Sevgi, zəriflik, ümid sair...  

 

 

 

Bir az müqəddəs düşünək, necə yaratmaq istəyərdik kainatı? Dənizləri, adaları necə paylayardıq? Tanrıya buna görə qibtə etməyə dəyər.

 

Mükəmməl bir harmoniya, qüsursuz bir sənət əsəri yaratdığına görə. Görünür, bu müqəddəs vəzifəni tək başına davam etdirmək istəmədiyindən o məchul yaranışın nəticəsini - qadını buralara, hər şeyin sakit həvəssiz zamandan yorulduğu yerlərə göndərdi. Qadın xilasdı bu mənada. Bəşəriyyətin, nəhayət, öz düşüncələrindən, içində qıvrılan tərəddüdlərindən, sükutundan lüzumsuz narahatlığından xilası. Qadın yaradıcıdır. Günahı çoxdan bağışlanmış alilikdir. Dünya özünə nüfuz qazanana qədər o, hər şeyin başlanğıcı, bütün mövhumların anası sayılırdı. Zaman-zaman unudulan, bəzən yox edilməyə məhkum edilən, hüquqları azadlıqları sərhədlənən, texnologiyanın torunda ilişib qalanev məhbusu”na çevrildi. Bütün zamanların ən şiddətli ağrılarını da çəkdilər. Dediyimiz inandığımız kimi, məhz göylərin bir parçası olduğu üçün sonda yenə öz azadlığına qovuşa bilirdi. Unudulmaq istəyinin arxasındakı bütün felləri o yaşadı.

Sevgi şəfqətin, mərhəmət məhəbbətin ilki onlardan - qadınlardan özünə maya tapdı. Xəfiflik zərifliyin saçlarında, əllərində, gözlərində sənətə çevrilən yaradılışı ilə qadın olub-olmamasını bilmədiyimiz Tanrı özünün ən gözəl əsərini yaradıb bəlkə. Biz qaranlıqdan işıqdan yaranmışıq. Qadın bu dualizmin işıq tərəfində bizi gözləyən bizi yenidən qaranlığa qədər ötürən simaların cəmidir. Zamanın harasında dayandığını bilmirik, çünki biz orada olmamışıq. İblislə onun gizli dialoqundakı məsumluğun yaşayan yeganə isbatlarıyıq. Şüurumuzdakı bütün incə detallar, düşüncəmizə yansıyan bütün təbəssümlər onun xislətindəki alma tumlarından payımıza düşənlərdi. O, bizi əlində yaranışında olan hər şeylə müjdələyərkən tarix ona öz təqvimindən bir gün ayırmağı fürsət bildi. Yaradılışının gəldiyi naməlum yerin sükutunu milyon illər öz əzəmətinə çevirən qadın tarixdə öz əsas missiyasının adını müqəddəsləşdirə bildi. Ana adının qaldıra biləcəyi bütün məna yüklərini bəlkəsiz aliləşdirdi.

Onu diri-diri basdırmağa cəsarət edən bəşər bir gün öz nankorluğunun fərqinə vardı. Fövqalədə bir heyranlığa ehtiyacı olmayan qadının qayğıları sevgi təsəllilərdən başqa heç olmayanda, bu heç nələrin fərqinə varanda öz hüquqlarını istəməyə başladı. Burada artıq o, Tanrı ilə bizim aramızdakı yol deyildi. İndi o, özü ilə yaranışdan can verdiyi kainatla arasında bir yol açmağa çalışdı. Ayağa qalxan milyonlar sənayeləşən dünyanın zərifliyini pozulan harmoniyasının, qarışan rənglərinin mükəmməlliyini özünə qaytarmaq üçün idi. Yəni onların özləri üçün istədikləri hər şey elə bizim üçün verilənlərin tamamı idi.  Onlar bircə gün mətbəxdən, fabriklərdən, beşikli otaqlardan küçələrə çıxdılar bütün yolların onların olduğunu bizə yox, özlərinə yenidən xatırlatmaq üçün bir az yeriməyə başladılar. Bu tarix onların yenidən dünyaya, dünyanın içindən dünyaya gəldikləri gündür. Yəqinlərlə dolu olan mürəkkəbliklərini şübhələrdən heç vaxt xilas edə bilməyəcəkləri yaranışlarını şəhərlərə, adamlara göstərmək üçün bu günü iki qırmızı dairəyə aldılar.

Qadın həm ümiddir. Sonun başlanğıca çatdığı nöqtədir. O, davam edən hər şeyin səbəbkarıdır. Biz bütün ağrılarımızı, ümidlərimizi, içimizdə gizlətdiyimiz həqiqətlərimizi, sevgiləri ona borcluyuq. Qadının özünü sübuta ehtiyacı yoxdu. Ona istər bioloji, istər sosioloji ehtiyacımız var qalacaq. Çünki bu ehtiyacın təməlində bizi öz yaranışımıza bağlayan bütün amillər var. Tarixin başqa məchulların bizim üçün yazdığı işlədiyi həyatı qadın bizə təqdim edir. Biz onun izləyiciləriyik, yəni həm özümüzün. Haradan gəldiyimiz onun gözlərində səsində var. Buna görə, bu tarix həm bizim lap əvvələ qayıdış tariximizdir. Qoca Şərqin, elitar Qərbin, nağıllar aləmindən hələ bu dünyaya ayaq basmağa cəsarət etməyəm digərlərinin gəldikləri bəlkə gedəcəyi yerə yenidən qayıdış üçün sayılan ilk gün idi, ilk gün olaraq da qalır səkkiz mart.

Yeməyini yeməsən, evdən çıxmaq yoxdu!”, ya daDarıxmışam...” cümlələrindəki səmimiyyətin içindədir onun məzmunu. Gülüşünün ən qəhərli halında, kipriklərinin arxasındadı. Bəzən özünü unudan, bəzən ən çox özünə qayğı istəyən iqlimlərindədi. Bəşər bütün məsumiyyəti ilə onu onun yaratdığı, lap elə onun olan övladlarını üzərində gəzdirmək üçün var. Tanrı onun misalında daha gözəldi. Bu qədər tərifə layiq olmasını çəkdiyi ağrılar təsdiq edər yəqin.

Bir az da qadınlar üçün qadınların dünyası üçün arzularımı danışım.

Qərarların və ədalətin, ən ali həqiqətin həmişə qadının yanında olmasını, dünyanın bütün rənglərində, bütün himnlərində onların azadlıq və xoşbəxtliyini tərənnüm edən çalarların və səslərin yaşamasını, mahiyyətlərinin sadəcə məişət tablosunda görünməməsini, bütün ictimai-sosial, siyasi proseslərin mərkəzində dayanmasını, öz analıq missiyasını həm də yeni ruh, yeni intellekt şəklində icra etməsini, bütün sahələrin ən fəal, ən güclü fərdlərindən olmağını, hüquq və vəzifələrinin təyininində özlərinin iştirakını arzulayıram. Digər bütün məhfumlar və şeylər onların azad yaşadığı, gülə-gülə yaşadığı, qayğısız və sevgiylə yaşadığı cəmiyyətlərdə olacaq. Əgər bir toplumun qadın fərdləri rahatideal yaşaya bilirsə, yüksək təhsil ala bilirsə, yüksək mədəniyyətə sahib olursa, sənətin və elmin üfiqi altında ümidlə gəzə bilirsə, o toplum artıq inkişaf etmişdir. Qadının yüksək mövqedə durduğu bəşəriyyət özüalidir.

Dünya mavi rəngdədir və adamların hamısının qanadı olacaq. Hər kəsin içində qoruyub saxladığı arzuları bir gün öz səmasını və öz şəhərini tapır. Yerin cazibə qüvvəsinə tabe olan səadət kimi onu da qoruyub bir ömür dənizə atacağıq. Kaş yaşamaq dua etməkdən və sevməkdən ibarət olaydı. Hər kəs salamlaşandan sonra öz dualarının necə eşidildiyindən, öz sevgilərini necə onları xoşbəxt etməsindən danışardı. Məncə, bu dünyanın elə bir halı olub.o, qadınların sevgi və gülüşlərində göylərdən mirasdı.

 

 

Rəvan CAVİD

 

525-ci qəzet.- 2019.- 8 mart.- S.23.