"Bu dünyadan
sən də keçdin, Tofiq
Abdin"
UNUDULMAZ
ŞAİRİMİZ HAQQINDA KİTAB İŞIQ ÜZÜ
GÖRÜB
Yazıçı Orxan Aras Azərbaycanın
dəyərli söz adamı, unudulmaz şair və publisist Tofiq Abdin haqqında kitab hazırlayıb. "Pem" nəşriyyatında
çıxan kitabda Tofiq Abdinin həyatı,
yaradıcılığı barədə bilgilər, onun haqqında yazılar yer alıb.
Orxan
Aras kitab haqqında məlumat verərkən deyib: "Türkiyə türkləri Tofiq abiyə çox şey borcludurlar. Onun sevgisi və
vəfasına qarşı
bu kiçik kitabda az
da olsa qarşılıq
vermək istədim.
O, azərbaycanlı bir
jurnalist və şairdi, amma ürəyi Türkiyə
üçün də
atardı. İnsan olaraq da saf, səmimi, vəfalı, sevimli, zarafatcıl bir insan idi. Azərbaycan jurnalistikasında bir idol idi. Özünəməxsus üslubu və
tərzi vardı.
Gənc jurnalistlər onu özünə ustad bilərdilər. Hər
kəs ona "abi" deyər, onunla dost olmaqdan
qürur duyardılar.
Cəsur,
açıq sözlü,
mübahisə etməkdən,
öz həqiqətini
söyləməkdən əsla
çəkinməyən bir
xarakteri vardı.
Bu xüsusiyyətlərinə
görə ona yuxarıdan aşağı
baxanlar belə yeri gələndə Abidən çəkinər,
uzaq durardılar.
Bəlkə elə buna görə çox mütəvazi və sadə bir həyat
yaşadı. Türkiyəyə xüsusi maraq və sevgisi vardı. Altı il İstanbulda
qalmış, içindəki
küskünlükləri, üsyanları Türkiyə
eşqi ilə
"Ah, İstanbul, İstanbul"
adlı kitabda ölümsüzləşdirmişdi. Mən də onu ustam,
ustadım bilirdim.
Qəzet
jurnalistikası sahəsində
ondan çox şey öyrəndim.
Hər Azərbaycana getdiyimdə məni axtarar, soruşar, yanımdan ayrılmazdı.
Bu kitab ölümünə
sevdiyi Türkiyə türkləri üçün
də onunla bir tanışlıq vəsiləsi olsun istədim. Ondan bəhs edən
dostlarının xatirələrini
oxuduğunuzda Azərbaycan
və Türkiyənin
necə bir yazıçı, şair,
jurnalist itirdiyini yaxından görəcəksiniz".
Kitabda Tofiq Abdin
haqqında Anar, Sabir
Rüstəmxanlı, Aqil Abbas,
Rəşad Məcid, Yusif Rzayev,
Akif Qəhrəmanlı, Azər Abdulla, Şakir Yaqubov, Abdülhamit Avşar, Fəxri Uğurlu,
Fəthi Gədikli, Elçin İskəndərzadə,
Məzahir Əhmədoğlu, Nemət Veysəlli, Saday Budaqlı, Sevinc
Mürvətqızı, Cavid
Zeynallı və başqa müəlliflərin
yazıları dərc olunub.
525-ci qəzet.- 2019.- 19 iyun.- S.12.