Bakı Xoreoqrafiya
Akademiyasının növbəti uğurlu
layihəsi
Bakı Xoreoqrafiya Akademiyası yarandığı ilk gündən
Azərbaycanın mədəni
həyatına bir canlanma gətirib. Mükəmməl çoxpilləli təhsillə
yanaşı, biri-birinin
ardınca keçirilən
tədbirlər, təhsilə,
musiqiyə və dünyaya baxış nöqteyi-nəzərindən Akademiyanın
ictimaiyyətə verdiyi
töhfədir.
Bu tədbirlər sırasında
Ü.Hacıbəylinin "Arşın mal alan" operettasının musiqisi əsasında "La prescription du marriage heureux" adlı rəqs-tamaşa, Azərbaycanda
"Multikulturalizm ili"nə
həsr olunmuş
"Multikulturalizmin Azərbaycan
modeli: tarix, mədəniyyət və incəsənət"
mövzusunda
IV Respublika elmi-praktiki
konfrans və layihə çərçivəsində
"Azərbaycan yurdum
mənim" rəqs-tamaşa,
"Səmayi Şəms"
xoreoqrafik kompozisiya, P.Çaykovskinin "Şelkunçik"
baleti, L.Minkusun
"Don Kixot" baleti,
Q.Qarayevin "Yeddi Gözəl" baleti, Azərbaycanın ilk balerinası
Qəmər Almaszadə
adına klassik və milli rəqs
üzrə I beynəlxalq
müsabiqə və digər tədbirləri göstərmək olar. Bu
tədbirlər sırasına
Rusiya Federasiyasının
Xalq artisti, baletmeyster, xoreoqraf Vladimir Vasilyev, İngiltərə
rəqs ustası, Cənubi Orland Balet Akademiyası və Yeni Zelandiya Rəqs məktəbinin məzunu Vilyam Prat, məşhur Niderland xoreoqrafı Tom Bosma, "Dance Art" (UNESCO) Milli
Komitəsinin Bolqarıstandan
rəhbəri, Bolqarıstan
Balet Assosiasiyasının
icraçı direktoru
Silvia Tomova, Rusiya Federasiyasının xalq artisti, dünya şöhrətli Nikolay Tsiskaridze və başqa xoreoqrafiya sənəti korifeylərinin
akademiyada keçirdiyi
ustad dərslərini də əlavə etmək lazımdır.
Akademiyada
mütəmadi olaraq keçirilən respublika miqyaslı elmi-nəzəri
konfranslar, elmi sessiyalar, dəyirmi masa və seminarlar,
elmin, mədəniyyətin
müxtəlif sahələrini
əhatə edir: "Xoreoqrafiya sənətinin aktual problemləri" mövzusunda
II Respublika Elmi-Praktiki
Konfrans, "Heydər
Əliyev və Azərbaycan incəsənəti"
mövzusunda III Respublika
Elmi-Nəzəri Konfrans,
"Milli mədəni
dəyərlərin qorunmasinda
və təbliğində
Heydər əliyev fenomeni" V Respublika Elmi-praktiki konfrans, "Simfonik muğamlarin balet tamaşalarinda təcəssümü" adlı
elmi seminar, "Müasir
dövr humanitar sahənin elm, təhsil və yaradıcılıq
problemləri üzrə
elmi və elmi-tədqiqat fəaliyyətinin
istiqamətləri və
mühüm nəticələri"
mövzusunda VI Respublika
elmi-praktiki konfrans,
"Qara Qarayevin 100 illik yubileyi ilə bağlı elmi sessiya və s.
Bakı Xoreoqrafiya Akademiyasının
son tədbirlərindən biri
də aprel ayının 25-26-da Azərbaycanda
ilk dəfə olaraq təşkil olunan
"VERA ARTE" konsertmeyster ustalığı üzrə
I respublika müsabiqəsidir. Belə bir
tədbirin məhz Xoreoqrafiya Akademiyasında təşkil olunması heç də təsadüfi deyil. Konsertmeystr - yəni əsərin musiqi müşayiətçisi
balet səhnələrinin
ayrılmaz üzvüdür.
Balet - incəsənətin sintetik
janrlarına aid olan bir növüdür. Özündə səhnə
dekorasiyalarını, geyim,
rəqs və musiqini ehtiva edən bir sənətdə,
əlbəttə ki, musiqi müşayiəti ən önəmli yerlərdən birini tutur. Hər bir rəqsin və ya baletin
hazırlıq dövrünü
konsertmeyster müşayiəti
olmadan təsəvvür
etmək mümkün
deyil. Balet konsertmeysterləri isə digər müşayiətçilərdən tamamilə fərqli bir spesifikaya malik musiqiçilərdir.
Onlar balet musiqisinin çətin partiyalarını ifa etməklə yanaşı,
rəqsin terminologiyasını
da bilməlidirlər:
"Preparation", "Plie",
"Battement tendu
", "Battement tendu jete
", "Rond de jambe par terre ",
"Battement fondu ", "Battement frappe
", "Rond de jambe
en l'air ", "Petit battement" və s.
Konsertmeysterin məharəti bütün
bu rəqs ritmləri ilə yanaşı, balet ifaçılarının "Pa"larını da müşayiət etməkdir. Xoreoqrafiya Akademiyasında
təşkil olunan bu müsabiqənin məqsədi təkcə
Bakıda yox, bölgələrimizdə də
fəaliyyət göstərən
istedadlı konsertmeysterləri
tapıb üzə çıxartmaq idi.
İştirakçıların siyahısında Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriya, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti ilə yanaşı, müsabiqədə
regionlardan - Bərdə,
Balakən, Şirvan, Salyan, Şamaxı, Şəki, Mehdiabad, Quba, Sumqayıtdan olan konsertmeysterlərin də iştirakı bu tədbirə olan marağın göstəricisi idi.
Əvvəlcədən qeyd edim ki,
müsabiqə çox
yüksək səviyyədə
təşkil edilmişdi. Başda təşkilat
komitəsinin sədri,
Bakı Xoreoqrafiya Akademiyasının rektoru,
professor Timuçin Əfəndiyev
olmaqla Akademiyanın bütün rəhbər işçilərinin qatıldığı
bu tədbirin hazırlıq mərhələsi
və yekunu müsabiqənin gedişində
özünü göstərdi.
Maraqlı musiqi nömrələri
və tərtibatı
ilə seçilən
təntənəli Açılış mərasimində
"La performance dei maestri" adlı konsert proqramı nümayiş olundu. Konsertdə Bakı Musiqi
Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının müəllim
və tələbələri
iştirak edirdilər.
Onların sırasında
xalq artistləri, əməkdar artistlər,
prezident təqaüdçülərii,
respublika və beynəlxalq müsabiqə laureatları var idi (Xalq
artisti, professor Ülviyyə
Hacıbəyova, Xalq artisti Nazpəri Dostəliyeva, Əməkdar artist
Nigar İbrahimova, Əməkdar
artist Fəridə Hüseynova, Əməkdar
artist Əyyub Əliyev, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının
solisti Cəmilə Kərimova , Prezident təqaüdçüsü Ülviyyə Dadaşova, Prezident təqaüdçüsü, Beynəlxalq
və Respublika müsabiqələr
laureatı Atabala
Manafzadə, Beynəlxalq
və Respublika müsabiqələr laureatı Ceyhun Əzizov, Beynəlxalq və Respublika müsabiqələr laureatı Arzu Səfərova,
Beynəlxalq və Respublika müsabiqələr
laureatı Kamil Cəfərov, Beynəlxalq və Respublika müsabiqələr laureatı
Sübhan Rüstəmov, BXA-nın dosenti Nigar Ağayeva,
BXA-nın müəllimi Sevda Axundova, BXA-nın konsertmeysterı Səidə Axundova, Beynəlxalq müsabiqələr
laureatı Nəzrin Aslanlı), Xalq artisti, BXA-nın dosenti Yusif Qasımov
və Əməkdar
artist Səbinə Qasımova).
Daha sonra müsabiqə Akademiyanın konsert zalında öz işinə start verdi.
Müsabiqənin I turunda
müsabiqə iştirakçıları
tələbata əsasən
instrumental və vokal ifaçılarını
(klassik və milli) müşayiət edirdilər.
II tur 26 aprel tarixində
xoreoqrafiya zalında öz işinə başladı,
açılış mərasimində Akademiyanın
Klassik rəqs kafedrasının müdiri,
Əməkdar Mədəniyyət
işçisi Mayra Almaszadə I kurs tələbələrinin iştirakı
ilə, müsabiqədə
II turun tələbatına
uyğun ekzersisi nümayiş etdirdi (konsertmeyster Musiqi fənləri kafedrasının
baş müəllimi
Lalə Hüseynli).
Müsabiqənin Münsiflər heyətini
Bakı Musiqi Akademiyasının və Bakı Xoreoqrafiya Akademiyasının yüksək
səviyyəli ixtisasçıları
təmsil edirdilər:
Kamilla Hüseynova
(BXA-nın Bədii rəhbəri, Prezident mükafatçısı, Azərbaycan
Respublikasının Xalq
artisti, dosent), Təranə Muradova (BXA-nın Xarici əlaqələr
üzrə prorektoru, Azərbaycan Respublikasının
Xalq artisti, dosent), Lyudmila Həsənova
(BXA-nın Baletmeyster sənəti kafedrasının
müdiri, pedaqogika üzrə fəlsəfə
doktoru, BXA-nın professoru), Nərminə Quliyeva (Əməkdar müəllim,
pedaqogika üzrə fəlsəfə
doktoru,
professor, BMA-nın tədris işləri üzrə prorektoru), Gülnarə Acalova (Əməkdar müəllim,
professor), Leyla Abbasquliyeva
(sənətşünaslıq üzrə fəlsəfə
doktor, professor,
BMA-nın
Konsertmeyster ustalığı
kafedrasının müdiri).
Münsiflər heyətinin
sədri - Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru,
professor Nərminə xanım
Quliyeva idi.
Nüfuzlu münsiflər qarşısında
çıxış edən
hər bir iştirakçı müsabiqənin
şərtlərinə əməl
edərək öz məharətlərini nümayiş
etdirə bildilər. İki turdan
ibarət olan müsabiqə, nəticədə
layiqli qalibləri üzə çıxartdı.
"VERA
ARTE" konsertmeyster ustalığı
üzrə I respublika
müsabiqəsinin qalibləri:
III yerlər - Adilə
İbrahimli (Bakı Musiqi Akademiyası), Səma Xəlilzadə (Bakı Musiqi Akademiyası), Simuzər Səmədova (Bakı Xoreoqrafiya Akademiyası) , Dinarə Rəhimova (Bakı Musiqi Akademiyası), Elnur Cəfərli (Bakı Xoreoqrafiya Akademiyası),
II yerlər -
Mənzər Arzumazadə
(Bakı Musiqi Akademiyası), Arzu Hüseynova (Mehdiabad Uşaq Musiqi Məktəbi), Aydan Rüstəmli (Bakı Musiqi Akademiyası), Cəmalə Abdinzadə (Azərbaycan Milli Konservatoriyası
nəzdində Musiqi
Kolleci (orta) və nəhayət I yerlər - Nərmin İbrahimova (Bakı Musiqi Akademiyası), Ülviyyə
Dadaşova (Bakı Musiqi Akademiyası), Tutu Məmmədli (Bakı Xoreoqrafiya Akademiyası), Rəna Zəkiyeva (Bakı Xoreoqrafiya Akademiyası) layiq görüldülər.
Əlbəttə ki, "VERA ARTE" konsertmeyster
ustalığı üzrə
I respublika müsabiqəsi
Bakı Xoreoqrafiya Akademiyasının qarşıdan
gələn 90 illik yubileyinə həsr olunmaqla yanaşı, Azərbaycanın professional musiqi
ifaçılığı tarixində də bir iz qoydu.
Həcər BABAYEVA
Əməkdar incəsənət xadimi,
professor
525-ci qəzet.- 2019.- 26 iyun.- S.17.