Qələmsiz yazılanlar
Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə
belə cavab vermişdi: “Bəlkə, bu da bir
ədəbiyyat növüdü,
hələ ki bir söz deyə
bilmərəm”.
Dövrün, innovasiyaların yaratdığı
bu janrın mahiyyəti yəqin ki, gələcəkdə
xüsusi araşdırılacaq!
Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən
sosial şəbəkə
statuslarını “fastfood”
yeməklərə bənzədirəm!
Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı
və razılaşmalıyıq!
10 ildir ki, feysbukdayam!
Sosial şəbəkələrin
meydan suladığını
gördüyüm üçün
kitabın və klassik kağız qəzetlərin gələcəyinə
skeptik yanaşmağa
başlamışam!
Statuslar yazmağım isə ovqatımdan asılıdı
- bəzən hansısa
ictimai-siyasi hadisələrə
münasibətimi operativ
olsun deyə sosial şəbəkələrdə
bildirirəm. Hərdən də qaçhaqaç həyatımızda əlçatmaz
olan bədii yaradıcılıq arzusu
yeni status - esselərin
yazılmasına səbəb
olur! Ona görə zaman
keçdikcə geriyə
çevirib baxanda bu statuslar həm
qəlbin, həm ovqatın, həm də sürətlə bir-birini əvəz edən gündəmlərin
xronologiyası təsiri
bağışlayır.
Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında
dərc etdirim?! Bizdə
belə bir təcrübəni xatırlamıram,
xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə ilki mən edim!? - deyə düşündüm.
Beləcə, “Qələmsiz yazılanlar”
kitabından daha bir hissəni “525”in oxucuları üçün
hazırladım.
2019
Allah bu zülmü yerdə qoymaz! Bəndənin gördüyü
zillətdən, çəkdiyi
məşəqqətdən qanı donanda, zalımı, qatili cəzalandıra bilməyəndə
ümidi Allaha qalır! 27 il
əvvəl Ağdamda
sağ qalan Xocalı sakinlərindən
baş verən faciəni ilk eşidənlərin
dilində bu sözlər tez-tez səslənirdi! - Allah bu zülmü yerdə qoymaz! Bu qədər zaman keçib, qatillər hələ də cəzasını almayıbsa... Vaqif Səmədoğlunun misrası
yada düşür: Allaha kömək vaxtıdır!
***
İqtisad Universitetinin (UNEC) tələbələri
Əli Əmirlinin “Ünvansız qatar” pyesini səhnələşdiriblər. Xocalı soyqırımının
27-ci ildönümü ərəfəsində
bu təsirli pyesin tələbələr
tərəfindən Gənc
Tamaşaçılar Teatrı
səhnəsində oynanılması
ilk növbədə Xocalı
faciəsinə gənclərin
münasibətinin ifadəsi,
yaddaşımızı bir
daha oyatmaq, diri saxlamaq baxımından
önəmli oldu.
Tələbələrdən bəzilərinin öz rollarını peşəkar aktyorlar səviyyəsində, olduqca
ürəkdən ifa etməsi bizi heyrətləndirdi. Universitetdə yaradıcılıq Mərkəzinin
yaradılması burdakı
sağlam mənəvi
mühitin göstəricisidir.
Çox
xoşdur ki, UNEC-də mədəniyyət,
ədəbiyyat məsələlərinə,
mənəvi dəyərlərə
belə hörmətlə
yanaşılır. Əminəm ki, belə əsərlərin,
pyeslərin səhnələşdirilməsi,
eləcə də digər mühüm mədəni hadisələr
bizim gələcək
iqtisadçıların yaddaşında
tələbəlik illərindən
unudulmaz duyğular kimi qalacaq.
***
İmdat
Avşar son illərdə
Azərbaycan ədəbiyyatından
100-ə yaxın kitabı
Türkiyə türkcəsinə
uyğunlaşdırıb! M.F.Axundovdan başlayaraq çağdaş
gənc yazarların əsərlərinəcən əksər
yazıçıları çevirib.
İmdatın diqqətindən
kənar qalan az yazıçı
tapılar! Bakıya hər səfəri çoxlu yaradıcılıq
layihələrinə təkan
olur! Bu dəfə də Xocalı faciəsiylə bağlı
Türkiyə türkcəsinə
çevirdiyi kitabın
təqdimatında iştirak
etmək üçün
gəlib! Görüşdük,
söhbətləşdik, Ankaradakı,
ana yurdu Kırşəhirdəki tədbirlərimizi
xatırladıq!
***
Miqrasiya Xidmətində görüşdəyik. Xidmət
rəisi Vüsal Hüseynov xoş təsir bağışladı!
Problemlərin həllini
sərt inzibati cəzalarda yox, şəffaflıq və məmnunluq yaratmaqda görməsi isə rəğbət doğurdu!..
***
Doğurdan da, sulu
qar yağır! :) Meteoroloji saatınacan dəqiq dedi bu dəfə... :)
***
Çəpərə, kameraya verdiyiniz pula ağac əkin, meşə salın da! Bir də keçmiş
nazirin avtobanın kənarlarında əkdiyi
ağacları sulayın!..
***
Bakı
Nəqliyyat Agentliyi sürücülərə qan
uddurur!!! Bundan yumşaq söz demək çətindir! Maşını 20-30 saniyəlik
saxlayıb sərnişin
düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur!!! Agentlik rəhbərliyi isə bu qədər
narazılığın qarşısında
susur, sərt qərarını ləğv
etmir, heç olmasa yumşaltmır! Heyf, o kameralara verilən pullardan! Bir azdan svetoforda,
tıxacda dayanan maşınlara da cərimə kəsməsələr
yaxşıdır! Niyə
dayanmısan, uç?!.. :)
***
2004, ya 2005-ci il
idi, deyəsən. Avropa Şurası Parlament Assambleyasının iclasları
vaxtıydı. Vaqif Səmədoğluyla
Strasburqda gəzirdik.
Bir restoranın adı Vaqif müəllimin diqqətini
çəkdi, gülümsədi
və “gəl, burda şəkil çəkdirək” - dedi.
Anı Parisdə yaşayan dostum, yazıçı Şahin
Sinariya əbədiləşdirdi!
Restoranın adı “Pivə
Akademiyası” idi.)
***
Gərgin
tədbirlərlə, qaçaqaçlarla
dolu həftənin 5 iş günündən sonra yağışlı-çiskinli
şənbəyə nə
ad vermək olar?! Oxu və yuxu günü.
:)
***
Artıq
canlı efirdə yeni sədrə təşəkkürlər başladı!
Hərəkət lazımdır,
hərəkət! Dinamika)
***
Kübar
xeyirxahlıq və təmənnasız yaxşılıq
insanı təsirləndirir,
kövrəldir! Həm
də yəqin az-az rastlaşdığımıza
görə...
2018
İnstaqrama baxanda feysbuk daha sivil bir
məkan imiş...
***
... Bir bomj “həmkarının” öldüyünü görür.
Yaxınlaşıb baxır
ki, ölənin yanında yarımçıq
araq, para soğan, dişlənmiş
alma var. Deyir, bunun ki hər
şəraiti varmış,
bu niyə ölüb?! :)
***
Rus yazıçısının fikridir:
Ən təhlükəli
axmaq təşəbbüskar
axmaqdır!
***
Pul hər şey imiş ??!!
2017
Deyir, şeir şamanlıqdır!
Ruh ovlamaqdır! Ruhun heç olmasa diqqətini çəkmirsə, azca tərpətmirsə, deməli,
şeir deyil! Şeir həm də söz və səs hadisəsidir! Ruhu təkcə sözlə ovlamaq çətindir, səs də yardım etməlidir! Yəni şeirin ahəngi, intonasiyasında
da ovsun olmalıdır!
***
- Hardasa bir işıq
yanmalı, bir it hürməlidi, axı...
2016
Yenə
də bahar qayıdır!
***
Hay-küy, dingiş musiqi, yüngül şou beyni kütləşdirir, düşünməyə
imkan vermir!
***
“Min bir gecə” nağılları misilsiz
həyat reseptidir.
2015
Akif Aşırlı deyir ki, məni Az.TV-yə çağıranda
getmək istəmirəm!
Kənddəkilər baxıb
düşünür ki,
Az.TV-yə çıxıbsa,
deməli, “böyük”
adamdır! Sonra o qədər xahiş edirlər ki, qarşısında dura bilmirəm! :)
***
Sevgi fədakarlıqdır, yorulmadan,
dayanmadan, təmənnasız
sevinc və rahatlıq, asudəlik bəxş etməkdir, sevindirməkdir! Büt bilməkdir! Belə sevgi adamı güclü, əyilməz
edir! Yerdən qoparır, Göylərdə
yaşadır!
***
Ovqat yaxşı
olanda yağışlı,
buludlu havada da Günəş “imkan tapıb” bir tel şəfəqini
göndərir.
***
Deyir, gördün sıxılırsan,
stresdə, depressiyadasan,
adam içinə
çıx, özünə
qapanma!
Adam içində ya özün kimilərini görüb tək olmadığına təskinlik
tapacaqsan, ya da kimisə tapacaqsan! :) Bütün hallarda adamlar müalicədir, xilasdır!
2014
Qadın həbsxanasında məhbuslar arasında voleybol yarışı keçirilir. Qalib komandanın üzvləri hər qələbə topuna sevinib qışqırır, atılıb düşürlər! Fikirləşirsən ki, xoşbəxtlik, doğurdan da an işidir!..
***
Camaat çörəyi qulağına yemir. - Müdrik qənaətdi! Xalqa inam və heyranlıqla doludur! Sən məni avam yerinə qoya bilərsən, mən də özümü heç nə olmamış kimi göstərə bilərəm! Amma... amma hamı hər şeyi görür və bilir!
2011
Keçmişı dəyişmək olmaz! Heç gələcəyi
də...
Rəşad MƏCİD
525-ci qəzet.- 2019.- 2 mart.- S.15.