Yol ağacları
1966-cı ildə Qaradağ bölgəsinin Hinava kəndində doğulub. Valideynləri Səxavətin məktəbə getməsi, təhsil alması qayğısını çox çəkdiklərindən o, mükəmməl təhsil alıb.
Səxavət deyir: "Məndə poeziyaya yaranan sevgi anamın uşaqikən dediyi öykülər (hekayə), habelə bayatılardan qaynaqlanıb. Bugünədək iki kitabım işıq üzü görüb. "Aşıqlardan işıqlar" isə nəşriyyatda çap prossesindədir. Hazırda arxivimdə 100-dən artıq Azərbaycan aşıq dastanı var. "XIX əsr Azərbaycan ədəbiyyatı" (farsca) mövzusunda elmi araşdırma aparıram".
Ömür
günləri tək ötür önümdən
Yolları getdikcə yol ağacları.
Fikrimi, zehnimi çəkir özünə,
İşıq dirəkləri, tel ağacları.
Dil dedim, dilimə dil vermədilər,
El dedim, elimə yol vermədilər,
Əlimə bır dəstə
gül vermədilər,
Ələndi başıma əl ağacları.
Görmədim dünyanın gül
məhəbətin,
Məhəbbətdən uzaq yaşamaq çətin,
Barı
məzarımın üstündə
bitin,
Ay gül ağacları, gül ağacları!
Əndəlib, gün keçdi
bir şey qalmadı,
Sevdiyim havanı dünya çalmadı,
Həyat
bağçasından əskik
olmadı
Qanqal kötükləri,
kol ağacları.
Nə tələsirsən?
Hələ görkəmindən gözüm doymamış,
Ay duman bu dağa
nə tələsirsən?!
Ruhumun səfası məxməri
çəmən,
Saralıb solmağa nə tələsirsən?!
Mənür üzündən açılıb
ləçək,
Dünyada sənin tək de varmı göyçək?
Ruhumu oxşayan ay gözəl çiçək,
Solub-saralmağa nə tələsirsən?
Başımın dumanı qovzanır
göyə,
"Aman" deyə-deyə,
"ay" deyə-deyə,
Soruşa
bilmədim, ay ömür
niyə,
Belə qocalmağa nə tələsirsən?!
Əndəlib, bir aşıq
sazını çalır,
Eşitcək könlümdən bir
səs ucalır,
Aşıq, "Yallı" qalır,
"Vağzalı" qalır,
"Qürbəti" çalmağa nə tələsirsən?!
İstəmirəm
İlin
sevincidir mənim sevincim,
Elsiz ürəyimi şad istəmirəm!
Xeyirdə çəkilməz, şərdə çəkilməz,
Ünvan istəmirəm, ad istəmirəm.
Əsir
övladıyıq biz məhəbbətin,
Sevgisiz,
eşqsiz yaşamaq çətin,
Harda ki var sənin
sözün, söhbətin
Orda isinməyə od
istəmirəm!
Səfa
məskənidir dünyanın
üzü,
Əndəlib əzizlə düzlüyü,
düzü!
Qardaş
yaradıbdır yaradan
bizi,
İnsanı insana yad istəmirəm!
Ömür
Öz ömrünü ömürlərə,
Qıyan
ömrə ömür
deyin.
Haqq-nahaqı öz yerində,
Deyən
ömrə ömür
deyin.
Əldən verməz həqiqəti,
Düz əməli, düz niyəti,
Ömür boyu şərafəti,
Duyan ömrə ömür deyin!
Ay Əndəlib, yaz dəftərə,
Bu dünyadır bir pəncərə,
Mən demirəm ömürlərə,
Ziyan ömrə ömür deyin!
Səxavət ƏNDƏLİB
525-ci qəzet.- 2019.- 28 iyun.- S.12.