"Azərbaycan ədəbiyyatı tarixi" oncildliyinin birinci cildi təqdim olundu  

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni konsepsiya əsasında hazırlanmış "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyinin birinci cildinin təqdimatı keçirilib.

İnstitut Elmi Şurasının 15 oktyabr 2018-ci il tarixli 12 saylı iclas protokolunun qərarı ilə nəşr olunan birinci cild "Şifahi xalq ədəbiyyatı" bölməsini əhatə edir. 1072 səhifəlik kitabın baş redaksiya şurasına Akif Əlizadə (sədr), İsa Həbibbəyli (baş redaktor), Teymur Kərimli Məhərrəm Qasımlı daxildir. Kitabın redaksiya şurası isə İsa Həbibbəyli (baş redaktor), Məhərrəm Qasımlı (məsul redaktor), Aynur Xəlilova (məsul katib), Qəzənfər Paşayev Əlizadə Əsgərlidən ibarətdir.

"Elm" nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası inkişaf mərhələləri" adlı irihəcmli tədqiqatı ilə başlayır.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental "Azərbaycan ədəbiyyatı tarixi" kitabının birinci - "Şifahi xalq ədəbiyyatı" cildində Azərbaycan folkloru bütöv bir sistem kimi ayrı-ayrı ədəbi növ janrların tarixi təkamül təşəkkülü, struktur-semantik səciyyəsi, ideya-məzmun tutumu, bədii-estetik məziyyətləri ilə əlaqəli şəkildə öyrənilib.

Sanballı tədqiqat oçerklərindən ibarət kitabda Məhərrəm Qasımlı, Arif Acaloğlu, Bəhlul Abdulla, Ramazan Qafarlı, Oruc Əliyev, Muxtar İmanov, Təhmasib Fərzəliyev, Azad Nəbiyev, Nizami Cəfərov, Kamil Vəliyev, Əfzələddin Əsgər, Tofiq Hacıyev, Qəzənfər Kazımov, Məmməd Əliyev, Sədnik Paşa Pirsultanlı, İslam Ələsgər, Qəzənfər Paşayev, Məhəmməd Hüseyn Təhmasib, İsrafil Abbaslı, Aynur Xəlilova kimi alimlərin tədqiqatları yer alıb.

Azərbaycan, türk, rus dillərində 1061 sayında ədəbiyyat siyahısını Təranə Vəliyeva Vüsal Səfiyev sistemləşdirmişdir. Kitabda eyni zamanda, rus ingilis dillərində ətraflı xülasələr yer alıb.

Təqdimat mərasimini giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq fundamental "Azərbaycan ədəbiyyatı tarixi" kitabının birinci - "Şifahi xalq ədəbiyyatı" cildinin yeni elmi konsepsiya ilə hazırlanma zərurətindən danışıb. Akademik çıxışında ədəbiyyat tarixinin dövrləşdirilməsi tarixinə geniş yer ayıraraq qeyd edib ki, onun ədəbiyyat tarixinin dövrləşməsi konsepsiyası ilə bağlı fikirləri bu kitabın müqəddiməsində verilib. Həmçinin bildirib ki, kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Folklor İnstitutunun, Dilçilik İnstitutunun, Bakı Dövlət Universitetinin, Atatürk Mərkəzinin birgə əməkdaşlığı sayəsində işıq üzü görüb. İ.Həbibbəyli vurğulayıb ki, kitabın hazırlanmasında üç prinsip əsas götürülüb. İlk olaraq elmi prinsip, ikinci növbədə xalqımızın ümummilli prinsipləri, nəhayət, dövlətçilik prinsipi əsasında kitab nəşr olunub.

Daha sonra kitabın məsul redaktoru, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı "10 - cildlik ədəbiyyat tarixinin I cildi haqqında söz" adlı məruzə ilə çıxış edib. O, məruzəsində bildirib ki, kitabın hazırlanması zamanı ümumtürk etnocoğrafiyası nəzərə alınıb, milli elmi istiqlal düşüncəsi bu kitabda xüsusi yer alıb.

Təqdimat mərasimində Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, professor Qəzənfər Paşayev, professor Qəzənfər Kazımov, kitabın məsul katibi Aynur Xəlilova, müəlliflərdən Əfzələddin Əsgər də çıxış ediblər.

 

525-ci qəzet.- 2019.- 21 iyun.- S.9.