Qələmsiz yazılanlar  

 

 

 

Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”.

 

Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarınıfastfoodyeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı razılaşmalıyıq!

10 ildir ki, feysbukdayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam!

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən qaçhaqaç həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə geriyə çevrilib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır.

Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə bəlkə ilki mən edim!? - deyə düşündüm. Beləcə, “Qələmsiz yazılanlarkitabından daha bir hissəni “525”in oxucuları üçün hazırladım.

2019

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov AzTV-də problemli kreditlər barədə Prezident fərmanını çox aydın, rəvan nitqlə, hamının anlayacağı dildə, səlist şəkildə şərh etdi. Prezidentin məsələyə həssas münasibətini vətəndaşların mənafeyi naminə verdiyi tapşırıqları konkret faktlarla vurğulamaqla dövlət başçısının imicinə əhəmiyyətli dividentlər qazandırdı. Belə aydın hərtərəfli izahatdan sonra düşünmürəm ki, bu məsələylə bağlı kiminsə hansısa sualı cavabsız qalsın!

Natiq Əmirov problemin həlli məqsədilə ayrılan 630 milyon manat vəsaitin müqabilində dövlətin banklardan vətəndaşlardan gözləntilərinin olduğunu da gizlətmədi. Banklardan orta kiçik sahibkarlığın inkişafı üçün əlverişli kredit şərtlərinin yaradılması məsuliyyətli kreditlərin verilməsi, vətəndaşlardan isə məsuliyyətli borclanma gözləntisinin olduğunu bildirdi. Bir çox hallarda əhalinin çətin güzərana görə borclandığını qeyd etməklə yanaşı, bəzən telefon, maşın almaq, istirahət etmək üçün kredit götürənlərin olduğunu vurğuladı. Bu yerdəAyağı yorğanına görə uzadarlarmisalını da çox nəzakətlə işlətdi. Kreditlərlə bağlı məhkəmələrdə 300 mindən çox işin yığıldığını bildirdi bankları sabahdan etibarən öz iddialarını geri götürməyə çağırdı. Bir sözlə, Natiq Əmirov özünün ətraflı izahatı aydın şərhiylə Prezident fərmanına sayğı ehtiram nümayiş etdirdi...

***

İctimai televiziyanın səhər proqramının qonağı Fuad Axundov idi! Əvvəla, qonaq seçiminə görə İTV- minnətdarlığımı bildirirəm. Səhər-səhər çox xoş oldu Fuad Axundovu dinləmək. Vaxtilə o, elə bu televiziyada şəhərimizin tarixindən bəhs edən unudulmazBakinskiy taynımüəllif proqramını aparırdı.

Fuad Axundov Bakının tarixini dərindən bilir, onun hər bir tikilisi, hər bir binası haqqında ən qədim tarixi abidənin sirli-sehirli keçmişindən danışırmış kimi böyük sevgi ilə, şövqlə söz açır!

12 ildir, Kanadada yaşayır! Vaxtilə onun haqqındaİkiqat mühaciradlı yazı yazmışdım. Təəssüfümü bildirmişdim mühacirətinə... yaxşı ki Bakıya tez-tez gəlib gedir. Dediyinə görə, ilin 9 ayını Bakıda olur! Bakısız bir aydan artıq dözə bilmir! Sən demə, Bakıda maraqlı ekskursiyalar, tədbirlər təşkil edir. Bakını, onun tarixi binalarını, insanlarını Fuad Axundovun dediklərindən tanımaq bir başqa aləmdir! Nağıldır!

Kanada həyatından da danışdı. Kanadalıların mühacirlərə münasibətindən, yaşayış tərzlərindən maraqlı fikirlər söylədi. Ən çox da Torontoda velosiped sürmək üçün darıxdığını bildirdi! Hətta dilimizə yatmayanvelosipedsözünüqoşaçarxadlandırmağı təklif etdi. Dedi ki: “Dilimizdəqoşanağara”, “qoşalüləvar, “qoşaçarxniyə olmasın?! Dilə yatımlıdır”.

Bakıya aşiq bu insan Abbas Mirzə ŞərifzadəninAzdrama”nın arxasındakı evinin sökülməsindən təəssüflə danışdı. Həmin ərazidə onu xatırladacaq hansısa bir abidənin inşasını təklif etdi. C.Cabbarlının ev muzeyini belə bir aqibət gözlədiyini dilə gətirib, həyəcan təbili çaldı.

Qısa zamanda efirdən beynimizi ruhumuzu tərpədən qədər informasiya çatdırdı! Sağ olsun!

***

Dağı yerindən dağdan olanlar deyil, arandan olanlar tərpədə bilər!

Təkcə rus ədəbiyyatında yox, bütün dünya ədəbiyyatında pauzadır!

Xalq yazıçısı Elçinin AYB-, “NatəvanklubundaMüasir tənqid ədəbi prosesmövzusunda məruzəsində rus tənqidçilərindən gətirdiyi bu misallar diqqətimi çəkdi...

***

Dəniz qırağında yeni gəzinti mövsümünü qəzetlərlə açdıq! Yenə hər var, qəzetdə var! Qəzet dəniz daimidir! Bir incəbelli cam bardaqda çay! 

2018

Bu ağıllı telefonlar olmayanda insanlar necə yaşayırmış?!

***

Pul maqnit kimidir - meylli olanları ardınca hara gəldi çəkib aparır!

***

Deyir, daha qohum-əqrəba əlini məndən üzüb! İndi qulağı dinc özümçün yaşayıram!

***

Unutmaq yaxşıdır - rahat yaşamağa kömək edir!

***

Ətrafdan təcrid olmaq, təkliyə çəkilmək, özünə qapanmaq tək yaradıcı insanlara xasdımı?! Sizdə olurmu?!

***

Birdən sənə elə gəlir ki, Şuşada, Cıdır düzündəsən! Heç bu müharibə olmayıb, itkilər ...

Yenə uşaqlığının, gəncliyinin qayğısız günlərindəsən! Qayaların üstündə oturub Daşaltını, göyün ənginliklərini seyr edirsən! Birdən nəsə səni xəyaldan ayırır, reallığa qaytarır! an içində özünü çox gücsüz, məğlub zəif hiss edirsən...

 

***

Hamının sadəlövh vaxtları olub...

2017

Birdən elə müəlliflər haqda elə təriflər yazırlar... elə müəlliflər elə tərifləri elə sidq-ürəknən paylaşırlar... Az qala, ağzını açıb deyəsən, birdən inanarsız ha?! :)

***

Sevgi, təəssüf ki, müvəqqəti hissdir! Qorxu daha uzunömürlüdür! etibarlıdır!

***

Bu alışqanlıq da yaxşı şey deyil! Asılılığa çevrilir! Can qurtarmaq olmur - feysbukdan, siqaretdən, yazmaqdan, ..! 

***

Kimə lazımdı e, sənin bu yekəlikdə yazın?! :) 

2016

Adam gündə qədər təzadlı, fərqli hallara düşər?! Həm ətrafdan axışan fərqli emosiyalar, həm daxildə qaynayan təlatümlər...

***

Deyir, xalqın enerjisi təbiətə sirayət edir. Görmürsən, Xəzər geri çəkilir?! 

2015

Eyni rəngli, eyni beyinli gəncləri görəndə məşhurCücələrimmahnısı yada düşür!

***

Qorxma! Robot indi dəbdədir!

***

Havalanmaq, göynən getmək müxtəlif səbəblərdən olur! Mənəvi duyğulardan, ruhi ovqatdan, sənətdən sevgidən havalananlar xeyir təmsilçilərinə çevrilir, ətrafa işıq yayır, nur paylayır!

Maddiyatdan, puldan, yer nemətlərindən havalananlar isə adətən şərin xidmətçisi olur! Ətrafı aşağılayır, insanları əzməyə çalışırlar!

 

***

 

Qadınlar dostluqda sədaqətli olurlar! Sevgidə deyə bilmərəm... 

2014

Sabahı düşünən qəhrəman olmaz! Biznesmen olar! :)

***

90-cı illərdə tərcüməçi Natiq Səfərovla birgə Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzində işləyirdik! Natiq müəllim tərcümə şöbəsinin müdiriydi. Otağının qapısı çox vaxt bağlı olardı! Hərdən qapını açardı, gözü tutan gənclərdən birini otağına çağırıb ona böyük ədəbiyyatdan, tərcümə işinin incəliklərindən ustad dərsi keçərdi! Sonra stolunun gözündəki bir şüşə konyakdan 50 qram süzüb, bir qırıq qəndlə içirdib yola salardı! Müdrik nəsihətləri vardı. Biri indi yadıma düşdü: çalış zəif olanda adam içinə çıxma, ortada görünmə!

***

Gərək qadınların davasına qarışmayasan! Uzaq durasan! Yoxsa günahkar səni çıxaracaqlar. 

2013

Ruhu materiyaya çevirib ovcuna yerləşdirmək, səcdə etmək! Hər bəni-adəm bacarmaz bunu!

***

Qızıl külçəsisən sən - hərdən xalis, hərdən saxta!..

***

Qadın hikkəsi qədər enerji mənbəyi, güc verən qüvvə yoxdur! Nələrə qadirdir! :)

2012

Pulu çox olan çox da yaşamaq istəyir! Pulu qoyub getməyə heyifi gəlir! :)

***

Nə qədər xoş şeylər düşünmək, xəyalına gətirmək istəyirsən, yenə ən ağrılı məqam, əzab verən hadisə beynindən əl çəkmir, eyni nöqtəni döyəcləyir! 

2011

Deyir, 50 kilo qızılın üstündə oturmaq üçün gərək öz çəkin də 50 kilodan çox ola...

 

 

Rəşad MƏCİD

 

525-ci qəzet.- 2019.- 8 mart.- S.9.