BİR UŞAQLIQ
OYUNUYDU O SEVDA...
Ömrümüzdə iz qoyubdur, silinməz,
Bir uşaqlıq oyunuydu o sevda.
Adı nəydi, xəyalı da görünməz,
Bir uşaqlıq oyunuydu o sevda.
Necə közdür, heç odu da qalmayıb,
İnadmıydı, inadı da qalmayıb,
Yaddaşımda heç adı da qalmayıb,
Bir uşaqlıq oyunuydu o sevda.
Qalan deyil o həmişə, bilmədik,
Necə
getdik ilk görüşə,
bilmədik,
Gizlən-qaç, ya yeddi şüşə, bilmədik,
Bir uşaqlıq
oyunuydu o sevda.
Çox
sevgini var-dövlətə
satdılar,
Günəş kimi saraldılar,
batdılar,
Sevgi deyib, başımızı
qatdılar,
Bir uşaqlıq
oyunuydu o sevda.
Bir dəlinin başındakı
ağıldır,
Yeddi şüşə... Düzdük
onu, dağıldı,
Bir röyaydı, bir yuxuydu, nağıldı,
Bir uşaqlıq
oyunuydu o sevda.
Hərdən qəmli, çox
zaman da şən oldu,
Qəlbimin ilk duyğuları cəm
oldu,
Cığallığı eyləyəni sən oldun,
Bir uşaqlıq
oyunuydu o sevda.
Axı necə yol vermişik
səhvə biz,
Güc gəlmədik boz qurda biz, divə biz,
Axırda
da küsüb getdik evə biz,
Bir uşaqlıq oyunuydu o sevda...
SƏN TALEYİN ÖZÜNÜ
DƏ ALDADAN...
Dərd
boylanır gözlərindən
gözümə,
Dərdi evə aparasan, bəlkə, sən.
Kədər sənin növbənövdür
könlündə,
Sanki dərdlər hakim olan ölkəsən.
Götürməsin bir eşq qəmdən mayasın,
Qəbul
olsun qəlbin vüsal duası,
Düşmür vüsal günəşinin
şüası,
Mənim sevda bağım üçün kölgəsən.
Nisgildənmi yoğrulubdur bu sevgi?
Qəm içində boğulubdur
bu sevgi,
Ümidlərlə doğulubdur bu sevgi,
Bəlkə, ölsə, xatirəyə
bükəsən?!
Gerçəyini, düzünü də
aldadan,
Düzü görən gözünü
də aldadan,
Sən taleyin özünü də aldadan
Bir məkrli,
bir hiyləgər tülküsən.
Hicran mənim, vüsal mənim, sirr mənim,
"Sevgi" adlı ziyarətgah, pir mənim,
Naşı eşqlə eşqimə
yox bir mənim
Sən sevginin özünə də ləkəsən.
ALLAH DA BİZDƏN BEZİB...
Göz yaşı tökmək olmur,
Dərd
qəddin bükmək
olmur,
Dərddən ah çəkmək olmur,
O
"ah" da bizdən
bezib.
Ürəyə dərd saçılır,
Dərddən hara qaçırıq?
Nə könülsüz açılır,
Sabah da bizdən
bezib.
Qəlblər yaxır sözümüz,
Bilmirikmi özümüz?
Heç
doymayır gözümüz,
Tamah da bizdən bezib.
Yuxum xeyrə yozulmur,
Bəxtdə düyün, çözülmür,
Bax, sol çiynə yazılmır,
Günah da bizdən bezib.
Etdik neçə şikayət,
Gündüz, gecə şikayət,
Olmaz bunca şikayət,
Allah da bizdən bezib...
GÜN KİMİ AYDINDIR...
Gün kimi aydındır, sevmirsən məni,
Daha ürəyin
də mənimki deyil.
Səninçün yazmışam neçə nəğməmi,
İstəsən, oxuyum, ya bir-bir deyim...
Gün kimi aydındır, soyudun məndən,
Daha baxışların
özgədir, yaddır.
Hərarət almadı, eh, odun
məndən,
Gedişin küskünlük, yoxsa, inaddır?
Gün kimi aydındır, baxışların da
Qışın oğlan çağın
mənə andırır.
Gözündən süzülən yağışların
da
Soyutmur atəşi,
məni yandırır.
Gün kimi aydındır, vüsalımıza
Həsrət qalib gəlib, qələbə çalmış.
Kim yanar, üzülər bu halımıza,
Yalnız
səadətdən xatirə
qalmış...
Gün kimi aydındır, yaza gecikdik,
Gülüm, üzümüz də qışadır daha.
O qoşa günləri yolda itirdik,
Məni
xatirələr yaşadır
daha...
Özgəni isidən odun var sənin,
Qüssəmə, dərdimə qənim deyilsən.
Yadın
taleyində adın var sənin,
Gün kimi aydındır, mənim deyilsən...
Gördük səadəti ancaq
röyada,
Birlikdə biz yuva qurammamışıq.
Gün kimi aydındır, biz bu dünyada
Bir-birimiz
üçün yaranmamışıq...
O Günəş sənindir,
bu çən mənimki,
Gözləmək əbəsdir bəxtdən
möcüzə.
Nə mən səninkiyəm, nə sən mənimki,
Gün kimi, gün kimi aydındır bizə...
VAXTDIR...
Vaxtdır, ürəyindən atasan
məni,
Bəlkə, yaddaşına gətirməyəsən.
Ya da əllərində tutasan məni,
Bəlkə, ömür boyu
itirməyəsən...
Vaxtdır, ayrılığı gətirək dilə,
Vaxtdır, tənhalığın qoynuna
düşək.
Vaxtdır, ömrü-günü verməmiş yelə
Taleyin amansız oynuna düşək...
Vaxtdır, gözümüzdən yaş gələcəkdir,
Yağacaq intizar yağışlarımız.
Vaxtdır, dilimizə "kaş"
gələcəkdir,
Qəmə büküləcək baxışlarımız...
Hər şeyin öz vaxtı, vədəsi varmış,
Vüsalın vaxtı var, hicranın vaxtı.
Üstümüzdə həsrət kölgəsi varmış,
Hicranın könüldə şimşəyi
çaxdı...
Vaxtdır, əllərimiz üzülməliymiş,
Sənin taleyində yoxam mən daha.
Məni axtarmağın səbəbi
nəymiş?
Mənim
qismətimdə deyilsən
daha...
Vaxtdır, gəl, soyuyaq bir-birimizdən,
"Biz" yoxdur, daha"sən",
bir də ki, "mən" var.
Uçar
bu xoşbəxtlik əllərimizdən,
Sevincin yerində qövr edən qəm var...
Vaxtdır, susur artıq vüsal nəğməsi,
Bezib, sevgi bizi istəmir daha.
Vaxtdır, yavaş-yavaş əcəlin
səsi
Eşqin
qulağında səslənir
daha...
Günahı görürsən məndə
niyə sən?
Vaxtdır, haçalanır yollarımız
da.
Daha son nəfəsin verir, deyəsən,
Vaxtdır, bu eşq ölür
qollarımızda...
Elvin NURİ
525-ci qəzet.- 2019.- 19 iyun.- S.21.