ANAMA
Əziz
anam, ömür adlı qatardan
Ayrıların sırasına düşmüşəm.
Doğmalarım yadlarıma qarışıb,
İki dünya arasına düşmüşəm.
Bu gün imiş dünənlərin yarını,
Sevən sevib, gəzən tapıb yarını.
Dərən dərib nübarını - barını,
Mən talenin urasına düşmüşəm.
İsmətimdən pərdə çəkib üzümə,
Dar günümdə güvənmişəm özümə.
Arxalanıb ağ diləkli sözümə,
Misraların qarasına düşmüşəm.
Qərib
eldə ömür keçib talanda,
Xeyir- şərdə,
həqiqətsə yalanda.
Şeirlərim sarı simmiş,
çalanda
Ürəyimin yarasına düşmüşəm!
Mizan əyri, çox da ona düz
deyin!
Fələk sayır bildiyini,
yüz deyin!..
Mən düşündüm, tapammadım,
siz deyin -
Tərs qismətin harasına düşmüşəm?
ƏZİZLƏYƏK ATAMIZI!
Əzizləyək atamızı!
Uşaq
kimi əzizləyək!
Qayğısını çəkə-çəkə
Ruhumuzu təmizləyək!
Qoy arınsın vicdanımız
Hər dəfə can deyə-deyə.
Qayğımızla körpü salaq
Qocalıqdan körpəliyə.
Hər ərkinə qurban edək
Malımızı, pulumuzu.
Alqışları, duaları
Aydınlatsın yolumuzu.
Yada salaq, necə bizə
Güc verərdi
Ata sözü.
Necə
bəxtəvər sanardıq
Qucağında özümüzü.
O qüdrətli vücudunda
Uşaq qədər güc yox indi.
Dünya
dəyiş-düyüş olmuş -
Biz - övladın, o - bizimdi...
Ataların sağlığında
Haqdan yanan bir ocağıq!
Ata-ana olmayınca
Kimə övlad olacağıq?
***
Gəlmişsə də bu dünyaya,
Gərək xoşbəxt ola insan.
"Xoşbəxtəm" demək
asandır,
Bir də buna inanasan.
Özünə yol seçmək
azdır,
Seçdiyin yolu sevəsən!
Sevən
üçün qış
da yazdı,
Həyatı dolu sevəsən!
İnanasan öz gücünə
Bilməsə də kimsə bunu.
Boğmayasan kaş içində,
Xoşbəxt olmaq arzusunu.
***
Bizə
də Günəşdən
pay düşüb bu
gün,
Bizə
də üz tutub nuru göylərin!
Nə vaxtdı könlümüz
həsrətə küsgün,
Nə vaxtdı dərdimiz dərindən-dərin...
Bizdə
də xoş günün odu-ocağı,
Yandırıb nisgilin dodaqlarını.
Alovlu şəfəqlər bu sabah çağı,
Əridib qürbətin buz dağlarını.
Sağalıb elə bil o qərib yaram
Sevib-sevənlərin alqışlarına.
Günəşin nuruna şeir yazıram
Bənzədib Tanrının baxışlarına!
GEDƏCƏKSƏN...
Gedəcəksən, kövrələcək
Oxuduğum şeirlər...
Yenə
qürbətə dönəcək
Yaşadığım bu yerlər.
Saralacaq
gül bənizi
Çiçəklərin, otların...
İzlərini axtaracam
Sevindiyim vaxtların.
Sənsiz
şəhər boşalacaq,
Qəm gözümü
yumacaq.
Həsrətimdən bixəbərlər
Məndən ağıl umacaq...
BU YAY...
Bu yay belə yay
idi;
Gecələri gah aydın,
gah parçalı buludlu...
Sabahları səninlə
bir görüşə
umudlu...
Qəribliyə qol açmış
arzuları -
çiçəksiz...
Hər addımı ürəksiz...
Dəyib
keçən günlərə,
çiliklənən gümanlar
yüz həsrətə
tay idi...
Bir ucu intizarda,
Bir ucu son baharda,
Bu yay belə yay
idi...
İNSAN
İnsan
da bir dəmir
parçası məgər,
Bir eşqin
oduna əriyə bilir.
Unudulsa əgər, atılsa əgər,
İçindən-içindən çürüyə bilir.
Özünü tapmaqçün əzilıb
öncə,
Zindanlar üstündə bərkiyir
o da.
Alışıb yanınca, közə
dönüncə,
Soyudur hirsini bir ovuc suda.
Cəlb
edib özünə bənzəməyəni,
Yaxşısa - yamanı qoynuna alır.
İnsan
da bir dəmir
parçası kimi,
Lazım olmayanda pas atıb qalır.
Mariko Sumikuraya
Sənin
gözəlliyində -
cəhrayı rəngi,
təbiətində - ahəngi
sevdim,
Sakura!
Sənin
incəliyində -
çiçək zərifliyini,
bir qadının
zəifliyini sevdim,
Sakura!
Üzünü görmədiyim bir
şəhəri,
üzümə hələ
açmamış al səhəri,
özgə bir xalqın adətlərini,
süfrəsinin nemətlərini
sevdim...
Qismət
olsa, bir gün səni
saçlarıma taxaraq
keçəcəm Tibanın
küçələrindən.
Doğan
günəş bərq
vuraraq
salamlayacaq məni,
evlərin pəncərələrindən.
Ürəyimin həsrət yanğısını
sevinclə soyudacağam!
Və o
zaman, Sakura,
yaşaya bilmədiyim
gəncliyimə qayıdacağam!
NƏ VAR Kİ!
Canım-gözüm, dünya elə dəyişib...
Hər yetəni yar bilməyə nə var ki!
Sən dərdlinin dərdlərinə
çarə qıl,
Xoşgünlüyə xoş gəlməyə nə var ki!
Əyən əyib doğruluğun
qəddini,
Haqsızların nə imanı, nə dini?!
Kotan kimi yer əkməkdi
çətini,
Toxum olub səpilməyə nə var ki!
Həyat
- özü tüstülənən
buxarı,
Axtarsan da yoxdu axar-baxarı.
Boğaz
boydan, söz boğazdan yuxarı,
Belə
sevib-sevilməyə nə
var ki!
Hər nə gəlsə bəxtdən gəlir, ona san!
Afaq Şıxlı, bəxti yatmış sonasan...
Sınanda da ağac kimi sınasan,
Budaq kimi əyilməyə nə var ki!
ÖZGƏ QADINLAR
Özgə qadınları gözəl
olurlar...
Yoxdur gözlərində
həsrət qorxusu.
Nə gül üzlərində
kədər izi var,
Nə də üstlərində mətbəx
qoxusu.
Onlara xoş gəlmək gələr əlindən,
Onlarçün sən cavan olarsan yenə.
Nə tərif söyləsən
- düşər yerinə,
Nə alsan - yaraşar əyinlərinə.
Səninki... ha çalış, olmaz onlartək...
Dəyişib zamanla, əvvəlki deyil.
Qapını açanda çırpınmaz
ürək,
Səninki olsa da "səninki"
deyil.
Heyiflər deyərsən keçən
hər ana,
Eh, nələr ötüşər
fikrindən, nələr...
Amma ki, nədənsə gəlməz ağlına:
O da bir özgənin
xoşuna gələr.
ÇİÇƏK OLDUĞUNU
UNUDAN QADIN
Ay rı düşüb,
sahil kimi, dənizdən,
Xoşbəxtliklə arasında cizgi var.
Nə zamandı sevinməyir o üzdən,
Ürəyində bir gərəksiz
sevgi var;
Fəsillərlə həsrət qalıb günəşə,
Gecələri bulud örtüb ayını.
Qürurundan bəxt verənə
gənəşib
İstəməyib öz səadət payını.
Tək qaldıqda hey ağlayıb-inləyib,
İncisə də, incitməyib heç kəsi.
Qar altında ətir saça bilməyib
Boynubükük arzuların qönçəsi.
Qarışıb ömründə yalanla
gerçək,
Donub əllərində qərib
həyatın -
Qadın
olduğunu unudan çiçək,
Çiçək olduğunu unudan qadın.
ANAM ƏVVƏLKİ DEYİL...
Düşüncələr anamı
harayasa aparır,
Fikir, xəyal içində...
Hərdən nəsə danışır
dodağının ucunda...
Kölgə kimi dolaşır
ayağının ucunda...
Üzümə göz diksə
də,
Görmür məni elə bil.
Yorğundu baxışları,
Seyrəlib alqışları,
Anam əvvəlki deyil...
Çiçək ətri qoxuyur,
Əynində məxmər donu.
Durub-durub
öpürəm,
Qucaqlayıram onu.
Bu kiçicik otaqda
O - böyük dünyam mənim.
Ruhundan ruhum doğub
Bədənindən - bədənim.
Ana!
Məni
bir az
sev!
"Əzizim" de, sevindir!
Bu mənzil yox,
ürəyim sənin
könül evindir.
Uğur
deyə nəyim var -
Sənin
zəfərlərindir!
Ana!
Gözlərim dolur
Səni
qərib ellərdə
yadıma salan kimi.
Bəsləmədin,
amma sev məni öz balan kimi!
... Üzünün qırışında
zaman fəryad qoparır,
Fikri durna qatarı.
Ruhu sual içində,
Ömrü bələni aşır.
Yanımda ola-ola
getdikcə uzaqlaşır,
Uşaqlaşır elə bil.
Dəyişir yerişləri,
Dəyişir baxışları...
Anam əvvəlki deyil...
Uzaq və yaxın Meksika
Afaq ŞIXLI
525-ci qəzet.- 2019.-22 iyun.- S.23.