"Əli və Nino" filmi Afinada nümayiş
etdirilib
Azərbaycanın diplomatik xidmət
orqanlarının 100 illiyi
və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə
Afinada "Əli və Nino" filminin nümayişi keçirilib.
Tədbirdə Yunanıstan Prezidentinin diplomatik xidmətinin, Xarici İşlər Nazirliyinin əməkdaşları,
Afinada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri,
Azərbaycan icmasının
üzvləri, Yunanıstanın
ziyalıları və
ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Tədbiri açan Azərbaycanın
Yunanıstandakı müvəqqəti
işlər vəkili
Eldar Əliyev sözügedən filmin
XX əsrin əvvəllərində
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması
uğrunda mübarizə
və onun bolşevik işğalı
nəticəsində süqutunun
tarixini bədii şəkildə əks etdirdiyini, eyni zamanda, Azərbaycan cəmiyyətində keçmişdən
bəri mövcud olan tolerantlıq, multikulturalizm ənənələrini
göstərdiyini qeyd
edib. Filmin nümayişinin Milli Qurtuluş Gününə
həsr edilməsinin təsadüfi olmadığını
bildirən diplomat 1991-ci ildə
müstəqilliyini bərpa
etdikdən iki il sonra
respublikamızın suverenliyinin
və müstəqilliyinin
ciddi təhdidlərlə
üzləşdiyini, bu
çətin günlərdə
xalqın çağırışına
cavab verən Ümummilli lider Heydər Əliyevin dövlətin və xalqın xilasının məsuliyyətini öz çiyinlərinə götürdüyünü
qeyd edib. O, Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın
müstəqilliyini qoruyaraq
gündən-günə inkişaf
etdiyini söyləyib.
Gürcüstanın Yunanıstandakı səfiri
İosef Nanobaşvili
çıxışında azərbaycanlı həmkarlarını
diplomatik xidmət orqanlarının 100 illiyi
münasibətilə təbrik
edib. Səfir bu yubileyin qeyd edilməsi üçün
"Əli və Nino"
filminin nümayiş etdirilməsi ideyasının
uğurlu seçim olduğunu, filmin həm də Azərbaycan və Gürcüstan arasında
mövcud olan tarixi dostluq və qonşuluq münasibətlərinin, xalqlarımızın
ortaq dəyərlərinin
də nümayişi olduğunu bildirib.
"Əli və Nino" filmi iştirakçıların marağı
ilə qarşılanıb.
525-ci qəzet.- 2019.-22 iyun.- S.13.