Rəssam Günay
Mehdizadənin yeni sərgisi
Martın 6-da “Fairmont Hotel”in təşəbbüsü
ilə, tanınmış
rəssam, Rəssamlar
İttifaqının üzvü
Günay Mehdizadənin
növbəti sərgisi
açılıb.
Açılış mərasimində səfirliklərin
nümayəndələri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri,
sənətsevərlər və
jurnalistlər iştirak
ediblər.
Mərasimdə çıxış edən Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət
Gimnaziyasının Teatr
şöbəsinin müdiri
Hicran Sadıqzadə Günay Mehdizadənin yaradıcılıq məziyyətlərindən
danışıb, onun
müasir Azərbaycan
rəssamlıq sənətində
özünəməxsus yerindən
bəhs edib: “Çox sevincli haldır ki, bu gün Günay
Mehdizadənin Azərbaycanda
nümayiş edilən
üçüncü fərdi
sərgisindəyik. Günay xanım
müasir rəssamlar içərisində özünəməxsus
üslubu, dəsti-xətti
olan, geniş yaradıcılıq imkanlarına
malik, istedadlı gənclərdəndir. Bu, çox gözəl haldır ki, Günay xanımın bundan öncə Rusiyada, Almaniyada, İspaniyada, dəfələrlə
Türkiyədə fərdi
sərgiləri yüksək
şəkildə nümayiş
etdirilib. Bir azərbaycanlı olaraq, bu, bizim üçün
çox böyük fəxr hissidir ki, Günay xanımın 2014-cü ildə
hazırladığı Mustafa Kamal Atatürkün portreti hazırda Ankarada onun ev muzeyində sərgilənir, eyni zamanda, Türkiyə Cümhuriyyətinin milli sərvəti kimi elan olunub. Ən sevindirici
hallardan biri budur ki, Günay
xanım çoxşaxəli
yaradıcılıq diapazonuna
malik rəssamdır.
O, həm modern, avanqard,
həm klassik, həm portret, həm də miniatur janrında rəsmlər çəkir.
Bu o deməkdir ki, onun xüsusi
baxışı, xüsusi
tərzi var. Onun bir sıra əsərləri
Türkiyənin ayrı-ayrı
muzeylərində sərgilənir.
Onun “Xocalı”
əsəri olduqca dəyərlidir. O, xalqımızın
bu faciəsinə özünəməxsus tərzdə
yanaşıb. Əsərdə sanki bizim qələbəmiz
öz əksini tapır. Personajları çox olan
bu əsərdə Azərbaycan bayrağı
yüksəklikdə sancılıb.
Bu o deməkdir ki, biz gec-tez o bayrağı o torpaqlara sancacağıq. Rəssam özü
buna inanır və tamaşaçısını
da inandırır.
Onun
2012-ci ildə “Tarix və şəxsiyyət”
kitabına daxil edilən “Novruz” əsəri də xalqımızın milli bayramına bir rəssamdan əlavə, bir xanımın, vətənini və onun keçmişini, adət-ənənələrini sevən, onları öz fırçasında
yaşadan vətəndaşın
baxışıdır. Orada
Azərbaycan ab-havasını
hiss etdirən rəng
çalarları var.
Bu, heç də
təsadüfi deyil ki, Günay Mehdizadə həm Azərbaycanın, həm də Türkiyənin rəssamı elan olunub. Biz inanırıq ki, vaxt gələcək
o, bütün dünyanı
öz fırçasıyla
fəth edəcək”.
Türkiyənin Azərbaycandakı səfirliyinin
Mədəniyyət müşaviri
İrfan Çiftçi
Günay Mehdizadənin
öz üslubu, yaradıcılıq potensialı
və müraciət etdiyi mövzuları ilə təkcə Azərbayanda deyil, Türkiyədə də sevildiyini vurğulayıb:
“Günay xanım həqiqətən də
modern Azərbaycan rəssamlığında
özünəməxsus çox
incə, zərif milliliyi və universal tərzi olan rəssamdır. Həm texniki, həm
də tematik baxımdan rəsmləri cəlbedicidir. Onun avanqard,
modern, klassik və milli əsərləri diqqətdən kənarda qala bilməz. Bu çərçivədə
bunlar hələ yeni-yeni gün işığına çıxır.
Onun bu üslubu çox dərin və peşəkar mənbədən qidalanır.
Günay
xanımın müəllimləri
Azərbaycan rəssamlıq
sənətində öz
adını tarixə
yazdırmış ustalardır.
Müəllimləri Qorxmaz Əfəndiyev,
Bəyimxanım Hacıyevanın
tərzini Günay xanımın əsərlərində
görmək mümkündür.
Onlarla yanaşı, Günay xanımın əsas müəllimlərindən biri
də Sara Oğuzdur.
Ondan gələn sufi temalar
da var ki,
bu, onun əsərlərinə başqa
bir hava verir. Ona görə də
Günay xanımın
əsərlərinə baxanda
həm Qərbin, həm də Şərqin cizgilərini
görmək mümkündür.
Bugünkü sərgidə onun avanqard və modern rəsmləri nümayiş
olunur. Bundan öncə isə
miniatürləri sərgilənirdi.
Deməli, artıq Azərbaycanın
adını dünya səhnəsində yavaş-yavaş
eşitdirə biləcək
bir rəssamla qarşı-qarşıyayıq. Ona gələcək yaradıcılığında
daha böyük uğurlar arzu edirik”.
Sərgiyə təşrif buyuran
hər kəsə sonsuz təşəkkürlərini
bildirən Günay Mehdizadə ona və əsərlərinə
göstərilən diqqətdən
məmnunluğunu ifadə
edib: “Bu sərginin təşkili “Fairmont” tərəfindən
həyata keçirilib.
Onlara təşəkkürümü bildirirəm. Düzünü desəm, bu qədər böyük maraq və diqqət
gözləmirdim. Çox insanı
dəvət etmək imkanım olmamışdı,
amma dəyərli qonaqlarım mətbuatdan eşidib gəliblər.
Bu, mənə çox gözəl və xoş duyğular yaşatdı.
Əsərlər birinci və ikinci tərz olmaqla nümayiş etdirilir. Birinci tərz miniatürlərimdir
ki, o sərgi oktyabr ayında açılmışdı və
hələ də sənətsevərlərin ixtiyarındadır,
davam edir. İkinci tərz isə bu gün açılır
və yay aylarına qədər davam edəcək”.
Daha sonra müəllif sərgilənən ayrı-ayrı rəsmləri haqqında məlumat verib: “Nar” əsəri Azərbaycanın “Uşaq ensiklopediyası”na daxil edilib. Bu, mənim üçün çox böyük fəxrdir. Burada əsasən Azərbaycanın milli dəyərlərini, tarixi abidələrini əks etdirən əsərlərim nümayiş olunur. Məsələn, “Qız qalası” əsərim də onlardandır. Ümumiyyətlə, bir azərbaycanlı olaraq, mənim əsərlərimin böyük əksəriyyəti Azərbaycanla, bir hissəsi isə Türkiyə, ələxsus Atatürklə bağlıdır”.
Sonra qonaqlar
sərgilənən rəsm əsərləri ilə
tanış olublar. Onlara sərginin kataloqu təqdim olunub.
Mərasimdə iştirak edən
qonaqlardan Xalq artisti, professor, Azərbaycan
Milli Konservatoriyasının
rektoru Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Milli Konservatoriyası nəzdində
İncəsənət Gimnaziyasının
direktoru Aytən Əhmədova və başqaları Günay Mehdizadə yaradıcılığı
haqqında öz fikirlərini səsləndirib,
onun sərgilənən
əsərlərindən məmnunluqlarını
ifadə edib, müəllifə gələcək
fəaliyyətində uğurlar
arzu ediblər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.-
8 mart.- S.13.