Şamaxıda Nəsiminin 650 illiyinə həsr
olunmuş elmi sessiya
İyunun
22-də AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Bu barədə AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
İctimaiyyətlə əlaqələr
şöbəsindən məlumat
verilib.
Sessiyada iştirak etmək üçün akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Ədəbiyyat İnstitutunun
əməkdaşları və
İnstitutun qonaqları
olan Pakistan Muslim İnstitutunun
direktoru və Londondakı nümayəndəsi
Şamaxı şəhərinə
yola düşüblər.
Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və gül dəstələri
qoyulub. Sonra Nəsiminin büstü,
qardaşı Şahxəndanın
türbəsi və Mirzə Ələkbər
Sabirin qəbrinə baş çəkilib.
Elmi sessiya Şamaxı şəhər
İncəsənət Təhsili
Mərkəzində keçirilib. Sessiyanı Şamaxı
Rayon İcra Hakimiyyətinin
başçısı Tahir
Məmmədov açaraq
iştirakçıları salamlayıb. İcra başçısı
çıxışında bildirib ki, Ədəbiyyat
İnstitutunun təşəbbüsu
ilə Nəsiminin 650
illik yubileyinə həsr olunmuş növbəti tədbirdə
toplaşmışıq. Bildiyimiz kimi, Nəsiminin 650 illik yubileyi münasibəti ilə ölkəmizin rəhbəri cənab Prezident İlham Əliyev bu ili "Nəsimi
ili" elan edib. Biz bu gün Nəsiminin doğulub böyüdüyü,
yaşayıb-yaratdığı bir məkandayıq. Bu toplantıda Elmlər
Akademiyası ilə əməkdaşlıq edən
pakistanlı dostlarımız
da iştirak edirlər. Nəsimi özünü laməkan
adlandırırdı və
bu gün onun yaradıcılığının
coğrafiyası göstərir
ki, həqiqətən
də, Nəsimi dediyi kimi də
var. Nəsiminin əsərlərinin
həyat fəlsəfəsi
istənilən situasiyada
həmişə cəmiyyəti,
insanları düşünməyə
sövq edir. Bu gün dövlətimizdə
elə bir münbit mühit mövcuddur ki, biz dünyanın müxtəlif
xalqlarının nümayəndələri
ilə birgə öz yazarlarımızı
təhlil edirik. Minimalizm hələ XV əsrdə
Nəsimi fəlsəfəsinin
və onun keçdiyi məktəbin
özəyini təşkil
edirdi. Bu gün dünya bunu araşdırır, yəni minimuma qane olmaq fəlsəfəsini.
Nəsimi insanın yaradılanların arasında
ən ali
varlıq olduğunu daim vurğulayırdı və onları sülhə səsləyirdi.
İnsanları allahı, insanlığı,
təbiəti, sənəti-sözü
sevməyə səsləyirdi.
Nəsiminin dahiliyi ondadır
ki, onun əsərləri və yaradıcılığı bütün
dövrlər üçün
aktualdır. Bu gün ən ucqar Qərb ölkələri, Cənubi
Amerika ölkələri
daxil olmaqla Asiya ölkələrinin hər birində onun fəlsəfəsi araşdırılır, öyrənilir.
Mən Nəsimi torpağında bir daha bütün
qonaqlarımıza xoş
gəldiniz deyirəm.
Nəsimi yaradıcılığını
araşdıranların hər
birinə təşəkkür
edib, onlara müvəffəqiyyətlər arzulayıram.
Sonra
AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli çıxış
edib. Böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin
vətənində Ədəbiyyat
İnstitutunun əməkdaşlarını
və pakistanlı qonaqları əsl Azərbaycan qonaqpərvərliyi
ilə qarşıladığı
üçün icra başçısına və
bütün Şamaxı
sakinlərinə kollektiv
adından təşəkkürünü
bildirib.
Akademik geniş və əhatəli çıxış
edərək xatırladıb
ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı
ilə 2019-cu il bütövlükdə "Nəsimi
ili" elan edilib. Həmçinin bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası həm ölkə daxilində, həm də beynəlxalq miqyasda 6-7 ölkədə
tədbirlərdə iştirak
edib. Bizim bugünki bura
səfərimiz də
Nəsiminin vətənində,
Şamaxı ictimaiyyəti
ilə bir yerdə Nəsimiyə olan mənəvi borcumuzu yerinə yetirməkdən ibarətdir.
Nəsimi laməkanlıq səviyyəsinə
bu məkandan yüksəlib.
Hesab edirəm ki,
Nəsiminin yaradıcılığı
insan haqqında bəşəri bir himn, insanlıq haqqında bir manifestdir. Nəsiminin obrazı öz
əsərlərində çox
aydın şəkildə
görsənir. Onun "Sığmazam"
qəzəli, məncə,
hər şeydən qabaq Nəsiminin proobrazıdır. Biz fəxr edirik ki, bu, cahana
və zamana sığmayan şair Azərbaycan şairidir.
Onun məğrur sözü həmişə insanlığın
və mənsub olduğu xalqın xidmətindədir. Nəsiminin kamil
insan konsepsiyası ümumşərq ədəbiyyatının
konsepsiyasına çevrilə
bilib”.
Akademik həmçinin
əlavə edib ki, Ümummilli lider Heydər Əliyev sovet rejiminin ən çətin zamanlarında
Nəsimini bir daha Azərbaycan xalqına qaytarmaq məqsədi ilə
1973-cü ildə onun
600 illik yubileyini
YUNESKO səviyyəsində keçirməyə müvəffəq
olub. Bakıda Nəsimiyə
heykəl ucaltmaqla, Nəsimi rayonu yaratmaqla, Nəsimi metro stansiyası açmaqla,
"Nəsimi" filmi
çəkdirməklə "Nəsimi" poeması yazdırmaqla, "Nəsimi"
küçəsi saldırmaqla
onun Azərbaycan xalqına mənsub olduğunu heç bir mübahisəyə yol qoymadan isbat
etdi. Nəsiminin əsərlərini ingilis, rus və
digər dünya dillərinə tərcümə
etdirib dünyaya yaydı. Bu gün cənab Prezident İlham Əliyevin 2019-cu ili bütövlükdə
Nəsimiyə həsr
edən Sərəncam
imzalaması müstəqillik
dövründə yenidən
dünyada baş verən bu hadisələrin
fonunda bu cür meyllərin qarşısını kəsmək,
Nəsiminin azərbaycanlı
olduğunu bütöv
bəşəriyyətə çatdırmaq missiyasını
həyata keçirməyə
şərait yaradır.
Prezidentimizin dəstəyi və
Leyla xanım Əliyevanın təşəbbüsü
ilə sentyabr ayında keçirilən
Nəsimi festivalında
əllidən çox
dünya xalqının
nümayəndəsinin iştirak
etməsi dövlət
tərəfindən seçilmiş
yolun nə qədər doğru olduğunu bir daha sübut etdi. "Nəsimi
ili" başa çatmamış Moskvada
Nəsiminin büstünün
ucaldılması Azərbaycan
diplomatiyasının, İlham
Əliyev siyasətinin
böyük uğurudur”.
Çıxışının sonunda akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutundan
Şamaxı rayonundakı
kitabxanalara hədiyyə
etmək üçün
xeyli kitab gətirildiyini qeyd edib. Həmçinin, İnstitutun nəşr
etdiyi iki sanballı kitabı icra başçısı
Tahir Məmmədova hədiyyə verib. Sonra Ədəbiyyat İnstitutunun
alimləri Nəsimi haqqında məruzələri
ilə çıxış
ediblər.
Professor Qəzənfər Paşayev "Ədəbiyyat
və incəsənətdə
Nəsiminin bədii obrazı" adlı məruzə ilə çıxış edib. O, çıxışında
Nəsiminin ölümündən
on il sonra
Hələb məhkəməsinin
ona bəraət verdiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki,
bu gün dünyanın əllidən
artıq kitabxanasında
Nəsiminin əlyazmaları
var.
Orta əsrlər
Azərbaycan ədəbiyyatışöbəsinin
müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova
"İmadəddin Nəsiminin
soykökü və şəcərəsi" adlı
məruzə ilə çıxış edib. Bundan başqa, filologiya elmləri doktoru Rəhim Əliyev "Nəsimi yaradıcılığında
hürufilik və islam", filologiya üzrə fəlsəfə
doktorları Zəkulla
Bayramlı "Azərbaycan
ədəbiyyatında Nəsimi
ənənələri" və Qədim Qubadov "Nəsimi və folklor" mövzusunda məruzələrlə
çıxış ediblər.
Sonda pakistanlı qonaq professor Sahibzadə Sultan Ahmed Ali
öz təəssüratlarını bölüşüb və Nəsimi
torpağında olmaqdan məmnun
qaldığını bildirib.
525-ci qəzet.- 2019.- 26 iyun.- S.12.