Hamsunun "Aclıq"ı
VƏ
YA DÖZÜLMƏZ AĞRILARIN O TAYINDAKI İŞIQ
Dünya
ədəbiyyatında elə əsərlər var ki,
insanın yaddaşında qalır, öz xatirənmiş kimi
daim qarşına çıxır. Günlərcə, həftələrcə əsərin
personajlarını unuda
bilmirsən. Əsərin dünyasında silkələnir,
çabalayır, ağlayır,
tramvalar alırsan.
Knut Hamsunun "Aclıq"
əsərindən yazmağa
çalışacam. Deyilənə görə, avtobioqrafik əsər sayılsa da, eyni zamanda
ictimaidir. Sözü
verək yazıçının
özünə:
"Ardıcıl olaraq
aclıq keçirən
insanın özünəməxsus
ruhi-mənəvi həyatını,
onun əsəb sarsıntılarını təsvir
etməyə səy göstərmişəm".
Ancaq oxuduqca hiss edirsən ki, əsərin qəhrəmanı elə
Hamsunun özüdür.
Yazıçı səfil həyat yaşayır. Kirayə qaldığı evdən tezliklə qovulur. Küçə həyatı onu
ağuşuna alır.
Günlərcə ac qalır, skamyalarda
gecələyir. Nimdaş paltarları
getdikcə daha da köhnəlir. Yazıçı maddi-mənəvi böhran içindədir.
İş üçün
müraciət etdiyi yerlərdən o qədər
rədd cavabı, yarımçıq vədlər,
qəti "yox" cavabları, vədlər alır ki...
Qəhrəmanımız uçurumun kənarındadır. Həyat ona
acımadan zərbələr
vurmaqdadır. Hər zərbə
yazıçını daha
da əldən salır. Aclıq onun üçün
dözülməz həddə
çatır. Bəzən quru
çörək üçün
saatlarca axtarışa
çıxır, bəzən
də günlərini
ac qarnına yatmaqla keçirir. Yazıçının psixoloji vəziyyəti də gərginləşir,
aclıq onun hisslərini də ac qoyur.
Oxuduqca aclığın nə qədər ağır, dözülməz bir şey olduğunu hiss edir, hətta az yemək
yeyirdim. Nədənsə iştaham yetərincə
deyildi. Əsərin qəhrəmanının hərəkətlərindəki paradoksallıq və gözlənilməzlik yalnız
fizioloji aclıqla bağlı deyil. O, sanki iki aləmdə
- gerçək və
özünün uydurduğu
xəyali aləmdə
yaşayır.
Aclıq, səfalət, küçə
həyatı zamanla, ancaq müvəqqəti şəkildə dəyişir. Yəni üç-dörd
gün isti yerdə yatan yazıçının qarnı
doyur, isti çay içə bilir. Ancaq təəssüf ki, bu qısa
günlər tez başa çatır və yenə aclığa düçar
olur. Yazıçının qarşılaşdığı
buz kimi soyuq laqeydlik, insanların biganəliyi və daşürəkliliyi
onu yenə də həyat mübarizəsindən çəkindirmir.
Ac personaj zəiflik,
başgicəllənməsi, ürəkbulanması və
əsəb gərginliyindən
əzab çəkir. Aclıq onun
bədənini iflic edir. Dəfələrlə ona elə gəir ki, acından
öləcək. Bəzən Tanrını
lənətləyir, bəzən
mərhəmət diləyir.
Hətta elə bir an gəlir
ki, ağac qabıqları çeynəməklə
aclıqdan xilas olmağa çalışır.
Günlərin bir günündə bir xanımın arxasınca düşərək onunla
tanış olur, hətta onu öpə də bilir. Adını belə bilmədiyi qıza qarşı hissləri oyanmağa başlayır. Qızın adını
İlayali qoyur. Tezliklə sevdiyi qız yoxa çıxır.
Onu başqa biri ilə görür.
Əsərdən bir neçə
parçanı xatırlayaq:
"Aclıq dözülməz
dərəcədə əzab
verir, məni rahat buraxmırdı. Aclığımı öldürmək üçün tez-tez ağız suyumu udurdum, bu, sanki
bir az kömək
edirdi".
"Ruhuma belə
bir duyğu hakim kəsilmişdi ki, həyat, demək olar ki, məni
tərk edib, artıq kitabım bağlanıb. Amma mahiyyətcə, bunun mənim üçün elə bir fərqi yox idi və
məni zərrə qədər də narahat etmirdi. Əksinə,
mən şəhərdən
keçərək limana
doğru gedir və mənzilimdən daha da uzaqlaşırdım.
Mən küçənin ortasına
uzanıb ölə də bilərdim. İztirablar hissiyatımı əlimdən
almışdı; şikəst
olmuş ayaq barmaqlarım ağrıyırdı,
hətta mənə elə gəlirdi ki, ağrı ombama qədər yayılıb, ancaq bu da məni
narahat etmirdi. Bundan qat-qat ağır iztirablar çəkmişdim..."
"Xəlvəti bir
dalan tapıb sınıq-salxaq alaqapılardan
birinin qarşısında
dayandım. Bura tamam qaranlıq
idi, mən bu qaranlığa sevinərək çiy ət sümüyünü
gəmirməyə başladım.
Ət dadsız idi; ondan adamı iyrəndirən isti qan qoxusu vururdu,
çox keçmədən
ürəyim bulanmağa
başladı. Bir
az keçdikdən
sonra sümüyü
bir də sınadım; heç olmasa bircə tikə də olsa, həzm edə bilsəydim. Amma yenə də ürəyim bulandı.
Mən hirsləndim, qətiyyət
göstərib dişlərimlə
bir tikə qopardım və güc-bəla ilə uddum. Amma cəhdlər əbəs
idi; ət tikələri mədəmdə
isinən kimi dərhal geri püskürdü. Mən azğınlaşaraq
yumruqlarımı düyünləyür,
acizlikdən ağlayır
və sümüyü
qəzəblə gəmirirdim".
Yazıçı nə qədər
ağrılı əsər yazsa da, oxucuya işıq yeri buraxır. Buna görə
də "Aclıq" əsəri oxunub,
unudulası əsərlərdən deyil.
Oğuz
AYVAZ
525-ci qəzet.- 2019.-22 iyun.- S.19.