“Boşluqdan
qaçış” işıq üzü görüb
Gənc yazıçı Nicat Həşimzadənin üçüncü kitabı "Boşluqdan qaçış" romanında gənc nəslin yaşadığı mənəvi boşluğun səbəbləri axtarılır.
Romanda, həmçinin, maddi çətinliyin sevgi münasibətlərinə necə əngəl olduğu mövzusuna da toxunulub. Müəllif kitabda, əsasən, yaradıcı adamların yaşadığı dərin boşluğun mahiyyətini və sənətə təsirini izah etməyə çalışıb. Həmçinin, yaradıcı zəkaya sahib olan gənclərin problemləri də əsas qəhrəmanın dili ilə oxuculara çatdırılıb. Boşluq daim bizi təqib edir, bütün həyatımız boyu boşluqdan qaçırıq. Romanda toxunulan əsas mövzulardan biri də ailə təzyiqlərinə görə gənc nəslin azadlığının məhv edilməsidir. Romanın qəhrəmanı cəmiyyətdəki bozluqdan və daxilindəki boşluqdan qaçır. Xilas ola biləcəkmi? Bu sualın cavabı romanda əks olunub.
Onu da qeyd edək ki, "Boşluqdan qaçış" müəllifin
ilk romanıdır. Bundan
əvvəl çap olunmuş
"Qogenin ikinci
qadını" və "İndulgensiya"
kitablarında Nicat Həşimzadənin
qısa hekayələri və publisist
yazıları yer almışdı.
Kitabın təqdimatı iyunun 30-u, saat 16:00-da kitabevim.az
mağazasında keçiriləcək.
525-ci qəzet.- 2019.- 29 iyun.- S.16.