtda yola düşəcək, özünüz
üçün əmin bir insan axtarırsınız, bizdə
elə biri var, yəqin adını eşidibsiniz, xalq ona Məhəmmədül
Əmin deyir, mənim qardaşımın oğludur. Xədicə cavabən deyir ki, siz oturun, özü gəlsin.
Xədicənin qulu ilə Peyğəmbərin əmisi
Abbas gedirlər onun ardınca. Ot
çalıb qayıdanları görürlər və Məhəmmədi
onlardan sorduqda onlar Hira dağına getdiyini söyləyirlər.
Abbas ilə qul dağa üz tuturlar və
İbrahim Xəlil peyğəmbərin qəbrinin olduğu
yerə çatdıqda görürlər ki Peyğəmbər
ordaca yatıb, bir ilan ağzında bir yarpaqla ona yelpik
çalır. Abbas oxla ilanı vurmaq istədikdə ilan
dağa dönüb üzünü Abbasa çevirir,
Abbasın qorxudan az qala ödü
yarılır və qaçıb gizlənir.
Yaranan haray-həşirdən Peyğəmbər
oyanır və onlara deyir ki, o, ilan deyil, özünü
qoruyan mələkdir. Əmisi və Xədicənin qulu onun
ardınca gəlmələrinin səbəbini ona deyirlər və
durub üz tuturlar Xədicənin evinə. Karvan məsələsini danışırlar və
haqq-hesab barədə razılığa gəlirlər. Onsuz da Xədicə xanım hər bir şeyi Hz.Məhəmməd
üçün qurban verməyə hazırdır. Qulu Meysərəni Peyğəmbərə
tapşırır və onun əmrinə tabe olduğunu
söyləyir, hazırlanmış cürbəcür yeməkləri
şadlıqla yeyirlər, hamı bu işdən məmnun
qalır. Xədicə durub yeni libaslar gətirib
Hz.Məhəmmədə verir. Səhərisi
dəvələri yükləyirlər və hər bir dəvə
gəlib Peyğəmbərin ayağına üzünü
sürtür, orda olanlar da başda Xədicə olmaqla
bunları görürlər. Karvan yola
düzəlir, Hz.Həmzə, Zübeyr və Abbas da Hz.Məhəmmədlə
birlikdə bu səfərə çıxır. O tərəfdən
əbu Cəhl və adamları. Hz.Xədicə
isə Hz.Məhəmmədi gördükdən sonra ona
duyduğu sevgidən birtəhər olsa da, özünü
itirmir. Karvanın mənzilinə sarı getdiyində bəzi
olaylar olur və hər birində Hz.Məhəmməd
möcüzələr göstərir, neçə yəhudi
din adamı, alim, keşiş onun axır zaman Peyğəmbəri
olduğunu başa düşür və müsəlman
olurlar, ancaq əbu Cəhl isə kafirlikdən güzəştə
getmir və hər bir möcüzəni cadu kimi qələmə
verir.
Karvan öz mənzilinə çatır, Hz.Məhəmməd
ticarət işlərini görüb qurtarır,
artıqlamasıyla qazanc əldə etdikdən sonra geri
dönürlər. Hələ şəhərə
çatmamış Hz.Xədicənin gözündəki pərdəni
Tanrı götürür, Müəlla qapısından
içi mələklər və hurilərlə dolu bir nur
endiyini görür, özündən gedir. Qul-qaravaşları üzünə gül suyu səpib
onu oyadırlar. Oyandıqda da Babi-Müəlla
tərəfdən bir nur endiyini və bütün cahanı
doldurduğunu, bunun sirrini də bilmədiyini, onun yuxumu, yoxsa
ayrı bir şeymi olduğunu sual edir. Yanındakılar
isə onun gördüyünü görmədiklərini
söyləyirlər. Ertəsi gün
karvan gəlib çatır, Xədicəyə muştuluq
verirlər. Meysərə adlı qulu da
yolda başlarına gələnləri və şahidi
olduğu şeyləri ona danışır, Hz.Məhəmməd
evə daxil olur.
Həsənoğlu
Hz.Xədicənin Peyğəmbərə duyduğu məhəbbəti
onun diliylə qəzəldə aşağıdaki kimi dilə
gətirib:
Didi, ya Rəbb,
bu mələkmi, ya ki bir insanmıdur,
Yaxud insan
surətində bu əcəb bir canmıdurə!
Gözləri
yağma qılur könüllər ilin sərbəsər,
Kirpigi cana batar oqlar urur, Sənanmudurə!
Kimsə
bilməz ləblərinin rəngini kim, nicədir,
Fəhm
edilməz qanmıdır ya qana bənzər canmıdırə!
Haq
yaratmadı daxı bunun gibi adəm vəli
Cümlə
aləm xalqına bu bir əcəb sultanmıdurə!
Gözlərinün
dərdi dolmış idi dərtlü bağrımı
Kirpigimdən
dökülən yaşlarmıdur, ya qanmıdurə!
"Kitabi-Sirətin-Nəbi"nin Zatil-Batil adlı hissəsində əsəd
və kafir Qays ilə olan cəngdə Allahın Aslanı Hz.əlinin
qəhrəmanlıqları aşağıdakı kimi dilə
gətirilib:
Bəni əbəs elindən gedən bir ərəb
yolda gedərkən min nəfərdən ibarət
süvarı dəstəsi görür, hara getdiklərini
sorur, onlar da əsəd bin Üveyləm yurduna getməkdə
olduqlarını söyləyir. Çünki onlar Hz.Məhəmmədin
üstünə, Mədinəyə hücum çəkmək
istəyirmiş. ərəbin
sözlərini dinləyən Peyğəmbərə Cəbrayıl
xəbər gətirərək onun düz dediyini söyləyir.
Peyğəmbər də əshabına əmr
edir ki, səhərisi gün Dəhnə elinə gediləcəkdir.
Peyğəmbər öz yerinə Mədinədə Saəd
ibn Ubbadəni qoyub yola düşürlər. Gecə bir yerdə
qaldıqlarında Saəd bin Ubbadə ağlayıb zar
qılır ki, Peyğəmbər onu niyə səfərə
aparmadı. Cəbrayıl gəlib Peyğəmbərə məsələni
və Saəd Ubbadəni məyus etməməsi haqda
Allahın buyruğunu çatdırır, o da ardınca adam yollayıb Saəd Ubbadəni gətirdir. Səhərisi yola düşüb Zatül-Batildə
kafirlərin ordusunu görüb düşərgə
salırlar. İki ordu üz-üzə
dayanır və vuruşma başlayır. Bir
neçə gün döyüş olur, axşam olduqda hər
ordu öz tərəfinə çəkilib dincəlir, səhər
olduqda təkrar vuruşma başlayır. Əsəd bin
Üveyləmin rəhbəri olduğu ordudan Qalib adlı bir
kafir döyüş meydanına çıxır, bir
neçə müsəlmanı şəhid etdikdən sonra
qürrələnir və özünü mədh edərək
şeir oxuyub Hz.Əlini döyüş üçün tələb
edir. Peyğəmbər də İbrahim Peyğəmbərin
oğlu İsmayıla, Adəm peyğəmbərin oğlu
Şitə oxuduğu duanı oxuyaraq Hz.Əlini cəng
meydanına yollayıb deyir ki; "Yürü meydana var. Cənnətin
fələkləri açıldı, mələklər sənin
cənginə seyrə çıxdılar". Meydana
çıxdıqda təpədən dırnağa kimi zirehə
bürünmüş və min pəhləvana bərabər
olan Qalib adlı döyüşçü gəlib
Hz.Əlinin qarşısında dayanaraq bu şeiri oxuyur:
Pəhlüvanların
cihanın yazsalar,
Cümləsi içində sərdəftər bənəm.
Heybətimdən
div-ifritlər qaçar
Kim qılan aslanları əbtər bənəm.
Baş kəsici
qan dökici çoqdürür
Qamusından
illa kim bətdər bənəm.
Qalib bu şeiri oxuyaraq cövlan edir və girib meydana
dönə-dönə Hz.Əlini tələb edir. Hz.Əli də
Allahın "Aslanım" dediyi bir pəhləvandır.
Onunla bağlı olaraq, "La fəta illa
Əli, la seyfə illa Zülfüqar", yəni
"dünyaya Əli kimi ər, zülfüqar kimi
qılınc gəlməyib" sözləri dilə gətirilib.
Qalib Hz.Əlini məğlub edəcəyini
fikirləşir və qürrələnir. Hz.Əli ona
şeirlə cavab vererek özünü
yığışdırmasını bu sözlərlə
başa salmağa çalışır:
Şahi-mərdan
didi şiri-yəzdanam,
Kim günəşdən dünyada əzhər bənəm.
Ey ləin,
ögmə səni, həddüni bil,
Kim, cihanda bibədəl bir ər bənəm.
Mancılığ
ilə havaya atılan
Xeybəri dutub yıqan Heydər bənəm.
Ulu ləşkərlər
basıcı, qırıcı,
Sarp qoşunlar bozucı səf-dər bənəm.
Mirhab ilə
əntəri iki biçən
Ol ki cəngi toldı dəftərlər bənəm.
Padişahlar
heybətimdən ditrəşür
Kim əcaib işlərə məzhər bənəm.
İbn əmmi-Mustafayam,
Şiri-Haq bənəm,
Sarp hisarlar alıcı sərvər bənəm.
Adımı
sormaq nə hacətdir bənüm,
Kim günəşdən rövşənü əzhər
bənəm.
Döyüş başlayır və Qalib sürətlə
hücum çəkib Hz.Əliyə dəhşətli bir zərbə
endirir. Hz.Əli onun qılıncını qalxanı ilə
qarşılayır və qalxanına heç nə olmur.
Hz.Əli Qalibə işarə edir ki,
döyüşü buraxsın və müsəlman olsun,
ancaq o, xam xəyallara düşüb və Hz.Əlini məğlub
edəcəyini güman edir. Allahın
Aslanı üzəngiyə qalxıb Qalibə elə bir zərbə
endirir ki, başına qaldırdığı qalxanını
yaran Zülfüqar təpəsindən köksünə kimi
ikiyə bölür. Sonra da "Dünən
məni meydana səsləyən kafir əsvəd bin Üveyləm,
hardasan" deyərək onu səsləyir. Min pəhləvana
bədəl döyüşçüsünün Allahın
Aslanının əlində zəlil və zəbun olub cəhənnəmə
vasil olduğunu görən əsvəd qan beyninə
vurmuşcasına atına minib əlinə cidasını
alaraq Hz.Əliyə hücum çəkərək deyir:
Didi, əsvəd
kim, bu şiri-nər bənəm.
Kim, ərəbdə yalınuz bir ər bənəm.
Nicə-nicə
pəhlüvanlar qırmışam,
Kim,
bugün dillərdə üş əzbər bənəm"
Və döyüş başlayır. Bir müddət döyüşdükdən sonra Hz.Əlinin zərbiylə qalxanı ikiyə bölünən əsvəd Allahın Aslanının gücünə mat qalır. Ona deyir, ya əli, bir az dayan bu saat gəlirəm və gedib xüsusi qalxanını götürüb meydana qayıdır. Əsvədin götürdüyü qalxan xas poladdandır, üstünə də beş qat xam dəvə gönü çəkilib. Qayıdıb gəldikdə;
Məğrur
olma, ya əli, dur qalqanı,
Qılıcun kəsdisə fəxr etmə anı.
Üş
yaqın qaldı ki qəvmün-qardaşın
Ağlıyasər
sənün içün yoldaşın...
- deyərək həm özünü
öyür, həm də Hz. Əlini döyüşdə məğlub
edəcəyini xəyal edir. Hz.Əli də ona:
Şahi-mərdan
didi, hərzə söyləmə,
Ey qaçıcı var yalan laf eyləmə.
Nən
var ərlikdən gətürgil ey ləin,
Kim
ölümün bəlki gəlmişdir yaqınə!
- sözlərini dedikdən sonra elə bir zərbə
endirir ki, Zülfüqar qalxanını yarıb
başından buduna, Həsənoğlunun diliylə desək,
xiyar kimi ikiyə biçir və canını cəhənnəmə
yollayır.
İzzəddin Həsənoğlunun
"Kitabi-Sirətin-Nəbi" adlı məsnəvisi Azərbaycan
və ümumtürk ədəbiyyatı üçün
misilsiz bir əsər olmaqla yanaşı, dilimiz və mədəniyətimiz
üçün tarixi bir töhfədir. Bu əsərin
çap olunmasından sonra ədəbiyyat və dil tariximizin
XIII yüzillə bağlı bilgiləri dəyişəcəkdir.
Onun indiyə kimi tapılan 5 qəzəlinə əlavə
olaraq bizim bu əsərdə tapıb ədəbiyat
dünyamıza təqdim etdiyimiz 7 qəzəli aydın
göstərir ki, özündən sonra gələn, başda
İmadəddin Nəsimi olmaqla, bir çox şairə təsir
etmişdir. Nizami ilə Mövlananın fars dilində
yazmasına baxmayaraq, onun türkcənin qaranlıq
çağı dediyimiz XIII əsrdə "Kitabi-Sirətin-Nəbi"
adlı nəhəng əsərini türkcə yazması
öz kökünə, dilinə və mədəniyyətinə
vurğunluğunu da büruzə verir. Bu faktlarla
yanaşı, Anadoluda Hz.Əli cəngnamələrinin
özülünü qoyan şəxsin də Həsənoğlu
olduğu aydınlaşır. Tanrı məkanını cənnət
eləsin.
Seyfəddin ALTAYLI
Filologiya üzrə fəlsəfə
doktoru, dosent, Bakı Avrasiya Universitetinin müəllimi
525-ci qəzet.- 2019.- 19 iyun.-
S.22-23.