“Məhtimqulu Fəraqi və Azərbaycan” kitabı çapdan çıxdı

 

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Məhtimqulu Fəraqi və Azərbaycan” kitabı nəşr edilib.

İnstitutdan AzərTAc-a bildirilib ki, kitabda ümumtürk klassik ədəbiyyatının görkəmli nümayəndəsi, türkmən xalqının mütəfəkkir şairi Məhtimqulu Fəraqinin Azərbaycanla bağlılığı, onun ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edilir.

Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru Almaz Ülvi, rəyçisi filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

284 səhifəlik kitabÖn söz”, yeddi bölüm, nəticə və Azərbaycan, türkmən, türk, rus dillərində ədəbiyyat siyahısından ibarətdir.

 

525-ci qəzet.- 2019.- 26 iyun.- S.12.