Bu da bir payızdı...

 

Bu da bir payızdı, düşdü budaqdan

Günlərin əlvanı, yaşılı getdi...

Nazladı, oxşadı çiçək payını,

Atdı dərələrə, daşlara getdi...

Gözümdən od düşdü öz ürəyimə,

Basdı çox vədəsiz koz ürəyimə,

Bir şapalaq çəkdi tərs, ürəyimə

Qarışdı göz nurum yaşlara getdi...

Mən düz anlamadım vədini deyək.

Aşdım bərəsini bəndini deyək,

Ay vaxtsız-vədəsiz qəddimi əyən,

Ömrüm "heyif"lərə,"kaş"lara getdi...

İstəyirsən Günəş alım mən sənə?..

Bu da belə, bu da səhv bir aldanış,

İstəyirsən səhvlərini düzəldim?

Günəş olum qışın kiçik çilləsi,

Qarı, buzu bircə günə əridim...

Sən otur xalça toxu, hana qur,

Lap istəsən çörək bişir təndirə...

Ocağına odun tulla, sönməsin,

Pay da bağla salladığım kəndirə.

Qış gecəsi yaman olur yalnızlıq,

Duman olur, çən gətirir dan üzü.

Sevənlərin Allahı var yaxşı,

yaxşı bitmir ümid-arzusu..

Yenə tutdu damarımın tərsliyi,

Gəlmədi ki, heç eynimə iynələr.

Toxuduğun xalçaya bir naxış vur,

Hey oxusun əriş, arğac, ilmələr...

İstəyirsən Günəş alım mən sənə?..

Qarı-buzu bircə günə əritsin!..

İkimizin bircə şansı qalıb ta,

O da qoşa qocalıqsa...

Qocaltsın...

Bir ağlayarmı

 

Bir ağlayarmı bu dəniz səni,

Bir gül taxarmı saçına gecə.

Bax elə indicə bu yer üzündən,

Səni çıxaracaq sonuncu küçə.

Bir az həyəcan var baxışlarında,

Bir az nigaransan, bir az şübhəli.

Kim bilir qəlbindən keçir indi,

Kim keçir önündən nazlı-qəmzəli...

Darıxır sabahın açılmasına.

Darıxır ovcunda xatirələrin.

Bax yolun sonuna daha qalır.

Açılır, yumulur vaxt çiçəkləri.

Sən təkcə gəlmisən, tənha gəlmisən,

İndi bu yola da tək çıxacaqsan.

fərqi getdiyin yerdə elə,

Gəldiyin yer üçün darıxacaqsan!..

Yadından çıxmasın, qoy sənə deyim,

Bir dəniz şəkli götür özünlə.

Həmdəm tapmayanda qəm bölüşməyə,

Bir tənha güşə tap, otur özünlə...

...Bir xatırlamaz..,

unutmaz da heç,

Qayıdıb bir ulduz taxar saçına.

Bu dəniz, bu gecə, eh bu da ki, sən

Macəra gəzirdin...

bu da macəra....

 

Yaxşı ki yadımda qalmamısan sən...

 

Gəlişin verdi getdin ola.

Bu da bir qismətdi görüşdük elə

Sonra da ayrıldıq... ola... ola...

Gülüm bu həyatdı hər şeyi gözlə

Bunun qəzası var, xəstəliyi var...

Bunun bildiyimiz bilmədiyimiz

Tanrı qarşısında öhdəliyi var.

Bir görərdin ki, gəlib görərdin

Durduğu yerdəcə yanıb evimiz!

Su gəlib altında qalıb evimiz.

Deyərdin qismətdən çıxıb evimiz.

Ev yüz sevincin qəmin şahidi.

Ağlasan ağlayar şad olar gülsən

Bilsən düşünür haraya gələn

deyib hönkürür sonuncu gülən.

Darıxma geciksə bahar darıxma

Ömründə yengələr çalıb oynasa.

Saçını küləklər yolub oynasa.

Hələ durulmasa sular darıxma..

Fikir eləmə, indi yüz fikir

Bircə gedənini döndərə bilməz.

Silib ağır yüngül günahlarını

Mələktək cənnətə göndərə bilməz.

Görüşdük eləcə... ayrıldıq belə...

Qismət deyiləndən qaçmaq çətinmiş..!

Yaxşı ki, yadında qalmamışam mən.

Yaxşı ki, dünyada həsrət var imiş...

 

Heç heçə

 

Bu gecə məni sevmədi

Mən bu gecənin olmadım.

bir köz verdi isinəm,

bir xatirə qoymadı...

Çox baxdım tanıyammadım.

Bilmədim yaşı neçəydi.

Ayrılanda ovcumuz boş,

Hesabımız heç-heçəydi...

 

Mənsiz yana-yana yaşayacaqsan...

 

sevən olacaq səni mənimtək,

duyub anlayan ta indən belə.

Həsrətin qoparıb səni qəlpətək

Qaytarıb özünə çırpacaq hələ..

Məni unutmağa tələsməyin

Məni yaddaşına möhürləyəcək.

Gündə neçə dəfə, ah neçə dəfə

Xatirəm gör səni sehirləyəcək...

Bir gün tanış olub bir yad baxışla

zədən sevməyə çalışacaqsan.

Həmin yad qadını basıb bağrına

Sən mənim adımla oxşayacaqsan...

Olacam evinin xəyal qonağı

Hər an gözlərinə görünəcəyəm.

Aşıb sərhədləri, qadağaları

Qəlbinin içində döyünəcəyəm.

İkili həyatdan usanıb bir gün

Sən məni çıraqla axtaracaqsan.

Quru divarlara dəyəcək əlin

Havasız evində boğulacaqsan...

Tanrı təzədən verəcək məni

sən mənimlə rastlaşacaqsan.

Sevgidən o yana qalan ömrünü

Mənsiz yana-yana yaşayacaqsan.

***

 

Evimizin damı

Çökür sənsizliyə.

Ürəyim qar tumu

Səpir sənsizliyə.

Quş aparır dən-dən.

Torpaq udur qəm-qəm.

Ləçəkləri rəng-rəng,

Kökü sənsizliyə.

Çıxıb gedir dost da

Mələk , şeytan da..

Şəklimi divarda

Çəkir sənsizliyə.

Çəkir sənsizliyə.

Getməyin neçə adı var..

Getməyin neçə adı var

Bu gediş su içimi.

Gedənin borcuna

Çatlayır bağrı içimin.

Qurd kimi ulayıb keçir.

Oğrudu talayıb keçir

Dərdlərin alayı keçir

Doğrayır sancı içimi.

Şeytandı, mələkdi bilməm

Gedib görməyincə ölməm

Göydən düşməyən üç alma

Yandırır yaxır içimi.

Dininə qurban dinsizim

Yoluna qurban yolsuzum

Günah dolu günahsızım

Yurd elə fağır içimi.

Qalır ...gedir adamlar

İlk şəkillərindən tanıyıram adamları,

Şəkil-şəkil payız olur, qış olur... solur,

dəyişir adamlar

Ən çox yaddaşı pozulur...

Sonra üstündən boş şeylər yazılır,

Başlayırlar boş quyuya daş atmağa...

boş-boş işlə baş qatmağa.

Son gedişlərindən tanıyıram adamları...

Bütün gəlişlər eyni olur...

həmişə

gəliş bir ayrı səhnə!

Gedişsə... eh,

gedişə çox şey mahna olur...

Ölümündən tanıyıram adamları...

Ölüm hər şeyə nöqtə qoyan son söz, son hökm...

son səs!..

Ölüm var yandırar...

Ölüm var qandırar...

Ölüm var sındırar adamı...

...Şəkil-şəkil gəlir,

Səhnə-səhnə qalır,

Mahna-mahna gedir adamlar...

Yavaş-yavaş dağılırlar dostlarım

Biri elə, biri belə...

başımdan.

İpək kimi xasiyyətim olsa da,

Biri keçmir bircə gilə suçumdan..

Yerdə qalır...

heç bilmirəm qalır...

Yerdə qalan məni ümid biləndi.

Əsib keçir yel aparan sevgilər

Düşüb qalan könlümü səmt biləndi...

Bu gecə haram oldu bal yuxum

Yazdım, pozdum, qaralmadı bir vərəq...

Kimsə varmı bu qapını bağlaya

Kimsə varmı hay deyəndə hay verə...

 

 

Şahnaz Şahin

525-ci qəzet.- 2019.- 5 mart.- S.7.