50 yaşin şeiri
Göndər
gəlsin, nə dərdin var, İlahi,
Duz yükünü çəkə bilən adama...
Neyləyəcək gözlərdəki soyuqluq,
Buz yükünü çəkə bilən adama.
Asılmaq var bir ömürün dorundan,
Tutunmaq var bir ocağın
qorundan,
Qorxu yoxdu bu həyatın
zorundan,
Öz yükünü çəkə
bilən adama...
Zalımlığı, fağırlığı
nə imiş,
Bəxtin belə sağırlığı
nə imiş.
Əlli
yaşın ağırlığı
nə imiş,
Söz yükünü çəkə
bilən adama...
***
Buluda bel bağlama, göz yaşın olan yerdə,
Gözün qələm gəzməsin,
yaddaşın olan yerdə.
Ürəyinə yüklə sən
həyat adlı hər yükü,
Kimsədən ağıl umma, öz başın olan yerdə.
Hər şey birdi
Olan bu dünyaya aşina, bilir,
Sürünən də birdi, uçan da birdi.
Yetənlər mənzilin başına,
bilir,
Yeriyən də birdi, qaçan da birdi.
İgidlər var pay payladı
qanından,
Ətri
gəlir vətənin
hər yanından...
Bilinmirsə, torpaq üçün
canından,
Keçməyən də birdi, keçən də birdi.
Kara gəlməz nə məsləhət, gənəşmək,
Bu dünyanın əyrisilə
güləşmək.
Kor quyunun qarasına Günəş tək,
Saçmayan da birdi, saçan
da birdi.
Bir tövbəyə bircə
günah silinər,
Açıq yoldu, bir də
dönüb gəlinər.
"Qara qutu" açılanda bilinər,
Bağlayan da birdi, açan
da birdi.
İstək gözdən süzülməsə,
sızmasa,
Sevindirməz qarşılığı olmasa.
Əgər Tanrı bəxti
gözəl yazmasa,
Seçməyən də birdi, seçən də birdi.
Ay Adilə, gəldin sözün belindən,
Kim küsübdü, inciyibdi dilindən.
İçdiyi su olmasa dost əlindən,
İçməyən də birdi, içən də birdi.
At getsin
Arzu, kam sənin olsun,
Götür qəmi at getsin...
Sevinc
tam sənin olsun,
Azı,
kəmi at getsin...
Bax, gözün güzgüsünə,
Hay ver qəlbin ününə,
Günəş doğsun gününə,
Yaşı, nəmi at getsin...
Gəl,
eşq üçün
odlanaq,
İkimiz
bir adlanaq,
Deyib-gülüb şadlanaq,
Qüssə-qəmi at getsin...
Baxma, həyat çətindi,
Sevən
adam mətindi,
O, sənin cənnətindi,
Cəhənnəmi at getsin...
Bu sevgidi
Mən necə anladım sənə,
Məhəbbətin dili olmur.
Şırıl-şırıl axan sudu,
Çökdürürsən, lili olmur.
Çoxdu bu odun məkiri,
Yandıqca eylər zikiri.
Ağla
asılmaq fikiri
Gələndə kətili olmur.
Mən çoxdan dönmüşəm
muma,
Azalıram dama-dama...
Hər qəlb alışmaz bu şama,
Hər qəlbin
fitili olmur.
Gəz-dolan, yenə sal meyil,
Bulaqdı, suzanda əyil.
Bu Sevgidi - fani deyil,
Eşqin Əzraili olmur.
Uçun, quşlar...
Uçun,
quşlar, uçun bizim ellərə,
İndi orda çoxdan sünbül vaxtıdır.
Dağ arası yumalanan yellərə,
Qanad tutun, çöllərin gül
vaxtıdır.
Xəbər verin, kimsə yola baxırmı,
Çaylarımız gümbür-gümbür
axırmı,
Qonşu
gəlin al örpəyin
taxırmı,
Yoxsa yenə
o qara tül vaxtıdır?
Dünya
birdir, tutanlar dörd əllidir,
Çəkdiklərim gözlərimdən
bəllidir,
Nə olsun ki, burda
yaşım əllidir,
Orda gəncliyimin
bülbül vaxtıdır.
Uçun,
quşlar, o ellərdə
vəfa var,
Hər çəhlimdə,
hər cığırda
səfa var.
Hürriyyət tək, azadlıq
tək şəfa var,
Burda qəlbin
hələ ki qul vaxtıdır.
Qarışdırma ayaqları başlara,
Çox
dəyibdi başın
daşdan-daşlara,
Ay Adilə, sən də qoşul quşlara,
Qoşul, ürək vaxtı - könül vaxtıdır.
Söz
Söz yerdən göyədək
ucalan bir taxt,
Canımı söz üçün oda yaxmışam.
Yeni bir fikirlə toqquşduğum vaxt,
Heyrətdən lal kimi donub
baxmışam.
Sözüm var, üz edib üzə tutmağa...
Yaxşını yamandan uca tutmağa.
İnsan
tapmayanda əl uzatmağa,
Sözün ətəyindən tutub qalxmışam.
Dəniz
tək dalğalı olduğum olub,
Çəmən tək saralıb solduğum olub.
Buludun yerinə dolduğum olub,
Şimşəyin yerinə özüm çaxmışam.
Mən sözdən yarandım, mən özüm sözəm,
Düz yol məndən keçib, mən həmin izəm.
Dəyəri ölçülməz suyam, təmizəm,
Sevdalı bir gözdən sızıb axmışam.
Sehr sözdə olur, sirr sözdə olur,
Ən qiymətli
gövhər, dürr
sözdə olur.
Bu qəfəs dünyada hürr sözdə olur,
Sözə əsir düşüb, azad çıxmışam.
Olmaya
Ölüm yaman dərddi demə,
Dərd belə asan olmaya.
Dərd
odur ki ağlayasan,
Səsini kəsən olmaya.
Getməyəsən, yolun ola,
Qucmayasan,
qolun ola,
Bal dodağın, dilin ola,
Bir quru busən olmaya.
Demə, hansı yol asan ki?
Dərd qarışıb yola sanki.
Vay, o günə qalasan ki,
Ərk edən,
küsən olmaya.
Bir vəfasız yar yanında,
Paslanasan ömür qında.
Ürəyinin soyuğunda,
Üşüyən, əsən olmaya.
Zaman keçə, güman yetə,
Qəfil
gecə Günəş
bitə, -
Bir sevgi ki, eşqdən
ötə...
Deməsən, desən olmaya.
Gündüzlərin ola
gecə,
Yol yorasan -
dalan, küçə.
Güzgüdən neçə sən
keçə,
Heç birisi sən olmaya.
Tanrim, dön bir mənə bax
Tanrım,
dön bir mənə bax,
Nə ev oldum,
nə oba.
Üzümdə güllər açdı,
Can evimsə xaraba.
Şimşəyinəm hönkürüm,
Buludunam, qoy yağım.
Solumda ağrı çoxdu,
Qurbanın olsun sağım.
Bir bax, Eşqin havası
Kül etdi axır məni.
Verdiyin qələm deyil,
Qopuzdu, yaxır
məni.
Çaldıqlarım təzəydi,
Dəyişdi xəzan oldu.
Olmaz, olmaz, dedilər, -
Qadından ozan, - oldu...
Ruhumdakı bu yanğı
Axı nədi? - bilmirəm.
Kirpiklərim düşməndi,
Yuxu nədi
bilmirəm.
Alnımı boş qoydun ki,
Öz adını yazasan?!
Tanrım, dön bir mənə bax,
Özünü arzulasan...
Torpaq saxlamaz məni
Mən
bir havalı quşam,
Budaq saxlamaz məni.
Min yol yanam-tutuşam,
Çıraq saxlamaz məni.
Yoxam ki toy-düyündə...
Əridim neçə ündə.
Ürəyin bircə gün
də
Qonaq saxlamaz məni.
Qanadına yazılsam,
Bir ucuna qısılsam,
Damcı
olub asılsam,
Yarpaq saxlamaz məni.
Eşq elə bir meyil
ki,
Əyildikcə, əyil ki...
Ölmək çətin deyil
ki...
Torpaq saxlamaz
məni.
Adilə NƏZƏR
525-ci qəzet.- 2019.- 26 iyun.- S.22.