KİRAÇIYAM
1966-cı ildə Xudafərində anadan olub. İbtidai təhsilini Xudafərində, tam orta təhsilini isə Tehranda alıb. Rudhen Universitetində sosial xidmətlər ixtisasına yiyələnib. Yeniyetməlik dövründən şeir və elmi-publisistik məqalələr yazmağa başlayıb. Bakı Dövlət Universitetinin sosial psixologiya ixtisası üzrə doktorantı olub, 2002-ci ildə burada "Narkomanların kliniki və postkliniki reabilitasiyasının sosial-psixoloji problemləri" mövzusunda dissertasiya müdafiə edərək psixologiya üzrə fəlsəfə doktoru dərəcəsi alıb. O, Şimalda işıq üzü görmüş, yüksək elmi-fəlsəfi dəyərə malik bir sıra kitabları ərəb qrafikasına çevirərək Cənubda nəşri ilə məşğul olmaqla bu sahədəki mövcud boşluğun aradan qaldırılmasında böyük işlər görməkdədir. 2003-cü ildən Tehranda dərc olunan aylıq azərbaycandilli "Xudafərin" jurnalının təsisçisi və baş redaktorudur.
Kayıyor topraq ayaqlarım altından,
Hər gün sokakdan, sokağa.
Cığırdan, cığıra düşürəm,
Acı kəsiyor boğazımı.
Param yox ödəməyə,
Kafam duman, dodağım qupquru.
Kipriklərim islaq
Biliyorsun nədən?
Anlatayım arkadaş,
Mən burada kiracıyam, kiracı.
Haqqım,
dilim yox vətəndaş,
Ağır daşam, çukurlara.
Gənc,
yaşlı səpir kurşunlara,
Savaşlarda öndə.
Haqq deyəndə, nə bağrıyorsun sus bə,
Ovut kəndini, zavallı,
Əzildin 46-da.
Vicdanın dıvarlara hörgu
yapıldı,
Ağaclardan konuşduğun dillə asıldın.
Sən dövlətin malısan,
Satın alınmış qulu.
Gücümü bazar sundular,
Ruhumu dar ağaclarına.
Kayıyor topraq, kayıyor,
Sanki yer kürəsi su yüzündə!
Ya da güclu deprəm,
Başım donuyor, sanki günəş batışından.
Akış yapıyor
Sokulur günəşin şafaqları
gözümün
Saralan köksündə
Nədən böylə, muamilə,
alış veriş,
Varlığından yoxsun sanki robot.
Kuş,
kuş, kuşuşdur,
Sıcağında yanıyodum, soyuğunda
Donuyordum.
Sankı
burda kiracıyam arkadaş,
Kiracı!
Qul bazarlarında qolumun gücü,
Bilim azarlarında
beynimin sözü.
Alınıb talan olur.
Əlimdən alınır zavallı
çocuğum
Anlamır dilimi,
Qurulmuş dırmanlarda,
Əzilir
o da, mən də, səsimizi duymur kimsə,
Biz kiracıyıq burda.
Həm də tutsaq, 46 hər binin sonu,
Üzəgörlüyə adaklanmayan əsirləri.
Adı şəhər, dadı zəhər, başım üstü,
Kara duman, ağlarım,
ağlarım.
Vətəndə kiracıyam, vətəndə
yabancı,
Sortum başqa,
dərəcəm ikinci.
Mənə hər zaman söylər o, sən kiracı?
Dağımı özlərkən, bulağımı
soraqlarkən,
Quşlarının səsini özlədiyim vətən.
Arazımı, hər zadımı,
doğduğum obamı,
Aldılar, havaya sovurdular .
Mən kiracıyam,
vətəndaş.
Çoxdan daşını buraxmışam
ana vətənin,
İndi kayan topraqlarda səyriyirim.
Doğrunu qoyub yalan öyənirim,
Müasirləşib türkcə yox, farsi
söylərəm.
Fəhləyəm - ev tikirəm, mühəndisəm
- yol yapıram,
Həkiməm - xəstə tədavi edirəm.
Qulluq edirəm, dili bağlı qulam,
Mən burda kiracıyam.
Adımı söyləməkdən,
soyumu bildirməkdən,
Yasaqlarla, yaşamalarla qarşı-qarşıyam.
Mən türkəm, o isə vətəndaş,
Mən isə zavallı, o xan, şah
Ərbaba
gərəkdir nökər,
Hər gün başımda turp əkir.
Qullar sərbəst olar hərdən
Biz ömürlük quluq,
azadlıqdan yoxdur əsər.
Anamıza amansız, atamıza
düşmən
Biri dilini unutdu, biri suyunu,
Cütləşirik adsızlarla, soysuzlarla.
Haram qatırıq qanımıza,
Od vururuq yuxumuza, varmıza.
Əjdaha
tək udur günü-gündən məni
bu,
Sabah mən oyam, o sən deyil
Mənə deyir, vətəndaş
deyilsən
Kiracısan-kiracı.
Sümürülürəm zəlilər əlilə
Vergi, bahalıq, yasaqlar, işsizlik
Bir də yabancı dil, yabancı hava,
Arvad bir hava, çocuq bir hava.
Sənin
ayağın elə bil topraqda deyil,
Altında püflənmiş hava
sari.
Hər sabah qalxanda
çalır səni
o arı tək,
Kiracıyam, vətəndaş burada
Hələlik ümidsız fani dünyada.
Uç
Bir bədəndə ruh kimi,
Bir canda döyünən ürək
Hər axşamlar
Yarını gözləyərək
Can atır, canımız.
Qovuşmaq, düşüncəmiz!
Bizi:
Söküb atmaq olarmı?
Ey mavi duyğulu, gözəl yurdum!
Yorğun
ürək solmuş üzləri
Tikan olub gözə batırsan,
Lalə olub dağları bürüsən.
Nə incə duyğu
Sımsıcaq ürək çırpıntısı
Uc alacaq bir gün
günəşdən
Sənin
amalın
Qaranlıqda üskürdəcək işığı,
Ancaq! Daha amansız,
İçimizdən qopan həzin fəryad səsi
əksildəcək hündür
dağların heybətin
və....
yüksələcək hər gün inamımız!
Bir yol
Həyatın acı anında
Bir yol ayrımında
Sən məni qayıb etdin,
Mən isə səni.
Qızaran bir şafaq yerində
Şəklini görərkən
Uzaqlara dalmış kövrək
ürəyim
Sənin
yanmış, kül olmuş
Xatirələrin qürubun küləyinə
sovurdu
Açılmamış sabahın
Çalxalanan iztirabında
Sanki diriləcək ölü
kimi
Sən mən deyə can verəndə
Mən də sən dedim vətən.
Heç
qızmar günəşə
isinmədim,
Həp soyuğuna əzildim
Sənə vurulduğum üçün
Həm səndən,
həm sevgimdən oldum.
Yağmurlu baharın, sərt
qışın
Unudulmalı varlığım var...
Olmağım çünki bir
ay hilalı
Kimi qaşlarımın arasında
Beynimə işlədin
Lap ana südü kimi
Həm də ata sevgisi
qədər
Yolumuz birdi ayrı olsaq da,
Gözlən ən yayda
İnanıram bu gələcək
payızda
Yenə
son qışa aludə
Deyəcək bu can-o can
Dözümlü ol, inan, inam və dözüm
Yolun bu yolçunun könül dirəyi.
Günəş
Bizim üçün heç doğmamış Günəş,
Gündüzü görmədən gecəni
Bağrına basdı.
Buzlu dənizlərin soyuğundan
Üşümüş Günəş.
Aydan belə utanır kimi
Ulduzlara
salam vermədən
Gecdi...
Gecənin qaranlığında boğulan
Günəş
Bir daha tələsmədən
Batmamışam, gündüz, deyə
Yenə səhər olacaq.
Dan yeli əsəcək
Ulduzlar sirişib
Ayın
qarşısına düzülüb
Gündüzə əlvida deyəndə
Yenə
var olacaq,
Ucalacaq,
Həsrətləri unudacaq
Günəş.
Bir daha gündüz batmayacaq günəş!
Bir daha
Günəş gündüz sönməyəcək...
Hüseyn
Şərqi DƏRƏCƏK SOYTÜRK
525-ci qəzet.- 2019.- 21 iyun.- S.13.