"İLESAM"ın yeni sayı Nəsimiyə həsr edilib

 

 

İLESAM (Türkiyə Elm Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi) eyni adlı jurnalının 17-ci sayını böyük Azərbaycan şairi İmaməddin Nəsimiyə həsr edib. Jurnalda Türkiyənin Azərbaycanın tanınmış qələm adamlarının Nəsimi haqqında məqalələrinə yer verilib. Professorlardan Atabey Kılıçın "Seyid Nəsimiyə dair", Ziya Avşarın "Nəsiminin dünyasında bir gəzinti", Özer Şenödeyicinin "Nəsiminin şeirlərində insana verilən dəyərin ifratı", Xalq yazıçısı Anarın "Şairin hünəri", Azərbaycan alimlərindən Səyyad Aranın "Seyid İmadəddin Nəsimi - ədəbiyyat üfüqündə doğan günəş", Vüqar Əhmədin "Nəsiminin dini-fəlsəfi görüşləri", professor Qəzənfər Paşayevin "Nəsimi aşıq yaradıcılığı" məqalələrini, Xalq şairi Bəxtiyar Vahabzadənin "Allah" şeirini, Mahmud Əkkamın "Edamdan sonra başlanan həyat" yazıısını "İLESAM"ın 17-ci sayında oxumaq mümkündür.

Nəsimiyə həsr edilmiş buraxılışın üz qabığında Xalq rəssamı Arif Hüseynovun əsəri yer alıb.

Qeyd edək ki, "İLESAM" jurnalı yüksək tirajla çap edilir və çoxsaylı abunəçiləri ilə yanaşı, Türkiyənin bütün kitabxanalarna paylanılır.

 

525-ci qəzet.- 2019.- 29 iyun.- S.16.