Arif Əzizin əsərləri İstanbulda sərgilənir
Martın 6-da İstanblun Üsküdar Bələdiyyəsinin təşkilati dəstəyi ilə “Nevmekan Sahil” salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Dizayn və Dekorativ sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisinin açılışı olub.
Tədbirin birinci hissəsi günün birinci yarısında baş tutub. 8 mart Ümümdünya Qadınlar günü ilə bağlı Üsküdarda keçirilən
3-cü “İz burakan kadınlar zirvəsi” tədbirində Arif Əzizin “Bəyaz” adlı əsəri Türkiyənin “Yaşılay”
cəmiyyətinin və
“İslam İşbirliyi
Təşkilatı”nın prezidenti
Esra Erdoğan Albayraka təqdim olunub. Esra Albayrak Azərbaycan
və Türkiyə arasında qardaşlıq
və dostluq əlaqələrinin möhkəmlənməsində
incəsənətin xüsusi
rolunu qeyd edib.
Daha sonra Arif Əziz
və ADMİU-nun Rəssamliq
fakültəsinin dekanı
Sevil Kərimova “Nevmekan”da yerləşən
“Xanım Soltanların
Muzeyi”nin açılışında iştirak
ediblər. Muzeyin ekspozisiyasında Osmanlı dövrünün
100-ə yaxın qadın
geyimlərindən ibarət
gəlincik kolleksiyası
tamaşaçılara təqdim
olunub.
Arif Əzizin 133 əsərindən
ibarət sərginin açılışında İstanbul
Universitetlərinin müəllim-professor
heyəti, diplomatik nümayəndələr, rəssamın
ailəsi, Azərbaycanın
Xalq rəssamı Sakit Məmmədov, muzey, sənət evləri və qalereyaların nümayəndələri,
eləcə də sənətseverlər iştirak
ediblər. Tədbirin əvvəlində İstanbulun Mərmərə
Universitetinin müəllimi,
soydaşımız Aytac
Rzaquliyevanın rəhbərlik
etdiyi Trio-Miraculum qrupunun kiçik konserti keçirilib.
Konsertdə İlyas Mirzəyevin,
Oğuzhan Balcının,
Endrü Uebberin əsərləri, Azərbaycan
və türk xalq melodiyaları səsləndirilib. Daha sonra
Üsküdar Bələdiyyəsinin
Başçısı Hilmi
Türkmen və Arif Əziz çıxış ediblər.
Xalq rəssamı Arif Əzizin Azərbaycan-Türkiyə
mədəni münasibətlərinin
inkişafında əhəmiyyətli
fəaliyyəti qeyd olunub və ona İstanbul Bələdiyyəsi tərəfindən
“Təşəkkürnamə” təqdim olunub. Sərgi salonunun iki mərtəbəsini
əhatə edən ekspozisiyanın konsepti Arif Əzizin yaradıcılıq yolunun
fərqli məqamlarını,
onların bədii spesifikasını, rəssamın
fərdi manerasını
izləyicilərə ardıcıl
tərzdə açıqlamaqdır.
Rəssamın 1970-ci illərdən başlayaraq bu günədək qrafika, rəngkarlıq, dizayn, teatr dekorasiyası sahələrində yaratdığı
əsərlər tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanıb.
Sərginin kuratorları
Meycem Ezengin və Ahmet Taner
Özer sərgi haqqında danışarkən
qeyd ediblər: “Biz konseptimizə Arif Əzizin “Bəyaz” dövrünü vurğulamaqla
başladıq, lakin layihə genişləndi və nəticədə türk tamaşaçısına
böyük bir sənət epoxasını
əhatə edən möhtəşəm, dünya
miqyaslı rəssam təqdim olundu”.
Qonaqlara sərginin kataloqu təqdim olunub. Qeyd edək ki, sərgi aprel ayının 12-nə qədər davam edəcək.
525-ci qəzet.- 2019.-
8 mart.- S.13.