Mərkəzi Elmi Kitabxanada "Abbasqulu Ağa Bakıxanov - 225" sərgisi
AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında
(MEK) Azərbaycan şairi,
yazıçısı, alimi,
mütəfəkkiri və
maarifçisi Abbasqulu
Ağa Bakıxanovun anadan olmasının 225-ci
ildönümünə həsr
olunmuş sərgi təşkil olunub.
Çoxcəhətli bədii və elmi yaradıcılığa
malik Abbasqulu Ağa Bakıxanov tarix, dil-ədəbiyyat, coğrafiya, fəlsəfə,
məntiq və astronomiya elmlərindən
bəhs edən əsərlərin müəllifidir.
Təşkil edilmiş sərgidə
Abbasqulu Ağa Bakıxanovun Azərbaycan və rus dillərində
"Seçilmiş əsərlər"i,
"Qüdsinin sərgüzəştləri",
"Hind əfsanəsi", "Bədii əsərlər",
"Əsrarül-mələküt",
"Gülüstani-İrəm" kitabları, eləcə də elmi və
ədəbi irsinin digər nümunələri
nümayiş olunur.
Sərgi iyulun 2-dək davam edəcək.
525-ci qəzet.- 2019.- 21 iyun.- S.9.