Məhəbbətdən doğan
əsər
1973-cü ildə dahi
şairimiz Nəsiminin
anadan olmasının
600 illik yubileyi Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə
təntənəli şəkildə
keçiriləndə mən
İraqda ezamiyyətdə
idim. Xalq şairi Qabilin
çox böyük və sanballı "Nəsimi" poemasını
özümlə İraqa
aparmışdım.
Bağdadda çıxan "Qardaşlıq"
dərgisində (sayı
1-2, 1973, s.34-35) Nəsimi və
Qabilin poeması haqqında məqalə çap etdirdim. Möhtərəm Prezidentimiz İlham Əliyevin "Nəsimi ili" elan etdiyi 2019-cu ildə güman edirəm, dahi şairimizi və Xalq şairi
Qabilin "Nəsimi"
poemasını iraqlı
soydaşlarımıza vaxtilə
necə təqdim etməyim oxucular üçün maraqlı
olar. Eyni zamanda, bununla,
haqq dünyasında olan hər iki
şairimizin ruhunu şad etmiş olarıq.
Bu il əylul
(sentyabr) ayında böyük şair, ana dilində şeir yaradıcılığını
göylərə qaldıran
filosof şair İmadəddin Nəsiminin
anadan olmasının
600-cü illik yubileyi Bakıda təntənəli
şəkildə qeyd
ediləcək. Bu münasibətlə Azərbaycan
şairi Qabil iki cildlik "Nəsimi" əsərini
yazmışdır. Sovet Azərbaycan
şairlərinin orta nəslinə mənsub olan Qabil bu
əsəri yazana kimi bir çox
başqa kitablar da yazmışdır.
Onun "Səhər açılır", "Sahil
işıqları" "Ömrüm boyu",
"Mənim mavi Xəzərim", "Mehparə",
"Qoy danışsın
təbiət" kitabları
sevilə-sevilə oxunmaqdadır.
Şair Qabil "Nəsimi" əsəri üzərində
on ilə yaxın işləmişdir. O, şairin həyat və yaradıcılığına dair
çoxlu kitablar oxumuş, bir çox məxəzləri
araşdırmış və
nəticədə fikir
və əqidə qəhrəmanı, öz
əqidəsi uğrunda
dərisi soyulan Nəsimiyə layiq əsər yaza bilmişdir. Xalq şairi Süleyman
Rüstəm Qabilin
"Nəsimi" əsərinə
yazdığı məqalədə
göstərir ki, bir gənc şair
kimi Qabilin istedadına biz yaşlı
nəsil çox ümid bəsləyirdi.
İllər keçdi, Qabil
bizim ümidimizi doğrultdu. Biz Qabilin
bir gün böyük bir əsər yazacağına
əmin idik...
Qabil əsərini Nəsimiyə
müraciətlə başlayır:
Ulu əcdadımın yanar nəfəsi!
Sənsiz boğularam, havasız ollam.
Əsilsiz etməsin tarix heç kəsi,
Sənsiz - zəminəsiz, mənasız
ollam.
Ana dilimizin axar-baxarı,
Şerində bir daha aşikar
oldu.
Böyük Füzulinin şah
misraları,
Sənin bünövrəndə bərqərar
oldu.
Şair
Qabil Nəsiminin dilinin saflığına,
büllurluğuna həsəd
aparır:
O uzaq, o qədim lisana bir bax,
Büllur bulaq kimi süzülər,
çağlar.
Əsər var yazılıb
otuz il
qabaq,
Otuz cür lüğətə ehtiyacı
var.
Alimlərin göstərdiyinə görə,
Nəsiminin Şah Xəndan adlı qardaşı varmış. O, Nəsimiyə
həmişə ağıllı
məsləhətlər verərmiş.
Bu, şair Qabilin
nəzərindən qaçmamış
və əsərdə
öz yerini tutmuşdur.
Hər ömrün var öz baharı, öz xəzanı,
Bir gün verir, bir gün
alır Allah canı.
Ölüm heyrət doğurmasın
səndə gərək,
Ölüm dəhşət doğurmasın
səndə gərək.
Heç
nə yoxdur ondan rahat, ondan
asan,
Buna görə saymır
onu qadir insan.
Həqiqətin dərgahında zəvvar
olan
İgidlərə ölüm yoxdur.
Ruhu sonsuz bahar olan
Şəhidlərə ölüm yoxdur.
Nəsiminin yaradıcılığına X əsrdə öz etiqadı ıığrunda
Bağdadda dar ağacından asılan Hüseyn Mənsur Həllacın təsiri az olmamışdır.
Məhz buna görədir ki, şair ilk vaxtlarda Hüseyni məxləsi ilə şeirlər yazmışdır.
Lakin Nəsiminin bir şair kimi yetişməsində Fəzlullah
Nəiminin böyük
təsiri olmuşdur.
Bu məsələlər də
şair Qabilin "Nəsimi" əsərində
inandırıcı bir
şəkildə öz
əksini tapır:
Elə bil qəlbimdə səsləndi bir tel,
Fəzlullah ismini eşidən saat.
Elə bil dedilər ey dili-qafil,
Bu adda açacaq
əqlin qol-qanad.
O, sənin əqidən, sənin ilhamın,
O, həm səadətin, həm fəlakətin.
Məslək ehtirasın, yanar
ilhamın,
Xalqın şöhrətinə dönən
şöhrətin.
Həqiqi
adı Əli-Seyid Əli olan Nəsimi
ilk zamanlarda Seyid və Hüseyni məxləsi ilə şeirlər yazsa da, Fəzlullah Nəimi ilə tanışlıqdan sonra onun adına
Nəsimi məxləsi
seçmişdir. Bu tarixi məsələlər
də Qabilin əsərində hərtərəfli
işıqlandırılmışdır.
Şair Qabilin əsərində heca və əruz
vəznindən məharətlə
istifadə olunmuşdur.
Onun qəlblərə axan şeir parçalarını
oxuduqca oxuyur və sevinirsən. Aşağıdakı gəraylılar
deyilənləri təsdiqləyir:
Bu dünyada nəyim
qaldı?
Varisim də, varım da siz.
Aydan arı, sudan
duru,
Namusum da, arım da siz.
Qoy tonqallar çevirsinlər,
Bircə ovuc, külə sizi.
Çevirməsin bişərəflər,
Tapdalanmış gilə sizi.
Xalq ədəbiyyatını gözəl
bilən Qabil, yeri gəldikcə ondan elə məharətlə istifadə
etmişdir ki, əsəri oxuyur, ondan ayrılmaq istəmirsən:
Gecə
dərin, yuxu dərin,
Təbriz yatır şirin-şirin.
Yuxu məlhəm,
yuxu dərman.
Ağrılardan, acılardan,
Adam bir az azad olur.
Oyaqlıqda bir gülməyən,
Röyalarda min şad olur.
Ac toyuqlar yuxusunda
Darı
görür,
Leyli-Məcnun misallılar,
Yuxusunda yarı görür.
Qabilin əsərinin
müvəffəqiyyətli cəhətlərindən biri
də şairin çox təbii dildə yazmasıdır. Mədrəsədə
müəllimin gənc
Nəsimi və yoldaşlarını Fəzlullah
Nəimiyə təqdimetmə
səhnəsi nə qədər səmimi, inandırıcı və
yaddaqalandır:
Bu çatmaqaş Əbdülqadir
ibn Əkbər,
Bütün Şərqi gəzmək
dilər,
görmək dilər.
Təxəyyülü sığışmayır mədrəsəyə,
Səyahətdə şövqü vardır yerə, göyə.
Bu Məhəmməd Əbu Bəkr şirvanlıdır,
Musiqinin aludəsi, heyranıdır.
Sazda ozan, neydə çoban məharətli
Bəstələri, qoşquları təravətli.
Hələ adı Məhəmməddir bıı nur cavan
Onu ali edəcəkdir
bir vaxt zaman.
Böyük söz ustası haqqında söz demək, onun
haqqında əsər yazmaq şairdən
böyük cəsarət tələb edir. Ömrünün on ilinə yanmayan, bu amala həsr edən şair Nəsimiyə layiq
əsər yarada bilmiş
və elə bil ki,
"Onu ali edəcəkdir
bir vaxt zaman" misrasını özü
haqqında demişdir.
Qəzənfər PAŞAYEV
Professor
525-ci qəzet.- 2019.- 5 mart.- S.6.