Mərkəzi Elmi Kitabxanada Fəxrəddin Əlinin əsərləri sərgilənir

 

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam  Fəxrəddin Əlinin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.

Fəxrəddin Əli 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində dünyaya gəlib. Onun yağlı boya ilə çəkdiyi rəsm əsərləri Azərbaycanda xarici ölkələrdə müxtəlif sərgilərdə nümayiş etdirilib. Sərgidə rəssamın Nəsirəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid digər sənətkarların əsərlərinə - Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud",Nizami Gəncəvinin "Xəmsə", Saib Təbrizinin "Mehr müştəri", "Azərbaycan muğamı" mövzularında çəkdiyi miniatürlər nümayiş olunur. Sərgidə müəllifin "Şəhidlər" xalçası, işlədiyi şəxsi portretlər, "Türkiyə" mövzusunda rəsm əsərləri kitablarıda yer alır.

Sərgi bir həftə davam edəcək.

 

525-ci qəzet.- 2019.- 29 iyun.- S.12.