Vazeh irsinə möhtəşəm
abidə
KLASSİK
ŞAİRİMİZ MİRZƏ ŞƏFİ VAZEHİN
"BÜTÜN ƏSƏRLƏRİ"
ÜÇCİLDLİK HALINDA "XALQ ƏMANƏTİ"
KİMİ TƏQDİM OLUNDU
Xalq Bankın
"Xalq Əmanəti"
mədəniyyət layihəsi
öz oxucularına on
səkkizinci dəfə
sevinc bəxş etdi. Yeni nəşr XIX əsr
görkəmli Azərbaycan
şairi, mütəfəkkiri,
maarifçi-pedaqoqu Mirzə
Şəfi Vazehin bütün yaradıcılığını
üç kitabda birləşdirir.
Xalq Bankın bədii
qalareyasında şairin
bütün irsini-qəzəl,
rübai, müxəmməs,
məsnəvi janrlarında
yazdığı nümunələri
özündə cəmləyən
üçcildliyin təntənəli
təqdimat mərasimi
keçirildi. Bu nəşrin
işıq üzü
görməsi Azərbaycan
ədəbiyyatı tarixində
ciddi və əlamətdar hadisədir; həm
də ona görə xüsusilə
təqdirəlayiqdir ki,
M.Ş.Vazehin əsərlərinin
tam toplu halında Azərbaycan, rus və alman
dillərində ilk nəşridir.
Gecənin aparıcısı telejurnalist
Dilarə Səlim tədbiri giriş sözüylə açaraq
mərasimə qatılan
qonaqları - yazıçı
və alimləri, tərcüməçi və
rəssamları, millət
vəkillərini, ictimai-mədəni
mühitin təmsilçilərini,
KİV nümayəndələrini salamlayaraq sözü toplunun tərtibatçısı
və ön sözün müəllifi,
şair və tərcüməçi Səlim
Babullaoğluya verdi. S.Babullaoğlu qeyd etdi ki, kitabda M.Ş.Vazehin
poeziyasının həm
klassik, həm də müasir tərcümələri öz
əksini tapıb.
Çapa hazırlanma
prosesi 5 ildən çox davam edib və bu
müddət ərzində
həm tərcümə
işlərinin son dərəcə
dəqiq təhlili keçirilib,həm də ədəbiyyatşünas-alimlər,
tərcüməçilər, redaktorlar, şair və ekspertlərdən ibarət səriştəli
komanda araşdırmalar
aparıb. Azərbaycan
dilinə şeirləri
Xəlil Rza, Balaş Azəroğlu,
Azad Aslanov, Azad Yaşar,
Pünhan Əzimli, Yusif Savalan tərcümə
edib. Rus dilinə tərcümə
edənlər Naum Qrebnev, Mixail Sinelnikov, Leonid Maltsev, Nicat Məmmədov, eləcə də, F.Kaluqin, V.Luqovski, V.Markov, S.Nadson, İ.Prodan, A.Talıbova,
İ. və A.Txorjevskilər,
P.Çaykovski, N.Eyfert,
P.Yakuboviçdir.
Ekspertlər qrupuna professor Akif Bayram və professor Fəxrəddin Veysəlli
daxildir. Vilayət Hacıyev, İlqar Fəhmi və Orxan Aras layihənin məsləhətçiləri kimi nəşrin hazırlanmasında yaxından
iştirak ediblər.
Redaktor və korrektorlar - Azərbaycan versiyası üzrə Şəhla Tahirqızı,
rus versiyası üzrə Alina Talıbova, alman versiyası üzrə Yusif Savalandır.
Kitabın nəfis tərtibatı rəssam Nüsrət Süleymanoğluya, qədim
Şərq üslubunda
zərif dizaynı isə Tərlan Qorçuya məxsusdur.
Tədbirin qonaqları sırasında
görkəmli rus şairi və tərcüməçisi Mixail
Sinelnikov da vardı. O, oxucularımıza Azərbaycan poeziyasının,
xüsusilə Xaqani Şirvaninin qəzəllərinin
tərcüməçisi kimi
yaxşı tanışdır.
Digər
bir qonaq - şair və tərcüməçi Orxan
Aras Almaniyanın kitabxanaları
ilə əlaqələr
yaradaraq nəşrlə
bağlı materialları
toplayıb, M.Ş.Vazehin
qədim alman əlifbasında olan şeirlərini müasir alman dilinə çevirib. Kitabda şairin
alman dilinə çevrilmiş 20 şeiri
ilk dəfə işıq
üzü görür.
AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli Azərbaycan
milli mədəniyyətinə
və elminə dəyərli töhfəsi
üçün Xalq
Banka təşəkkürünü bildirdi və qeyd etdi ki,
üçcildliyin nəşri
ölkənin mədəni
həyatında bir çox aspektlər üzrə, ən əvvəl Mirzə Şəfi Vazehin yaradıcılığıyla
bağlı elmi və ədəbi araşdırmaların miqyasına
görə olduqca vacib hadisədir. Akademik üçcildliyin tərtibatının
və poliqrafiya həllinin yüksək səviyyədə olduğunu
vurğuladı. "Xalq Əmanəti" layihəsinin digər Azərbaycan bankları, sahibkarlar və mesenatlar üçün bəhrələnmək baxımından
gözəl nümunə
olduğunu deyən İsa Həbibbəyli Xalq Bankın öz xalqının mədəni irsinin təbliğ və inkişafı istiqamətindəki
fəaliyyətini yüksək
qiymətləndirdi. Akademik təəssüflə
bildirdi ki, Mirzə Şəfi Vazehin həyatının və yaradıcı irsinin bir çox
səhifələri indiyədək
ədəbiyyatşünas-alimlər və oxucular üçün qaranlıq
qalıb. Tərcüməçilərin məhsuldar işini
xüsusi vurğulayan
İsa Həbibbəyli
onların fəaliyyətini
milli mədəniyyətə
əsl xidmət, kitabı isə yüksək peşəkarlıqla
hazırlanmış sanballı
nəşr adlandırdı.
Onun fikrincə, bu fundamental üçcildlik,
xalq yaradıcılığından
ustalıqla bəhrələnmiş,
Azərbaycan klassik ədəbiyyatından müasir
poeziyaya keçidi təcəssüm
etdirən Mirzə Şəfi Vazeh yaradıcılığının sonrakı tədqiqatçıları
üçün güclü
təkan rolunu oynayacaq.
Qeyd edək
ki, qonaqların çıxışları arasında
tədbirin aparıcısı,
telejurnalist Dilarə Səlim özünəməxsus
aydın, ifadəli diksiyası ilə M.Ş.Vazehin şeirlərini
Azərbaycan, rus və alman dillərində
səsləndirirdi.
Poeziyanı bir dildən başqa bir dilə tərcümə etmək və ilk mənbənin sehrini, magiyasını qoruyub saxlaya bilmək hədsiz çətindir. Əminliklə demək olar ki, M.İ.Sinelnikov bu işin öhdəsindən
məharətlə gəlib.
Bakıya dəvəti də
o, böyük sevinclə
qarşılayıb. M.Sinelnikov mərasimdəki
çıxışında diqqətə çatdırdı
ki, bu əsərləri
üçcildlikdə birləşdirmək,
Vazehin yaradıcılığının
tam toplusunu yaratmaq və nəşr etməkson dərəcə
işıqlı ideya
və möhtəşəm
bir işdir.
"Mirzə Şəfi Vazehin yaradıcılığı və şəxsiyyəti həm də ona görə bizə dəyərlidir ki, Gəncədə Nizami dövründən üzü bəri azı 7 əsrlik sükutdan sonra daha bir şair meydana çıxdı" - bu fikri millət vəkili, akademik Nizami Cəfərov səsləndirdi. Akademik daha sonra əlavə etdi ki, X1X əsrin birinci yarısının poeziyası, ədəbi fikri və maarifçiliyi mistik duman qatına bürünüb: "Uzun illər ədəbiyyatşünaslar arasında "Bodenştedtin sandığı" ifadəsi məşhur idi. Vazehin sirrini açmaq üçün o sandığın açılacağını səbirsizliklə gözləyirdik. Amma sonra məlum oldu ki, həmin sandıqdan heç əsər-əlamət yox imiş. Bununla belə, mən hesab edirəm ki, həmin sandıq üç dildə şairin bütün irsinin toplandığı bu unikal üçcildliyin nəşriylə açıldı, Vazeh və Bodenştedtlə bağlı olan bütün qaranlıq məqamlara aydınlıq gətirildi. Yaradıcı kollektiv vicdanla işləyib, şairin şəxsiyyətinin və yaradıcılığının böyük miqyasına şahidlik edən yüksək səviyyəli iş ortaya qoyub".
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov çıxışında vurğuladı ki, hər hansı kitabın nəşri milli mənsubiyyətindən asılı olmayaraq bütün oxuculara bayram əhval-ruhiyyəsi yaşadır: "Əgər kitab dəyərli, faydalı və maraqlıdırsa, ikiqat bayram sevinci olur. Bu mənada bu kitab Azərbaycan xalqına əsl bayram hədiyyəsidir. Bu vətənpərvər fəaliyyət xalqa, xalqın mənəviyyatına, elminə, ədəbiyyatına, incəsənətinə olan xidmətdir. Məhz mənəvi dəyərlərə xidmətinə görə bu layihə çərçivəsində işıq üzü görən hər bir nəşr ölkənin mədəni və ictimai həyatının əlamətdar hadisəsinə çevrilir". "Xalq Əmanəti" layihəsində buraxılmış kitabların poliqrafiya və kitab nəşrində ən yüksək dünya standartlarına cavab verdiyini vurğulayan akademik buna görə də dərin minnətdarlığını ifadə etdi. R.Hüseynov Vazehin yaradıcılığının Azərbaycan və dünya ədəbiyyatındakı yeri barədə söz açaraq, fikirlərini mərasim iştirakçıları ilə paylaşdı.
"Mirzə Şəfi Vazehin şeirləri əcnəbi dillərə, o cümlədən, rus dilinə tərcümə edildikdən sonra Lev Tolstoy bu şeirləri oxuyub bəyənir və Fetə məktub yazaraq həmin azərbaycanlı şairi mütaliə etməsini məsləhət görür" - çıxışının əvvəlində bu maraqlı məqamı diqqətə çatdıran Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov qeyd etdi ki, Vazeh özü Bodenştedtə əlyazmalarını verib, həmin əlyazmalarda digər klassik şairlərin də şeirləri olub: "Unutmaq olmaz ki, Vazeh həm də pedaqoq və ədəbiyyat dərsliyinin müəllifiydi. Bəllidir ki, dərsliklərdə xalqın folklorunun əks olunması da vacibdir. Vazeh isə şifahi xalq ədəbiyyatını dərindən bilirdi. Ona görə Vazehin yaradıcılığında qoşma və başqa xalq şeiri janrında yazılmış şeirlərə də rast gəlirik".
Akademik Muxtar İmanov da çıxışının sonunda nəşrin yaradıcı qrupuna minnətdarlığını bildirdi və vurğuladı ki, bu yüksək səviyyədə hazırlanmış üçcildlik Vazeh yaradıcılığının tədqiqi üçün zəngin qaynaqdır.
Şair-tərcüməçi Orxan Aras dedi ki, Vazehin şeirləri onun qəlbində çox doğma, işıqlı duyğular oyadıb. Şairin yaradıcılığıyla bağlı araşdırmalarından danışan O.Aras şeirlərdəki melodikliyə, düşüncə dərinliyinə və lirizmə diqqət çəkdi. O, Vazehin Avropadakı məşhurluğundan soraq verən maraqlı epizodlar da danışdı.
Üçcildliyin ekspertlərindən biri olanprofessor Fəxrəddin Veysəlli Vazeh yaradıcılığının davamlı tədqiqatına ehtiyac olduğunu söylədi. O vurğuladı ki, Almaniyada olarkən Bodenştedtin ev muzeyini ziyarət edib: "Orada öyrəndim ki, Vazeh həqiqətən ona şeirlər dəftərini bağışlayıb. Bodenştedt vəsiyyət edib ki, onun ölümündən yüz il sonra arxivi açılsın və əlyazmalar çap edilsin. 1974-cü ildə arxiv açılıb, amma Vazehin əlyazmaları orada olmayıb..."
F.Veysəlli dedi ki, təqdim olunan nəşr Vazeh irsinin daha dərindən öyrənilməsinə imkan yaradacaq böyük bir addımdır: "Bu üçcildliyi Mirzə Şəfi Vazeh irsinə möhtəşəm abidə kimi qiymətləndirmək olar".
Cavid QƏDİR
525-ci qəzet.- 2019.- 29 iyun.- S.17.