Əsgərə məktub
Müqəddəs borcunu ödəyən
əsgər!
Hamıya qoşulub deyirəm "Əhsən!"
Səni
yağılardan qoruyur
səngər,
Sən isə Vətənin keşiyindəsən!
Mən qələm adamı, sən isə hərbçi,
Milli fəxarət var ikimizdə də;
Çıxaq sınaqlardan fəal,
zərbəçi,
Daha dirçəlməsin nə
şər, nə hədə!
Artacaq
get-gedə gücümüz
bizim,
Tarixə
çevrilən vaxt da güzgüdür;
Qürurla qulluq et, çünki, əzizim,
Ən yeni silahlar özümüzküdür!
Az deyil bərk isti, yağış, qar, boran -
Köçüb yaddaşıma təlimli
yay, qış;
Ölkə rəhbərinin əmrini
hər an
Səbrlə gözləyən mərdlərə
alqış!
Fələk ayırıb çox
yarı yarından,
Odur ki, dağ aşıb,
sədd yarmalıyıq;
Yurdun qan çilənmiş torpaqlarından
Arxalı köpəyi çıxarmalıyıq!
Düşünə-düşünə, hey yaza-yaza,
Gərək cəbhəyədək uzansın yolum!
Bəlkə xoşladığın, sevdiyin qıza
Sözünü çatdıran poçtalyon olum?!
Təmiz əqidəmiz aləmə bəlli,
İzini yaşadaq günün və anın;
Oğul, xəyalımda marşal rütbəli
Əsgər övladısan Azərbaycanın!
Oqtay RZA
Əməkdar müəllim
525-ci qəzet.- 2019.- 26 iyun.- S.22.