ADMİU-nun kollektivi
Kazandakı beynəlxalq festivalda
İyunun 10-dan 16-a kimi Tatarıstanın Kazan
şəhərində ənənəvi
"Novruz" festivalının
nəzdində ilk dəfə
olaraq "Novruz məktəbi" ("Nauruz
school") Beynəlxalq tələbə
tamaşaları festivalı
keçirilib.
Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Macarıstan,
Yakutiya, həmçinin,
Moskvanın bədii təhsil məktəblərinin
iştirak etdiyi festivalda Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin Teatr və kino aktyoru
ixtisası üzrə
təhsil alan III kurs tələbələri
Röyal Allahverdiyev, Elsevər Rəhimov,
Esmeralda Abudullayeva, Səmayə
Ağayarova, Ələkbər
Axundov, Çinarə
Qurbanova, Saleh Cümşüdlü, Çinarə
Səmədova, Aysel Feyziyeva, Orxan İsrafilov və Rafael Quliyev (kurs rəhbəri
və tamaşanın
quruluşçu rejissoru
Xalq artisti, dosent Məmmədsəfa Qasımov) Əbdürrəhim
bəy Haqverdiyevin
"Yeyərsən qaz
ətini, görərsən
ləzzətini" pyesi
əsasında hazırlanmış
"Qara oyun" tamaşası ilə çıxış ediblər.
Kollektiv festivalda iştirakına görə diplomla təltif olunub.
Festivalda həmçinin, "Teatrşünaslıq"
kafedrasının müəllimləri,
ADMİU-nun professoru, Əməkdar
incəsənət xadimi
İsrafil İsrafilov
və baş müəllim, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Fəridə Cəlilova iştirak edib. "Novruz" festivalının
əsas proqramına ekspert kimi dəvət
alan İsrafil
İsrafilov təşkilat
komitəsinin xahişi
ilə "Novruz. Məktəb"
festivalında da fəal iştirak edərək öz fikirləri, irad və təklifləri ilə gənclərə dəstək olub.
Teatrşünas Fəridə Cəlilova isə ədəbi materialı rus dilinə çevirib, sinxron tərcüməni həyata keçirib və ustad dərslərində
həm tərcüməçi,
həm də mütəxəssis kimi fəal iştirak edib.
Teatr təhsilinə
dəstək olmaq məqsədini qarşıya
qoyan festivalda tamaşaların nümayişi
ilə yanaşı, bir sıra müzakirələr,
seminarlar və ustad dərsləri keçirilib. Qazaxıstanın Əməkdar incəsənət
xadimi Yerlan Bilalov məxsusi olaraq, ADMİU-nun tələbələri
üçün, ADMİU-nun müəllimi, Xalq artisti, dosent Məmmədsəfa Qasımov
Qazaxıstanlı tələbələr
üçün ustad
dərsi keçib.
Festivalın sonunda professor İsrafil İsrafilova və Xalq artisti Məmmədsəfa Qasımova
ixtisasın təkmilləşdirilməsi haqqında şəhadətnamə
təqdim edilib.
525-ci qəzet.- 2019.- 21 iyun.- S.8.