Siseronun məhkəmədə qələbə
çalması
SİSERON -
NATİQLİYİN SİNONİMİ
(Əvvəli
ötən şənbə sayımızda)
Metell ailəsi bu vaxt hakimiyyətin kulminasiya nöqtəsində
idi.
Üç qardaş - Kvint, Lutsi və Mark bir neçə il idi ki, Romada ağalıq edirdi. Ən qorxulusu ikinci qardaş Lutsi idi. O, Siseronu
qubernator sarayındakı kral otağında qəbul etdi.
Yerindən qalxmadan dedi ki, “Roma əyalətində qiyam
qaldırmaq xəyanətkar bir cinayətdir”. Siseron cavab verdi ki, “Bu da xəyanətkar bir cinayətdir
ki, xalqı və Roma xalqını, onun təyin etdiyi təmsilçini
öz vəzifəsini yerinə yetirməyə görə
kimsə təhqir etsin”. Onu da əlavə etdi
ki, “Qubernator, mən sizi əmin edirəm ki, xalqın qəzəbi
Romaya qarşı deyil, Verresə qarşıdır”. Metell bildirdi ki, “sən özünü irəlilətmək
üçün bu şansdan istifadə etmək istəyirsən”.
Sonra sıçrayıb ayağa duraraq dedi: “Mən səhər
götürdüyünüz sənədləri geri
qaytarmağı əmr edirəm”. Qubernator Metell
Siseronla belə danışmaqda səhv edirdi, Roma
qanunlarına hörmətsizlik göstərirdi.
Siseron bildirdi ki, qubernator unutmasın ki, azad Roma vətəndaşına
müraciət edir və o, özünə həvalə
edilmiş vəzifəni yerinə yetirəcəkdir. “Görünür,
siz, Lutsi Metell, Verresin layiqli varisisiniz”.
Qədim
romalının özünü təhqirdən, alçalmadan
qorumaq üçün “Civis Romanus sum” - “Mən Roma vətəndaşıyam”
sözlərini deməsi kifayət idi. Qədim Roma dövlətinin
bütün ərazisində, hər bir əyalətində
Roma vətəndaşlığı onun hüquqlarını
tam şəkildə qorumaqla, ona malik olanlara az
qala tam toxunulmazlıq verirdi. Böyük Britaniyanın sonralar
baş naziri olmuş lord Palmerston, 1850-ci ildə Xarici
İşlər naziri vəzifəsini icra edərkən bir
Britaniya təbəəsi olan, həmin adam həm də
İberiya (İspaniya) yəhudisi idi, Don Pasifikoya, Yunanıstan
dövlətinin ona olan borcunu ödəmədiyinə görə
Afinanın bombardman edilməsi təklifini Parlamentdə
müdafiə etmişdi. Bu vaxt o, Britaniya təbəələrinin
də özlərini alçalmadan qorunmaq üçün
Roma vətəndaşlarınin yuxarıdakı bircə kəlmədən
faydalandıqları hüquqdan eyni qaydada istifadə etmələri
lüzumunu irəli sürmüşdü.
Verres rüşvət verməyə pulu olmayanları
kimdənsə borc almağa məcbur edirdi. Beləliklə,
Verres rüşvət tələb edirdi və qurbanına təkid
edirdi ki, Karpinatidən lazım olan nəğd pulu borc
götürsün. Rüşvət verənlər
isə öz hüquqlarını yaxşı bilmirdilər.
Romalılarda yaxşı bir zərb-məsəl var idi:
“İqnorantia non est arqumentum” - “Bilməmək, hali olmamaq
arqument deyildir”. Siseron Verresi “parlaq əclaf,
parlaq tamahkar, səfeh əclaf” adlandırırdı. Sənədlər
isə Qay Verrusinin adına rəsmiləşirdi,
əslində isə heç bir Verrusi yox idi, bu, Verresin
özü idi.
Siseronun məhkəmədə qələbə çalması
Reqiumdan Romaya səfər nisbətən asan idi. Siseron öz ittihamlarını Verresin korrupsiyasına, vergi yığanda və rəsmi gəlir götürüləndə rüşvətə, özəl və munatsipial mülkiyyəti qarət etməyə və nəhayət, qanunsuz və tiranlara xas olan qaydadakı cəzalar bölməsinə ayırırdı. Şahid bəyanatları və məlumatları müvafiq qaydada qruplaşdırılmışdı.
Siseronun başlıca qayğısı isə edil seçilmək üçün fonda malik olmaq idi. O, bunun üçün pul toplamalı idi. Krass, yəqin ki, ona borc pul verməyəcəkdi.
Konsul seçkisində Pompey nəhayət, qalib elan
edildi. Hortensi Kvint Metellə birlikdə ikinci konsul vəzifəsi
uğrunda mübarizə aparırdı. Mark
Metell pretor seçilmək üçün səslərin
çoxunu aldı. Keçmiş konsul
Verresi qucaqlayıb demişdi ki, “bugünkü seçki sənin
bəraət almağın deməkdir”.
Siseron bilməli idi ki, Pompey onunla görüşməyə razılıq verəcəkdir. O, Sezarı da çoxdan tanıyırdı. Tərəfdarları isə Sezar haqqında deyirdilər ki, o, hətta beşikdə olandan dahidir. Özünü yüksəltmiş adam olan Siseron onlara nifrət və paxıllıq edirdi. Sezarın özü də inanırdı ki, o, Veneranın birbaşa törəməsidir, aşağıdan qalxanlardan isə başqalarının işinə qarışanlar kimi zəhləsi gedirdi.
Siseron çox işləyirdi, bir dəfə qulu Tirona demişdi ki, təşviş keçirmə, - biz öləndə elə vaxt gələcəkdir ki, kifayət qədər yatacağıq.
Avqustun 5-də Mark Qney Pompeyin və Mark Lutsi Krassın konsulluğunda, Steninin ilk dəfə Siseronun yanına gəlməsindən bir il doqquz ay keçirdi. Artıq məhkəmə öz işinə başlamışdı. Siseron ayağa durub çıxışına başladı. Hortensi Korneli qanununa əsaslanaraq tələb etdi ki, ittihamçı 48 şahiddən artıq siyahı verməməlidir, Siseron isə məhkəməyə ikiqat artıq şahid gətirmişdi ki, onları qorxuda bilməsinlər. O, çıxışında dedi:
- Məhkəmə centlmenləri! Bu böyük siyasi böhranda sizə indi təklif edilən heç də insan müdrikliyindən irəli gəlmir, birbaşa göylərin hədiyyəsi kimidir, bu şeyə isə sizin əksəriyyətiniz möhtacsınız. İnam baş tutacaqdır, respublikaya və sizin özünüzə zərərli olan bir iş baş verəcəkdir, - bu məhkəmələr senatorlardan ibarət jüri ilə aparılır və heç vaxt kifayət qədər pula malik olan adamı məhkum etməyəcəkdir.
Kütlə bu sözləri eşitdikdə qışqırdı: “Sən burada səhv etmirsən”.
Siseron çıxışına davam etdi:
- Lakin mənim ittiham etdiyim adamın xarakteri elədir ki, siz öz yaxşı adınızı bərpa edə bilərsiniz. Verres xəzinəni qarət etmişdir və özünü dəniz qulduru kimi aparmışdır, öz Siciliya əyalətində taun xəstəliyi yaymaqla onu məhv etmişdir. Siz təkcə bu adamı təqsirkar sayın və sizin iradəniz hesabına düzgünlük bərpa olunacaqdır. Əgər siz bunu etməsəniz, - onun nəhəng var-dövləti sizin vicdanlılığınızı parçalayıb dağıtmaq üçün kifayətdir, - onda yaxşı mən azı bir şeyə nail olacağam. Millət Verresin haqq olduğuna və mənim səhv olduğuma inanmayacaqdır, - lakin onlar Roma senatorlarından ibarət jüri barədə hər şeyi bilməyə ehtiyac duyduqlarını əminliklə öyrənəcəklər.
Bu, çıxışın başlanğıcı üçün yaxşı sözlər idi: “Qoy mən sizə indi Verresin ağlında olan həyasız və qanlı planı deyim. O bilir ki, mən onu quldur kimi çökdürəcəyəm və təkcə məhkəmədəki dinləmələrlə deyil, ancaq bütün dünyanın gözü qarşısında. Bunun əksinə, o, aristokratiyanın rəyinə o qədər aşağı baxır və inanır ki, senatorlar məhkəmələri bütünlüklə yoxa çıxmışdır və görünür, bununla o, açıqca lovğalanır ki, öz mühakiməsinin təhlükəsiz olacağı məlumatını satın almışdır. O, təkcə jürini deyil, həm də konsul seçkisini də özünün iki titullu dostu naminə təhlükəsiz şəkildə satın almışdır. Onlar mənim şahidlərimi qorxutmağa cəhd etmişlər”.
Çıxışın bəyənilməsi ifadəsi kimi hay-küy qalxdı. Metell hirslə ayağa durdu. Hortensi ilə o, qəzəblə Siserona jest nümayiş etdirdilər.
Siseron
dedi: “Metell, mən sənə təəccüb edirəm. Şahidləri, xüsusən Siciliyada bədbəxtliyə
düçar olmuşları qorxutmağa cəhd etməklə,
onlarda seçilmiş konsul kimi qorxu yaratmısan. Sən qardaşlarının da hakimiyyətindən
istifadə edirsən - məgər bu, hüquqi korrupsiya
deyilmi, bunun nə olduğunu bilmək mənə xoş
olardı. Niyə sən bir əclafa
görə öz borcundan və şərəfindən imtina
edirsən. Mən sənə bunu deyirəm: Verres gəzib,
hər yerdə deyir ki, onun gərginliliyinə görə sən
konsul olmusan və yanvardan etibarən o, iki konsula malik
olacaqdır və məhkəmənin sədri də ona
yararlı olacaqdır.
Verres hirslə öz vəkilinə əl işarəsi
etdi ki, buna son qoysun. Məhkəmənin işi isə
yalnız bayramlardan sonra, Mark Metell jüri üzvü olanda bərpa
olunacaqdı.
Siseron
çıxışında dedi: “Ən böyük təhlükə
ondadır ki, mənim ittiham etdiyim adam
barmaqlarımın arasından sürünüb
çıxacaqdır. Hortensi, bu da düzdür
ki, mən sənin oyununu oynamayacağam. Mən
işin yanvaradək uzanmasına imkan verməyəcəyəm
ki, o vaxt sən və Metell konsullar kimi mənim şahidlərimi
qorxutmaq üçün öz liktorlarınızdan istifadə
edəsiniz. O, davam etdi: “Bu gün dünyanın
gözü bizə dikilmişdir, görən, adamlar öz
vicdanlarına qulaq asacaqlarmı və qanuna riayət edəcəklərmi?”
Sonra o, Termedən olan birinci şahidi Stenini dəvət
etdi. Hortensi Steninin nə deyəcəyini bilmirdi.
Steni ona müraciət edərək dedi:
- Sizin
yadınıza düşmürəm, çünki siz
çox məşğul olan adamsınız. Senator,
mən isə sizi xatırlayıram. Siz dediniz ki, Verresi təmsil
edirsiniz, onun nə qədər mülkiyyət
oğurladığı isə məni heç cür
maraqlandırmır, - heç bir məhkəmə heç
vaxt siciliyalının romalı barədə dediyi sözə
inanmayacaqdır.
Prosesin dördüncü günü Verres xəstəliyini
bəhanə edib məhkəməyə gəlmədi.
Siseron isə Roma Forumunda antiaristokratik hərəkatda
böyük rol oynamağa başladı. Onlar isə
özlərini qalib kimi göstərmək istəyirdilər.
O, bir məsələni yada saldı: “Siz qoca adam
olan Sullanın Pompeyin 26-cı ad günündə ona triumf
verilməsini inkar etməyə cəhd edən vaxt, Pompeyin ona
nə dediyini bilirsinizmi?” Onun
sözləri belə idi: “Adamların çoxu batan günəşə
deyil, çıxan günəşə sitayiş edir”.
Siseron
dedi: “Dözülə bilməyən ağrı yükü
barədə düşünün, bu ağrı, bədbəxt
valideynin üstünə düşür, çünki onlar
öz övladlarına rüşvət vasitəsilə həyat
deyil, sürətli ölümü satın alırlar”.
Verres artıq evini yığışdırıb,
sürgünə qaçmağa hazırlaşırdı.
Siseron
şahiddən soruşdu: “Bağışla məni, mən
başa düşə bilmirəm, nəyə görə
Verres yük gəmilərinin günahsız sərnişinlərini
edam etdirmək istəyirdi?”
Şahid:
- O,
adamlara kifayət qədər çox edamı göstərməyə
ehtiyac duyurdu.
- Niyə?
-
Çünki həmin dəniz quldurlarının azad
buraxılmalarına görə, onlardan o, rüşvət
alırdı.
Dənizlərin təhlükəsizliyi üçün
məsuliyyət daşıyan Roma qubernatoru bu vaxt əsl
quldurların özündən rüşvət alırdı. Bu qubernator
Roma vətəndaşlarının azadlığına da əsassız
olaraq hücumlar edirdi. Lakin belə bir
universal prinsip mövcud idi ki, romalılar azad adamlardır.
Nəhayət, Qay Verresin sonu gəlib çatdı. O, gecə düşəndə
maska altında şəhərdən qaçdı və
Şimali Qalliyaya yollandı. Onun aristokrat
dostları indi də burunlarını öz zibillərinə
soxmağa başladılar.
Bir
gün Böyük Pompey Siseron barəsində soruşdu: “O,
haradadır? Dövrümüzün ən
böyük natiqi haradadır?” O, Siseronun evinə gəlib,
adam göndərdi ki, Terentsiyaya desinlər
ki, Böyük Pompey aşağı mərtəbədədir.
Pompey qədəhi
götürüb dedi ki, bu bir neçə gün ərzində,
Siseron, biz sənin proqresinə baxırdıq. Biz
sənin sağlığına içirik. Qoy dünya bizim dostluğumuzu müşahidə
etsin.
Siserona 1,5 milyon sestertsi pul təklif olunurdu. Pompey dedi: “Götür onu”.
Mark Metell rüşvət məhkəməsindən çıxarıldı. Jüri rüşvətlə ələ alınmışdı. Siseron deyirdi: “Onlara ar olsun, bütün Roma qarşısında onlara ar olsun!” Beləliklə, onların təqsirkar elan edilmələrindən başqa bir alternativləri yox idi.
Siseron başqaları ilə birlikdə Lukullun göndərdiyi raportu dinləyirdi. Aristokrat general özünün hesabına görə, bir sıra qəti qələbələr qazanmışdır. Tiqranın səltənətinə girmiş, döyüşdə çarın özünü məğlub etmiş, düşmənin 10 min adamını məhv etmiş, düşmən ərazisinin daha da dərinliklərinə irəliləməklə Nisibis şəhərini işğal etmiş və çarın qardaşını əsir götürmüşdü.
Nə qədər çətin olsa da, inanmaq istəyirsən ki, Siseron, Krass, Pompey, Hortensi, Katul, Katilina və Metell qardaşları, onların özü, ambisiyaları, inşa etdikləri tikililər indi bütünlüklə toza çevrilmişdir.
(Ardı
var)
Telman
ORUCOV
525-ci qəzet.- 2019.- 2 mart.- S.22.