Uşaqlar üçün yeni kitab

 

Bugünlərdə uşaq yazarı Mina Rəşidin "Balaca Günəş" adlı şeirlər kitabı işıq üzü görüb.

 

Kitab uşaqlar üçün şeirlərdən ibarət olub müxtəlif yaş qruplarını əhatə edir. Şeirlər üç hissədə - "Sən mənim Vətənimsən", "Ayaqqabı adası" və "Mənim Qiyaslı kəndim" başlıqları ilə oxucuya təqdim olunur.

 

Qeyd edək ki, kitab "Vektor" Beynəlxalq Nəşrlər Evində   təmənnasız olaraq çap edilib.

 

Kitabın "Balalarımıza Qarabağ nəğmələri" adlı ön sözünün müəllifi həmin nəşriyyatın prezidenti, şair, professor Elçin İsgəndərzadə, redaktoru tanınmış uşaq yazarı Sevinc Nuruqızıdır.

 

525-ci qəzet.- 2019.- 21 iyun.- S.9.