Yeddinci onilə layiqli yekun   

 

PROFESSOR NİZAMİ XUDİYEVİN 70 YAŞINA

 

 

Hər bir alim, yaradıcı insan haqqında söhbət düşdükdə, ilk növbədə onun əsərləri, elmi irsi göz önündə canlanır. Bu mənada Azərbaycanın filologiya elmində öz dəst-xətti ilə seçilən alimlərimiz az deyil. Belə alimlərdən biri türkoloji ictimaiyyətin yaxşı tanıdığı professor Nizami Xudiyevdir.

Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Nizami Mənaf oğlu Xudiyev müasir Azərbaycan dilçiliyini öz araşdırmaları, monoqrafiya dərslikləri ilə zənginləşdirən alimlərimizdəndir. Vətəndaşlıq mövqeyi, təşkilatçılıq bacarığı ilə diqqəti cəlb edən ziyalılarımızın ön cərgəsində addımlayan N.Xudiyevin elmi tədqiqatları daha çox bədii dil, Azərbaycan ədəbi dilinin tarixi, leksikologiyası, söz yaradıcılığı, türkoloji dilçilik, eləcə linqvistik tərcüməşünaslıq, üslubiyyat poetika məsələləri, qədim türk abidələrinin dili, nitq mədəniyyəti, terminologiya, ana dilimizin tədrisi metodikası kimi aktual sahələri əhatə edir. 40-dan çox monoqrafiya, seçilmiş əsərlərinin çoxcildliyi, dərslik, dərs vəsaiti proqramlar, elmi-metodiki, praktik vəsaitlər lüğətlər N.Xudiyev qələminin məhsuludur. "Azərbaycan ədəbi dili tarixi", "Azərbaycan ədəbi dilinin sovet dövrü", "Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı", "Azərbaycan ədəbi dilinin zənginləşmə yolları", "Yazıçı dili üslubu", "Azərbaycan ədəbi dilinin təşəkkülü", "Tərcümə ədəbiyyatı ədəbi dilimiz", "Televiziya radio dili" başqa elmi əsərləri onun elmi yaradıcılığının heç tam olmayan siyahısıdır.

Professor Nizami Xudiyev müasir dilçiliyimizdə öz sözü, mövqeyi olan tədqiqatçılardandır. Bununla yanaşı, o, hər dəfə söhbət düşdükdə qazandığı uğurlara görə mərhum akademiklər - M.Şirəliyevi, Ə.Dəmirçizadəni, akademiyanın müxbir üzvləri, professor A.Qurbanovu, Zərifə Budaqovu başqa alimləri minnətdarlıqla xatırlayır. N.Xudiyevin araşdırmalarında dilimizin leksikası, dilçiliyimizin leksikologiya söz yaradıcılığı, nitq mədəniyyəti sahələri xüsusi yer tutur.

Professor Nizami Xudiyev öz tədqiqatlarında ilk növbədə müaciət etdiyi mövzunun elmi-nəzəri əhəmiyyətini, aktuallığını, gərəkliliyini dərindən əsaslandırır bu sahədə gələcəkdə araşdırmalar aparılması üçün istiqamətləri müəyyənləşdirir. Misal çəkdiyimiz mülahizələr fikrimizə əyani sübut ola bilər: "Lüğət tərkibinin inkişafı mahiyyət etibarı ilə mürəkkəb hadisədir. Burada həm ədəbi dilin struktur-funksional təkamülü, həm ictimai idrakın tərəqqisi ehtiva olunur. Odur ki, lüğət tərkibi eyni zamanda, həm linqvistik, həm fəlsəfi-psixoloji məzmunda dərk edilir. Leksik-semantik inkişafın linqvistik planı ilə fəlsəfi-psixoloji planı ictimai təfəkkür ümumiliyində birləşir; lüğət tərkibinin inkişafını universal kontekstdə araşdırmağın metodoloji əsasları işlənib hazırlanmadığı üçün müəyyən differensial keyfiyyətlərin uyğun təsvirini vermək bir sıra hallarda mümkün deyil".

N.Xudiyev əsərlərində özündən əvvəllər söylənmiş fikirlərə diqqətlə yanaşmaqla bərabər, bu sahədə onu narahat edən məsələləri ön plana çəkir, obyektivlik mövqeyindən mülahizələrini bildirir. Razılaşmadığı fikirləri isə alimlik etikası, tənqid mədəniyyəti ilə açıb göstərir. Əgər o, ədəbi dil tarixindən bəhs edirsə, burada dövrləşdirmə haqqında bütün bölgüləri, təsnifatı verir, eyni zamanda, özü alternativ təsnifat təklif edir. Əgər söz yaradıcılığı məsələlərindən danışırsa, bu zaman zənginləşmədəki üsul vasitələri sadalayır, həmçinin, bunların hər birinin hansı dövrə, zamana uyğun olduğunu göstərir. Bütövlükdə tədqiqatçı üçün zəruri olan bütün şərt elmi keyfiyyətlər alimin əsərlərində aydın əks olunub.

Hamıya aydındır ki, Azərbaycanın müstəqilliyi, respublikada demokratiya prinsiplərinin bərqərar olması, dilimizin həqiqi mənada dövlət dili funksiyası daşıması, nəhayət, milli özünüdərk prosesinin güclənməsi inkişaf etməsi ədəbi dilimizi xəlqi prinsiplər əsasında yeni normalaşma prosesinə daxil edib. Bütün bunlar isə dilimizin tədqiqinə daha diqqətlə yanaşmağı tələb edir. Azərbaycan dilinə dövlət səviyyəsində qayğı himayə göstərilməsi dilçilər qarşısında mühüm təxirəsalınmaz vəzifələr qoyur. Ulu öndərimizin Azərbaycan dilinə böyük məhəbbət qayğı ilə yanaşaması minillik tarixi olan dilimizin bu gün ən aktual problemlərini bizə diqtə edir: "Dilimiz çox zəngin ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir bu dildə danışmağımla fəxr edirəm" (Heydər Əliyev). Təsadüfi deyil ki, professor Nizami Xudiyev "Heydər Əliyev Azərbaycan dili" ("Təhsil" nəşriyyatı, 1997. Redaktoru prof. Ağamusa Axundov) monoqrafiyasına Heydər Əliyevin söylədiyi bu cümlələri epiqraf seçmişdir. Kitabın elmi ictimai dəyəri orasındadır ki, müəllif ilk dəfə olaraq həmin monoqrafiyada böyük ictimai-siyasi xadim dövlət başçısı ulu öndərin ana dili barədə sistemli mülahizələrini, nitq mədəniyyəti natiqlik məharətini zəngin faktlar əsasında təhlil tədqiq etmişdir.

Nizami Xudiyevin "Heydər Əliyev Azərbaycan dili" monoqrafiyasından sonra Mübariz Yusifovun "Dahi şəxsiyyətin nitq fenomenliyi" Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış "Heydər Əliyev dil haqqında" "Heydər Əliyevin dili" kitabları həm dövlət başçımızın ana dili məsələlərinə doğma münasibətini aşkarlamaqla, həm nitq mədəniyyəti işinin ümumxalq, dövlət səviyyəsində qiymətləndirilməsində, həm Heydər Əliyevin əsərlərinin, çıxış nitqlərinin dili üslubunun tədqiqində dəyərli təşəbbüslər kimi qiymətlidir.

N.Xudiyevin bir çox elmi əsərləri tətbiqi-əməli xarakter daşıyır. Onun ədəbi dilimizin tarixinə dair seminar-məşğələlərinə, nitq mədəniyyətinə, orfoqrafiyaya, terminologiya durğu işarələrinə həsr olunmuş əsərlərini bunlara nümunə gətirmək olar. Professor N.Xudiyev "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin təkmilləşdirilməsində böyük zəhmət çəkmişdir. Bütün bunların  respublikamızda dil quruculuğu sahəsində xüsusən tətbiqi dilçilikdə mühüm əhəmiyyəti vardır.

N.Xudiyevin elmi əsərlərinə, monoqrafiya kitablarına yazılmış resenziya rəylərdə onun elmi yaradıcılığı layiqli qiymətini almışdır. N.Xudiyev Vətənimizdən uzaqlarda da yaxşı tanınır. O, dəfələrlə Türkiyə, İran kimi Şərq ölkələrində, beynəlxalq elmi konfranslarda məruzələr etmişdir. Onun "Azərbaycan ədəbi dili tarixi" kitabı Türkiyə İranda (latın ərəb qrafikası ilə) nəşr edilmişdir.

N.Xudiyev həmçinin, elmi kadrların hazırlanmasına da rəhbərlik edir, doktorluq üzrə birləşmiş müdafiə şurasının üzvüdür. N.Xudiyev müəyyən vaxtlarda ADPU-nun rektoru, Azərbaycan TeleviziyaRadio verilişləri Şirkətinin Sədri kimiali vəzifələri də yerinə yetirmişdir. Hazırda ADPU-da kafedra müdiridir. Bütün bunlarla yanaşı, o, həm də Milli Məclisin üzvüseçilmiş, əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etmiş ictimai xadimdir.

Professor Nizami Xudiyevin bu günlərdə 70 yaşı tamam olacaq. Bununla əlaqədar ona birinci növbədə cansağlığı, bizi yeni-yeni elmi əsərləri ilə sevindirməyi arzulayırıq. Nizami Xudiyevi yubileyi münasibətilə təbrik edir, ona elmi, ictimai fəaliyyətində uğurlar diləyirik.

 

İsmayıl MƏMMƏDLİ

AMEA Nəsimi adına Dilçilik İnstitutu "Tətbiqi dilçilik" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor           

 

525-ci qəzet.- 2019.- 5 mart.- S.6.