İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR

 

 

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək!

(Əvvəli ötən şənbə sayımızda)

QARS MƏKTUBU

 

QAZİ PAŞANIN TƏŞRİFİ

Rəisi-cümhur Qazi Paşa həzrətlərinin səyahətləri haqqında müxtəlif intibat havi (təəssüratları əhatə edən) yazılar bütün məmləkət mətbuatında pək məbzuliyətiylə (bolluqla) yazılmış, Qarsı təşrifləri haqqında da mətbuatı yövmiyəmizdə (gündəlik mətbuatda) lazım gələn təfsilat verilmişdir. Biz bu təşrifin digər təfsilatından, təkrara meydan verməmək üçün, sərfi-nəzər edərək, yalnız Qafqasiya həyat və xüsusiyəti nöqteyi-nəzərindən təsbitini lazım gördüyümüz cəhətləri “Yeni Qafqasiya” qarelərinə (oxucularına) ərz edəcəgiz.

Məiyətlərində rəfiqeyi-mötərəmləri Lətifə Xanım Əfəndi, məbus bəylər, 9-cu kolordu komandanı Sait Paşa bulunduğu halda, Paşa həzrətləri şərəf qədəmlərini təsid üçün qurulan taqı zəfərdən keçdikləri əsnada Qafqasiya milli çalğısını təmsil edən bir musiqi heyəti tərəfindən bu günə məxsus tənzim və təğənni edilən musiqiyi dinləmək üçün bir az təvəqquf buyurmuş, təqdirat və məmuniyyətlərini izhar eyləmiş, bələdiyəyi təşriflərindən sonra “Salam Türkün Bayrağına” şərqisinin tərənnümü ilə qarşılandıqları Türk Ocağına təşrif-fərma olmuşlardır. Ocağın salonunda məktəbli kiçik qızlar tərəfindən yapılan Qafqas üsulu tanslara ocaqlılardan Mirzə Bəyin iştirakı ilə xatimə verildikdən sonra təkrar tar ilə “Salam Türkün Bayrağına” şərqisi Ocaq heyəti təmsiliyəsi tərəfindən söylənmişdir. Azəri şivəsini pək gözəl ifa edən nöqtələrlə bu şərqinin ruhlara bəxş etdigi zövqü mənəviyəyə həd və payan yox idi.

Türk Ocağı rəisi Hamid Bəy məhəllindən mütəhəyyic sədasiylə iradi nitqə başladı. Münhəsirən Qafqas mühitinin keçirdigi fəlakət günlərini mövzui-bəhs ilə 2 dövrəyi işarət edərək birinin sənələrcə davam edən hüznavər dəqiqələrdən ibarət olub maziyə qarışdığını görməklə məsud olduqlarını, digərinin istiqlal və milliyyət uğrunda bütün kainat ilə mücadiləyə əzmeyləyən Türk millətinin qəhrəmanlığını təmsil edən xilaskar Qazi Paşa həzrətlərinin ənəvatını düşmən istilasından qurtarmadan əvvəl sənələrcə yabançı idarə altında inləmiş olan Qarsın xilası əmrində məsruf pək büyük hizmətlərini minnət və şükranla yad edərək xalqın səmimi hissiyatına tərcüman olduqdan sonra Ağ dənizə doğru istiqamətini təyin etdigi müzəffər Türk ordularının istiqlal və milliyət hədəflərinə vasil olmaq üçün xariqə əsa aqınlarını dərxatir etdirərək əcdadın görmədikləri bu məsud günləri nəsli-hazır təqdis edərkən onların da mənəvi baxışlarla yüksəklərdən tamaşa etmək surətilə ruhən zövqyab olduqlarını ifadə etdi.

Qazi Paşa həzrətlərinin ülvi hissiyatları bu təzahüratdan o dərəcədə mütəhəssis olmuşdu ki, matəaqibən qiyam buyuraraq (ayağa duraraq) Hamid Bəyin bu həyəcanlı nitqinə müqabiləyə başlamış və “qiymətli arqadaşlar” xitabiylə ibtidar edən (müraciət edən) pək qiymətli sözləri hazirun üzərində pək dərin izlər buraxmışdır. Qazi Paşa həzrətləri artıq maziyə qarışmış olan fəlakət günlərinin bir daha övdət edəmiyəcəgini, Türk gəncligində bu şüur və məfkurə mövcud olduqca təcəddüd və inqilab yolunda atılan müvəffəqiyətli xətvələrin bu fəlakətlərin təkrarına mane olacaq hər türlü vəsaitlə mücəhhəz olacağını, Türk gəncligində asarını pək bariz gördügü bu əzim və imanın qüvvətini gəncligin nafiz nəzərlərindən oxumaq surətiylə istiqbaldan əmin olduqlarını, səyahətləri arasında Qarsdakı intibaətin kəndilərini son dərəcə mütəhəssis eylədigini, hissiyatlarının tərcümanı olan bəliğ ifadələrlə bəyan edərək alqışlar arasında nitqlərini bitirmişlərdir.

Sonra yenə Türk Ocağı heyəti-təmsiliyəsi tərəfindən Azəri şivəsilə şərqilər söylənmiş və bu miyanda “Arşın Mal Alan” oyunundan bəzi parçalar və Azərbaycan marşı tar ilə təkrar təğənni edilmişdir.

Qazi Paşa həzrətlərinin Türk Ocağında keçirdikləri bir saata qədər müddət ocaqlılar arasında ilələbət sönməyəcək, unudulmayacaq pək müəssir xatirələr buraxmışdır.

“Yeni Qafqasiya”, 16 təşrini-sani 1924, ¹4(28)

DARÜLFÜNUN MƏSƏLƏSİ

Müxbiri-məxsusimizdən

Rusiya inqilabından sonra Azərbaycan əhalisi ibtidai və edadi məktəblərin 1-ci siniflərini milliləşdirmişlərdir. Milli Cümhuriyyət dövründə bu məktəblərə müəyyən istiqamət verilərək milli ədəbiyat, milli tarix və türkcə fənni və elmi kitablarla təmin edildi. Bolşeviklər nə qədər səy etdilərsə də artıq bu cərəyana başqa istiqamət verəmmədilər. Bu vaxta qədər məktəblərdə hənuz hökumət dövründə və “Müsavat tərəfindən” nəşr edilmiş olan müntəxəbat, ədəbiyat dərslikləri, Türk Cələngi və sairə kibi elmi və tarixi kitablar oxunmaqdadır. Keçən ildən etibarən milliləşdirilmiş məktəblər məhsul verməyə başlamışdır. Köy məktəblərini qurtaranlar, rüşdiyə və edadiyəyi bitirənlər artıq rusca bilmiyor kimidirlər. Çünki bütün elmləri türkcə olaraq təhsil etmişlərdir. Şimdi meydanda bu gənclərin ali təhsilləri məsələsi duruyor. Halbuki darülfünun ilə Ali Sənaye Məktəbində dərslər hala rusca gediyor. Milli hökumət orta məktəblər üçün kitablar hazırlamaqla bərabər eyni zamanda “təlif (kitab tərtib etmə) və tərcümə” əncüməni gecə-gündüz çalışaraq edadilərin son sinifi türkləşənə qədər darülfünun üçün də kitablar və professorlar hazırlamağa və bu məqsədlə Avropaya tələbələr göndərməyə və Türkiyədən müəllimlər gətirmiş və təkrar gətirməyə çalışıyordu. Sovet hökuməti isə bu məsələyə əhəmiyyət verməmişdir. Darülfünunlar hənuz rusca gediyor, kitab yox, müəllim yox. Darülmüəllimin və ali darülmüəlliminlər ancaq rüşdiyə və edadiyələri təmin edə bilir. Bu münasibətlə yeni məktəb bitirmişlər, müəllimlər və xalq içərisində milli darülfünun məsələsi şiddətlə münaqişə edilməkdədir. Bunun üçün mövcud darülfünunu türkləşdirmək, kağız üzərində olan Şərq Fakültəsindən əlavə tarix, ədəbiyat, hikmət, riyaziyat, tibb və sair faqultələri türkcəyə çevirmək lazımdır. Halbuki, Sovet hökuməti şimdiki iqtisadi böhranla və batindəki ruslaşdırma siyasətilə bunu bacara miyəcək və 2 minlik bir rus tələbə ordusunu Azərbaycan hesabından çıxarıb Rusiyaya göndərməyəcəkdir. Çünki Mirzoyan, Kirov və Kirilovlar açıq söylüyorlar ki, “Bakı Rusiyanındır siz Bakıdan başqa yerlərdə iş görə bilərsiniz”.

“Yeni Qafqasiya”, 4 təşrini-əvvəl 1924, ¹1(25)

BAXALIM VƏSİQƏLƏR NƏ DİYOR?..

Rəsulzadə Məhəmməd Əmin Bəy, “Azərbaycan Cümhuriyəti” nam əsərinin 9-cu fəslində, 14-cü səhifədə, Azərbaycan Cümhuriyətinin vəziyəti-hazirəsi bəhsində əzcümlə aşağıdakı sətirləri yazmışdır:

“İstilanın ilk günlərində (yəni Qızıl Rus Ordusunun Azərbaycanı işğalı əqəbində, sənə 1920) Rus ordusunun kəndisinə yapdığı mütəntən bir istiqbal mərasimi ilə Moskvadan Bakıya vürud edən Nəriman, Tazə pir meydanında, xalqa xitabən söylədigi nitqində diyordu ki: “Məxsus bir komisyon təşkil etdik. Bu komisyon əski hökumətin övraqını (sənədlərini) tədqiq ediyor, bir qaç gün sonra nəticəyi elan edəcək, o vaxt siz də görəcəksiniz ki, nə kibi xainlər sizi idarə ediyormuş!”

Qaç gün deyil, qaç sənə keçdi, o komisyon bu nəticəyi hala elan etməmişdir, həm edəməz də. Çünki məmləkəti ingilislərə satdı, - deyə ittiham olunan hökumətin, bir xəbhə olsun, hüquqi-millətdən əcnəbiyə tərk etdiyini bir Nəriman deyil, bütün bolşeviklər bir araya gəlsələr də isbat edəməzlər! Fəqət Nərimanov və yoldaşları ruslara satmadıq bir şey buraxmadılar. Maddi, mənəvi nə varsa həpsini təslim etdilər...”

Əmin Bəyin kitabı nəşr olunalı şimdi 2 sənəyə qərib oldu. Nərimanın kəndisindən bəhs eylədigi komisyonun təşkilindən isə şimdi 4 şu qədər sənədir keçiyor. Bu qədər müddətdə bolşeviklər yuxarıdakı iddiayı dəfələrlə təkrar etmişlər, fəqət misal üçün olsa da bir vəsiqə elan edəmişlərdir. Nihayət, “Yeni Qafqasiya” pək çox israr etdiyi bu məsələ üzərinə Azərbaycan komunistlərindən Mirzə Davud Hüseynov qələmə sarılmaq ehtiyacını duymuş, “Müsavatçıların məmləkəti ingilislərə satdıqlarını” isbat üçün səhifələri ehtiva edən qoca bir məqalə yazmışdır. Həm bu zəhmətə Rəsulzadə Əmin Bəyin yuxarıdakı sətirlərinə cavab vermək üçün qatlandığını bilxassə təşrih eyləmişdir.

4 şu qədər sənəlik böyük bir məsainin (çalışmaların) nəticəyi-təhririsi olmaq üzrə Mirzə Davud müsavatçıların “xəyanət və ihanətlərini isbat edən” 2 vəsiqə nəşr eyləmişdir.

Bunlardan biri hökumət və müdafiəyi-milliyyə komisyonu rəisi mərhum Yusifbəyli Nəsib Bəyin imzası ilə general Denikinə yazılan məktubun surəti, digəri də xariciyə naziri mərhum Fətəli Xanın imzası ilə müttəfiqin Şurayi Alisinə verilən bir müxatirədir (xatırlanan bir şeyi unutmamaq üçün yazılı bir qeyd).

Denikinə yazılan məktubda Azərbaycan Rəisi hökuməti rus alaylarının bir an əvvəl müttəfiqin şurası tərəfindən Qafqasiya hökumətləri ilə Denikin ordusu təhti-işğalında bulunan ərazi miyanında təyin olunan xətti-fasilin (ayıran xəttin) ötə tərəfinə çəkilməsi tələb və eyni zamanda Azərbaycan qitəatının da bu xəttə təcavüz etməyəcəgi təmin olunuyor.

Bu məktub nasıl olur da Azərbaycan istiqlalının ixlalına mucib olur? Bunu bir türlü anlayamadıq: Müttəfiqin Şurayi-Alisinə verilən müxatirəsi isə pək uzun olsa da, qarelərlə bərabər oxuyalım: baxalım, burada mühilli-istiqlal (istiqlal əleyhinə) təkliflər varmıdır? İştə müxatirənin bolşevik qəzetəsi “Komunist”dən müqtəbəs bir şəkli:

Müxatirə:

“Azərbaycan hökuməti ilə milləti, Avropa düvəli müəzzəməsi tərəfindən istiqlalının təsdiqini və bu vasitə ilə aliyei-düvəliyə edadına qəbul edilməsi keyfiyətini mənəvi pək böyük bir itminanla (inamla) qarşıladı.

11 qanuni-sani 1920 vəsiqəsinin həqqiylə idrak və təqdir eylədigimiz tarixi əhəmiyyət və mənası nə qədər böyük olsa da möhtac olduğumuz vəsaiti-mənəviyə və madiyənin istikmalı (başa çatması) yolunda düvəli müəzzəmə tərəfindən Azərbaycan xalqına müavinət edilməzsə öhdəmizə, tərəttüb edən böyük vəzifeyi-mədəniyənin ifası üçün yalnız bu kafi gəlməz.

Böyük Rusiya qarğaşalığının mütalətüm (təlatümə gəlmiş) dəryası, sabiq Rusiya imperatorluğu ərazisini tamamilə istila eylədi. Rusiya məfkurəsinə yabancı olan digər millətlər edadında Azərbaycan xalqı dəxi ta zamanımıza qədər davam edən mücadilələri ilə mövcudiyyətini təhdid edən ixtilalatı vəqf və elan eylədiyi istiqlalını müdafiə ilə həqq və hüdud müstənid bir idareyi-hökuməti təsis ilə məmləkətimizi görən düvəli-mütəməddinə müməssillərin təqdiratına mucib olmuşdur. Fəqət Azərbaycanın hürriyyət və istiqlalını müəmmən (problem) tədabiri-lazimə vaxtilə görülməzsə, Azərbaycan xalqının sərf eylədiyi əməkləri hədər olmaq təhlükəsinə məruzdur. 

Məlum olduğu üzrə Rusiyada cərəyan edən müharibəti-daxiliyə son dərəcəyi-qəsvəsinə (rəhimsizlik dərəcəsinə) gələrək bütün dəhşətlərilə Azərbaycan hüduduna dayanmışdır. Rusiyada mücadilə edən 2 tərəf, məfkurə etibarilə nə dərəcədə yekdigərinə zid və mütəxalif qüvvətlər olsa da kəndi müqəddəratına bizzat hakim olan Qafqasiya millətləri üçün bunların 2-də eyni dərəcədə xeyirxah degildirlər. Binaənileyh Azərbaycan xalqı pək yaxın bir atidə kəndisini Şimaldan təhdid edən mühlik bir qüvvətin təcavüzünə məruz görməkdədir. Müttəfiq düvəli müəzzəmənin nəzəri diqqətini zamanın əhəmiyyəti-məxsusinə cəlb ilə düvəli-məzkurənin hüsni-təvəccöhlərinə güvənən Azərbaycan hökuməti, şimdiki vəziyətə icrası qeyri-qəbul təhir olan tədabirin tedadına lüzum görüyor. Bu tədabirdən ilk dərəcədə mühüm olanları bunlardır:

1. Düvəli-Müəzzəmə tərəfindən göstəriləcək mənəvi, siyasi müavinət

Böylə bir müavinətə heç bir zaman şübhə etməyən Azərbaycan hökuməti 11 qanuni-sani 1920 tarixindən sonra bu ümidində bilxassə əmin bulunur.

2. Azərbaycanın müdafiəyi-əskəriyyə və sövqül-ceyşiyəsi

Tədabiri sövqül-ceyşiyədən (qoşun göndərmədən) birisi Azərbaycan hüdudunun gərək qaradan və gərək dənizdən müdafiəsini təmin eyləməkdir. Məlum olduğu üzrə Azərbaycanın feilən malik olduğu hüdud Şimalda (Dağıstan ətrafında) Quba ovasından keçər ki hər türlü vəsaiti-təbiyeyi-müdafiədən məhrumdur. Dağıstan ilə Terek vilayətinin sövqül-ceys nöqteyi-nəzərindən mühüm olan nöqtələri könüllü rus ordusu tərəfindən (Denikin ordusudur) işğal olunmuşdur. Bu ordu Dağıstan istiqlalını cabbaranə bir surətdə imha ediyor. Kəndi yurdunda istiqlal və həyati-millilərini müdafiə üçün silaha sarılan yerli əhalidən bir qismi bolşeviklərlə təşriki-məsai etmək qiymətinə olsa da mücadilə ediyorlar. Kəmali-cəsarətlə söylənə bilir ki, həyat və hürriyətlərini təzyiq edən əcnəbi qüvvətlər ortadan zail olursa, dağıstanlılar qətiyyən bolşeviklərə təmayül göstərməzlər. Dağıstanlıları bolşeviklərə təvəssül edəcək dərəcəyi-iztirara gətirən bu mevaniin aradan qaldırılması lüzumundan sərfi-nəzər, Azərbaycan hökuməti kəndi ərazisinin məsuniyəti və əhalisinin huzur və rahati-nöqteyi-nəzərindən Dağıstan ilə Terek vilayətinin dağıstanlılar ilə məskun olan qisminin könüllü ordu tərəfindən təxliyəsi məsələsində bizzat əlaqədar olduğunu bəyan edər.

Azərbaycanın bəhrən müdafiəsi məsələsinə gəlincə, bu babda da hər şeydən əvvəl Bəhri-Xəzərdə könüllü ordu komandanlığı təhti-idarəsində olan hərbi gəmilər bizi izrar edəmiyəcək (zərərə salmayacaq) bir vəziyətə qoyulmalıdır. Bu gəmilərin Bəhri-Xəzərdə bulunuşu həddi-zatında Azərbaycan Cümhuriyətini təhdid etməkdədir. Bundan başqa Rusiya Bəhri-Xəzər flotunun tarixinə baxılırsa, bu dənizdə rus komandasında bulunan gəmilərin günün birində bolşevik tərəfinə keçəcəyi də möhtəməldir. Bu qəziyənin isbatı üçün könüllü ordu flotunun “Orlyonok” gəmisində zühur edən bolşevik üsyanından daha bariz bir dəlil olamaz. Mahəza bu gəmilər ya Azərbaycan hökuməti təhdi-idarəsinə verilməli və yaxud heç olmazsa, onlar düvəli-müttəviqədən birisinin yədi-əmanətinə tövdi olunmaqla bitərəflikləri təmin olunmalıdır. Yəni bu məqsədin təmini üçün könüllü ordu bəhriyəsi üçün bir üssi-bəhri (özül-Bəhri) vəzifəsini görən “əşurata” adası ya İrana və yaxud müvəqqətən İngilis komanda heyətinə tərk edilməlidir. İş bu üsuli-hərəkətin könüllü ordu əlində bulunması Azərbaycan Cümhuriyətini daimi təhdiddə bulunduruyor.

Azərbaycan Cümhuriyətinə göstəriləcək müavinəti-əskəriyəyə gəlincə: Bu babda hər şeydən əvvəl Azərbaycan ordusunun əskəri iqtidarının təqviyəsini təmin etməli, Azərbaycan donanması ilə Bakı əskəri limanı tənsiq (nizama salınma) və bunun üçün atidəki tədabir ittixaz olunmalıdır.

a) Azərbaycan ordusu üçün topçu, istehkam, səhiyyə və təyyarə qitəatının təchizi; b) Top, mərmi, tüfəng, fişəng, barıt və sair məvaddi infiqaqi emalına məxsus bir fabrika təsisinə lazım olan makinaların təmini; p) Topçu və təyyarə işlərinin islahı üçün mütəxəssislər ezamı; t) Qars, Ərdəhan, Astarabad, Göytəpə və Krasnovodsk səfayini (gəmi) hərbiyəsinin makina qismi ilə sair əqsaminin təmiri; s) Məzkur gəmilərdə bulunub vaxtilə ingilislər tərəfindən alınmış top kamalarının iadəsi; c) Bakı əskəri limanının hidroplan, vəsaiti təxribiyə, təhtül bəhr qayığı ilə dəniz topları və kafi miqdarda mərmi, telsiz teleğraf və sairəcə təchizi.

Ordu ilə donanmaya aid əşya və ləvazimin müfəssəl listəsi zəmimə olunmuşdur.

3. Maliyə, iqtisad və ərzaq məsələsi

Sabiq Rusiya imperatorluğunu istila edən böhrani mali məmləkətin əhvalı iqtisadiyəsini günü-gündən sarsıtmış ki bu da rubləyi şayani heyrət bir surətdə ayardan düşürmüşdür. Bunun üçün də sabiq Rusiya imperatorluğunun ənqazı üzərində vücud bulan yeni hökumətlər bu xüsusda tamamilə qüsursuz olmalarına rəğmən sabiq Rusiya hökumətinin ümuri-maliyədə yapdığı ağılsızca təsərrüfat üzündən zərər və ziyana uğramaqdadırlar. Bu kibi məmləkətlərdə mövcud olub gündən-günə ayardan düşən paraları təbdil üçün meydanda əcnəbi valyutası dəxi bulunamadığından pək böyük ticari və iqtisadi böhran üz göstərmiş oluyor. Bunların nəticəsində beynəlmiləl mübadilatda böyük bir durğunluq təzahürü ilə həyat və məişət üçün xaricdən gətirilməsi əlzəm olan əşya və əmtiənin alınması imkan xaricinə çıxmış və bu üzdən müdhiş bir bahalılıq üz göstərmiş ki, bütün bunlar heyəti-ümumisi ilə şəhərlərdə kəsrətlə mövcud olan işçi və füqəra qisminin xoşnudsuzluğuna mucib olmaqla kəndilərini bolşevik propaqandasına qapılmağa müsaid bir materyal halına qoymuşdur.

Yuxarıda zikr olunan səbəblərə binaən düvəli-müttəfiqi-müəzzəmə bizə para, ərzaq və sairəcə yardım etməlidirlər.

Qüvayi maliyəmizin islahı və bu surətlə beynəlmiləl münasibati-ticariyəyə başlanılması üçün Avropa və Amerika piyasalarında bizim üçün 40-50 milyon altun rublə miqdarında bir istiqraz təminini rica eyləriz.

Bu sənəki məhsulatın bərəkətsizligi, əcnəbi məmləkətlərdən gələn zəxirə (azuqə) itxalatının kəsilməsi və Azərbaycan hökumətinin hissiyati-insaniyə ilə mütəhərrik olaraq taxılsızlıq üzündən pək müdhiş bir böhran keçirməkdə olan qonşu Gürcüstana külliyyətli miqdarda taxıl buraxılması məmləkətimizdə böyük bir taxıl və əkmək böhranının zühuruna meydan vermişdir.

Bu kibi ehtiyacati mübərrəmizin (təmiz ehtiyacımızın) təhvin (yüngülləşdirilməsi) və təmini üçün bizə aşağıda məzkur miqdarda taxıl və məkulat lazımdır:

a) 1,5-2 milyon pud taxıl; b) 1 milyon pud şəkər; p) Aləti ziraiyə; t) Manifaktura; s) Əczayi tibbiyyə.

bunlardan başqa sövqiyatı əskəriyyə (əskərləri aparma) münqalatı ticariyyənin ehtiyacatını təmin üçün dəmir yollarımızın 100 lokomotif, 1000 sistern və 500 qapalı vaqona ehtiyacı vardır.

Bu istədiklərimizə müqabil olaraq biz dərhal ixrac edə biləriz:

1- Hali-hazırda depolarda müddahar olub ixraca mühəyya bulunan 200 milyon pud neft; 2- 20 milyon ton qaz yağı ilə neftdən istehsal məvaddi və sairə; 3-Külliyətli miqdarda pambıq, yun, ipək, spirto, qoyun dərisi, keçi dərisi və sairə.

4. Batum Məsələsi

Azərbaycan Cümhuriyyətinin məsaili-həyatiyəsi bəhs olunurkən həyat və müqəddərati siyasiyəmiz nöqteyi-nəzərindən fövqəladə əhəmiyətə haiz olan Batum şəhəri ilə limanı qətiyən unudulamaz.

Batum vilayətinin gələcəkdəki siyasi əhəmiyətindən sərfi-nəzər, hali-hazırda bu vilayətin gərək iqtisad, gərək mədəniyətcə həyatımızda böyük bir rol oynadığını unutamayız. Çünki məmləkətimizin açıq dənizə çıxmasına müsaidə edən və xarici məmləkətlərlə rabitəmizi təmin edən bir yol varsa o da Batum limanıdır.

Batum şəhəri ilə limanı, Bakı-Batum dəmir yolunun nöqteyi-intihası olmaqdan başqa bir də Bakı-Batum neft kəmərinin son nöqtəsidir. Bunun üçün gələcəkdə, Batum şəhəri ilə limanın müqəddəratı həll olunacağı zaman orada hansı bir tərzi-idarə təsəvvür olunursa olunsun, bizim kəndisinə mərbut olan həyati ehtiyaclarımızın nəzəri-diqqətə alınmasını rica edəriz.

İşbu müxatirəyi təqdim edən Azərbaycan hökuməti, təyini-müqəddərati-miləl riayətdə qüsur etməyən böyük müttəfiq dövlətlərin Azərbaycan xalqına zərurət dərəcəsindəki ehtiyaclarını nəzəri diqqətə alıb da həyati istiqlala hənuz qədəm qoyan Azərbaycandan kəndi müavinətlərini əsirgəməyəcəklərini ümid eylər.

Azərbaycan hökuməti-cümhuriyəsi xariciyə naziri Xoyski

Vəsiqə burada bitiyor. Hər bitərəf qareinin dəxi verəcəgi hökmlə bu vəsiqədə mühilli-istiqlal (istiqlal əleyhinə) nə bir təklif var, nə də “Azərbaycanı ingilislərin təhdi-vəsayətinə verəcək” bir təəhhüd.

Fəqət anlaşılan, Mirzə Davud gündən-günə əleyhlərinə qabaran və “bizi ruslara satdınız!” deyə köpürən əfkari-ümumiyyəyə qarşı, nasıl olsa da, bir manevra yapmaya və “baxınız milliyətçilər də sizi ingilislərə satmışlardı” ittihamını, hər nasıl olsa da tövsiq etmək ehtiyacı ilə olmalı ki, zatən cahil olan komunist qarelərinə bu uzun müxatirəyi oxutdurmuş və bolşevikcə demojilərlə keyfi istədigi təvilatda (izahda) bulunmuşdur.

Biz Mirzə Davudun bu təvilatına bittəbii cavab verəcək degiliz. Çünki siyasətən anlayan ciddi zəvat üçün müxasimlərin (düşmənçiliyi olanların) münaqişat xatiri üçün qullandıqları təbii üsulları ilə indi mühakimə və müşatimələri (sözləşmələri) degil, əsil mühüm olan şey, onların iraə edə biləcəkləri vəsaiqdir.

Fəqət mühilli-istiqlal olub məmləkətə qarşı ihanət və xəyanət vəsiqəsinə nümunə aranırsa bunu biz “Müsavat hökuməti”nin müxatirələrində degil, Sovet Azəbaycan hökumətinin Rusiya ilə əqd etdigi müahidə və müqavilələrində buluruz.

Mirzə Davudun iddiası mövcibincə, milliyətpərvərlərin məmləkəti ingilislərə təsliminə riza göstərəməyib də ixtilal yapan Azərbaycan komunistləri, rusları məmləkətə “dəvət” etdigindən 4 ay sonra Moskvaya göndərdikləri Şaxtaxtinski imzası ilə Rusiya Sovet hökuməti ilə müxtəlif məsail üzərinə bir taqım müqavilat əqd etmişlərdir.

İştə bu müqavilələrdən biri:

Sosyalist Federativ Sovet Rusiya hökuməti ilə Sosialist Sovet Azərbaycan Cümhuriyəti arasında tövhidi-iqtisad siyasəti haqqında müqavilə.

SFS Rusiya hökumətinin siyasəti-iqtisadiyəsi ilə Azərbaycan Cümhuriyəti siyasəti-iqtisadiyəsini təlif (tərtib etmə) və tövhid (birləşdirmə) məqsədilə SFS Rusiya hökuməti ilə Sosyalist Sovet Azərbaycan hökuməti cümhuriyətləri atidəki məvadd (maddələr) üzərinə etilaf eyləmişlərdir:

1. Azərbaycan Xalq İqtisad Şurası kəndi istehsal planını Rusiya Sovet hökuməti istehsal planı ilə bila-etilaf təyin edər. Rusiya Xalq İqtisad Şurası Azərbaycanda sənayenin inkişafı üçün tədabir (tədbirlər) ittixaz edər.

2. Hər iki cümhuriyətin mal və əmtəə qüvvətlərinin vəhdətini nəzərə alaraq Azərbaycan Xalq İqtisad Şurası məmləkətdə mövcud xammal ilə əmtəəyi Rusiya Xalq İqtisad Şurasının Azərbaycandakı müməssilinin (nümayəndəsinin) rizası ilə təqsim və istehlak edər.

3. Rusiya Xalq İqtisad Şurası Azərbaycan sənayeini nəqdən təmin edər, Rusiya Xalq Şurası bəzi müəssəsati-sənayeyə bilavasitə dəxi sərmayə verə bilir. Fəqət bu xüsusda Azərbaycan Xalq İqtisad Şurası ilə etilaf edər.

4. Rusiya ərazisində icrayi-hökm edən inhisarlar Azərbaycan ərazisinə də təşmil (tabe) olunur. Azərbaycana məxsus ayrıca inhisarlar fəqət Rusiya Xalq İqtisad Şurası ilə bil-etiraf caiz olar.

5. Gərək xammal və gərək əmtəə üçün vahid bir fiyat (qiymət) təyin olunur.

6. Rusiya Xalq İqtisad Şurasının Azərbaycan Xalq İqtisad Şurası nəzdində səlahiyəti-tammeyi haiz və rəy sahibi bir müməssili (nümayəndəsi) bulunuyor.

Moskvada 2 nüsxə üzərinə 1920 sənəsi eylülün 30-da imza edilmişdir.

Rusiya naminə: Çiçerin

 

Azərbaycan naminə: Şaxtaxtinski

Eyni tarixdə, eyni ruhda, eyni zəvat (şəxslər) tərəfindən digər 4 müqavilə dəxi imza olunmuşdur ki, bunlardan biri - ticarəti-xariciyə xüsusatına aid olub bu müqavilə mövcibincə Azərbaycan bu xüsusdakı səlahiyətini tamamilə Rusiyaya tərk eyləmiş, Azərbaycan Ticarəti-Xariciyə Komisarlığına yalnız Mavərayi-Qafqasiya ilə Türkiyə və İran məmləkətlərində ticarət etmək səlahiyəti bəxş edilmişsə də petrol satmaq tamamilə Rusiyaya tərk edilmişdir. Hətta Azərbaycan daxilində satılacaq petrolun miqdarı belə Rusiya İqtisad Şurası ilə Rusiya Ticarəti-Xariciyə Nəzarətinin təsvibinə (təsdiqinə) tərk edilmişdir. (Maddə 2) Bu müqavilənin 3-cü maddəsinə görə Azərbaycan Ticarəti-Xariciyə Komisarlığının digər bir məmləkətilə icra edəcəyi hər növü mübadiləyi-ticariyə yalnız Rusiya Ticarəti-Xariciyə Komisarlığının rizası ilə vüqu bulur.

İkinci müqavilə maliyə məsələlərinə aid olub bu vəsiqə ilə Azərbaycan tamam hüququnu Rusiyaya həvalə eyləmişdir.

3-cü müqavilə iaşə işlərinin tənziminə aiddir. Bu müqavilə movcibincə Rusiyada tətbiq olunan iaşəyə aid bilcümlə qəvaid və nizamatın mexanikman Azərbaycana dəxi tətbiq olunacağı haqqında etilaf edilmişdir. (Maddə 2)

4-cü müqavilə ilə də posta, teleqraf, telefon və telsiz teleqraf xüsusatı tövhid və Azərbaycandakı mühüm teleqraf xətləri ilə telsiz əxizələri müstəqimən Moskvanın idarəsinə verilmişdir. (Maddə 2)

Biz daha sonra vüqu bulub da Azərbaycanın əskəri, siyasi və hər növi istiqlal idarəsini Moskovlara tərk edən vəsiqələrdən bəhs etmiyoruz. Onları “Yeni Qafqasiya” qareləri (oxucuları) pək əla bilirlər.

İştə mərhum Fətəli Xanın Düvəli-Müttəfiqə Şurayi-Alisinə xitabən verdiyi yuxarıda qeyd etdigimiz xatırlamaya, vətən füruşluq rəngi vermək istəyənlərin “Müstəqil Azərbaycan Sovet Cümhuriyəti” naminə əqd etdirdikləri müqavilələr.

Artıq ərbabi-vicdan kəndisi hökm eyləsin, ihanət və xəyanət vəsiqəsi hankısıdır?!

“Yeni Qafqasiya”, 1 təşrini-sani 1924, ¹3

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 8 mart.- S.20-21.